Darren Aronofsky
1998-ci ildə 60 minlik büdcə ilə lentə aldığı ilk filmi “Pi” ilə adını tanıtmağı
bacarmışdı. Modern klassik hesab olunan “Requim for a Dream” isə onun məşhurluğunu
ikiyə vurmuşdu. 2010-cu ildə ekranlaşdırdığı “Black Swan” filmi də onun uğurlu
işlərindən hesab olunur. Ssenarisi Andres Heinzə məxsus olan “Black Swan”, “Qu
Gölü” baletində müxtəlif rəqslərin səbəb olduğu vizual gözəlliklə təhkiyə
edilir.
Filmin əsas
personajı Nina (Natalie Portman) milyonlarla insanın yaşadığı New Yorkda baletə
həddən artıq diqqət göstərən gənc qızdır. Bir vaxtlar özü kimi balet rəqsi ilə
məşğul olan anası ilə bir evdə yaşayır. Balet rəhbəri Leroy (Vincent Cassel)
yeni mövsümdə səhnələşdirəcəyi “Qu Gölü” baleti üçün yeni balerina axtradığını
öz qrupunun diqqətinə çatdırır, lakin öz beynində ikili rol üçün Ninanı seçir.
Nina isə bu ikili rolun ağır yükünü daşıyarkən bir başqa balerin Lilynin (Mila
Kunis) onun roluna göz dikdiyinin fərqinə varır. Ancaq onun mübarizə apardığı tək
problem Lily deyil həm də öz psixoloji vəziyyətidir.











