16 Şubat 2016

"Sweet Movie" - Dusan Makavejev (1974)


Filmləri ilə səs-küyə səbəb olan və həmçinin tez-tez səhv başa düşülən ekspressionist rejissorlardan biri də yuqoslav Dusan Makavejevdir. Onun “Sweet Movie” filmi tamaşaçını narahat edən səhnələrlə dolu olsa da, burada sənət və gözəlliyə də yer verilib. Rejissor bu filmində şiddət və seks səhnələrindən kapitalizm və kommunizmə qarşı bir silah kimi istifadə etmişdir.

Filmdə başlıca 2 hekayə var. İlk olaraq  Kanadanın gözəllik kraliçası olan qadınla rastlaşırıq və o yavaş-yavaş ekzistensializmin faciəvi həyatına daxil olur. Televiziya proqramı vasitəsilə bakirəliyi təsdiqlənən gözəl qadın mükafat olaraq  qızıl penisə malik kapitalist şəxslə evləndirilir. Filmdə isə gözəl qadın dünyanı simvolizə etdiyi üçün həmin varlı şəxslə yaşamaqdan imtina edərək daha aşağı təbəqədən olan qaradərili şəxslə qaçır.

İkinci hekayədə isə biz Anna Planetanın həyatına daxil oluruq. O, 7 ildir ki, Polşadan sürgün olunmuş gözəl bir aktrisadır və o öz ölkəsinə heç cür qayıda bilmir. Viza ala bilmədiyi üçün o, ölməkdə olan anasından uzaqda qalır. Beləcə Anna Polşadan uzaqda Amsterdam kanallarında gəzərək həyatına davam edir. Onun gəmisinin adı isə “Qurtuluş” idi və gəminin qarşısında Marksın gözüyaşlı böyük bir büstü var idi. Həmçinin Yuqoslaviyanın kommunist ölkə olmağı filmə öz siyasi təsirini göstəmişdir. Cəmiyyət kommunizmdən asılı idi və Marksın yaratdığı ideallar dağılmaqda idi. Buna görə də filmdə Marksın gözüyaşlı büstü bir növ ədalətin bərpa olunmağına işarə idi. 


Filmdə siyasət və incəsənət harmoniya təşkil edir. Filmi daha çox rejissorun tamaşaçıya səslənişi kimi qələmə vermək olar ki, bu da onların inanıb etibar etdiyi hökümətə qarşı güclü zərbə idi. “Sweet Movie” kimi filmlərin tamaşaçıya təsir etmə gücü daha çoxdur. İnsanlar “Salo, or the 120 days Sodom” haqda danışsalar da əslində cəsarətsizdilər. Əgər film sürrealizm və simvolizmlə birləşibsə insanlar o film haqda danışmaqdan çəkinməyəcəklər. Filmdə həmçinin Xatın faciəsinə də işarə edilir. Stalinin müharibə illərində verdiyi qərar minlərlə polşalı hərbçinin həyatına son vermişdi. Film kionteatrlarda göstərildiyi vaxt senzuralarla rastlaşsa da Xatın qətliamına senzura qoyulmamışdı. 


Bu filmdə rejissor sıxışdırılmış insan duyğularını üzə vurmaqdan çəkinmir. Filmdə dəlilərin yediyi yemək səhnəsi bu mənada zorakılığın, iyrəncliyin pik nöqtəsi hesab etmək olar. Digər bir səhnədə Anna Planetanın öz sevdiyi kişini şəkər vannasında öldürməyi insanın içində yatıb qalmış zorakılıq duyğularının üzə vurmağı haqda daha bir nümunədir. Annanın şokolad içində rəqs etməyi kino tarixində estetikliliyi ilə seçilən səhnələrindən biri kimi qiymətləndirmək olar. Filmdə istifadə olunan musiqilər isə simvolizmlə harmoniya təşkil edib və filmin alt mətnini formalaşdırmaqda mühüm rol oynayıb. 


0 Şərh:

Yorum Gönder