This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Bohumil Hrabal etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Bohumil Hrabal etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

30 Ocak 2016

60-ci illərdə kino - Çex Yeni Dalğası (II Hissə)




Əvvəli (Bax: I hissə)

Geniş aspektən baxdıqda rejissuraya gətirdikləri tənqidi fikirlər səbəbi ilə sosialist senzuraya məruz qalan filmlər, əslində tənqid dozasını heç vaxt sosializmin rəddinə qədər qaldırmır. Forman bu apolitik günahlandırılmaya görə “Bizim filmlərimizin həyat boyu sadəcə ideallarını gerçəkləşdirənlər tərəfindən tənqid olunmağını başa düşürəm. Lakin biz atalarımızı nədənsə ötrü müharibə edən, vuruşan görməmişik. Biz bizim üçün hazır olan dünyada doğulmuşuq” deyə cavab vermişdi. Çex Yeni Dalğa axımı Fransız Yeni Dalğası ilə dərin mövzularda absurdu birləşdirən satirik yanaşma tərzindən başqa filmi studiyadan çıxarma və gerçək, adi insanların həyatını mövzu etmə cəhdləri ilə ortaqlıq qurur. Digər yandan o dövrün Çex kinosu kino üçün müqəddəs sayıla biləcək studiya və qaynaqlara əl çatanlığı mövzusunda Fransa Yeni Dalğsaından daha irəli idi və bu səbəbdən də Godard Çex Yeni Dalğası üçün zarafatca burjua kinosu demişdi. Əlavə olaraq Çex Yeni Dalğası bəhs edildiyi kimi ölkə ədəbiyyatını ekranlaşdırmağı ilə də önə çıxır, belə ki Kundera bu dövrü çexoslovak ədəbiyyatının kino vasitəsi ilə inkişaf etdiyi dövr olaraq qiymətləndirmişdir. Axımın ən vacib filmləri Frans Kafka, Milan Kundera, Bohumil Hrabal, Yaroslav Haşek kimi çex yazıçılarla birbaşa və dolayısı ilə bağlıdır. Kafkadan və dadaizmdən təsirlənən Hrabal mətnlərindəki kimi günlük həyatın ritmi faciəylə/absurdun, yaxşılıqla/mərhəmətsizliyin, siyasiylə/fərdinin bu qədər iç-içə olduğu filmlərin ölkənin dağılmağa meyilli illərində meydana gəlməyi əlbəttə təsadüfi deyil. Axımın cinema-verite ilə əlaqəsi isə iki yönlüdür: Birincisi demək olar hər filmdə qaşımıza çıxan personajın kameraya baxma stili və bu da kameranın varlığını bəlli edir ki, sıravi sosial qruplardan olan insanların həyatına yaxınlığı və etnoqrafik sənədliliyi ehtiva edir. Bundan əlavə studiya filmlərində belə təbii işıq, təbii məkan istifadəsi, qeyri-peşəkar oyunçular, filmlərin sənədli və qurğunun sərhədlərindən kənar təcrübi cəhdlər kimi də qiymətləndirilir. Digər tərəfdən də filmlərin çoxunda musiqi ekranda yaradılır, dialoqların təşkilində qüvvüətləndirici ünsür kimi personajların varlığını dərinləşdirəcək şəkildə uzun və günlük söhbətlərdən istifadə olunur. Komediya filmlərində isə Chaplin və Keaton atmosferi özünü göstərir. Çex rejissorlar günlük həyatdan seçdikləri personajların subyektiv təcrübələrindən yola çıxaraq bürokratik qısqaclara, ənənəvi təzyiqlərə, avtoritarlığa, siyasi və cinsi darfikirliliyə, çex kənd və qəsəbə həyatına, sosial komformizmə vurulan eyhamlarla ön plana çııxır.Jiri Menzelin 1966-cı ildə entə aldığı “Closely Observed Trains” filmində ilk seks təcrübəsini yaşamağa çalışan gəncin tragik hekayəsini absurd komediya ünsürləri ilə yaradarkən, cinsəlliklə vətənpərvərliyin üstünlüyü ilə sırayla oynayırdı. Jan Nemec  kafkaesk satirik tərzi ilə subyektivlikdən çıxaraq “Diamond of the Nights” (1964) filmində nasistlərdən qaçan iki gənc vasitəsi ilə iqtidarı, “The Party and the Guests” (1966) filmində isə göl kənarındakı bir yığıncaq vasitəsi ilə iqtidarın yaratdığı “xoşbəxtliyə” boyun əyməyənlərin başına gələnləri mövzu edirdi. Milos Forman “Black Peter” (1963) ilə nəsillər arası baxış tərzindəki fərqliliyi, “Loves of a Blonde” (1965) film ilə gənc bir qadının münasibətlərindən Çexoslovakiyanın cəmiyyət kodlarını, “Firemen`s Ball” (1968) filmi ilə bürokratik və təzyiqkar axmaqlıqları Keaton və Chaplin filmlərindəki gülüş simvollarıyla və daha bədbin şəkildə ekrana köçürmüşdü. Vera Chytilova “A Bag of Fleas” (1962) və “Daisies” (1966) filmlərində qadınların cəmiyyətdə varlığının səbəblərini kino texnikası vasitəsi ilə sorğuya çəkmişdi. Sənədliliklə ilə filmlərə başlayan Chytilova surreal simvollarla davam etdi və axımın kişi baxışına feminist alternativ olaraq göstərildi. Godard Chytilovanın filmlərini bəyənmədiyini, “çizgi filmi kimi və apolitik” olduğunu demişdi. İvan Passer “İntimate Lighting” (1966) filmi ilə kənddə yaşayan yerli musiqiçilərin “adi” həyatına, insani kövrəkliklə dolu, gülünc bir baxış bucağı gətirmişdi. Oldrich Lipsky qeyri-adı bir western parodiyası olan “Lemonade Joe” (1964) ilə klassik pis-yaxşı anlayışı ilə bir antipersonaj vasitəsilə lağ edərkən, rejissuranın bütün imkanlarından istifadə etmişdi. Juraj Herz “Morgiana” (1972) filmində fantastik elementlər və kino texnikası ilə apardığı təcrübələr ailə/cəmiyyət anlayışını və qrotesk adlandırıla biləcək atmosferi ilə “Cremator” (1968) filmi ilə nasist soyqırımını bir “bala Hitler” alleqoriyası ilə kafkaesk absurdluqla göz önünə gətirmişdi.


Bu gün İran kinosu İslam avtoritar təzyiqindən dolayı məcburən “simvollar kinosu” olaraq varolma mübarizəsi aparırsa, 60-cı illərdə də çex kinosu sovet avtoritar rejiminin təzyiqinə məruz qalır və bu səbəbdən də “alleqorik kino” kimi adlandırılır. İşğaldan sonra sona çatan qızıl dövrdən sonra İvan Passer “Gözəl xatırlıyıram. Maraqlı filmlər çəkirdik və hamımızın kino anlayışı fərqli idi. Eyni yerlərdən gəlmişdik, bir-birimizin işləri haqda məlumatlı idik, ssenarilərimizi bir-birimizə verirdik, bir-birimizə kömək edir və yarışardıq. Mükəmməl illər idi.” demişdi. Kiçik bir Avropa paytaxtında böyük və daha da böyüdükcə daha da çirkinləşən iqtidarların təzyiqi altında formalaşan və beynəlxalq arenada özünə yer tapan Çex Yeni Dalğa axımı, çox sərt bir zaman kəsiyində filmlər çəkən çexoslovak rejisorların insani həssaslığı bu günun tamaşaçısı üçün alternativ və çox qatlı bir təcrübə yaşadacaq potensialdadır.

60-ci illərdə kino - Çex Yeni Dalğası (I Hissə)



Çex Yeni Dalğası Fransız Yeni Dalğası və İtaliyan Neorealizmi ilə birlikdə 1960-cı illərin qurğu sarıdan ən zəngin kino axımlarından bir kimi qəbul edilir. Buna baxmayaraq, həmin illərdəki qəfəsə salınmış kiçik bir Şərqi Avropa ölkəsində formalaşmağındanmı yoxsa qurğu sarıdan yoxsul hesab olunmağınmı ki, bu da dəqiq bilinmir, dövrümüzdə digər axımlar qədər diqqət görmür. Xüsusilə, sonraki illərdə senzuranın təzyiqi altında ölkə xaricinə getmək məcburiyyətində qalan və orada film çəkən rejissorlar (Milos Forman, İvan Passer, Jan Nemec) indi də xatırlanır. “Siyasi və estetik quruluşu ilə dünya kinosunda İtalyan Neorealizmi qədər təsirli olduğu” deyilən bu axım, fərqli olaraq qaydasız, manifestsiz, spontan deyilə biləcək şəkildə çəkilərək varlığını sübut edə bilib. Filmlərin bu cür əvvəlcədən müəyyən olunan qaydalara və maddələrə tabe olmayaraq lentə alınmağı, Yeni Dalğa filmlərinin mütləq bənzərliklərindəki sadəliyi və analizi çətinləşdirsə də, özündən əvvəlki dövrün klişelərini və Stalin tabusunu yıxan bu filmlər dövrün siyasi şərtlərinin ağırlığı ilə bir-biri ilə ortaqlıq yarada bilirlər. Çex rejissorlar musiqi və ədəbiyyatın kadrajdakı yerini möhkəmlətməklə yanaşı, Fransız Yeni Dalğası, Amerika film-noir janrı, İtaliyan Neorealizmi və Fransada sənədli film axımı olan cinema-veritenin texniki imkanlarından da təsirləndiyini görmək mümkündür. Bunlarla yanaşı, Çex Yeni Dalğasının xarakteristikasını və varolma dinamikasını Çexoslovakiyanın o illərdəki xaotik və böyük güclərin təzyiqi altında olan o çətin dövründəki məcburi və orqanik bağlılıqlarını da vurğulamaq lazımdır. Nasistlərin işğalından sonra Dubcekin yeni idarə üsuluna, sosialist quruluşla kinonun mərkəzləşdirilməsindən, 68-ci ildə Praqada parad keçirən Varşava Paktının əsgərlərinə qədər bütün tarixi inkişaf müddəti o dövrün filmlərinə birbaşa təsir etmişdi.

1920-ci illərdə ölkədə çoxusu melodramlardan ibarət illik ortalama 20 film çəkilirdi. 1931-ci ildə Praqada yaradılan Barrandov studiyaları Praqanı “Avropanın kino paytaxtı” olaraq adlandırılmağına şərait yaratmışdı və çoxu Barrandov studiyalarında çəkilən illik olaraq 80 film istehsal olunmağa başlamışdı. Həmin illər “Çex modernizmi” olaraq adlandırılırdı. II Dünya Müharibəsində Slovakiya Çexoslovakiyadan qopur və çex torpaqları nasist işğalına məruz qalır və nasistlər Barrandov studiyalarını ələ keçirir. Propaqanda naziri Gebbels Praqanın Berlin və Münhen kimi alman kino mərkəzi etməyə çalışır və Praqaya alman filmləri hakim kəsilir. 1939-cu ildən 45-ci ilədək illik film istehsalı 40-dan 9-a düşür. 1945- ci ildə isə ölkəyə girən sovet ordusu alman işğalına son qoyur. İşğalın başa çatmağından 3 il sonra isə 1948-ci ildə Çexoslovakiya Kommunist Partiyası hakimiyyəti ələ keçirir. Beləliklə 1989-ci ilədək davam edəcək kommunist quruluş ölkəyə hakim kəsilir. Barrandov studiyaları daxil olmaqla ölkə kinosu milliləşdirilir, beləliklə Çexoslovakiya Sovet ittifaqından sonra milli kino anlayışını gətirən ikinci Şərqi Avropa ölkəsi olur. Moskva kino məktəbinin təsiri ilə Avropanın 5 film məktəbi Praqaya gətirilir. Otokar Vavranın rəhbərlik etdiyi məktəbdən Çex Yeni Dalğasının Jan Nemec, Jiri Menzel, Vera Chytilova, Milos Forman, İvan Passer kimi mihəng daşı sayılan rejissorları məzun olur. Eyni zamanda Yeni Dalğanın ədəbi tərəfini formalaşdıran Milan Kundera da bu məktəbdə ssenari dərsləri verirdi. Həmin illərdə sovet kinosunun sosial reallığı ilə çəkilən ya da anti Amerika filmləri geniş vüsət alır.


60-cı illərdə isə sosial reallıqla günlük həyatın həqiqətləri arasında dərinləşən uçurum kinoda partlayışa səbəb olur. 1961-ci ildə Berlin divarının inşası ilə tamamilə içinə qapanmaq məcburiyyətində qalan sosialist ölkələrdə kino getdikcə başqalaşırdı. Çexoslovakiyanin dərinliyində bu başlanğıcın və başqalaşan kinonun təməli atılmışdı artıq. 1945-ci ildə milliləşdirilən kino sənayesi (filmlərə dövlət dəstəyi), 1947-ci ildə yaradılan Praqa film məktəbinin rejissorlara öyrətdiyi texniki meyarlar, 1960-ci illərin əvvələrindən çex hökümətinin sənəti Stalinist təzyiqdən uzaqlaşdırmağa başlamağı ilə dinamik məna qazanır. Forman, Menzel, Chytilova, Nemec, Passer, Herz kimi gənc rejissorlar ilk filmləri ilə bu başqalaşan kino dövrünü ortaya çıxardırlar. Kino ölkədəki azad mühitdə qızıl dövrünü yaşayır. 1968-ci ilin yanvarında hökümətə gələn Alexander Dubcekin  “insan üzlü sosiallaşma” adı ilə başlatdığı liberallaşma siyasəti ya da daha da irəli apardığı anti-Stalinist təbliğatı Praqa Baharı olaraq adlandırıldı. Lakin Sovet ittifaqı bunu “sosializmdən qopma” kimi dəyərləndirərək həmin ilin avqustunda Varşava Paktı ölkələri tərəfindən Çexoslovakiyanın mütləq işğalına səbəb olur. Daha sonra Sovet İttifaqı ilə əlaqələr yenidən gücləndirilir, ölkənin sənətə olan baxışı senzura ilə “normallaşdırılma” dövrü başladılır. Dolayısı ilə Praqa Baharı Yeni Dalğa axımının doğub-böyüməyinə səbəb oldu. İşğaldan sonra deyildiyi kimi sürgünlər başlandı, Forman, Passer, Nemec kimi rejissorlar ölkəni tərk etmək məcburiyyətində qaldı. Ölkə 1989-cu ilədək davam edən sovet işğalından sonra azad olsa da sorakı dövrdə 60-ci illərdə kinoda əldə olunan inqilabi uğur bir daha baş qaldırmadı. Həmin təzyiq altındakı illərdə ildə 25 film istehsal edən Çexoslovakiya, ölkədəki demokratik inqilabdan sonrakı illərdə ortalama 8 film istehsal edə bildi.

60-cı illərdə film çəkməyə başlayan çex rejissorlar o illərdə digər axımlarla yanaşı Frans Kafka, Jaroslav Haşek, Milan Kundera, Bohumil Hrabal kimi çex ədəbiyyatının öncül yazıçılarından qaynaqlanırdılar. Ədəbiyyatla yanaşı kino texnikası və musiqi istifadəsində də yenilikçi idilər. 1962-ci ildən başlayaraq Zbynek Brnychin “Transport z Raje” (“Transport From Paradise”, 1963), Stefan Uherin “Slinko v Sieti” (“Sunshine in a Net”, 1962), Vera Chytilovanın “Pytel Blech” (“A Bag of Fleas”, 1962) filmləri ilə qəliblər dağıdılır və çex kinosu köhnə ənənələrdən qopmağa başlayırdı. 1968-ci il işğalına qədər olan müddətdə gənc rejissorların məqsədi çex vətəndaşılarını içində var olduqları təzyiqkar və onlara zülm verən sistemə qarşı oyatmaq idi. Çex Yeni Dalğası dövr üçün birn növ çətir sayıla bilər. Çünki yazmadan sadəcə lentə alaraq var olan bu axımda gərünən ortaq məxrəc “insana aid həssaslıqla sosial baxış bucağıdır”. Bu tərəfi ilə axım bəhs olunan Praqa Baharının sosializm anlayışına istinadən “insan üzlü siyasi kino” olaraq qiymətləndirilir. Bundan əlavə qurmaca təhkiyəvi üsul əvəzinə cəmiyyətin həyatını müşahidə etmək, ön plana çıxan vizual poetikliklə, sürrealist elementlərlə, humanist baxışla insanı çoxmərtəbəli olaraq – həssaslıqları, gülünc halları və faciələri ilə ortaya qoyur. Sosial həyatı parodiya edən absurt mövqe, uzun improvizə dialoqlar, qeyri-peşəkar aktyorlar, ironiya, qara yumor, erotizmin fərqli təqdimi, formallığa qaçan sinematik təcrübələr dövrün ümumi xüsusiyyətləri arasında mühüm hesab olunur. Ardı (Bax:II hissə)