![]() |
| Béla Tarr |
Macarıstanlı kinorejissor, prodüser və ssenarist Bela Tarrın müsahibəsini təqdim edirik:
(İngiliscədən tərcümə edən Mənzər İsmayılova)
Siz
70-ci
illərdə bir həvəskar rejissor kimi nələri öyrəndiniz?
İlk olaraq mən çox sadə şeyləri - insanların həyatına və
şərəfinə hörmət etməyi öyrənməklə başladım. Mən bunu yetkinlik
dövründən dərk edirdim. İlk kino təcrübələrimdən bu yana və indi də Sarayevo
Film Akademiyasında o mənə yol göstərir.
Sizin fikrinizə görə “həvəskar”la
“professional” arasındakı fərq nədən ibarətdir?
Mənim fikrimcə onların arasında heç bir fərq yoxdur. Bir
film çəkmək üçün sənin kino üzrə diplomunun olması və ya hər hansı professional
sertfikata ehtiyacın yoxdur, bu dəqiq belədir.











