This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Lars von Trier etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Lars von Trier etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

16 Aralık 2015

Lars von Trierin "Avropa" trilogiyası



Kinoda tamaşaçını iki müxtəlif qütbə ayıran məsələlərdən biridə də heç şübhəsiz Lars Von Trierin filmləridir. İlk tammetraj filmi "Element of Crime"dan etibarən kinoya gətirdiyi yeniliklər, kimisi üçün tamaşaçını manipulyasiya edən bir oyun, onu başa düşən və texnikasına heyran olan kəslər üçün  isə günümüzün ən yenilikçi, orijinal rejissoru olduğu qənaətinə gətirib. Kinonun klassik qəlibləşmiş dəyərləri ilə oynayaraq özünəməxsus bir üslub formalaşdıran rejissor "Avropa" adını verdiyi trilogiyasına daxil olan filmlərində də işıq və rəng oyunlarıyla təcrübi işlərə əl atmış, sonrakı illərdə də bir çox müstəqil rejissora məktəb olacaq olan "Dogma 95"çilərin liderliyini etmişdir. Trier kinosu zaman keçdikcə daha çox yeniliklərə məruz qalmış, bəzi vaxtlarda isə hətta bir qanun olaraq xarakterizə etdiyi "Dogma 95" məktəbinin ənənələrini unutduran filmlərə keçid etmiş və Avropadan Amerikaya uzanan trilogiyası ilə müasir kinonun "dəli" sərhədlərində özünə yer etmişdir. Tez-tez tənqidlərə məruz qalsa da Trier haqqında deyiləcək ən əhəmiyyətli şey heç şübhəsiz bir sənət dahisi olmağıdır.

Avropa Portreti

Trier kinosunun ilk nümunəvi xüsusiyyətlərini daşıyan bu filmlərin xronoloji ardıcıllığı belədir: "Element Of Crime" (1984), "Epidemic" (1987) və "Europa" (1991). Filmlərdə təhkiyənin Avropada nəql edilməsinə görə  trilogiyaya "Avropa" adı verilmişdir. Hər üç filmdə də məzmunla birlikdə forma və əsas personajlar bir birinə bənzəyir. Xüsusilə çəkilişlərdə əsas obrazlara hipnoz üsulunun tətbiq edilməsi, "Element of Crime"ın rənglərində ortaya qoyduğu narahatedici reallıq, "Europa"da ağ-qara irəliləyən filmin tədricən personajlarının rəngləndirilməsi Trierin ilk işlərindən kinoda yeni kəşflər etmək istədiyinin və fərqli bir sənət anlayışına malik olduğunun sübutudur. Bu filmlərində Alman ekspressionizmi ilə Amerika film-noir (qara-film) əsərlərindən ilham alan Trier fərdlərin özgələşməsinə diqqət çəkir. Reallıq ilə şüuraltının üst-üstə düşdüyü bu filmlərdə Trier ümumi olaraq qaranlıq bir Avropa portreti cızır. Trierin nəql etdiyi Avropada insanlığa aid üç şey var: epidemiya, cinayət və müharibə. Bu kabusların təsiri altında qalan insanlıq qitəyə ayaq basan personajların doğrularını itirmələrinə gətirib çıxarır.


İdealizmin tənqidi

Trier Avropa trilogiyasına daxil olan filmlərin əsas obrazları haqqında "düzgünlük naminə etdikləri hər şey səhvə çevrilən (anti) qəhrəmanlardır" demişdir. "Element of Crime"da bir cinayət işinin üstünü açmaq üçün Avropaya qayıdan köhnə polis Fisherin sonradan axtardığı silsilə cinayətlər törədən qatil kimi yaşamağa başlamağı və şiddətə bulaşmağı, şiddətin cəmiyyət içində hər fərddə ortaya çıxa bilicək bir davranış olduğuna dair işarədir. Həmçinin cinayətkara qarşı günahkar kimi davranılarsa, cəmiyyət içində problemin zorakılıqla həllinə dair bir fikir formalaşmış olar və bu da polis təşkilatlarının özlərinin cəmiyyətə cinayətkar ünsürlər "bəxş" etməyinə gətirib çıxardır. Dr. Fisherin idealist təfəkkürü Avropaya ayaq basdığı gündən davam etsə də Avropanın qaranlıq fonunda Avropanın özünə çevrilən Fisher zamanla ideallarından uzaqlaşır.


"Epidemic" filminin çəkilişlərində yazdıqları ssenarinin itməsiylə yenidən ssenari yazmağa başlayan rejissor və ssenarist sonradan fərqinə varmadan yaratdıqları epidemiya ilə üzləşirlər. İki fərqli əhvalatın nəticəsində yazarların yaratdığı Dr. Mesmer obrazı epidemiya halına gələn virusun qarşısını almaq üçün çalışan idealist biridir. Ancaq çantasında daşıdığı virus ilə epidemiyanın yayılmasına səbəb olmuşdur. İdeallarının arxasında məğlub olan antiqəhrəmanımız Dr. Mesmer isə son idealist olmayacaqdır.


"Europa"da II Dünya müharibəsindən məğlub ayrılan və çətin günlər yaşayan Almaniyaya gələn amerikalı Leo Kessler dünyanın yaxşı bir yer olduğuna və insanlara kömək edərək dünyanı xilas edəcəyinə inanan idealist biridir. Zentropa adındakı qatarda vaqon konduktoru olaraq işə başlayan Leo tədricən sərt qanunların arasında sıxışıb qalır. Müharibənin Nasist tərəfdarları üçün bitmədiyi bir mühitdə ideallarından son ana qədər imtina etməyən Leonun saflığı və Alman dardüşüncəliliyinin yaratdığı xaos vəziyyəti əslində müharibədən sonrakı Avropanın portretidir. Leonun əmisinin dilindən deyilən bu cümlə isə qanunlara olan sədaqəti müəyyən edir: "Ediləcək bir şey yoxdur!". Sorğu-sualın qadağan olunduğu və verilən əmrlər qarşısında səhv etmə imkanının olmadığı Zentropada siyasi gərginliyin Avropanın gələcəyinə  təsiri mövzu edilir. Qatar və Faşizmin bir-birinə girdiyi filmdə "Ediləcək bir şey yoxdur!" kəlməsi əslində nasistərin boyun əyən bir xalq yaratmağa çalışdıqlarına dair bir işarədir. Müharibəni uduzmuş olsa belə faşizmin təsirlərini Almaniya hələ uzun müddət silə bilməyəcəkdir.


4 Aralık 2015

Lars von Trier ilə müsahibə (II hissə) - "Kino həyatın solğun güzgüsüdür"



"Antichrist" haqqında Lars von Trier ilə müsahibə

Knud Romeri Trierin 1998-ci ildə çəkilən “The İdiots” filmində görmüşdük. Aprelin əvvəli “Antichrist”i bitirməyə yaxın film haqqında Lars von Trierdən müsahibə almışdı.

(İngiliscədən tərcümə edən Mənzər İsmayılova)

Siz özünüzü əngəlləyən bir çox konseptual filmlər çəkmisiniz. İndi isə, gələcəyə aid beynində yeni motivlər olan Trier qayıtdı. Niyə geri döndünüz?

Hər şey mənə motiv kimi görünürdü hətta döşəmədəki təbaşir cizgiləri belə. Amma mən (tərəddüd edir) özümü yaxşı hiss etmirdim, depressiyadaydım. Həqiqətən də ən dibə vurmuşdum, şübhələnirdim ki, bir də heç vaxt film çəkə bilməyəcəm.  Amma cavanlığıma aid olan bir neçə materialla geri qayıtdım.  Mən Strindbergi (August Strindberg, İsveç dramaturqu) çox sevirdim, geri dönməyimə səbəb o oldu, bir insan kimi xüsusilə çox möhtəşəm idi. Sonra film çəkməyə qərar verdim. Mən əvvəl bu haqda heç danışmamışdım. Sözlə ifadə etmək mənə çətin gəlir, səbəbləri suda batırmalı idim.

Xaos hökm sürür.

Bəli (gülür). Bir yerə toplamağa çalışdığım motivlər çox idi. Həmçinin sadəcə iki obraz haqqında film çəkmək mənə maraqlı gəldi.


Evlilik həyatından səhnələr... (İngmar Bergmanın “Scenes from a Marriage” filmi nəzərdə tutulur)

Hə, evlilik həyatından səhnələr amma başqa formada. O film xoşuma gəlmişdi. Möhtəşəm idi.

Ancaq bu evlilik Strindbergsayağı idi nəinki Berqmansayağı.

Hə, onlar Strindbergdə daha hündür pilləkəndən aşağı itələndilər.

Sizin filminizin qadına baxışı Bergmandan daha çox Strindbergdən irəli gəlir.

Bəli, deyəsən bu sual mənə yenidən verilir; mənim qadınlara baxışım. Mənim həmişə cütlüklər arasında olan döyüşə romantik bir nöqteyi nəzərim var hansı ki, Strindberg də həmişə bu haqda yazıb.

İndi siz janr filmləri çəkirsiniz - çox böyük dırnaq içində. Eyni hekayəni deməyə davam edirsiniz, başqa yolla, başqa bucaq altında, digər başqa rejissorların etdiyi kimi. Janrlara qarşı münasibətiniz necədir? “Breaking the Waves” melodramdır, “Dancer in the Dark” isə musiqili janrdadır.  “Antichrist” isə qorxu janrında. Nə deyə bilərsiniz sizin janrlara qarşı münasibətiniz romantikdir ya oynayırsınız janrlarla?


Janrlar ilham mənbəyidir. Mənim hekayəm demək olar ki, həmişə eyni olub. İndi bunun fərqinə daha çox varıram. Mən yəqin ki, heç vaxt eyni janrda davam eliyə bilməyəcəm. Çünki fikirləşirəm ki, onlara nəisə əlavə etmək lazımdır. Mən aşbaz olsaydım, öz üslubumda klassik qızardılmış donuz əti eliyərdim.

Knud Romer

Beləliklə, siz özünüzə bu cür kömək edirsiniz, beyninizdə yaratığınız oyuncaq dünyasını tamamilə real həyata köçürdürsünüz.

Mən universitetdə “Film Dərsi” fakültəsində oxumuşam. Üslub filmlərə xüsusi marağım olub. “The Asphalt Jungle!” film noir janrında, bildiyin kimi möhtəşəm idi.

Ancaq sizin filmlərinizə baxan tənbəl biri də mövcud olan bütün üslubları, janrları orada görə bilər.

Bəli, hamısı eyni filmdə (gülür).  Amma mənim müxtəlif üslublara qarşı  xüsusi bir sadiqliyim yoxdur. Mən onları bir-birilərinə bir az sürtünəndə daha çox xoşlayıram.

Bəziləri deyir ki, siz həddindən artıq günahkar həzzə bütün filmlərinizdə bir tabu olaraq yanaşırsınız - pornoqrafiya.

Belə, mən bir az o janrdan istifadə etmişəm, xüsusilə “The İdiots”da. Cinsəllik və qorxu bir yolla bir-biri ilə əlaqəlidir. Pornoqrafiyaya gəlincə, əmin deyiləm. Bu pornoqrafiyadır ki? Bəlkə də. Pornoqrafiya həmişə mənim ürəyimi sıxıb. Porno filmlər qazanc üçün çəkilmiş şeylərdir. Onlar dəhşətli dərəcədə kobud görsənirlər.

Qorxu və porno filmləri ikisi də tamaşaçını bir növ həyəcana salır. Qorxulu filmdə bu qorxudur. Pornoda isə şəhvətdir. Və bu ikisi dəhşətverici həyəcanda birləşərək hansının passiv ağrı çəkmək, hansının aktiv şəhvət olduğunu müəyyənləşdirməkdə çətinlik yaradır.

Çox gözəl dedin. Bu cür ifadə edə bilməzdim mən heç vaxt.

Pozitiv təcrübədən keçən şey arzudursa, neqativ şəkildə təcrübədən keçirilən şey isə qorxudur. Sizin filmləriniz tamaşaçıda oxşar effekt yaradır. Bu sizin şüurlu şəkildə mübarizə apardığınız bir şeydir ya şəxsi emosional ifadə tərzinizdir?

Çətin sual soruşdunuz. Amma əlbəttə ki, əsas fikir olduqca maraqlıdır.  Mən tamaşaçının emosiyalarına təsir edəcək filmlər çəkməyə çalışmışam. Ancaq bunu özüm üçün bir motiv yaradaraq başlamışam. Bir az yalan kimi görünsə də demək istəyirəm ki, film çəkərkən tamaşaçını öz şüurundan uzaq tutmaq istəmişəm. Əsas olaraq yaratdığım motivlərdə özümü qane etməyə üstünlük verirəm. Həmçinin mən inkar edə bilmərəm ki, onlar sırf hansısa duyğunu yaratmaq üçün çəkilib.

Bu film dəhşətli dərəcədə mənə qorxulu təsir bağışlayır. Səhnələr ağlımdan çıxmır, məni silkələyirdi. Əgər o motivləri beynimdə yaratsaydım onların emosional dəhşətləri ilə üz-üzə qalardım, nəticədə də əsəb və depressiyadan əziyyət çəkərdim.

Kino reallığın solğun güzgüsüdür. Siz kinoteatrda oturub ağlayırsınız, bu da real həyatda yaşadığınız emosional hisslərin əksidir. Əgər biri qorxu hiss edirsə demək bu hiss mövcuddur və o bunu yaşayıb nə vaxtsa və filmə baxarkən də həmin hissləri yenidən oyanır. Amma filmin hissləri oyatmaqdan əlavə daha başqa kefiyyətləri də var. Munchun “The Scream” tablosunu götürək, mənim oğlum da o rəsmi çəkmişdi. Hayqırış, emosiya ilə bağlı bir şeydir amma insanlar muzeydə onu görəndə qışqırmırlar.

Sizin filmləriniz bir  növ hayqırışdır?

Hə. “Antichrist” qışqırığa daha çox yaxınlaşıb. Mən özümü pis hiss edən bir anda bu film ortaya çıxdı. İlham sizin öz qorxularınızdan, öz hisslərinizdən yaranan bir şeydir. Bütün hər şeyin başlanğıc nöqtəsidir amma o hisslər sonra tamam başqa forma alır. Bu rejissorla tamaşaçı arasında telepatiya yaratmaq kimi bir şey də deyil əslində. Niyə məhz qorxu janrı-heç özüm də əmin deyiləm bunun nə olduğuna- ancaq özümə də maraqlıdır ki, müxtəlif şeyləri bir yerə yığa bilmişəm.


Məni sizin yenidən romantik, katolikliyin qalıqları da olan simvolik bir tərzdə görmək rahatlatdı.

Bəli elədir. Analiz edə bilməsəm də görüntü olaraq biz demək olar ki, romantik üslubdayıq.

Siz deyirsiniz ki, film həyatın solğun güzgüsüdür. Qorxu filmlərindəki həqiqət-həyatdakı paranoyak təcrübədir. Ətrafınızda baş verən hər cür depressiv şeylər sizi passiv bir tamaşaçıya çevirir. Bu bir növ qaranlıqdakı qorxuya bənzəyir hansı ki, sizin filmlərinizdə təkrar-təkrar göstərilir. Protoqonist yanır ancaq yenə də qorxu içində sağ qalmağı bacarır.

Unutma, Mən Edgar Allan Poe-nu oxumuşam, bilirsən o özü də romantk olub.

Bu gözəl bir şeydir ki, sizin filmləriniz qaranlıqdakı qorxunu ifadə edir. Tamaşaçı sizin filmlərinizə baxarkən tez hisslərə qapıla bilər, incinə bilər.

Bir dəfə teatrla işləmək ağlıma gəlmişdi çünki teatrda o qorxunu daha çox yaşayırsan nəinki kinoda. Mən “The Exorcist”in yeni versiyasını çəkmək isəyirdim, kinoda olarkən özümü xəstə kimi hiss edirdim amma bu teatrda daha da artırdı, çünki teatr canlıdır. Teatra getmək mənə canlı qorxulu ssenari təsiri bağışlayır. Biz indi tamaşaçını müzakirə ediriksə onu deyə bilərəm ki, bu yalnız filmin bir hissəsidir. Filmdə yaratmağa çalışdığım motivlərlə özümü rahat hiss edirəm. Eyni şeyi “The İdiots”da və başqa filmlərimdə də etmişəm. Amma sırf bu film mənim gəncliyimlə əlaqəli olan hadisələrdir.

Siz ilk səhnədə uşaqla tanışlığı verdiniz, hələ heç bir şeyi bacara bilməyən körpə, valideynlərinin seksual münasibətləri ona gizli qalır. Uşaq nə baş verdiyindən xəbərsizdir. Amma siz yenə də bu səhnəyə baxarkən iki hisslə qarşı qarşıya qalırsınız. Qorxu və şəhvət (arzu). Freydə görə hər şeyin ilkində ana dayanır və bütün qorxuların sonluğunda da.

Aha, qulaq asıram.

Yaxşı, ən pis suala gəlsək, bu film bir növ terapiyadır.Ancaq filmdəki terapist terapist kimi görünmür. O daha çox sadist təsiri bağışlayır. Elədir?

Mənim terapiya ilə bağlı bir çox təcrübələrim var, əgər sənin qayadan yıxılmaq kimi bir qorxun varsa, onlar səni itələyirlər və bu da qorxunun sonu deməkdir. Görünüşdə bu uğurlu terapiyadır. Əlbəttə, bu qayanın hündürlüyünə görə də dəyişə bilər. Filmlərimdəki kişi protoqonistlər bir növ idiotdurlar. Heç bir pox anlamırlar. “Antichrist”də də həmçinin hər şeyi pox edir. Qorxuya gəlincə isə o bir başqadır həqiqət isə tamam başqa. Qorxu dünyanı dəyişə bilər? Məncə hə, dəyişir də.

Filmdəki obrazlar tamamilə iflic halındadırlar. Bir yerə sıxışıb qalmış, imkanları məhdud və reallığı dəyişmək şansları çox azdır. Katoliklik filmin içərisinə necə daxil ola bilib? Filmdə katolikliyə aid çox şey var.

Bu suala cavab verə bilməyəcəm. Mən çox pis katolikəm və getdikcə ateist olmağa başlayıram.

Amma hələ də inancı olmayanlar üçün ən sevimli dindir çünki ifadə tərzi sarıdan boldur. Nəyisə ifadə etmək üçün ən gözəl və rahat yol katoliklikdən istifadədir.

Bəli, elədir ki, var. Onlar insanları cəzb edirlər, elə məni də. Amma ümümilikdə din lazımsız şeydir, dəqiq bilirəm elədir.

Bütün bu dinin əlamətlərini “Breaking the Waves” və “Antichrist”də görə bilərik.

Mən Nitşenin “Antichrist”in 12 yaşımdan bəri yatağımın yanındakı stoldan ayırmıram. O, xristianlıqla bağlı çox şeyi göstərib orda.

Aha, siz “The Exorcist”i filmə köçürməkdən danışdınız. Siz dua oxuyaraq öz şeytanlarınızı yox edirsiniz? Bu dua etməyin bir yoludur?

Amma bu şeytan adlandırdıqlarınız mənim dostlarımdır. Bəlkə də film çəkmək üçün ən böyük üstünlükdür. Siz onunla qarşılaşarkən ağrı çəkirsiniz amma bu filmdə tamam başqa rola bürünür. Siz onu filmdə verəndə o sizin dostunuz kimi görünməyə başlayır. Yəqin ki, Munch bu hissi “The Scream”da daha yaxşı bilir. Munch sağalmaq üçün Danimarkaya Dr. Jacobsonun yanına gəlir. O iki böyük sənətkarı sağaltmış biridir, Strindberg və Munch. Onlar tamamilə dəyişdilər. Munch daha da pisləşdi, o Danimarkaya gəlməzdən əvvəl daha çox maraqa sahib idisə o hiss sonradan yoxa çıxdı.  Düzü, çox maraqlıdır, əgər dedikləri doğrudursa, dəlilik azalmağa başayanda gördüyün işin dəyəri də azalır.

Sizcə bu dəyərli bir şeydir?

Demirəm bu çox qiymətli bir hissdir. Özümü təkrar etmək istəmirəm amma mən özümü həqiqətən çox pis hiss edirəm.

Paranoyaya qayıdaq. Hisslərdə əziyyət çəkmək-qorxu  hissi də an başda yer alır və nəzarəti əldə saxlayır. Başqaları tərəfindən qorxu hissindən əziyyət çəkməkdənsə siz özünüzü əsas yerə qoyub başqalarını idarə edirsiniz? Siz ona görə film çəkərkən sakit və razı görkəmdə olursunuz?

Mən həmişə eyni olmuşam amma bu səfər yox. Film çəkmək kimi bir qorxum yoxdu. Mən deyəcəyim bir şeyə görə sonrakı mühakimələrdən də çəkinmirəm. Bu səfər orda olmaqdan qorxuram amma. Bu dağdakı böyük bir klaustrofobiya təsiri bağışlayır və mən də mərkəzdəyəm. Filmi bitirdiyimizə görə rahatlamışam artıq. Mənim başqa filmlərim daha çox oyuna oxşayır. Rejissor nəyi harda necə edəcəyini deyir, vəssalam.

Belə deyə bilərəmmi ki, siz möhtəşəm bir sənət əsəri ilə geri dondünüz?

Bayaq dedim ki, cavanlığıma aid bir çox şeyi özümlə bir yerdə gətirdim, hansılar ki, işıqlandırmağa çalışdığım mövzular olub, utanverici olsalar da. İndiki vəziyyətimdə mən xoşbəxt deyiləm.

Bunun yaşlanmaqla bir əlaqəsi var?

Hə, mən də belə fikirləşirəm.

Neçə yaşınız var?

53 olacaq!



Birgə işlədiyiniz aktyorlar haqqında danışmaq istəyirəm.Onlarla işləmək necə bir hissdir? Hər şeydən əvvəl siz onlardan çox şey tələb edirsiniz.

Mən Willemlə “Manderlay”da da işləmişdim. O çox yaxşı insandır. Yenidən onunla işləmək qərarına gələndə o tərəddüd etmədi. Bədənini göstərməkdən çəkinmirdi. Bir çox aktrisa ilə əlaqə saxladıq, Şarlotta onlardan ən yaxşısı idi deyə bilərəm. Ssenarini oxuyanda onun beynində heç bir şübhə yeri qalmadı. Onlar ikisi möhtəşəm bir işi bacardılar.

Nikol Kidman bir dəfə soruşmuşdu ki, siz qadınlara qarşı niyə bu qədər düşmənsiniz? Mən bilirəm ki, siz əslində qadınlara nifrət etmirsiniz. Qadın cinsəlliyi günahdır. Cənnətdəki ilana bənzəyir, cəzanı haqq eliyir. Bunların hamısı romantik bir oyundur?

Bir dəfə ifritə ovlamaq adlı bir sənədli filmə baxmışdım. Nə deyirsiniz deyin bu cəhənnəmin hekayəsi idi. Mən fikirləşmirəm ki, qadınların və yaxud da onların cinsəllik münasibətləri günah olsun amma bu qorxuducudur. Film çəkərkən özünüzü sərbəst aparmaq vacib məsələdir. Kimin vecinədir ki mən nə fikirləşirəm? Müəyyən motivləri, konseptləri müxtəlif yollarla bir araya gətirdim. Onların hamısı insan qəlbini, hərəkətlərini göstərir, maraqlı olan da budur.