Gaspar Noe və Karl Glusman |
Gaspar Noe və
Karl Glusmanın “Love” filmi haqda müsahibəsini təqdim edirik
(İngiliscədən
tərcümə edən Mənzər İsmayılova)
“Mən eqo meşəliyində doğulmuşam” - Gaspar Noe bu
sözləri Toronto Film Festivalında Toronto səmasına baxarkən dedi. Öz ölkəsi ilə
Noe zarafat edərək – “Bilirsiniz bir argentinalı necə sui-qəsd edə bilər?
Eqosunun yüksəkliyindən özünü ataraq” (gülür). Biz onun axrıncı filmi olan
“Love” haqqında danışarkən o belə deyirdi. Müsahibəyə filmdə baş rolda gedən
Karl Glusmanla bir yerdə gəlmişdilər.
Gaspar,
sevgi sizin üçün nə ifadə edir?
Gaspar Noe: Cavabı filmdə var. Sevgi
bir işıqdır, aydınlanmadır. Sərt bir içki kimidir. Əvvəlcə ona öyrəşərək
başlayırsan. Sevmək hissinə beləcə bağlılıq yaranır. Bu bir növ beynindəki kimyəvi
maddələrin açılmasına oxşayır: serotonin, endorfinin, dopaminin. Onlar sizin
beyninizdə işləyir və bir başqa insanın iyinə, enerjisinə aludəçilik yaratmağa
başlayır. Sevmək ideyası tərəfindən daşa dönürsən. Və vaxt gəlib münasibət bitəndə
isə sən dəhşətverici bir ağrı içində olursan, iynəsi qalmayan heroin aludəçisi
kimi. Şəhvət dolu olan qucaqlamaq, öpüşmək, sevişmək kimi hisslər artıq beynində
həkk olunub, qaça bilmirsən.
Yaxşı
bəs nifrət sözü sizə nə ifadə edir?
Gaspar Noe: Bu bayaq dediyim şeylə eyni olmasa da əksi
də deyil. Əgər nəyəsə nifrət edirsinizə demək ki, həmin o şeyə qarşısınız, bir
növ qoruyucu mexanizm kimi. Elə hiss edirsiniz ki, bilinməz bir səbəbə görə
dünya sizin əleyhinizədir. Amma siz sevən zaman dünyaya və ətrafdakılara qarşı
gedirsiniz və bu sizin ehtirasınız olmağa başlayır. Qəribədir, çünki sevgi sözü
özündə müxtəlif mənaları daşıyır. Marağınız olmayan birini də sevə bilərsiniz.
Atanızı, ananızı, qardaş və bacınızı, oğlunuzu. İndiki sevgilinizi, hətta
keçmiş sevgilinizi belə sevə bilərsiniz (onlara qarşı sevgi duymağı nəzərdə
tuturam). Bir insan kimi birini də sevə bilərsiniz. Amma işin əsli, iki insanın
kombinasiyasıdır. Bax bu möhtəşəm sevgidir.
Filmə
baxarkən, Electra və Murphynin bir birilərinə qarşı şəhvət dolu sevgisini
görürük, amma bu bəzən nifrətə də çevrilir. Məsələn, bir səhnə var ki, Murphy
Electraya qışqıraraq deyir : You f*cking c*nt (S*kilmiş qancıq)
Gaspar Noe: Bu insanların real həyatda sevdiyi
zaman dedikləri sözlərdi hansı ki, sevgi nifrətə də çevrilə bilir. Sevən zaman
siz qorumaq və qorunulmaq istəyirsiniz. Arzunun hədəfi olmaq hissini itirmək
istəmirsiniz. Ehtiras dolu olanda isə paranoyaka çevrilirsiniz. Qısqanclıq həyəcanverici
olsa da, digər tərəfdən də dağıdıcıdır. Bu film indiki dövrdə cütlüklərin
ayrılmasına səbəb olan mövzulara diqqət çəkmir: emaillər, telefon mesajlarının
başqası tərəfindən yoxlanılması. Əgər sən nədənsə şübhələnirsənsə o şübhəyə
pozitiv bir cavab tapacaqsan. Amma “sənin üçün darıxdım” mesajı tapanda isə
sanki beynində səni yeyən canavarı azadlığa buraxırsan.
Karl,
o cür şəhvət dolu və həddindən artıq açıq göstərilən sevişmək səhnələri necə
idi?
Karl Glusman: Əgər çox emosional birisinizsə qalan
şeyləri tullayırsınız bir qırağa. Biz ssenaridə olmayan dialoqlarla filmə davam
edirdik. Gaspar bizi təəccübləndirməyi sevir. Bu gün çəkəcəyimiz səhnə haqqında
çox da danışmırdıq. O sadəcə işıqlara baxırdı, filmdə nə baş verəcək onları
deyirdi elə bu özü də bizi narahatlıq və həyəcana salırdı. Birinin üzərinə
qışqırmaq, bağırmaq xoş bir şey deyil amma biz setdə eliyirdik, düzü real həyatda
indi çox yaxınıq. Axırda özümü bir-birimizi qucaqlayıb üzr istəyəndə görürdüm.
Gaspar Noe: Mənə görə ən dəhşətlisi Karlın Omiyə
kabində dediyi idi. O, soruşur ki “Sənə ən mənalı olan nə deyə bilərəm?” o da
“Mən öz uşağıma qarşı çox pis ana olacam” deyə cavab verir. Ancaq çəkiliş
zamanı bilmirəm Omi onu dedi ya yox biz həmin səhnəni çəkərkən Karl onun üzərinə
qışqırdı.
Karl Glusman: O mənə “sən axmaqsan, axmaq” dedi.
Kamera 45 dəqiqəliyinə sadəcə fırlanırdı. Bu çox yorucu səhnə idi.
Gaspar Noe: 3D kameraları ilə işləyəndə onu saxlayan zaman, texniki işçi gəlib onu düzəldir.
Bu ara da filmdə olan hissi öldürür. Mən də heç bir şeyi kəsmədim araları da
götürmədik. Bu həmin enerjini, əhval-ruhiyyəni itirməməklə bağlı idi.
Karl, sizin filmdə cinsəl olaraq etmək istəmədiyniz
şeylər oldu heç?
Karl Glusman: Heç kimi incitmək istəmirəm, şəxsi istəyimdi bu, istəmirəm kiminsə cinsəl həyatının orientasıyasına
fərq qoyam. Hər gün Gaspar setə gələrək
bu gün Yeni ildir deyə qışqırırdı.
Gaspar Noe: Kinoda, cütlüyün münasibəti öz yolunda deyil. Onlar fikirləşirlər
ki, nəsə münasibətə əyləncə qatmaq hər
şeyi yoluna qoyacaq, düzəldəcək. Trans fikri gəlir ağlına. Ssenaridə orda heç bir
şey olmayacağı yazılsa da - Murphy onun çılpaq bədənin görən zaman bağırır və
onunla sevişmir.
Karl Glusman: Onun (transın) əminlik
hissi mənim gözümü qorxutdu.
Gaspar Noe: Mən də qərara gəldim ki, transla olan səhnəni bir sirr kimi
saxlayım, hadisələr birdən baş versin, improvizə kimi.
Karl Glusman: Əminliklə deyə bilərəm ki, nəsə baş versəydi Gaspar kəsməyəcəkdi.
O məni canavarların içinə tullamışdı.
Gaspar Noe: Mən də bir şeydən əminəm ki, sənin anan nə düşünəcək deyə ondan
qorxurdun. Onun anası filmə baxmağa gələcək. Sən aktyorsan. Fikirləşirsən ki,
ailəni filmə baxmağa çağırasan və sevncini paylaşasan. Biz çəkilişə başlayanda
Karl dedi ki : “Anamı bu filmə baxmağa gətirim?”
Karl, ailənin sənin
bu kinodakı roluna qarşı münasibəti necə oldu?
Karl Glusman: Mənim anam sevinc gözyaşları tökdü. Çünki mən Kann Film
Festivalında və Tornoto Film festivalında olacaqdım. O mənimlə qürur duydu.
Anamdan əvvəl bacıma da dedim ki, bu filmdə çoxlu seks səhnələri var və sizə qəribə
gələ bilər. Açığı istəmirdim baxsınlar.
Gaspar Noe: İndi artıq hamı bilir ki
sən kinoya çəkilirsənsə ordakı hər şey oyundan ibarətdir, gerçək olan şeylər
deyil, imitasiyadır sadəcə.
Karl Glusman: Hər şey bir kənara amma anam sevinir ki, mən işləyirəm (gülür)
Karl, bu sizin
ilk filminizdir?
Karl Glusman: Viziona girən ilk filmimdi, bəli. Bu filmdən əvvəl birində çəkilmişdim adı da “Stonewall”dı.
Rejissoru Roland Emmerich. Amma Gaspar Rolanddan tez tərpəndi, onun filmi buraxıldı.
B film üçün
aktyorları necə seçdiniz?
Gaspar Noe: Aomi ilə 2 ildən artıq idi ki, tanış olmuşduq. Mən onu partidə
görmüşdüm, qısa bir söhbət oldu aramızda. Ortaq tanışımız vasitəsilə onunla əlaqə
saxladım. Skypeda danışmağı kəsdik sonra o Parisə gəldi. Yemək yedik sonra
danışmağa davam etdik. Başlanğıcda o mən bu film üçün biri deyiləm dedi. Mənimlə
tanış olduğuna görə sevindi amma filmdə çəkilməyə razı deyildi. Sonra Murphy
üçün aktyorlar axtarmağa başladım. Amerikan və ingilis aktyoru istəyirdim. İngilis
dilli olmağı mənim üçün vacib idi. Sonra
Klara ilə tanış oldum, nömrəsin götürdüm Karlla tanış elədim. Qəfildən
Aomi dedi ki, mən filmdə çəkilməyə qərar
vermişəm artıq və dərhal da Parisə geri qayıtdı. Bizim artıq hər şeyimiz olan
vaxtda məkan, aktyorlar, kamera - pulumuz qalmadığını gördüm. Bir anlıq fikirləşdim
ki, təyyarədəyəm və yerə çatanda dəhşətli partlayış olacaq. Xoşbəxtlikdən
produser tapdıq və maliyyə işlərimiz yoluna girdi.
Karl Glusman: Birinci dəfə onunla tanış olanda əsəbi idim, sonra işim
olduğuna görə həyəcanlandım. Gaspar çox düzgün bir insandır. O, pul haqqında mənə
hər şeyi dedi, pul olmadan bir anlıq özümü batan gəmidə hiss elədim.
Gaspar Noe: İstək insanı zirvəyə belə aparır. Kollektivin enerjisi bu filmi
ortalığa çıxartdı.
Transla olan səhnəyə
qayıdaq. Niyə həmin səhnəni bu filmə əlavə elədiz?
Gaspar Noe: Əgər o hissəni filmdən kəsəsi olsaq heç bir şey dəyişməyəcək.
Bu sadəcə onların oynamaq istədiyi oyunun bir hissəsi idi. Təbii istəklərindən kənar onlar limitləri
aşan bir münasibətə özlərini atmışdılar. Başlanğıcda onlar uşaqlarının olmağını
istəyirdilər. Normal biri kimi onlar
şirin körpələri ilə həyatlarına davam etmək istəyirdilər. Axıra doğru getdikcə
isə onların beyninə qısqanclıq girir, almanın içindəki qurd kimi. Onların
münasibəti anarxiyaya çevrilməyə başlayır və güclənir. Əziyyət çəkməyə
başlayırlar. Bu da qonşu qızla sevişmək istəyəndə baş verir. Transla olan səhnədə
biz set zamanı çox gülmüşdük, əyləncəli idi amma onların qırılma nöqtəsi bu
deyildi, bundan sonra onlar ayrılmalıydılar. Əsas qopuş anı isə qonşu qız hamilə
olan vaxt oldu, sevgi hekayəsinin sonu orda idi.
Filmin açılış və
qapanış səhnəsi Murphy üçün çox həssas səhnələr, yıxıcı səhnələr idi.
Gaspar Noe: Sevgi heyvani hissdir. Bu nəyisə qorumaq və qorunmaq hissin bərabərində
gətirir. Bu uşağınızla oynamaq, valideynlərinizi sevmək, dostlarınızı sevməklə
də eyni ola bilər. Halbuki aşiq olmaq
qarışıq bir prosesdir. Sevgi bağlılıqdır. Sevgi sonsuza qədər davam edə bilər. Amma
ehtiras yox, çünki ehtiras hissində fiziki yorğunluq var. Filmin axrıncı səhnəsində
Murphy öz uşağını qucaqlayır, o Electraya olan sevgi hissini öz uşağına olan
sevgi ilə dəyişir.
Nyu-Yorkla
münasibətiniz necədir? Orda film çəkmək istəyərdiniz?
Gaspar Noe: Mən orda böyümüşəm. Atam və anam argentinalıdır. Atam
Guggenheim mükafatı alıb çəkdiyi rəsmlərə görə. Mən uşaq olanda valideynlərimlə
bir yerdə orda yaşamışdıq bir müddət. Hippilər zamanı ora daha möhtəşəm idi, oranın
başqa bir enerjisi var idi, bununla belə həm də çox təhlükəli yerdi.
Mənim son
sualım spoiler olsa da soruşacam. Filmdə Electraya nə oldu?
Gaspar Noe: Açığı biz onun üçün əlavə səhnələr çəkmişdik amma kəsdim
onları. Bir səhnədə hətta onu şamanla gedərkən göstərdim. Çox gülməli versiya
idi deyə kəsdim. Bəlkə də o artıq narkoman olub, bəlkə də sağdır, bəlkə də
cinayət törədib. Bilməmək ən yaxşısıdır. Əgər orda bir cavab varsa problem
beyninizdə həll olacaq. Bilməmək hissi tamaşaçıda narahatlıq hissi oyadır,
onların ehtimalı ehtimal olaraq qalır.
Karl Glusman: Məncə o Argentinaya daha yaxşı bir həyat yaşamaq üçün gedib.
0 Şərh:
Yorum Gönder