Çexiya kinosunun feminist rejissoru Vera Chytilova tərəfindən lentə alınan “Daisies”
Çex Yeni Dalğasının dağıdıcı filmərindən biridir. Həm çəkiliş tərzi ilə, həm də
anarxist üslubda ssenarisi ilə avanqard atmosferə malik ekran işidir.
Maraqlıdır ki, film bu il çəkilmiş kimi yeni və bir o qədər də orijinaldır. Filmdə iki əsas personaj var, ikisi də eyni yaşdadılar, ikisinin də adı Mariedir və
bu narahatedici 2 personajı canlandıran aktrisalar isə İvana Karbanova və Jitka
Cerhovadır.
![]() |
Vera Chytilova |
1960-cı illərin ortasındayıq və həyatda bir çox şey pisə doğru gedir. Bəlkə
də hamının fərqində olduğu bir yerdə asılı qalmış bir zibil torbası var və bunu
heç kim yerindən tərpətmək istəmir. Hər zaman asqıdan sallanır. Belə bir vəziyyətdə
ətrafdakıların diqqət etmədiyi bu torbaya 17 yaşında iki qız çomaq soxur. Onlar
bunu etməklə insanların rahatlığını pozur, ən azından onların da üzərinə sıçrayana qədər.
Film bir evin eyvanında bikiniləri ilə oturan iki gənc qızın görüntüləri ilə
açılır. Elə ilk dəqiqələrdən narahatedici səslər çıxarmağa başlayırlar və ilk
dialoqlardan da film mövzusunu qururlar. Hadisələr silsiləsi dünyanın get-gedə
korlanmağına paralel olaraq iki qızın da buna uyğun rəftar göstərməyi və çox
keçmədən bunu həyata keçirmə cəhdləri ilə davam edir. Bəzi səhnələrdə filmin
sürreal, bəzi səhnələrdə isə həddən artıq realist davranaraq
insanları sorğu stoluna əyləşdirir. Gözəl və dağıdıcı Marie cütlüyü kişilərə, əyləncə
həyatına, kapitalizmə, ikili münasibətlərə film boyunca tənqidi aspektdən
yanaşıb, insanlara narahatlıq yaşadırlar.
İki balaca qızçiçəyi, çiçək gücü ilə insanlara haqq elədiyi cavabı verir;
yaşlı kişilərlə görüşüb onlara həddən artıq yemək sifariş verdirib sonra da öz
bildiklərini edirlər. Kişilər isə qızlardan daha çox şey gözlədiyi halda bunu
görmürlər. Qızlar özünə aşiq etdiyi kişilərlə telefonda danışıb onlardan gələn
tərif və sevgi dolu zəngləri qəbul edirlər. Kişilərə xas şəkildə, ən azından
özünə güvənən bir kişi ədası ilə zənglərə qulaq asırlar və zəng eliyən kişilərin
kim olduqlarını isə bilmirlər. Bu cür səhnələr isə kişilərin hegemon olduğu
dünyaya tənqid mesajıdır. İki qızın adı da Mariedir və bu da dişiliyə işarə
edən xüsusi bir addır. Mary 1və Mary 2 şəklində izah vermək isə səhv olmaz. Onlar
dəlicəsinə yemək yeyirlər, hətta yediklərinin içində dərgilərdən kəsdikləri yemək
şəkilləri də olur. Mənasız və sıxıcı əyləncələrdə ortalığı dağıdıb xarabalığa
çevirirlər. Bəlkə də yüzlərlə adamın yeyib doya biləcəyi amma 10 nəfərlik dəvət
masasındakı bütün yeməklərin bir qismini yeyib, bir qismini də ətrafa səpirlər.
Belə bir vəziyyətdə tənqid etdiyi insanlara çevrildiklərini anlayan qızların
ağlı başına gəlir. Həddən artıq günah işləyən qızlar cəzalandırılma riski yaşayırlar.
Yaxşılıq edəcəklərinə söz verib sonda dağıtdıqları banket süfrəsini toplamağa
başlayırlar, qırıq boşqabları yığırlar, hər şeyi topladıqlarını fikirləşib
stolun üstünə uzanırlar. Amma heç nəyi düzəldə bilməyiblər, qırılan boşqablar
ya da korlanan yeməklər təkrar əvvəlki vəziyyətinə qayıtmır, onlar da yalançı
olmuş və xaosa yumalanmış bu dünyanın bir parçasına çevrilmişlər. Bombalar və
partlayışlarla başlayan film, yenə eyni şəkildə bombalar və partlayışlarla
bitir.
Filmin atmosferi anarxizmə tabe olsa da, nihilizm və sosial norm və
qaydalara ziddliyi baxımından dadaizmin təsirlərini də özündə birləşdirir. Filmin
çəkilişləri, xüsusuilə dəyişən rəng filtirləri olduqca cəlbedicidir. Ağ-qara,
qırmızı, mavi, narıncı kimi rənglərdəki dəyişən tonallıq filmin avanqard
quruluşunun estetikliyinə uyğunlaşdırılıb. Həm də əvvəlindən sonunadək
filmi screenshot kimi kəsəsi olsaq hər bir kadrdan mükəmməl foto alınar. Filmin
təhkiyəsindəki qızların davranışları, çıxardıqları səslər kişi tamaşaçıları
narahat etmək üçün düşünülüb. Filmin feminist xarakterini müəyyən edən ən böyük
hərəkət qızların dağıdıcılığıdır. Kişilərin pullarını xərclədib onların istədiklərini
etməməklə yanaşı, qızlar həddən artıq dağınıqdırlar, otaqlarını gün keçdikcə
düzəltmək əvəzinə daha da dağıdırlar. Öyrənilənin əksinə hər şeyi kəsib
doğruyurlar və yandırırlar. Yediklərinə və içdiklərinə fikir vermirlər. Burada
da qadınların rejim anlayışına tənqidi işarə var. Geyimləri həmişə səliqəli və
moderndi, istədikləri qədər dəlilik edib yeyib-içirlər, hətta onların sürətinə
çatmaq çətin məsələdir. Buna baxmayaraq həmişə xarizmatik və gözəldilər, zədələnmə,
yorulma və xarakterlərindən dönmək yoxdur.
Filmdə banket səhnəsindəki israfa görə Vera Chytilovanı tənqid etmişdilər.
Kinoteatrlarda göstərilməyi qadağan edilən film, düz bir ildən sonra
tamaşaçılara təqdim olunur. Chytilova bu filmə görə həddən çox tənqid olunsa da
keriyerasının uğuruna kölgə salmamışdı. Rusların Çexoslovakiyanı işğalına qədər
bir film də çəkən Chytilovanın 1975-ci ilədək film çəkməyinə qadağa qoyulur.
Sonralar Gustav Husaka yazdığı bir məktubla onun yenidən film çəkməyinə icazə
verilir.
0 Şərh:
Yorum Gönder