2013-cü ildə Kann film festivalında əsas mükafat üçün
yarışan filmlərdən biri də “Borgman” idi.
Hollandiya istehsalı filmin rejissoru Alex van Warmerdamdı. Kann film
festivalında rejisor Alex
van Warmerdamdan filmin əsas personajı haqda soruşulduğunda cavab olaraq “Mən də
əmin deyiləm. Elə mən də sizin qədər bilirəm.” demişdi. “Borgman” filmini izləyib
tam başa düşə bilməyənlər üçün rejissorun bu açıqlaması bəlkə yol göstərə bilər.
Çünki film bizə bir çox tapmaca təqdim edir və bu tapmacaların cavabın tapmaq
asan məsələ deyil. Ancaq filmin əsas qəhrəmanının kim olduğu haqda rejissorun
verdiyi açıqlama filmin asan həzm olunacağını mümkünsüz edir.
Filmdə bir rahib və yanındakı digər iki silahlı adamla bir yerdə meşənin dərinliyində
ova çıxırlar. Ov əsnasında Borgmanla tanış oluruq. O, 2 dostu ilə həmin meşənin
fərqli yerlərində torpağın altında yaşayırlar. Ovdan xəbər tutan Borgman digər
dostlarına zəng vuraraq onları agah etmək istəyir. Dostları telefona cavab vermədiyində
Borgman yeraltı məskənindən çıxıb oradan uzaqlaşır. Oradan uzaqlaşarkən
dostlarını da xəbərdar edir. Bu cür açılış səhnəsi filmin əsas qərəmanı Borgman haqqında fikir yürütmək mümkün olan tutarlı
səhnələrdəndir, rahib tərəfindən silahla qovalanmağı ilk olaraq onun şeytanı təmsil
etdiyini ağla gətirir və həmçinin onun şeytanı təmsil etdiyinə dair filmdə bir
çox işarələr mövcuddur. Bu cür filmlərdə tamaşaçı istər istəməz hər obrazı
ölçüb biçir, məsələn, Borgman və dostlarının niyə meşədə torpağın altında
yatdığını bilmirik, telefon ilə onun dostlarına zəng eləməyi və ov olmamaq üçün
apardığı mübarizə onun etibarsız biri olmağı barədə fikir yürütməyə imkan
yaradır.
Öz məskənindən çıxıb qaçan Borgman çöl dünyaya açılır. Uzun saqqallı və
geyiminin iyrənc biçimdə olduğunu göz önünə gətirsək onun uzun müddət yer
altında qaldığını demək olar. Buradan qaçandan sonra bir ailənin qapısını
döyür. Borgmanın ətrafı meşəliklə örtülü, şəxsi evdə yaşayan klassik xoşbəxt ailə
tablosuna daxil olduğunu görürük. Qapını döyüb hamam üçün müraciət etdiyində
evin kişisinin şiddəti və qadınının şəfqəti ilə qarşılaşır. Ailəyə daxil olan
Borgman evin hər tərəfində gizlənərək, qadının köməyi ilə də bütün
ehtiyaclarını ödəyir. Sonra baş verən qeyri-adi hadisələr nəticəsində Borgman
evi ələ keçirir və xoşbəxt ailə tablosunun zəif nöqtələrindən istifadə edərək
ailənin dağılmağına səbəb olur.
Warmerdamın filmdə istifadə etdiyi qarışıq təhkiyə üslubu filmi daha da çətinləşdirir.
Filmin ortasında təhkiyəyə qoşulan , sual vermədən insanları öldürən 2 qadın
personaj filmin az da olsa həyəcanını qaldırsa da mövzudan qopmaya səbəb olur. Lakin
sonda Warmerdamın hadisələr silsiləsini toplayaraq filmə xarakterik sonluq verməyi
onun müsbət xüsusiyyətlərindən biridir. Filmin
əvvəlində qara ekranda yazılan “və onlar sinif keçmək üçün dünyaya endilər...”
fikri də filmin ortaya qoyduğu sualların
cavablandırılmasında bir addım irəli aparır. Ailəyə daxil olub onu yerlə bir edən
persanaj Michael Hanekenin lentə aldığı “Funny Games” filmini də xatırladır.
0 Şərh:
Yorum Gönder