![]() |
Miroslav Slaboshpitsky |
(İngiliscədən tərcümə edən Mənzər İsmayılova)
“The Tribe” sizin 2010-cu ildə çəkdiyiniz “Deafness” filminin daha uzun versiyasıdır. Filmin davamını çəkmək nə zaman ağlınıza gəldi? Qısa filmi çəkərkən bunu fikirləşdiniz yoxsa festivalda geniş kütlə qazandıqdan sonra bu qərara gəldiniz?
Əslində bir az fərqli oldu. Lal dili üçün film çəkmək
ideyası 20 il əvvəl varıydı ağlımda amma filmi çəkmək üçün maddi imkanım kifayət
eləmirdi. “Deafness”ə demək olar ki heç bir büdcə sərf etmədən çəkdik. Təxminən
300 dollar xərcimiz çıxdı. O film mənim üçün çox vacib idi. Öz-özümə fikirləşirdim
ki görən bu cür bir hekayəni necə ekranlaşdıra bilərəm? Ukrayna Karlar cəmiyyəti
ilə əlaqəm var idi və mən də bu cür əlaqə vasitəsindən istifadə etdim.
“The Tribe” sərhədləri
aşan film idi çünki ünsiyyət başqa formada
fimdə göstərilib. Siz filmə səs əlavə
etmək üçün ən son səhnəyə qədər gözlədiniz- uşaqlar passportları üçün gözləyəndə -
qəfildən biz fərqinə vardıq ki, qıraqda həyat var, bundan əvvəl biz iki saatlıq
bir filmin həyatında yaşayırdıq. Siz nə üçün bizə xatırlatmaq üçün məhz həmin anı
gözlədiniz, əvvəlki səhnələrdə də bunu
edə bilərdiz, məsələn kamazların dayandığı səhnələr?
“The Tribe” filmində əsas olan kar insanın həyata
baxış bucağıdır. Siz küçədə insanları necə görürsünüzsə bu kinoda da elə görünür. Siz küçədəki arxa fonda olan
bütün səsləri eşidirsiniz amma onların dedikləri sözləri isə yox. Biz tamam realist tərzdə film çəkmək istəyirdik. Əlbəttə ki, səfirlikdəki sırada siz o səsləri eşitməliydniz, həmin səhnəni görməliydiniz
ki, bu da çox təbiidir. Ssenarini yazarkən
mən orda heç bir danışığa ehtiyacım olmayan situasiyalar haqda fikirləşirdim.
Ancaq o səhnədə biz çalışdıq ki, şəhərdəki səs-küyü verməklə daha həqiqətə
uyğun bir atmosfer yaradaq.
Siz əvvəlki
müsahibələrinizdə qeyd etmisiniz ki, bu sözləri olmayan bir filmdir və tamaşaçı
da bir növ yaradıcı qismində çıxış edərək onlar üçün dialoqlar yaradırlar. Təbii
ki, karlar cəmiyyətinin üzvü olmaq bir fərqlilik gətirir amma siz ssenarini
yazan vaxt dialoqlarla başladınız yoxsa daha geniş fikirləşərək detalları sonra
əlavə etdiniz?
Bu filmdən əvvəl qısa filmlər çəkmişəm, həmişə planı
hazırlayıram, situasiya əvvəl gəlir, ssenarini bitirdikdən sonra dialoqları
yazmağa başlayıram. Dialoq kinoda çox da
vacib deyil. Əgər sən Ukrayna lal dilini bilirsənsə, məsələn, sən kinoya
dialoqu olan adi film kimi baxa bilərsən. Bu real həyatdakı adi danışığa bənzəyir.
Sənin orda oturub nəsə haqqında danışmağın çox da önəm daşımır, “necəsən?”,
“neynirsən”, bla, bla, bla. Düşünmürəm filmi anlamaq üçün dili bilməyə o qədər
də ehtiyac olsun.
Siz başa düşülməyin vacibliyi haqqında danışmışdınız, adi ssenarilər haqda, hansıları ki
tamaşaçılar baxan zaman anlaya bilirlər. Elə səhnələr var idimi ki, çəkmisiniz lakin
sonra onu kəsmək məcburiyyəndi qalmısınız? Hansı ki, onu filmə qoymaq olmur?
Əəlbəttə, bəzi şeylər dəyişdi. Ancaq o dəyişikliklər
də adi filmdə olan kəsilib atılmalar kimi bir şeylər idi. Siz səhnəni
yazırsıznız və yaxşı məkan görürsünüz və fikirləşirsiniz ki, aha, bu səhnə üçün
əla məkandı. Ancaq başqa heç nə bu qədər vacib deyil. Bəzi səhnələr qısa çəkdi.
Redaktə edərkən 2 saat 30 dəqiqə kimi düzəltdik sonra bəzi hissələri də kəsdik.
Nəticədə də 2 saat 12 dəqiqəlik film alındı. Ancaq sizin qeyd etdiyiniz səbəbə
görə deyil.
“The Tribe”a
baxanda uzun çəkilişlər görürük, çox vacib səhnələrdi. Uzun çəkilişlər bəlkə də səssiz filmlər üçün
danışığı əvəz edən rolda çıxış edir, sifətlər emosiyaları vermək üçün önəmlidir,
onları close-up vasitəsi ilə edirlər. İnanmıram ki, bu filmdə biz close-up
gördük.
Biz qərara aldıq ki, bu filmi öz axarında çəkək və pilot
çəkilişləri zamanı düşündük ki, bu yaxşı alınır. Uzun çəkilişləri etməyimiz
üçün çox səbəblərimiz var idi. Kar biri
sizinlə ünsiyyət qurduğu zaman, o bütün bədənindən istifadə edir. Kameranı
aktyora daha da yaxınlaşdırdıq, amma filmi çəkərkən bu barədə çox da düşünmədik.
Çünki filmdə çox hərəkət və fiziki aktivlik var idi. Siz Chaplinin, Keatonun
filmlərində də bunu görə bilərsiniz amma düzdü hərəkət edən kamera daha müasirdi.
Bu səbəbdən biz Steadicamdən istifadə etdik.
Çəkilişin tərzinə
görə məktəbin yerləşdiyi məkan xüsusilə vacibdir. Koridor boyunca uzanan çəklişlər,
qapılar və sizin aktyorlarınız da yerləri
əzbər bilirlər. Sizin filmdə çəkdiyiniz məktəb uşaq vaxtı öz getdiyiniz məktəb
olub. Bu əvvəldən bir niyyət olub ya iş
üçün sadəcə oranı seçdiniz?
Bu qismən maraqlı sualdır çünki məktəbi mən seçməmişdim.
Ətrafdakı müxtəlif məktəblərə baxdım amma ssenarini yazan zaman mənim elə bir
yerə ehtiyacım var idi ki, orda nə baş verdiyini tam göstərə bilim. Beləliklə, bu məktəbə gəldim. 2 aya yaxın biz ancaq məktəblərə baxdıq, həmişə daha yaxşı yer
axtardıq sonda da həmin yerdə çəkməyə qərar verdik. Ssenari o məkana əsaslanırdı o yeri çox yaxşı
bilirdim, xüsüsi bir yer idi mənim üçün. Dərslər arasında harada siqaret çəkilməlidi,
kişilər tualeti hardadı bütün bu yerləri çox yaxşı tanıyırdım.
Bəs dəstə
üzvlərinin içki içdikləri yer necə? Tamamilə mistik idi, yaxınlıqda bir yer
idi?
Təəssüf ki, Kiyevin başqa yeri idi ora (gülür).
Cavan olanda belə yerlərə tez-tez gedirdik. Belə yerlər indi dağıdılır. Bu bəlkə də bu mövcud olan sonuncu yer idi,
ehtimal ki bu da yaxında dağıdılacaq.
Film həddindən
artıq təkrarlara əsaslanır, film ilərlədikcə obrazlarda olan inkişafı da
görürük. Kamazın dayanması, üç seks səhnəsi, məsələn. Filmin zaman anlayışına
görə təkrarlarla film arasında olan əlaqədən nə deyə bilərsiniz?
Bəli, biri bu barədə mənim haqqımda çox tənqidi
fikir bildirmişdi, onlar deyirdilər ki, 4 kamazın dayandığı səhnələr uzundur.
Amma bütün bu səhnələrdə nəsə baş verir, hekayənin davam etməyinə səbəb
olurlar. Filmdə zamanın necə getdiyinə
dair heç bir fikrim yoxdu. Kamaz
stansiyalarında olan səhnələrə ehtiyacım var idi, hansı ki bütün əsas hadisələr
orda baş verir, obrazlar arasında olan münasibətlər orda dəyişir.
Film sözsüz
idi amma səssiz deyildi, səs həddindən artıq çox idi. Biz adi hərəkətlərin belə
səslərini eşidirdik, insanların ayaqların yerə vuraraq gəzməklərinin səsini belə
və s. Səs dizayneriniz necə? Siz əvvəlcədən çəkiliş meydançasında o səsləri yazdırırdız ya necə?
Mən səs dizaynerimi çox sevirəm, Sergey Stepanskiy -
dahidir. Mən bir çox qısa filmimi çəkərkən onunla birgə işləmişəm. Səslə tək
başıma işləməyi sevmirəm. Mən heç vaxt musiqini başa düşə bilmirəm, eşidə
bilmirəm. Bu mənim musiqiyə qarşı bir nifrətim var demək deyil, amma mən başqa
səsləri daha yaxşı eşidirəm. Bu işin bu tərəfi məni çəkmir təkcə. Mənə görə
tamam sıxıcı bir şeydir. Aşağı-yuxarı bizim sənədli film çəkilişi tərz bir çəkilişimiz
oldu. Səs də real olan vaxtın səsləri idi. Açığı səs dizayneri səsi mənə
birinci dəfə göstərəndə heç də razı qalmadım. Onlar həddindən artıq səsə yüklənmişdilər
bu da naturallığı üstələyirdi və filmi öldürürdü, bunu həll eləmək üçün biz qərara
gəldik ki, səsi olduğu kimi verək. Belə, biz heç nəyi dəyişmədik, sadəcə backgroundun
səsini azaltdıq.
Mənim
gördüyüm ən qaranlıq filmdir amma orda az da olsa həssaslıq və gülüş doğuran
anlar da var. Qızlarla italyanların olduğu səhnə yaxud da ilk iki seks səhnəsi.
Qara və ağ arasındakı balansı saxlamağı necə bacardınız?
Bəzi rejissorlar hər şeyi planlayırlar, vaxtından əvvəl
veriləcək emosiyaları belə. Mən isə sadəca intuisyama əsaslanıb real həyatı izləyirdim.
Orada gülməli anlar da var idi, real həyatın istiliyi də. Bu isə sadəcə mən
real həyat səhnəsi yaratmaq istəməyimdən irəli gəlir.
0 Şərh:
Yorum Gönder