![]() |
Pier Paolo Pasolini |
Sənətin
daxilində müxaliflik yatır. Sənət hamının gördüyü lakin heç kimin fərqinə
varmadığı gerçəkləri görür və sənətçi isə
həmin gerçəkləri dilə gətirir. Ona görə də sənətçi digər insanlardan fərqlənir
və sevilir. Bəzən bu səbəbdən dolayı mühakimə edilir, hətta həbs olunur. İtaliyan
kinosunun əfsanəvi adlarından Pier Paolo Pasolini də belə bir sənət adamı idi.
O, hər zaman haqsızlıqların, təzyiqlərin, faşizmin, imperiyalist sistemin, mədəniyyətdən
sui-istifadənin qarşısında dayandı. Gənclik illərindən kommunizmi mənimsədi,
lakin onu tənqid etməkdən belə çəkinmədi. Homoseksuallıq onun ən təbii seçimi idi və bunu heç vaxt gizlətmirdi. Dini inancı yox idi, ancaq dinin insanlara təsiri
onun əsas maraq obyekti idi. Filmlərində Allahı təhqir etdiyi üçün mühakimə
edildi, din propaqandası apardığına görə məhkəməyə verildi. Pasolini seksullığı
və zorakılığı filmlərinin vacib elementi olaraq istifadə etməyi daima başını bəlalar
gətirdi.
"Kino mənim üçün xəyaldır. Estetizmin növbənöv elementləri ilə ayıq olarkən gördüyüm xəyal"
Pier Paolo Pasolini, 5 mart 1922-ci ildə İtaliyanın Bolonya
şəhərində dünyaya göz açıb. Atası hərbiçi, anası müəllim olan ailənin birinci uşağı
idi. Uşaqlıq illəri davakar atasının təzyiqi və anasının qutarmaq bilməyən mübahisələri
ilə keçib. İlk şeirlərini hələ 7 yaşında yazmağa başlayan Pasolini, ilk şeir
kitabı - “Casarca Şeirləri”ni 20 yaşında çap elətdirir. Ədəbiyyata şeirlə
başlayan Pasolini roman yazmaqla işinə davam elədi. İtaliyanın bir çox nüfuzlu ədəbiyyat
mükafatlarını sıraladı. Lakin Pasolini ədəbiyyatla kifayətlənmək niyyətində
deyildi. Düşüncələrinin təkcə italyanların deyil, bütün dünyanın başa düşə biləcəyi
ortaq bir dil ilə anlatmaq istəyi, onu kino ilə qarşılaşdırdı. Kinoya ssenari
yazmaqla başlayır və 1954-cü ildə ilk ssenarisi olan “La Donna di Fiume” Mario
Soldati tərəfindən lentə alınır. Həmin dövrdə İtaliya kinosunun digər bir ismi
Fellini ilə yolları kəsişən Pasolini, “La Notti di Cabiria” və “La Dolce Vita”
ilə ssenari qabilliyyətinin pik həddinə çatır. Digər tərəfdən də kino dili
haqqında düşünür və bu mövzuda yazılar yazırdı. Nəhayət 1961-ci ildə lentə
aldığı “Accattone” filmi ilə böyük kinoda ilk rejissorluq işinə imza atır.
"Mənim dini filmlər çəkməyim əslində, dindən istifadə edən bir cəmiyyətə
qarşı protestdir. Mən din propaqandası aparmadığım kimi, Marksizmin də propaqandasını
aprmıram. Sənət adamı heç bir zaman propaqanda aparmır, aparmamalıdır"
Beləliklə, Pasolini kinoda bir-birinin ardınca mükəmməl
filmlər lentə almağa başlayır. Seksuallığın tabuya çevrildiyi ikiüzlü əxlaq təmsilçisi olan burjua cəmiyyətinə Pasolini kinolarının hücumu qarşısında tək müdafiə refleksi,
qadağalar və senzura olur. Filmoqrafiyasının ən sərt, ən dözülməz ekran işi
olan “Salo o le 120 giornote di Sodoma” Pasolinin son filmi olur. Yüzilliyin intellektuallarından biri kimi göstərilən Pasolini, filmin təqdimatından
bir neçə gün sonra 1975-ci ilin noyabrında Cireceo adlanan yerdə faciəvi şəkildə
öldürülür. Cinsi orqanı və anusu parçalanan, başının üstündən maşınla keçilən sənətçi
filmləri ilə ölməz iz qoyur. Fürsət tapdıqca onu qaralamaq üçün əlindən gələni
edən mühafizəkarlar, onun bəsit bir sevgi cinayətinə qurban getdiyini deyirdi.
Kommunist partiyası rejissorun qətli qarşısında
susaraq cavab verir. Pasolinin yaxından tanıyan dostları isə cinayətin arxasında
siyasi səbəblər olduğunu dilə gətirdilər.
"Bir mənada hamı zəifdir. Çünki hər kəs
qurbandır və hər kəs də buna görə günahkardır. Bu səbəbdən insanlar öldürməkdən ibarət oyuna hazırdır. Çünki alınan təhsil “sahib olmaq, əlində saxlamaq və məhv etmək”dən
ibarətdir"
Pasolini XX əsrin ən böyük intellektuallarından, ən vurucu sənətçilərindən biri idi.
Şair, yazıçı, tənqidçi və
rejissor olaraq yaratdığı əsərlərində, xristianlıqdan Marksizmə, cinsi
azadlıqdan Freydə qədər bir çox fikirləri birləşdirirək insan ruhunun dərinliyinə
enməyə çalışırdı. Faciəvi şəkildə ödürüləndə cəmi 53 yaşı var idi və əlbəttə daha
deməli olduğu çox sözü var idi. Özünün də dediyi kimi gerçək sənət adamını
yalnız anlaşmazlıq öldürə bilərdi.
0 Şərh:
Yorum Gönder