This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Seul Contre Tous etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Seul Contre Tous etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

5 Şubat 2016

Monica Bellucci ilə müsahibə - "Fikirləşirlər ki, kimsə çox gözəldisə axmaqlığa məhkumdur"




Monica Bellucci ilə müsahibəni təqdim edirik


(İngiliscədən tərcümə edən Mənzər İsmayılova)


“İreversible” filmindən başlayaq, zaman hər şeyi məhv edir, bu fikirlə razısınız?

Bəli, zaman hər şeyi məhv edir. Qırmızı gözəl bir alma götürün saxlayın zamanla o çürüyəcək və içində qurdlar əmələ gələcək. Bizim də həyatımız ona oxşayır. (kinoda)

Sizin bu filmdə oynamaq üçün marağınız çəkən şey nə idi?

Ssenarini oxumamışdım çünki ssenari mətni yox idi. Açığın desəm Gasparla işləmək istəyirdim. O tanıdığım ən savadlı adamlardan biridir, mən onun ilk iki kinosuna baxmışdım “Carne” və “Seul Contre Teus”. Fikirləşirdim ki, dəlidir yəqin amma o çox istedadlı biridir. O mənlə işləmək istədiyini deyəndə sevincimi təsəvvür edə bilməzsiniz. Beləliklə, bizim etdiyimiz şey ancaq rahat və özümüzə əmin olmaq idi. Bu cür bir işlə heç vaxt rastlaşmamışdım. Ssenarisiz bir film və mən sadəcə olacaqları bilirdim kinoda da gördüyünüz kimi 15-20 dəqiqə kamera heç bir kəsinti olmadan çəkməyə davam edir. Bizim elədiyimiz sadəcə bir gün təkrarlamaq səhəri gün səhnəni çəkmək olurdu. Bu mənim üçün yenilik idi çünki teatrı xatırladırdı. Kinoda bu cür hallara az-az rast gəlmək olur. Çünki kinoda xarakteri qurmaq deyə bir anlayış yoxdu sən ortaya qoyulan obrazı oynamalısan. O, filmdə obrazın yaranmağına imkan verdi. Axırıncı səhnədə mən yuxudan oyanıram yanımda ərim var, duşa girirəm, hamilə olub olmadığımı yoxlayıram sonra öyrənirəm ki, hamilə deyiləm. Bunu bir çox filmdə kəsirlər. Gaspar bunu eləmədi, zamanı bizə buraxdı və teatrallaşdı səhnə, ona görə mükəmməl iş alınmışdı.

Bizə zorakılıq səhnələri haqqında danışa bilərsiniz?

Bunu izah etmək bir az qəlizdir. İntim və şəxsi bir səhnə idi. Həmin gün Vincent məndən soruşanda ki, səninlə bir yerdə setdə qalmağımı istəyirsən? Dedim yox. O, Fransanın cənubuna sörf etməyə getdi. Bütün gün tək başıma qaldım. Hər şeyi təkrar etdikdən sonra setə getdim, hamı orda idi, bütün səhnələri əzbər bilirdim mənə təcavüz olunan səhnəni də, hansı pozisiyada duracağımı da. Düzü çox həyəcanlı idim amma indi onların heç birin xatırlamıram, necə çəkildi, o səhnə, o andakı hisslərim. Mənə  bu film “Clockwork Orange”, “Pi”, “Requiem for a Dream” və Pazolini filmlərini xatırlatdı. Bu filmləri həzm etmək çox ağır gəlir insana amma onlarda nəsə var. Bu cür filmlər izləyərkən narahat olursan çünki onlar sənin ən dərin qatlarına işləyir, insanın da dərinliyində, içində bir yerdə zorakılıq var. Onu tapırsan.


Vincent ilə birgə çəkilmiş intim səhnə haqqında danışın biraz.

Vincent inanılmaz biridir. Biz Kanna filmə baxmağa gedəndə mənə təcavüz səhnəsində bütün üzüm qan içində idi, Vincent ağlamağa başladı. Mən də bu kinodu Vincent real deyil dedim. Əlbəttə, bu filmin realist çəkildiyinə görə idi. Onunla işləmək isə tamam ayrı cür zövq verdi mənə. Biz birimizi çox yaxşı tanıyırdıq, səhnədə də bunu göstərdik, düzdür, biraz rol da qatdıq amma real alınmışdı səhnə.

Hollivud filmləri ilə bu filmi necə müqayisə edə bilərsiniz?

Tamamilə ayrı-ayrı şeylərdir. Hətta “Tears of the Sun” filmində belə realist olmağa çalışmışdım. Çox vaxt action kinolarda qadının baş rolda oynamağı çətinləşir amma əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Mən demirəm həmişə “İrreversible” tərz filmlərdə çəkilmək istəyirəm çünki o cür filmlər çox çətin olur. Amma mənə görə möhtəşəm idi.

Özünüz haqqında danışa bilərsiniz?

İlk olaraq insanlar mənə baxanda ağıllarına gələn ilk fikir “Aha daha bir model aktrisa olmaq istəyir”. Burdakı problem isə onların sənin istedadını, savadını unutmaqları amma gözəlliyini isə unutmamaqlarıdır. Onlar fikirləşirlər ki, kimsə çox gözəldisə axmaqlığa məhkumdur.

Sənətinizdən?

Mənə ilham verən Sophia Loren, Monica Vitti olub. İtaliyan kinosu yaratmışdı onları - Rossellini, Fellini, Antonioni, Visconti.  Mənə görə aktyorluq qadın işidir. Qadın üçün aktyor olmaq asan və normal bir şeydir. Amma kişi üçün bir az ağırdır, o rola bürünməyə məcburdur. Bir şey də var ki, bu günə kimi ortaya çıxan mükəmməl qadın aktrisaları dahilər yaradıblar.

“İreversible” filmində oynamaqla “Matrix”də oynamaq arasındakı fərq nədədir sizə?

Böyük büdcəli ya da az büdcəli filmdə çəkilmək arasında fərq yoxdur, ikisində də kamera qarşısında olursan. Kamera qarşısında olarkən mən rol haqqında düşünürəm. Bu aktyor üçün çox vacibdir çünki o bütün ürəyi ilə həmin rolu oynamalıdır.


Kariyeranıza vəkil olaraq başlamısınız.

Hakim və yalançı, ikisi də eyni şeydir, elə deyil? Məncə vəkillər inanılmaz aktyorlardır. Məhkəmə salonu da setdir.

İşinizdən əlavə ən çox dəyər verdiyiniz şey nədir?

Yaşamaq (gülür). Hamı kimi mən dostlarla bir yerdə danışıb gülməyi sevən biriyəm amma bildiyimiz kimi zaman bizi ölümə məhkum edib.

Sizə çox iş təklifləri gözəl olduğunuz üçün gəlir?

Fərqindəyəm ki, gözəllik xüsusi bir marağa dəvət yaradır. Amma Oscar Wilde-ın da dediyi kimi əgər sənin o gözəlliyi davam etdirmək üçün başqa bir səbəbin yoxdursa bu gözəllik sadəcə 5 dəqiqə səni gözəl saxlaya bilər. Rejissorlar kimisə gözəl olduğu üçün onlara rol təklif eləmirlər, onların istedadına görə dəvət edirlər.

Özünüzü aktrisa kimi sübut etdiyinizə inanırsınız?

Başqalarına yox özüm üçün bunu isbatlamışam. Mən diskusiyaya səbəb olan filmləri sevirəm. Məsələn “İreversible”, “The Passion of the Christ”,”Malena” kimi. Mən insanlığın içində olan kölgəni tapmağı sevirəm.

Uşaq vaxtı “Qrimm qardaşları” nağılını oxumuşdunuz?

Hə.

Ən çox hansı nağılı sevmişdiniz?

“Sleeping Beauty”, Terry Gilliamla bu işdə birgə işləməyimizə çox sevinirəm. O, Amerikada və xüsusilə, Avropada sevilən rejissorlardandır. Avropa onu filmlərinin qeyri-adiliyinə görə dahi adlandırır.

Bizə Terry ilə işlədiyiniz film haqqında danışın biraz.

Möhtəşəm idi. Obraz çox maraqlı idi. İkili rolu aparırdım. Cavan və yaşlı kraliça. İkisini də səsləndirməli idim. Əvvəl Terry bu haqqda düşünmürdü amma mən qoca olanı səsləndirməyi fikirləşirdim çünki artıq yaş öz sözün deyirdi. Amma sonda ikisini də özüm səsləndirdiyim üçün çox xoşbəxt idim. Filmin çəkilişi gedərkən heç vaxt düşünə bilmirsən ki, bu necə bir film olacaq. Sonda biz qutaranda çox sevinmişdim ki, mükəmməl bir film olacaq, Terry Gilliamın yaratdığı şahəsərdir.

Terry Gilliamla işləmək necə idi?

Terry qeyri-adi, dahi, istedadlı biridir. Onun beyni təsvirlərlə dolu olsa da, harada nə edəcəyini yaxşı bilir. O, qəfildən gözlənilməz bir şey edir və sən məcbur qalırsan ki, onun yaratdığı situasiyaya uyğun oynayasan, bu da aktyoru aktyor edən vacib bir şeydir. 



26 Aralık 2015

"Seul Contre Tous" - Gaspar Noe (1998)



Kinonun dekonstruktiv rejisorlarından Gaspar Noenin ilk tammetraj filmi “Seul Contre Tous” filmidir. Noe öz filmləri arasında bağlılıq qurmağı xoşlayan rejissordur. 1991-ci ildə lentə aldığı ortametraj “Carne” filminin əsas personajı olan “Qəssab”ın hekayəsi 1998-ci ildə lentə aldığı “Seul Contre Tous”da uzun metraja yansıyır.

Rejissorun ən çox səs-küyə səbəb olan “İrreversible” filmində olduğu kimi bu filmində də hadisələrə sondan başlayırıq. Film barda oturan 3 nəfərin əxlaq və ədalət haqda dialoqları ilə başlayır, sonra 4 dəqiqə müddətinə qəssabın bütün həyatı və başına gələnlər qısa şəkildə göstərilir (Bu qısa fraqmentallıq, rejissorun 1991-ci ildə çəkdiyi “Carne” filmində, 40 dəqiqəik bir müddətə ətraflı şəkildə təhkiyə edilir). Nəticədə tamaşaçı filmə, qəssabın həyatına birbaşa daxil olur. Səhnə keçidləri və dinamizm istər istəməz Jean-Luc Godard kinosunu xatırladır. Film əvvəlindən sonunadək tamaşaçını fransız mədəniyyətinin və tarixinin içində yoğurur. Fransız yazıçıları, filosofları, kino adamları və tarixi sanki filmdə parad keçirir. Qəssabın daxili monoloqları fransız ədəbiyyatının bir çox obrazı ilə yaxınlıq qurur. Monoloqlara sanki bir az Markiz de Sad, bir az Alber Kamyu səpilib.


1980-ci illərin Fransasında tənhalığın, heçliyin və daima dəyişən-əslində isə heç dəyişməyən dünyanın pəncəsində qəssab ölkənin, cəmiyyətin, dolayısı ilə də özünün keçmiş taleyi və tarixi ilə hesablaşır və bəzən də meydan oxuyur. Filmin bir səhnəsində qəssab qızını və özünü tərk edən qadın ilə bir dəfə sekslə məşğul olduğu və sonradan dünyaya gələcək qızının toxumlarını səpdiyi otel otağında təkcə oturub iç monoloqları və aclığı ilə mübarizə apararkən otağın pəncərəsini açır və çöl mənzərəyə baxaraq deyir: “Ölkəmi sevirəm. Fransa. Zavallı Fransa, dünyanın bütün ağrıları burada toplanıb.”

Buna baxmayaraq qəssab Fransaya qarşı nifrətlə doludur. Nəticədə Fransanın tarixi öz tarixidir. Qəssab hamıdan qisas almaq niyyətindədir, varlılardan, əxlaqçılardan, əxlaqsızlardan, homoseksuallardan, kommunist atasını öldürən nasistlərdən: “... Amma varlılar əsla həbs olunmur. 10  ildə bir və iki dəfə, olar ya olmaz. Həbsxanalar kasıblar üçündür. Qanunlar da varlılar üçündür. Kasıblar oğurlaya bilməz. Lakin ən əsas oğurladan, sikilən onlardır. Problem deyil, bəyaz yaxalılar pulumuzu, xoşbəxtliyimizi və şərəfimizi bizdən ala bilərlər. Hər gün bu hiyləgərlərin və onun əlaltılarının əlləri sənin ciblərində və götündədir. Sənin, arvadının, uşaqlarının... Hətta səni güldürə də bilirlər. Yaxşı, gülümsəyəcəm, lakin qisasımı alandan sonra.” Qəssabın bu cür monoloqları sistemə qarşı necə nifrət qusduğunun göstəricisidir. Həmçinin qəssabın gözündən varolma ətlə əlaqədardır. Onun zehnində hər yer ətlə örtülüdür, yuxusunda belə ət görür: At əti, donuz əti, qadın əti. Ən qiymət verdiyi ət isə at və qızının ətidir. “Carne” filmində bunu dilə gətirir: “Dərisinin altında mənim qanım hərəkət edir. Yaxın zamanda canlı-qanlı qadın olacaq-mənim ətimdən və qanımdan ibarət olan bir qadın.”

Qəssab porno filmlərin göstərildiyi kinoteatra gedib kresloda oturanda varolma səbəbi yenə onu sorğuya çəkir: “Həyat böyük bir boşluqdur. Bu həmişə beləydi və həmişə belə olacaq.” deyə başlayan monoloqu yenə ətlə bir bağlılıq qurur: “Porno filmlər çəkmək istəyirəm, həyata yenidən başlamalıyam. Hər şey aydındı, bu filmləri çəkənlər insanlığı kəşf etmiş insanlardır”. Bütün bu düşüncələrı ağlından keçirərkən kresloya söykənib öz həyatının, bəlkə də bütün həyatların xülasəsini izləyir.


Gaspar Noe fərdin çürümüş iç dünyasını diqqətə gətirir, filmin məkanı qəssabın daxili aləmidir. Qəssabın monoloqlarında bir az eksperimentallıq, bir az roman amma ən çox şeir var. Filmin son səhnəsində kamera otel otağının balkonunda bir-birini qucaqlayan və bir-birini tumarlayan qəssab və qızından uzaqlaşaraq ağrıların cəmləşdiyi Fransanı, küçəni göstərir. Kadrda boş bir küçə var, qəssabın sözləri isə bir növ bu boş çərçivəni doldurur: “Nə etsək də, etməsək də insanlıq dəyişməyəcək. Amma etdiklərimiz sənin üçün və mənim üçün tamamilə dəyişmək deməkdir. İnsanlar azad olduqlarını düşünürlər. Azadlıq deyilən bir şey yoxdur. İnsanların özlərini qorumaq və məni və kədərimi ört-basdır etmək üçün inşa etdikləri qanunlar var. Bu qanunlardan biri mənim səni sevə bilməyəcəyimi deyir. Niyə? Çünki sən mənim qızımsan. Mərc gələk, bunu səhv olduğu üçün deyil, çox güclü bir şey olduğu üçün qadağan ediblər. Bizim vəziyyətimizdə başqa çıxış yolu yoxdur. Səni sevirəm. Vəssəlam.”


10 Aralık 2015

Gaspar Noe - "Zorakılığın kinodakı üzü"


Gaspar Noe
1963-cü ildə Buenos-Ayresdə doğulan, 12 yaşında olarkən Argentinadan Fransaya köç edən Gaspar Noe, kinonun ən ziddiyyətli, sensassiyalı, dekonstruktiv rejissorlarından birincisidir. Noenin kino ilə tanışlığı Parisdə kino və fəlsəfə təhsili aldığı vaxta - 1985-ci ilə təsadüf edir. Argentinalı rejissor Fernando Solanasın filmində köməkçi rejissor kimi kinoda addım atan Noe, kariyerasına qısametraj filmlər çəkməklə başlayır. Fransız “Yeni Dalğa” axımının məqsədini və təsirlərini hiss etdirən, hər filmində tamaşaçıya kinematoqrafik şok yaşadan rejissor, 1991-ci ildə lentə aldığı “Carne” adlı ortametraj filmiylə adından söz etdirir. 30 illik rejissorluq kariyerası boyunca hər il film çəkən rejissorlarla müqayisədə Gaspar Noe, sadəcə 1 orta və 4 uzunmetraj film lentə alıb. 1991-ci ildə lentə aldığı “Carne” filmindən əvvəl və sonra “Tintarella di Luna” (1985), “Pulpe amere” (1987), “Sodomites” (1998) kimi qısa metrajlar, Animal Collective, Nick Cave and the Bad Seeds və Placebo kimi qruplara reklam filmləri ya da “Destricted” (2006), “8” (2007), “7 Days in Havana” (2012) kimi antoloji filmlərə hissələr çəksə də, filmoqrafiyasının əsasını “Carne” (1991), “Seul Contre Tous” (1998), “İrreversible” (2002), “Enter the Void” (2009) və “Love” (2015) təşkil edir.

Noenin narahatedici xarakterini üzə vuran fiziki görnüşü, həmçinin filmlərinə də yansıyıb. Noenin filmlərində şiddət, cinsəllik, narkotik, əxlaq, pedofiliya, təcavüz, insest, ədalət, ölüm, reinkarnasiya kimi qavrayışlar yüksək dozada özünü göstərir. Neon işıqlar, hallüsinasiyalar, qırmızı tonlarla yüklü rənglərin epileptik krizə şərait yaradacaq şəkildə kombinasiyası, davamlı hərəkət edən kameranın ürəkbulandırıcı və başgicəlləndirici təsiri, Thomas Bengalterin beyinin sərhədlərini aşan elektronik musiqiləri, filmlərinin narahatedici girişi, filmin ortasında “warning” xəbərdarlıqları onun filmoqrafiyasının əvəzolunmaz ünsürlərindəndir.

“Ananı sadəcə səni əmizdirdiyi üçün, atanı da sadəcə sənə pul verdiyi üçün sevirsən. Ananın südü qurudusa və ya atanın cibləri boşaldısa onları özündən uzaqlaşdırıb ölməyini gözləyirsən. Sürətli və ucuz başa gələcək bir ölüm olacağına ümid edirsən.” (Seul Contre Tous)


Noe öz filmləri arasında bağlılıq qurmağı xoşlayan rejissordur. 1991-ci ildə lentə aldığı ortametraj “Carne” filminin əsas personajı olan “Qəssab”ın hekayəsi 1998-ci ildə lentə aldığı “Seul Contre Tous”da uzun metraja yansıyır. “Carne” və “Seul Contre Tous” filmlərində Noenin kamera istifadəsi ümimilikdə sabit və bir plan ardıcıllığı ilə davam edən səhnələrdən ibarətdir. Lakin filmin narahatedici ünsürləri statik kadrlar, səs effektləri və şiddəti ehtiva edən görüntülərdir. Hər iki filmdə də boğaz kəsmə, hamilə qadının qarnını yumruqlayaraq dölün öldürülməyi kimi çətin səhnələr, ədalət və insanlıq haqqında nifrət qusan dialoqlar at oynadarkən, birdən “Ti amo” musiqisinin müşaəti ilə xəfif, sakitləşdirici səhnə şokuyla qarşılaşmaq mümkündür. “Qəssab” obrazı ilk baxışda bir çox tamaşaçının fərqinə varmadığı şəkildə “İrreversible” filminin açılış səhnəsində də özünü göstərir. “Seul Contre Tous”da özünə “homoseksual” dediyi üçün arvadına əsəbləşib, onun qarnını yumruqlayıb uşağını öldürən “Qəssab”ı burada illər sonra köhnə bir binanın içində yarı çılpaq şəkildə bir adamla siqaret çəkərkən görürük. Filmdə qəssab “Zaman hər şeyi məhv edir!” deyərək söhbətə başlayır. Ya da “Enter the Void” filmində Oscar, öz bacısı Lindanın birlikdə olduğu sevgilisindən nifrət edir və “Ondan hamilə qalsan uşağını öldürərəm” deyir. Noenin filmoqrafiyasında bu cür oxşar gedişlər kinosevərlər üçün şok təsiri yaradır.

“Geriyə qayıtmaq mümkün deyil. Çünki zaman hər şeyi məhv edir. Bəzi şeylər düzəlmir. İnsan bir heyvandır və intiqam istəyi təbii bir hissdir. Bir çox cinayət cəzalandırıla bilmir. Sevdiyin kimisə itirmək, insanı ildırım vurmuş kimi sarsıdır. Çünki sevgi həyatın bulağıdır.” (İrreversible)


Dünyanın ən narahatedici filmlərindən biri kimi qiymətləndirilən “İrreversible”, Kann Film Festivalında nümayiş olunduğunda salonun yarısından çoxunun filmi yarımçıq qoyub tərk etdiyi, qusduğu, dözə bilmədiyi, Gaspar Noeni "pozğun" olaraq ittiham etdiyi, protestlərə məruz qaldığı filmdir. Filmdə tamaşaçı yeraltı keçiddə sabit planda bir insanın sifətinin addımbaaddım dağılmağını izləyir (deyilənlərə görə Noe bu səhnədə cəsəddən istifadə edib) və Monica Belluccinin artıq dillər əzbəri olan 15 dəqiqəlik, bir planda dözülməz şiddət içində təcavüzə məruz qalmağı səhnəsi Noe kinosunda zorakılıq anlayışının zirvəsidir. “Carne” və “Seual Contre Tous” filmlərindəki sabit kamera, “İrreversible”da yerini bitib-tükənmək bilməyən kamera hərəkətliliyinə verir. Noe burada yenə öz dekonstruktivliyini nümayiş elətdirərək bir çox insanın kameranın hərəkətindən və qaranlıqdan fərqinə vara bilmədiyi səhnədə - bir gey bar tualetində masturbasiya edərkən özünü göstərir. “İrreversible” filminin hər baxışdan çıxılmaz bir cəhənnəmi xatırladan, sondan əvvələ doğru gedən təhkiyəsi sonda özünü daha xəfif, sakit və qəribə bir xoşbəxtliyə təslim edir. “Carne” filmində “Ti amo” musiqisinin müşaiəti ilə mətbəx silmə səhnəsinin film içindəki qəribəliyi, “İrreversible”da isə filmin sonunda yer alan (əslində ilk səhnəsi olan), Belluccinin çəmənlər, uşaqlar, çiçəklər arasında hamilə bir şəkildə xoşbəxt uzandığı səhnədə gizlidir.

“Öləndə ruhun bədənini tərk edir. Başlanğıcda bütün həyatın gözünün qarşısından keçir. Həyatının sehirli bir güzgüdə yansıdığını fikirləş. Ardınca bir kabus olaraq davam edirsən. Ətrafında baş verən hər şeyi görürsən, hər şeyi eşidirsən. Ancaq yaşayanlarla əlaqə yarada bilmirsən. Daha sonra işqları və parlaqlığı görürsən. Fərqli rənglərdə fərqli işıqlar. Bu işıqlar səni varolmanın digər mərtəbələrinə çıxarmalı olan qapılardır. Ancaq bir çox insan, əslində, bu dünyanı çox sevdiklərindən başqa bir yerə getmək istəmirlər. Bu vəziyyətdə səyahət bərbad bir səyahətə çevrilir. Bu vəziyyətdən tək xilas olma yolu reinkarnasiyadır.” (Enter the Void)


“Enter the Void” Noenin avanqard kinosunda inqilabi bir zirvəyə yüksəlir. İlk 3 filmindəki cinsəllik, şiddət, ölüm, insest temaları davam etməklə yanaşı burada fiziki şiddət nisbətən azalır. Noe bu filmin, xüsusilə, ilk 40 dəqiqəsində birinci şəxsin gözündən subyektiv təhkiyə üslubu təqdim edən bir kamera taktikasından istifadə edir. Əsas peronsajın üzünü ancaq güzgüyə baxdığında əksindən və öldüyü vaxt onun ruhu yerinə keçərkən quşbaxışı şəklində görürük. Hallüsinasiyalar, parlaq və solğun rənglər, göz alan işıqlar, detallı və diqqətli kinematoqrafik quruluş, hamısı birlikdə narkotik təsiri ilə tamaşaçını uyuşdurmağa çalışıb trans vəziyyəti yaradarkən, Tokio küçələrinin havadan görüntülərinin müşaəti ilə gəzən, ortada qalan bir ruhun arxasınca düşüb gedirik.

Noenin “psixodelik bir melodrama” olaraq adlandırdığı “Enter the Void”, şiddət anlayışını yüksək dozada istifadə etmir. Lakin vaginanın içində gizlənən bir kameradan penisin tamaşaçının üstünə doğru hərəkəti və kameraya doğru boşalmağı kimi “hardcore” səhnələrlə kinematoqrafik şokun pik həddinə çatmaq mümkündür. Sona doğru pik həddə çatan qrup seks səhnələri və davamlı fırlanan kameranın filmin “boşluq” adına uyğun olaraq tapdığı hər boşluğa girərək tamaşaçının zehnində qısa müddətli “qara dəlik” hissiyatı yaradır. Bütün bunlarla yanaşı qısa flashback səhnələrində ailənin gəzinti (picnic) zamanı film, bir almanın-qırmızının ön plana çıxdığı melodram hissi yaradır. Qəza səhnəsində isə tamaşaçını sarsır Noe. Melodramatik təsir və xoşbəxt anlar qısa olaraq həyatımızın bir küncündə “xatirə” halında gizlidir, Noe bunu bəlli bir zaman kəsiyində açığa çıxarır. Lakin şiddətin, cinsəlliyin, narkotikin, intiqam hissinin unudulmazlığını hər dəfə şapalaq kimi tamaşaçının üzünə çırpır.


Noe, “Enter the Void” filmindən sonra film çəkməyə yenə uzun bir ara verir. 6 illik aradan sonra Noe yeni filmi “Love” ilə kinoya geri qayıdır. Filmin sensasiyalı afişaları hələ film çıxmazdan qabaq səs-küyə səbəb olur. Noe bu filmi ilə də illər sonra yenə öz texnikasına sadiq qalaraq bir sevgi hekayəsini diqqətə gətirir. Şiddətin və zorakılığın üstündən xətt çəkən rejissor bu dəfə “hardcore” seks səhnələri ilə tamaşaçıya unuda bilməyəcəyi bir sevgi hekayəsi təqdim edir. Filmdə özünün adı verildiyi uşağın doğumundan sonra filmin mərkəzindəki personajların məhəbbətinin sona çatmağı ilə başlayan film sonda özünü xəyali olaraq xoşbəxt sonluğa verir. Öz ənənəsinə sadiq qalaraq Noe filmdə yenə flashbacklərə geriyə gedən təhkiyə vasitəsindən istifadə edir. Noenin 2015-ci ildə ekrana çıxan filmi “Love” hələlik son filmidir. Yəqin ki, Noenin yeni filmini 2020-ci ildə görmək mümkün olacaq.