![]() |
Alejandro Jodorowsky |
Alejandro Jodorowsky
ilə müsahibəni təqdim edirik
(İngiliscədən tərcümə edən Mənzər İsmayılova)
Beyin simvolikası “The Holy Mountain” və “El
Topo” filmlərində mühüm rol oynayır.
Universitet
illərimin ilk 2 və 3 illiyində beynin sol tərəfi ilə fikirləşərək rasional
olmağın dilini öyrəndim. Amma beynimizin sağ tərəfi hisslər və təsəvvürdən ibarətdir.
Sözlər həqiqəti əks etdirmir. Onlar sadəcə gediləcək yola kömək edirlər amma sən
o yolu tənha və sakit getməlisən. Simvollar sözləri öldürəcək dilə sahibdir.
Onlar sənin rasional tərəflərini öldürür və sən məcbur olursan ki, öz hisslərin
və kreativliyin ilə simvolları tapa biləsən.
Nəyə görə "The Holy Mountain"də Tarota o qədər
önəm vermisiniz?
Tarot
optik dildir, sayğac kimidir, o deyir: “nə soruşursan?” tarot sözlərlə
danışmır, o deyir ki, sən hisslərin və arzularınla düşünməlisən.
Sizin filmlərinizdəki əsas fikir ruh, cəmiyyət,
cinsəllik, sənət üzərində qurulub. Bunların hamısı da təbii vizuallıq və səslər
vasitəsilə tamaşaçılara çatdırılır. Amma bəzi verdiyiniz mesajlar isə
aydınlanmamış qalır.
Açığı
mən musiqini tuta bilmirəm, mahnınını bilmək üçün ona bir dəfə yox dəfələrlə və
səbirlə qulaq asmaq lazımdır. Və beləliklə də mən öz-özümə deyirəm ki, onda səhnəni
niyə bir dəfə göstərim ki? Mən sizin anlamayacaığınız şəkilləri bir neçə dəfə
göstərirəm. Siz onları dəfələrlə gördükdən sonra anlayırsınız, mahnı kimi.
Siz bir dəfə mən anlamadığım şeyləri
filmlərdə göstərirəm demişdiniz. Sizin filmlərinizdə başa düşülməyən yaxud da səhv
başa düşülən çox motiv var.
İlk
olaraq mənim anlamadığım mənim həyatımdır. Mənim üçün bir müəmmadan artıq bir
şey deyil. Və bu gün xüsusilə iqtisadiyyatı və siyasəti anlamıram. Başa düşmədiyim
şey isə siyasət və iqtisadiyyatın dünyanı niyə dağıtmağıdır. Siz dolların nə
olduğunu başa düşürsünüz? Bu sirr kimi bir şeydir, kağızın dəyəri nədən ibarətdir?
Bu sadəcə simvolikadır. Biz ancaq onun bizim həyatımızdakı yönünü kəşf etməliyik.
Mənə görə filmlər pul qazanmaq üçün deyil. Mən bunu heç vaxt etməmişəm. Mən
özümü ifadə etmək üçün filmlər çəkirdim, sənət yaratmaq idi istəyim iş yox.
Sizin filmləriniz normal mənadan kənardırlar,
apokalipsis təsiri bağışlayırlar.
Bizim
yaşadığımız dünya real bir dünya deyil. Bu sadəcə bizim məhdud beynimizin
yaratdığı bir quruluşun alt qatıdır. Biz reallıqda yaşamırıq, bir növ bir
yuxunun içərisindəyik və məcburuq ki oyanaq çünki artıq sonda düşünmək məcburiyyətindəyik
ki, sona qədər yuxu içində yaşamaq mümkün deyil.
“The Holy Mountain”də mənanı anlamaq
üçün açıq bir qəlbə sahib olmalısınız deyə bir ideya var idi.
Bəli,
var idi, mən səhnələri quranda bunu pul qazanmaq üçün etmirəm. Əvvəlcə həqiqətin
üst qatını öyrənməyə çalışıram. Bunu edən zaman mən öz həqiqətimin dərin
qatlarına qədər varıram.
Sizin filmlərinizdə qəddarlıq, qan, şiddət,
gülüş, faciə - hər şey var. Bu filmlərdə həm gülüşdoğurucu məqamlar həm də
qorxuducu anlar da var. Məsələn, “The Holy Mountain”də seks maşını və hətta
Kimyagərin poxdan qızıl düzəltməyini də qara yumora aid etmək olar.
Fəlsəfə
və gülüş hər zaman bir yerdədir. Çünki sən gülmürsənsə qorxursan. Bu filmdə
ustalarla görüşdə ancaq iki rəng gözə çarpır, bir qara və bir ağ. Yin və yangın
simvolları.
Reallıq və təsəvvür bütövdür ya ayrı?
Yox,
onlar eyni şeylərdir. Məsələn, biz bu müsahibəni qurtardıqdan sonra bu tarixi
bir əhəmiyyət qazanacaq, yuxu kimi.
Absurdluq sizin filmlərinizdəki mərkəzi
xətti təşkil edir, şiddət və qan isə komediyaya gətirib çıxardır.
Mən
Meksikada olararkən yapon Zen rahibindən buddizmi öyrənmişdim. Mənim üçün həyatım
boyu tanıdığım ən vacib insan idi. Bu dediklərinizi də o illərdə öyrənmişdim.
Onunla bir yerdə 5 il ərzində meditasiya ilə məşğul olmuşdum.
Cənubi Amerikada böyümək katoliklərdən
uzaq olmağı çətinləşdrir.
Hə,
düzdür, çünki indi din siyasətlə bir addımlayır , Star Wars effektinə bənzər
bir işğal mənzərəsi yaradır. Mən mistikaya inanıram, daxilindəki məqsədinə
çatmaq üçün lazımdı bu, siz öz qalanızın içərisindəsiniz və özünüz özünüzün din
adamısınız. Mən artıq dinə inanmıram çünki günümüzdə dini müharibələr, səhv əxlaqi
davranışlar olduqca çoxdur. Din artıq köhnəlib, o əvvəlki əsrlər üçün aktual
idi bugün üçün deyil.
Bəs “El Topo” filmində əsas məqsədiniz nə
idi?
İş
kimi yanaşsam, Amerikanı başa düşmək idi. Mən işləmək üçün tamam azad olmaq istəyirdim
ona görə də filmdə kovboylar var idi amma əslində onlar daxilən Zen ustaları
idilər və ya suşi ustaları. (gülür)
Din və ruh-inanc sistemləri- sizin filmlərinizin
mərkəzində yer alıblar həmişə. “El Topo”da bütün dinləri müzakirə etmisiniz.
Dini bir keçmişinizin olmağından irəli gəlirdi bunlar?
Mən
insanın ədalətlə üzləşdiyi məqamla maraqlanıram. Açıq şüura üstünlük verirəm. Mən
inanmıram ki, din beyni bağlayır əksinə o şüuru açamağa kömək edir ki, sən
özündəki xəzinəni dərk edəsən. “El Topo”da öz təcrübələrimdən çıxış eləmişəm
amma “The Holy Mountain” isə ondan qat-qat yüksəkdədir.
“The Holy Mountain” mövzu kimi ölməzliyi
ələ alıb. Bununla əlaqəli siz bir dəfə demişdiniz ki sülh axtarışı həmişə faciə
ilə bitəcək.
Siz
real sevgini tapan zaman faciə, tsunami ilə qarşı qarşıya qalırsınız, zəzələ təsiri
bağışlayır çünki artıq sizə aid olan individuallıq yoxa çıxıb inandığnız hər
şey silinib. Və siz tamam başqa bir insana çevrilirsiniz. Amma heç vaxt da əvvəlki
özünüzün necə olduğunuzu artıq bilmirsiniz bu pis yox yaxşı faciədir.
“The Holy Mountain” və “El Topo”da
buddist bir mesaj var, filmlərin sonluğunda bunu görürük.
Bir
çox dinlərdə sən özünü iki hissəyə ayırmalısan, ailənin, cəmiyyətin yaratdığı
olan sən və öz içinin dərinliklərindəki sən. Sənin eqon var. Amma bu sən deyil.
Bu sənin şəklindir. Amma ikinci olan sən isə sənin daxilindəki şüuraltındır bu
da keçmişin və gələcəyinlə bağlıdır, bir okean kimi təsəvvür edə bilərik bunu.
Orada özünü kəşf edib eqonu məhv edirsən. Tam olaraq məhv etmək deyil, açmaq
desək daha doğru olar. İnsanlıq haqqında heç bir mənfi bir görüşüm yoxdu əksinə
insanın taleyinə inanıram və dünyamıza da. Mən sadəcə eqonu sevmirəm və mənim
üçün Hollivud bir eqo fabrikindən başqa bir şey deyil. Orada ruhi, hissi heç
bir şey yoxdur.
Və nəhayət siz Hollivud filmi çəkdiniz,
“The Rainbow
Thief”, bu filmdə isə Peter O Toole ilə işlədiniz.
Mən
bunu professional bir görünüş yaratmaq üçün elədim, gəliri çox oldu filmin, həm
də bir ulduzla işləmək necə olacaq o maraqlı gəlirdi mənə amma mən Peterə nifrət
elədim, onu öldürmək istəyirdim çünki o aktyor yox ulduz idi. Özünü dünyanın mərkəzi
hesab edən biri ilə mükəmməl bir film yaratmaq mümkünsüzdür.
Siz yenə film çəkəcəksiniz?
Hə,
bir film var beynimdə. Pul lazımdır amma pulun dəyəri yaradacağın şeyin dəyəri
ilə eyni ölçüdə deyil.
Mənim içimdə belə bir hiss var ki, siz
uzun illər yaşayacaqsınız.
Çalışacam.
Mən təcili film çəkməliyəm. Yalnız bundan sonra rahat ölə bilərəm.
0 Şərh:
Yorum Gönder