This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Stanley Kubrick etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Stanley Kubrick etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

18 Kasım 2015

"3 Women" - Robert Altman (1977)



"3 Women" 1977-ci il ABŞ istehsalı olan psixoloji dram filmidir. Robert Altmanın rejissorluğunu etdiyi film ilk dəfə 25 May 1977-ci ildə Kann Film Festivalında göstərilib. Filmin baş rollarında Stenley Kubrickin "The Shining"indən də yaxşı tanıdığımız Shelley Duvall, Sissy Spacek, Janice Rule və Robert Fortier oynayıblar. Shelley Duvall isə filmdəki Millie roluna görə  Kann Film Festivalında "Ən Yaxşı Aktrisa" mükafatını qazanıb.

Robert Altman
Rejissorluğa sənədli film çəkərək başlayan Robert Altman hadisələrin Kaliforniyanın çöllük bölgəsində yaşlılara xidmət göstərən bir kurort müalicə mərkəzində cərəyan edən bu filmində üç qadının dərin psixoloji portretini cızıb. Qadın dünyasının mürəkkəb xarakterindən bəhs edən filmin mərkəz nöqtəsində eyni iş yerində çalışan iki gənc qadın və onların kirayə qaldıqları ev sahibinin arvadı dayanır. Film ilk baxışdan ABŞ-ın digər bölgələrinə çox da bənzəməyən Kaliforniya həyat tərzinin fərqliliklərini də izləyicisinə çatdırır.


Texasdan iş dalıyca gələn Pink Rose (Sissy Spacek) Cənubi Kaliforniyanın isti suları ilə zəngin olan bir qəsəbəsindəki müalicə mərkəzində işə başlayır. Burda isə işi öyrənmək üçün onu yenə özü kimi Texaslı olan və uzun müddətdir ki, burada çalışan Millie Lammoreauxa (Shelley Duvall) tapşırırlar.  İki əsas personaj (Shelley Duvall və Sissy Spacek) tədricən bir-biriləri ilə yaxınlaşırlar və sosial mövqelərini birləşdirərək bir yerdə yaşamağa başlayırlar.


Pinky bu qızı bir ideal olaraq görür və ona güvənib onun kimi davranmağa başlayır. Halbuki Millie bilmədiyimiz  bir səbəbdən ətrafında çox sevilən bir insan deyil. İş yerində və qaldığı binada yaşayan insanlara verdiyi salamlar belə qarşılıqsız qalır. Yoldaşları və qonşuları onunla əlaqə yaratmaq istəmir, ondan uzaq durmağa çalışır, hətta arxasınca dedi-qodu eliyirlər. Millie evində parti vermək istəyir lakin dəvət etdiyi qonaqlar belə  bir bəhanəylə aradan çıxırlar.

Millieye isti münasibət göstərən tək insan isə  Edgardır (Robert Fortier). Edgar və hamilə həyat yoldaşı Willie (Janice Rule) həm də Millienin kirayə qaldığı evin sahibləridir. Heç kimlə bir kəlmə belə kəsməyən Willie otel tipində təşkil edilmiş mənzillərindəki hovuzun və işlətdikləri barın divarlarına sürrealist üslubda   qəribə erotik şəkillər çəkməklə məşğuldur. (Rəsmləri real həyatda rəssam Bodhi Wind çəkib). Arvadıyla maraqlanmayan Edgarın isə tək hobbisi spirt, silahlar və motosikletlərdir.



Özünə bənzətdiyi Pinkynin hər davranışını təqlid etməyə çalışan Millie daha sonra onun həddindən artıq uşaq hərəkətlərindən sıxılmağa başlayır və mübahisə zəminində bir gün onu evdən qovmaq istəyir. Bundan təsirlənən Pinky balkondan hovuza tullanaraq intihar etmək qərarını verir. Lakin intihar uğursuz alınır, o həyatda qalmağı bacarır və xəstəxanaya aparılır. Yaddaşın itirən Pinky Texasda onun yanına gələn yaşlı ana və atasını belə tanımır. Bütün bu olanlardan sonar vicdan əzabı çəkən Millie Pinkyə qarşı yaxşı davranmağa başlayır. Belə olan halda hər iki qadının rolları da dəyişir. Üçüncü bir qadının (Janice Rule) da aralarına qatılmasıyla qadınların şəxsiyyətləri əvvəl qarmaqarışıq bir hal alır, daha sonra isə fərqliləşərək və yer dəyişdirərək bir-birinə qarışır. Sonda isə bəlkə də tək bir şəxsiyyət halına gəlir. Film bu baxımdan İsveçli rejissor Ingmar Bergmanın "şəxsiyyət dəyişməsi"ni mövzu edən psixoloji filmi "Persona" (1966) ilə bənzərlik təşkil edir.

P.S Robert Altman kinotənqidçi Roger Ebertə filmin bütün hekayəsini yuxusunda gördüyünü və ssenarini də bu yuxudan ilhamlanaraq yazdığını söyləmişdir.



29 Ekim 2015

"A Clockwork Orange" - Stanley Kubrick (1971)



Liberal sistemdə cinayətkar və qurban dialektikası üzərində inşa edilən bir satirik film olan "A Clockwork Orange" Stanley Kubrick filmoqrafiyasında vacib yer tutur. Kubrick bu filmi ilə cinayətin mənşəyinə enmək əvəzinə nəticələrini araşdırır, tənqidi oxlarını liberal quruluşa yönəldir. Modern dünyanın təşkilində mühüm yer tutan dinamikaya sərt və tənqidi yanaşan "A Clockwork Orange" futurustik bir proqnozdur, şübhəsiz bir şahəsərdir. Bütün şahəsərlər kimi bir başqasına deyil yalnız özünə bənzəyir.

Stanley Kubrick "A Clockwork Orange" setində (1971) 

Filmin əsas qəhrəmanı Aleksin cinayətkarlıq şəbəkəsi burjua və proletar ayrıseçkiliyinə məhəl qoymadan qarşısına çıxan hər şeyi məhv edən psixo sxemdir. Filmdə standart təhkiyə üslubundan xilas olma cəhdləri sistem əleyhinə olan özünüifadə və anarxist bir rəftardır. İnsanlar arasındakı daha çox güclənmək uğrunda gedən münaqişədə insanlıq anlayışından qopduğuna şahid oluruq. İnsanlıq anlayışının məhv olması bir müddət sonra iqtidarın gözətçiləri ilə-artıq tənha və çarəsiz bir fərd mövqeyinə düşən-Aleksi qarşı-qarşıya gətirir. Bu hesablaşma isə qaçılmazdır. Əvvəllərdə çox da islah olunmayacağına dair təcavüzkar və dağıdıcı portret cızan Aleksin sonlarda artıq islah olduğunu görürük. Bu islaholunma filmin finalına aid olunun hissəyə təsadüf edir: Aleksin başqa əlacı olmadığı üçün özünü iqtidarın şəfqətli qollarına təslim etdiyində, daha doğrusu iqtidarın gözətçiləri-sistemin sadiq kölələri Aleksi öz dünyasına qatanda.

Aleksi assimiliyasiya etmə siyasəti əvvəlcə nəcib bir pedaqoqoun təşviqatı ilə başlayır. Bu cəhddən sonra “xəstə”də müsbət nəticələr qeydə alınmadığı üçün həbsxana yöntəmlərinə keçid alınır. İşgəncə metodlarına bənzəyən təcrübələrdən sonra yavaş-yavaş beyninin ələ keçirildiyinə şahid olsaq da Aleks özünü asanlıqla təslim etmir. Ta ki qarşı qoymaq üçün gücü tükəndiyində artıq çıxış yolu qalmadığını anlayanadək. Artıq Aleks təslimdir, iqtidarın şəfqətli qollarının istisini iliklərindək hiss edə bilir. Xüsusilə təktipləşdirmənin ölçülərinə gətirdiyi baxış bucağı və bunu analiz etmə şəkli filmin universal statusa malik olduğunu göstəricisidir.


Hər dövrün əsas düşüncə sistemi qaynağını dövlətin idarəçiliyinin təşkili modelindən götürür. Yeri gələndə dövlət bürokratik güc vasitələrini işə salaraq fərdləri yumşaldır, formalaşdırır, onları nizam-intizamlı şəkildə “presləyir”. Düşüncə formasına/ideologiyasına tərs olan mikrobları sterlizə edir, ictimai asayişi poza biləcək cəhdlərin qarşısını alır. Dövlətin varlığını təhdid edən hadisələr meydana gələrsə təzyiq mexanizmini gücləndirir, hər şeyi öz çıxarları üçün assimilə edir, lazım olduğunda zorakılıq tətbiq etməkdən çəkinmir. Filmin sərt və dəqiq fomada verdiyi suallar, xatırlatdığı mövzular isə bu mərhələdə üzə çıxır. Aid olduğu sosial sinif fikir verilmədən cəmiyyəti formalaşdıran və ya cəmiyyətdən uzaq fərdlərin düşüncə qəliblərinə, malik olduqları kimliklərinə xarici və nəzarət altında olan müdaxilə nə qədər gərəklidir? Bu cür müdaxiləyə məruz qalan fərdlər nə qədər azad ola bilər? Bu və ya buna bənzər tətbiq olunan vasitələr dövlətin qanuni vəzifəsi hesab oluna bilərmi?
Qəlibləri pozan bir kino dominant Stanley Kubrick, "A Clockwork Orange" filmində məsafəli xarakterini qoruyan sosioloq ədasına bürünür. Dediyi kimi: “Film çəkmək asandır, çətin olan nəyin çəkilməyidir”. Onun bu sözləri rejissorun üslub və formadan çox mövzunun təşkilinə daha böyük diqqət ayırdığını ifşa edir. Kubrick "A Clockwork Orange" filmi ilə iqtidarın varlığını davam etdirə bilməyi üçün oynadığı oyunları fərdin azadlığı çərçivəsindən sorğu-sual edir. Nəticə olaraq film müasir cəmiyyətin ironik təsvirdir.

1971-ci ildə "Warner Brothers" studiyası tərəfindən çəkilən film 136 dəqiqəlik xronometraja malikdir. 1973-cü ildə Stanley Kubrick həyat yoldaşına qarşı ölüm təhdidləri almağa başlıyır və film İngiltərədə nümayişdən götürülür. Lakin buna baxmayaraq 80 və 90-cı illərdə insanlar Fransadan pirat disklər gətirərək filmi izləyir. 1993-cü ildə isə İngiltərədə kifayət qədər məhşur olan "Scala Film Club" filmi icazəsiz yayımladığına görə Stanley Kubrickin də təzyiqləri ilə "Warner Brothers" studiyası tərəfindən böyük miqdarda təzminat ödəməli olur. Təzminatın miqdarı o qədər yüksək olur ki, hətta "Scala Film Club" müflis olmaq dərəcəsinə çatır. Film yalnız 2000-ci ildə Stanley Kubrickin ölümündən sonra 18+ yaş həddi qoyularaq İngiltərədə nümayiş olunmağa başlayır.

Film 1961-ci ildə Anthony Burgess tərəfindən yazılan eyni adlı roman əsasında ekranlaşdırılmışdır. İstesalından 44 il keçməyinə baxmayaraq "A Clockwork Orange" bu gün də ən yaxşı filmlər sırasında yer almaqdadır.