Michael Haneke ilə müsahibəni təqdim edirik:
Siz Kann Film Festivalında “White
Ribbon” filminə görə qalib olmusunuz. Almaniya da bu filmlə Oskarda iştriak etmək
üçün dəvət yollamışdı.
Filmlərim
əsasən gözəl sevgi hekayələrilə doludur və bu hekayələr soyuq təsir bağışlamır,
əksinə daha çox səmimi və istidir. Mən streotipləşmiş qaranlıq tərəflərimizi
göstərirəm. İnanıram ki, insanları sevirəm lakin onların sona qədər bu cür
davam edəcəyinin qarantisini verə bilmərəm. Bizim hər birimiz nələrəsə qadirik.
Ancaq bu düzgün situasiyalarda baş verə bilər ki, biz yaxşı tərəflərimizi
qoruyub saxlaya bilək.
“White Ribbon” filmi 1913-14-cü illərdə
kiçik alman qəsəbəsində I Dünya Müharibəsinin başlanmağına az qalmış bir müddətdə
orada baş verəı zorakılıq münasibətlərini mövzu edir. Bu kənddə insanlar
arasındakı münasibətlərə dərin qorxu və sıxıntı hakimdir. Orada nə qəhrəmanlar
var, nə də qurtuluş var. Siz həqiqətən insanlığa qarşı neqativ tərəfdən
yanaşırsınız.
Mənim
insanlığa baxışım heç də neqativ deyil. Amma bizim yaşadığımız dünya xaos tərəfindən
idarə olunur. Mən inanıram ki, çəkdiyim bu filmlə dramın məqsədi eynidir, ikisi
də konfliktləri qabardır.
Sizin kinolarınızdakı kişi
obrazları etibarsız, qəddar, zəif, narahatedicidir. Sizin atanız olmayıb, ana,
xala və nənəniz tərəfindən böyüdülmüsüz.
Mən
heç vaxt atasız olmaqdan əziyyət çəkməmişəm. Uşaq vaxtı kişilər mənə
narahatedici təsir bağışlayırdı. Bu mənim üçün rejissor kimi işləməkdə böyük problem
yaradırdı. Kişilərlə ünsiyyətimə mane olurdu.
Buna görə siz filmlərdə daha çox
qadınların tərəfini saxlayırsınız.
Bunun
sadə açıqlaması var ki, film müəllifin psixoloji baxış tərzindən çıxış edir.
Başqa sözlə desək mənim mənəvi problemlərimi tapmaqla filmin nə demək istidyini
aydınlaşdırmaq olar.
“White Ribbon”da hətta uşaqlar
soyuq və qəddar idilər.
İnanmıram
ki, uşaqlar məsumdurlar. Hər hansısa bir parka gedib ordakı uşaqların
oyunlarına baxsaq ən şirin uşağın belə valideyinin istəkləriylə oynadığını görmək
olar.
Sizin filmləriniz əsasən ailə
mövzusunda qurulur.
Mənim
psixoloji vəziyyətimə yenidən baxsaq 3 qadınla xoşbəxt olduğumu görəcəksiniz. Uşaq
olanda ünsiyyətin çətinliklərini başa düşürdüm. Mən mavi deyirəm, o yaşıl başa
düşür. Çünki ikimizində dərk etmə sistemi fərqli qurulub.
20 ildən sonra təsvir etdiyiniz
uşaqlar böyüyüb yetkin bir şəxs kimi alman faşizminin əsas iştirakçılarına
çevrilirlər.
Kənddə
ciddilik öz sonluğunu tapanda ideya ideologiyaya çevrilir. Filmdə alman
faşizminin simasında bütün terror aktlarının ümumiləşdirilmiş təsvirini vermişəm.
Harada ki, insanlar ümidsiz və bədbəxtdirlar, onlar hər cür ideologiyaya
qoşulmağa məcbur olurlar.
Sizin filminiz dilemmalar
qarşısında çıxış yolu təqdim etmir. Siz tamaşaçılarınızı ümidsiz vəziyyətlə
qarşı-qarşıya qoyursuz.
Bunlar
sizin hiss etdiklərinizdir. Hər bir arqument hisslərə qarşı gücsüzdür. Filmə
baxarkən fikirləşdiklərin əsasdır. Çünki bu sizin beyninizin məhsuludur.
Elfriede Jelinekin “The Piano
Teacher” əsərini oxuduqdan sonra demişdiniz ki, əsəri ekranlaşdırcaqsınız. Bu əsərlə
emosional bağlılığınız nə idi?
Əsəri
oxuyanda teatr və televiziyada işləyirdim. Mən fikirləşirdim ki, əgər kino çəkirəmsə
bu yaxşı bir kino olmalıdır. Obrazların dərinliyi və psixologiyanın təsviri məni
bu əsəri ekranlaşdırmağa yönəldən ilk şeylər idi və nəticədə də gözəl aktyor
oyunu tələb olunurdu. Bir şey də vardı ki, mən sadomazoxizmlə maraqlanmıram.
Siz demişdiniz ki, film və əsər hər
biri ayrılıqda fərqli ton və struktura malikdir. Siz Jelinekin əsərində olan
bir şeyi filmdə qoruyub saxladınız. Bu da obrazın daxili və xarici dünyasını əhatə
edən maraq hissi idi. Bir hissədə Erika deyir ki, hisslərimin fikirlərimi məhv
etməyinə icazə vermərəm.
Əsərin
strukturu ssenarinin strukturundan həmişə fərqli olur. Əsərdə Erikanın
cavanlığına flashbacklarlə keçid edilir. Lakin mən bunu kinoda istifadə etsəydim
onun davranışlarının açıqlaması dərhal üzə çıxacaqdı. Əsərdəki flashbackdən
filmdə uzaqlaşmaq qərarına gəldim. Buna görə də mən filmdə iki obraz yaratdım-bir
ananın tələbəsi ilə və bir Erikanın tələbəsini yaratdım və beləliklə də onlar,
Erikanın cavanlığını tədricən izah etdilər. Təbii olaraq əsəri ssenariyə çevirərkən
bir çox dəyişikliklər baş verir. Filmin sonundakı konsert və konsert zamanı məşq
hissəsi əsərdə yox idi. Bu səhnə filmdə
ona görə var idi ki, bütün obrazları bir kadrda göstərsin. Bu dəyişiklikliyin səbəbi
ondan ibarət idi ki, əsərin dramaturgiyası ilə filmin dramaturgiyası bir-birindən
fərqlənir. Siz soruşa bilərsiniz ki, Erika Kohutun daxili dünyasında olan soyuqluq
onun hisslərini necə açır. Bu obrazın daxili dünyasına bağlılıq hissinin köməyi
ilə açılır. Əsər üçüncü şəxsin dili ilə mühakiməedici şəkildə təhkiyə edilir.
Amma kino bunu edə bilməz. Çünki kino obyektivdir və soyuqluğu uzaqdan göstərməyə
icazə verir.
Jelinek yaşanmamış seksuallıq haqda
danışmışdı, bu da voyuarizmdə öz həllini tapır. Erika həyatda sekslə məşğul olmadığı halda ona
şahid olur. Bu mənə icazə verir ki, sizin filmlərinizi haqda ümumi bir fikrə gəlim.
Bu da ondan ibarətdir ki, sizin bir çox filminzdəki obrazların reallıqdan daha
çox qeyri-reallığa qarşı adətkarlığı var. Mən sadəcə bilmək istərdim ki,
Erikanın pornoqrafiyaya olan münasibətini necə təsvir etmisiniz? Yəni bu onun
musiqiyə, filmdəki digər obrazlara, anasına və tələbəsi Valter Klemmerə olan
münasibətindən fərqli münasibət idi?
Bu
haqda heç bir açıqlama verməyəcəm. Çünki siz məndən obraz haqda soruşanda məcbur
olub ya obrazı izah edəcəm ya da mühakimə edəcəm. Bu da mənim prinsiplərimə
zidd bir hərəkətdir.
Mən “The Piano Teacher” filmində
işlənən musiqilər haqda soruşmaq istəyərdim. Əsər musiqi haqqındadır. Amma siz
musiqidən filmdə emosinonal köməkçi kimi istifadə etməmisiniz.
Uşaqlığımdan
bəri musiqiyə heyranlığım var idi və pianoçu olmaq istəyirdim. Mən həmişə fikirləşmişəm ki, filmlərdə musiqilərdən
həddən artıq istifadə olunur. Tez-tez musiqidən istifadə isə filmin səhvlərini
ört basdır edir.
Mənə sizin filmlərinizin strukturu
maraqlı gəlir. Adornonun “Minima Moralia” əsəri fraqmentlərdən ibarətdir. Bu
fraqmentallıq sizin filmlərinizdə də özünü göstərir - “Code Unknown”, “71
Fragments of a Chronology of Chance”, “Castle”. Siz bir dəfə demişdinizdi ki, mən
fraqmentlərdən ibarət bütünlüyü göstərmək istəmişəm. Bunu deməklə nəyi nəzərdə
tutmusunuz?
Fikirləşirəm
ki, bizim reallığı dərk etmə şəklimiz fraqmentaldır.
Siz müsahibənin əvvəlində dediz ki,
sadomazoxizmlə maraqlanmıram. Lakin “The Piano Teacher” filmində sevgi ilə güc
arasında döyüş gedir. Obrazlardan biri deyir ki, sevgi hər şeydir. Başqa bir səhnədə
isə Valter Klemmer sevginin nə olduğunu bilmədiyi üçün Erikanı günahlandırır.
Erika isə Klemmerə deyir ki, mən sənin istədiyin şeyi istəyirəm. Siz bu səhnələri
göstərərkən sevginin təsvirini vermisiniz?
Bu
bütün cütlüklərin faciəsidir. Onlar hərəsi ayrı-ayrılıqda fərqli şeylər istəyirlər.
Ümumilikdə götürsək hər kəsin sevgidən özünəxas istəkləri var. Mənim sevgidən
gözlədiyim sənin sevgidən gözlədiyin şeydən tamamilə fərqlidir. Mən sənin gözləntilərinlə
maraqlanmıram, sən də mənim gözləntilərimlə maraqlanmırsan. Sevginin də faciəsi
budur. “Sevginin izahı” nədir sualına gəldikdə isə buna cavab verə bilməyəcəm.
Çünki mən filosof deyiləm.