This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Love etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Love etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

13 Aralık 2015

Gaspar Noe ilə "Love" filmi haqqında müsahibə - "Mən eqo meşəsində doğulmuşam"


Gaspar Noe və Karl Glusman

Gaspar  Noe və Karl Glusmanın “Love” filmi haqda müsahibəsini təqdim edirik


(İngiliscədən tərcümə edən Mənzər İsmayılova)


“Mən eqo meşəliyində doğulmuşam” - Gaspar Noe bu sözləri Toronto Film Festivalında Toronto səmasına baxarkən dedi. Öz ölkəsi ilə Noe zarafat edərək – “Bilirsiniz bir argentinalı necə sui-qəsd edə bilər? Eqosunun yüksəkliyindən özünü ataraq” (gülür). Biz onun axrıncı filmi olan “Love” haqqında danışarkən o belə deyirdi. Müsahibəyə filmdə baş rolda gedən Karl Glusmanla bir yerdə gəlmişdilər.


Gaspar, sevgi sizin üçün nə ifadə edir?

Gaspar Noe: Cavabı filmdə var. Sevgi bir işıqdır, aydınlanmadır. Sərt bir içki kimidir. Əvvəlcə ona öyrəşərək başlayırsan. Sevmək hissinə beləcə bağlılıq yaranır. Bu bir növ beynindəki kimyəvi maddələrin açılmasına oxşayır: serotonin, endorfinin, dopaminin. Onlar sizin beyninizdə işləyir və bir başqa insanın iyinə, enerjisinə aludəçilik yaratmağa başlayır. Sevmək ideyası tərəfindən daşa dönürsən. Və vaxt gəlib münasibət bitəndə isə sən dəhşətverici bir ağrı içində olursan, iynəsi qalmayan heroin aludəçisi kimi. Şəhvət dolu olan qucaqlamaq, öpüşmək, sevişmək kimi hisslər artıq beynində həkk olunub, qaça bilmirsən.

Yaxşı bəs nifrət sözü sizə nə ifadə edir?

Gaspar Noe: Bu bayaq dediyim şeylə eyni olmasa da əksi də deyil. Əgər nəyəsə nifrət edirsinizə demək ki, həmin o şeyə qarşısınız, bir növ qoruyucu mexanizm kimi. Elə hiss edirsiniz ki, bilinməz bir səbəbə görə dünya sizin əleyhinizədir. Amma siz sevən zaman dünyaya və ətrafdakılara qarşı gedirsiniz və bu sizin ehtirasınız olmağa başlayır. Qəribədir, çünki sevgi sözü özündə müxtəlif mənaları daşıyır. Marağınız olmayan birini də sevə bilərsiniz. Atanızı, ananızı, qardaş və bacınızı, oğlunuzu. İndiki sevgilinizi, hətta keçmiş sevgilinizi belə sevə bilərsiniz (onlara qarşı sevgi duymağı nəzərdə tuturam). Bir insan kimi birini də sevə bilərsiniz. Amma işin əsli, iki insanın kombinasiyasıdır. Bax bu möhtəşəm sevgidir.


Filmə baxarkən, Electra və Murphynin bir birilərinə qarşı şəhvət dolu sevgisini görürük, amma bu bəzən nifrətə də çevrilir. Məsələn, bir səhnə var ki, Murphy Electraya qışqıraraq deyir : You f*cking c*nt (S*kilmiş qancıq)

Gaspar Noe: Bu insanların real həyatda sevdiyi zaman dedikləri sözlərdi hansı ki, sevgi nifrətə də çevrilə bilir. Sevən zaman siz qorumaq və qorunulmaq istəyirsiniz. Arzunun hədəfi olmaq hissini itirmək istəmirsiniz. Ehtiras dolu olanda isə paranoyaka çevrilirsiniz. Qısqanclıq həyəcanverici olsa da, digər tərəfdən də dağıdıcıdır. Bu film indiki dövrdə cütlüklərin ayrılmasına səbəb olan mövzulara diqqət çəkmir: emaillər, telefon mesajlarının başqası tərəfindən yoxlanılması. Əgər sən nədənsə şübhələnirsənsə o şübhəyə pozitiv bir cavab tapacaqsan. Amma “sənin üçün darıxdım” mesajı tapanda isə sanki beynində səni yeyən canavarı azadlığa buraxırsan.

Karl, o cür şəhvət dolu və həddindən artıq açıq göstərilən sevişmək səhnələri necə idi?

Karl Glusman: Əgər çox emosional birisinizsə qalan şeyləri tullayırsınız bir qırağa. Biz ssenaridə olmayan dialoqlarla filmə davam edirdik. Gaspar bizi təəccübləndirməyi sevir. Bu gün çəkəcəyimiz səhnə haqqında çox da danışmırdıq. O sadəcə işıqlara baxırdı, filmdə nə baş verəcək onları deyirdi elə bu özü də bizi narahatlıq və həyəcana salırdı. Birinin üzərinə qışqırmaq, bağırmaq xoş bir şey deyil amma biz setdə eliyirdik, düzü real həyatda indi çox yaxınıq. Axırda özümü bir-birimizi qucaqlayıb üzr istəyəndə görürdüm.

Gaspar Noe: Mənə görə ən dəhşətlisi Karlın Omiyə kabində dediyi idi. O, soruşur ki “Sənə ən mənalı olan nə deyə bilərəm?” o da “Mən öz uşağıma qarşı çox pis ana olacam” deyə cavab verir. Ancaq çəkiliş zamanı bilmirəm Omi onu dedi ya yox biz həmin səhnəni çəkərkən Karl onun üzərinə qışqırdı.

Karl Glusman: O mənə “sən axmaqsan, axmaq” dedi. Kamera 45 dəqiqəliyinə sadəcə fırlanırdı. Bu çox yorucu səhnə idi.

Gaspar Noe: 3D kameraları ilə işləyəndə onu saxlayan zaman, texniki işçi gəlib onu düzəldir. Bu ara da filmdə olan hissi öldürür. Mən də heç bir şeyi kəsmədim araları da götürmədik. Bu həmin enerjini, əhval-ruhiyyəni itirməməklə bağlı idi.


Karl,  sizin filmdə cinsəl olaraq etmək istəmədiyniz şeylər oldu heç?

Karl Glusman: Heç kimi incitmək istəmirəm, şəxsi istəyimdi bu,  istəmirəm kiminsə cinsəl həyatının orientasıyasına fərq qoyam.  Hər gün Gaspar setə gələrək bu gün Yeni ildir deyə qışqırırdı.

Gaspar Noe: Kinoda, cütlüyün münasibəti öz yolunda deyil. Onlar fikirləşirlər ki, nəsə  münasibətə əyləncə qatmaq hər şeyi yoluna qoyacaq, düzəldəcək. Trans fikri gəlir ağlına. Ssenaridə orda heç bir şey olmayacağı yazılsa da - Murphy onun çılpaq bədənin görən zaman bağırır və onunla sevişmir.

Karl Glusman:  Onun (transın) əminlik hissi mənim gözümü qorxutdu.

Gaspar Noe: Mən də qərara gəldim ki, transla olan səhnəni bir sirr kimi saxlayım, hadisələr birdən baş versin, improvizə kimi.

Karl Glusman: Əminliklə deyə bilərəm ki, nəsə baş versəydi Gaspar kəsməyəcəkdi. O məni canavarların içinə tullamışdı.

Gaspar Noe: Mən də bir şeydən əminəm ki, sənin anan nə düşünəcək deyə ondan qorxurdun. Onun anası filmə baxmağa gələcək. Sən aktyorsan. Fikirləşirsən ki, ailəni filmə baxmağa çağırasan və sevncini paylaşasan. Biz çəkilişə başlayanda Karl dedi ki : “Anamı bu filmə baxmağa gətirim?”


Karl, ailənin sənin bu kinodakı roluna qarşı münasibəti necə oldu?

Karl Glusman: Mənim anam sevinc gözyaşları tökdü. Çünki mən Kann Film Festivalında və Tornoto Film festivalında olacaqdım. O mənimlə qürur duydu. Anamdan əvvəl bacıma da dedim ki, bu filmdə çoxlu seks səhnələri var və sizə qəribə gələ bilər. Açığı istəmirdim baxsınlar.

Gaspar Noe:  İndi artıq hamı bilir ki sən kinoya çəkilirsənsə ordakı hər şey oyundan ibarətdir, gerçək olan şeylər deyil, imitasiyadır sadəcə.

Karl Glusman: Hər şey bir kənara amma anam sevinir ki, mən işləyirəm (gülür)

Karl, bu sizin ilk filminizdir?

Karl Glusman: Viziona girən ilk filmimdi, bəli. Bu filmdən əvvəl  birində çəkilmişdim adı da “Stonewall”dı. Rejissoru Roland Emmerich. Amma Gaspar Rolanddan tez tərpəndi, onun filmi buraxıldı.


B film üçün aktyorları necə seçdiniz?

Gaspar Noe: Aomi ilə 2 ildən artıq idi ki, tanış olmuşduq. Mən onu partidə görmüşdüm, qısa bir söhbət oldu aramızda. Ortaq tanışımız vasitəsilə onunla əlaqə saxladım. Skypeda danışmağı kəsdik sonra o Parisə gəldi. Yemək yedik sonra danışmağa davam etdik. Başlanğıcda o mən bu film üçün biri deyiləm dedi. Mənimlə tanış olduğuna görə sevindi amma filmdə çəkilməyə razı deyildi. Sonra Murphy üçün aktyorlar axtarmağa başladım. Amerikan və ingilis aktyoru istəyirdim. İngilis dilli olmağı mənim üçün vacib idi.  Sonra Klara ilə tanış oldum, nömrəsin götürdüm Karlla tanış elədim. Qəfildən Aomi  dedi ki, mən filmdə çəkilməyə qərar vermişəm artıq və dərhal da Parisə geri qayıtdı. Bizim artıq hər şeyimiz olan vaxtda məkan, aktyorlar, kamera - pulumuz qalmadığını gördüm. Bir anlıq fikirləşdim ki, təyyarədəyəm və yerə çatanda dəhşətli partlayış olacaq. Xoşbəxtlikdən produser tapdıq və maliyyə işlərimiz yoluna girdi.

Karl Glusman: Birinci dəfə onunla tanış olanda əsəbi idim, sonra işim olduğuna görə həyəcanlandım. Gaspar çox düzgün bir insandır. O, pul haqqında mənə hər şeyi dedi, pul olmadan bir anlıq özümü batan gəmidə hiss elədim.

Gaspar Noe: İstək insanı zirvəyə belə aparır. Kollektivin enerjisi bu filmi ortalığa çıxartdı.

Transla olan səhnəyə qayıdaq. Niyə həmin səhnəni bu filmə əlavə elədiz?

Gaspar Noe: Əgər o hissəni filmdən kəsəsi olsaq heç bir şey dəyişməyəcək. Bu sadəcə onların oynamaq istədiyi oyunun bir hissəsi idi.  Təbii istəklərindən kənar onlar limitləri aşan bir münasibətə özlərini atmışdılar. Başlanğıcda onlar uşaqlarının olmağını istəyirdilər.  Normal biri kimi onlar şirin körpələri ilə həyatlarına davam etmək istəyirdilər. Axıra doğru getdikcə isə onların beyninə qısqanclıq girir, almanın içindəki qurd kimi. Onların münasibəti anarxiyaya çevrilməyə başlayır və güclənir. Əziyyət çəkməyə başlayırlar. Bu da qonşu qızla sevişmək istəyəndə baş verir. Transla olan səhnədə biz set zamanı çox gülmüşdük, əyləncəli idi amma onların qırılma nöqtəsi bu deyildi, bundan sonra onlar ayrılmalıydılar. Əsas qopuş anı isə qonşu qız hamilə olan vaxt oldu, sevgi hekayəsinin sonu orda idi.

Filmin açılış və qapanış səhnəsi Murphy üçün çox həssas səhnələr, yıxıcı səhnələr idi.

Gaspar Noe: Sevgi heyvani hissdir. Bu nəyisə qorumaq və qorunmaq hissin bərabərində gətirir. Bu uşağınızla oynamaq, valideynlərinizi sevmək, dostlarınızı sevməklə də eyni ola bilər.  Halbuki aşiq olmaq qarışıq bir prosesdir. Sevgi bağlılıqdır. Sevgi sonsuza qədər davam edə bilər. Amma ehtiras yox, çünki ehtiras hissində fiziki yorğunluq var. Filmin axrıncı səhnəsində Murphy öz uşağını qucaqlayır, o Electraya olan sevgi hissini öz uşağına olan sevgi ilə dəyişir.

Nyu-Yorkla münasibətiniz necədir? Orda film çəkmək istəyərdiniz?

Gaspar Noe: Mən orda böyümüşəm. Atam və anam argentinalıdır. Atam Guggenheim mükafatı alıb çəkdiyi rəsmlərə görə. Mən uşaq olanda valideynlərimlə bir yerdə orda yaşamışdıq bir müddət. Hippilər zamanı ora daha möhtəşəm idi, oranın başqa bir enerjisi var idi, bununla belə həm də çox təhlükəli yerdi.


Mənim son sualım spoiler olsa da soruşacam. Filmdə Electraya nə oldu?

Gaspar Noe: Açığı biz onun üçün əlavə səhnələr çəkmişdik amma kəsdim onları. Bir səhnədə hətta onu şamanla gedərkən göstərdim. Çox gülməli versiya idi deyə kəsdim. Bəlkə də o artıq narkoman olub, bəlkə də sağdır, bəlkə də cinayət törədib. Bilməmək ən yaxşısıdır. Əgər orda bir cavab varsa problem beyninizdə həll olacaq. Bilməmək hissi tamaşaçıda narahatlıq hissi oyadır, onların ehtimalı ehtimal olaraq qalır.

Karl Glusman: Məncə o Argentinaya daha yaxşı bir həyat yaşamaq üçün gedib.

Gaspar Noe: Ola bilər, ola bilər. Bəlkə də lezbian olub, şirn bir uşaq da övladlığa götürüb, sənin uşağından daha şirin.

10 Aralık 2015

Gaspar Noe - "Zorakılığın kinodakı üzü"


Gaspar Noe
1963-cü ildə Buenos-Ayresdə doğulan, 12 yaşında olarkən Argentinadan Fransaya köç edən Gaspar Noe, kinonun ən ziddiyyətli, sensassiyalı, dekonstruktiv rejissorlarından birincisidir. Noenin kino ilə tanışlığı Parisdə kino və fəlsəfə təhsili aldığı vaxta - 1985-ci ilə təsadüf edir. Argentinalı rejissor Fernando Solanasın filmində köməkçi rejissor kimi kinoda addım atan Noe, kariyerasına qısametraj filmlər çəkməklə başlayır. Fransız “Yeni Dalğa” axımının məqsədini və təsirlərini hiss etdirən, hər filmində tamaşaçıya kinematoqrafik şok yaşadan rejissor, 1991-ci ildə lentə aldığı “Carne” adlı ortametraj filmiylə adından söz etdirir. 30 illik rejissorluq kariyerası boyunca hər il film çəkən rejissorlarla müqayisədə Gaspar Noe, sadəcə 1 orta və 4 uzunmetraj film lentə alıb. 1991-ci ildə lentə aldığı “Carne” filmindən əvvəl və sonra “Tintarella di Luna” (1985), “Pulpe amere” (1987), “Sodomites” (1998) kimi qısa metrajlar, Animal Collective, Nick Cave and the Bad Seeds və Placebo kimi qruplara reklam filmləri ya da “Destricted” (2006), “8” (2007), “7 Days in Havana” (2012) kimi antoloji filmlərə hissələr çəksə də, filmoqrafiyasının əsasını “Carne” (1991), “Seul Contre Tous” (1998), “İrreversible” (2002), “Enter the Void” (2009) və “Love” (2015) təşkil edir.

Noenin narahatedici xarakterini üzə vuran fiziki görnüşü, həmçinin filmlərinə də yansıyıb. Noenin filmlərində şiddət, cinsəllik, narkotik, əxlaq, pedofiliya, təcavüz, insest, ədalət, ölüm, reinkarnasiya kimi qavrayışlar yüksək dozada özünü göstərir. Neon işıqlar, hallüsinasiyalar, qırmızı tonlarla yüklü rənglərin epileptik krizə şərait yaradacaq şəkildə kombinasiyası, davamlı hərəkət edən kameranın ürəkbulandırıcı və başgicəlləndirici təsiri, Thomas Bengalterin beyinin sərhədlərini aşan elektronik musiqiləri, filmlərinin narahatedici girişi, filmin ortasında “warning” xəbərdarlıqları onun filmoqrafiyasının əvəzolunmaz ünsürlərindəndir.

“Ananı sadəcə səni əmizdirdiyi üçün, atanı da sadəcə sənə pul verdiyi üçün sevirsən. Ananın südü qurudusa və ya atanın cibləri boşaldısa onları özündən uzaqlaşdırıb ölməyini gözləyirsən. Sürətli və ucuz başa gələcək bir ölüm olacağına ümid edirsən.” (Seul Contre Tous)


Noe öz filmləri arasında bağlılıq qurmağı xoşlayan rejissordur. 1991-ci ildə lentə aldığı ortametraj “Carne” filminin əsas personajı olan “Qəssab”ın hekayəsi 1998-ci ildə lentə aldığı “Seul Contre Tous”da uzun metraja yansıyır. “Carne” və “Seul Contre Tous” filmlərində Noenin kamera istifadəsi ümimilikdə sabit və bir plan ardıcıllığı ilə davam edən səhnələrdən ibarətdir. Lakin filmin narahatedici ünsürləri statik kadrlar, səs effektləri və şiddəti ehtiva edən görüntülərdir. Hər iki filmdə də boğaz kəsmə, hamilə qadının qarnını yumruqlayaraq dölün öldürülməyi kimi çətin səhnələr, ədalət və insanlıq haqqında nifrət qusan dialoqlar at oynadarkən, birdən “Ti amo” musiqisinin müşaəti ilə xəfif, sakitləşdirici səhnə şokuyla qarşılaşmaq mümkündür. “Qəssab” obrazı ilk baxışda bir çox tamaşaçının fərqinə varmadığı şəkildə “İrreversible” filminin açılış səhnəsində də özünü göstərir. “Seul Contre Tous”da özünə “homoseksual” dediyi üçün arvadına əsəbləşib, onun qarnını yumruqlayıb uşağını öldürən “Qəssab”ı burada illər sonra köhnə bir binanın içində yarı çılpaq şəkildə bir adamla siqaret çəkərkən görürük. Filmdə qəssab “Zaman hər şeyi məhv edir!” deyərək söhbətə başlayır. Ya da “Enter the Void” filmində Oscar, öz bacısı Lindanın birlikdə olduğu sevgilisindən nifrət edir və “Ondan hamilə qalsan uşağını öldürərəm” deyir. Noenin filmoqrafiyasında bu cür oxşar gedişlər kinosevərlər üçün şok təsiri yaradır.

“Geriyə qayıtmaq mümkün deyil. Çünki zaman hər şeyi məhv edir. Bəzi şeylər düzəlmir. İnsan bir heyvandır və intiqam istəyi təbii bir hissdir. Bir çox cinayət cəzalandırıla bilmir. Sevdiyin kimisə itirmək, insanı ildırım vurmuş kimi sarsıdır. Çünki sevgi həyatın bulağıdır.” (İrreversible)


Dünyanın ən narahatedici filmlərindən biri kimi qiymətləndirilən “İrreversible”, Kann Film Festivalında nümayiş olunduğunda salonun yarısından çoxunun filmi yarımçıq qoyub tərk etdiyi, qusduğu, dözə bilmədiyi, Gaspar Noeni "pozğun" olaraq ittiham etdiyi, protestlərə məruz qaldığı filmdir. Filmdə tamaşaçı yeraltı keçiddə sabit planda bir insanın sifətinin addımbaaddım dağılmağını izləyir (deyilənlərə görə Noe bu səhnədə cəsəddən istifadə edib) və Monica Belluccinin artıq dillər əzbəri olan 15 dəqiqəlik, bir planda dözülməz şiddət içində təcavüzə məruz qalmağı səhnəsi Noe kinosunda zorakılıq anlayışının zirvəsidir. “Carne” və “Seual Contre Tous” filmlərindəki sabit kamera, “İrreversible”da yerini bitib-tükənmək bilməyən kamera hərəkətliliyinə verir. Noe burada yenə öz dekonstruktivliyini nümayiş elətdirərək bir çox insanın kameranın hərəkətindən və qaranlıqdan fərqinə vara bilmədiyi səhnədə - bir gey bar tualetində masturbasiya edərkən özünü göstərir. “İrreversible” filminin hər baxışdan çıxılmaz bir cəhənnəmi xatırladan, sondan əvvələ doğru gedən təhkiyəsi sonda özünü daha xəfif, sakit və qəribə bir xoşbəxtliyə təslim edir. “Carne” filmində “Ti amo” musiqisinin müşaiəti ilə mətbəx silmə səhnəsinin film içindəki qəribəliyi, “İrreversible”da isə filmin sonunda yer alan (əslində ilk səhnəsi olan), Belluccinin çəmənlər, uşaqlar, çiçəklər arasında hamilə bir şəkildə xoşbəxt uzandığı səhnədə gizlidir.

“Öləndə ruhun bədənini tərk edir. Başlanğıcda bütün həyatın gözünün qarşısından keçir. Həyatının sehirli bir güzgüdə yansıdığını fikirləş. Ardınca bir kabus olaraq davam edirsən. Ətrafında baş verən hər şeyi görürsən, hər şeyi eşidirsən. Ancaq yaşayanlarla əlaqə yarada bilmirsən. Daha sonra işqları və parlaqlığı görürsən. Fərqli rənglərdə fərqli işıqlar. Bu işıqlar səni varolmanın digər mərtəbələrinə çıxarmalı olan qapılardır. Ancaq bir çox insan, əslində, bu dünyanı çox sevdiklərindən başqa bir yerə getmək istəmirlər. Bu vəziyyətdə səyahət bərbad bir səyahətə çevrilir. Bu vəziyyətdən tək xilas olma yolu reinkarnasiyadır.” (Enter the Void)


“Enter the Void” Noenin avanqard kinosunda inqilabi bir zirvəyə yüksəlir. İlk 3 filmindəki cinsəllik, şiddət, ölüm, insest temaları davam etməklə yanaşı burada fiziki şiddət nisbətən azalır. Noe bu filmin, xüsusilə, ilk 40 dəqiqəsində birinci şəxsin gözündən subyektiv təhkiyə üslubu təqdim edən bir kamera taktikasından istifadə edir. Əsas peronsajın üzünü ancaq güzgüyə baxdığında əksindən və öldüyü vaxt onun ruhu yerinə keçərkən quşbaxışı şəklində görürük. Hallüsinasiyalar, parlaq və solğun rənglər, göz alan işıqlar, detallı və diqqətli kinematoqrafik quruluş, hamısı birlikdə narkotik təsiri ilə tamaşaçını uyuşdurmağa çalışıb trans vəziyyəti yaradarkən, Tokio küçələrinin havadan görüntülərinin müşaəti ilə gəzən, ortada qalan bir ruhun arxasınca düşüb gedirik.

Noenin “psixodelik bir melodrama” olaraq adlandırdığı “Enter the Void”, şiddət anlayışını yüksək dozada istifadə etmir. Lakin vaginanın içində gizlənən bir kameradan penisin tamaşaçının üstünə doğru hərəkəti və kameraya doğru boşalmağı kimi “hardcore” səhnələrlə kinematoqrafik şokun pik həddinə çatmaq mümkündür. Sona doğru pik həddə çatan qrup seks səhnələri və davamlı fırlanan kameranın filmin “boşluq” adına uyğun olaraq tapdığı hər boşluğa girərək tamaşaçının zehnində qısa müddətli “qara dəlik” hissiyatı yaradır. Bütün bunlarla yanaşı qısa flashback səhnələrində ailənin gəzinti (picnic) zamanı film, bir almanın-qırmızının ön plana çıxdığı melodram hissi yaradır. Qəza səhnəsində isə tamaşaçını sarsır Noe. Melodramatik təsir və xoşbəxt anlar qısa olaraq həyatımızın bir küncündə “xatirə” halında gizlidir, Noe bunu bəlli bir zaman kəsiyində açığa çıxarır. Lakin şiddətin, cinsəlliyin, narkotikin, intiqam hissinin unudulmazlığını hər dəfə şapalaq kimi tamaşaçının üzünə çırpır.


Noe, “Enter the Void” filmindən sonra film çəkməyə yenə uzun bir ara verir. 6 illik aradan sonra Noe yeni filmi “Love” ilə kinoya geri qayıdır. Filmin sensasiyalı afişaları hələ film çıxmazdan qabaq səs-küyə səbəb olur. Noe bu filmi ilə də illər sonra yenə öz texnikasına sadiq qalaraq bir sevgi hekayəsini diqqətə gətirir. Şiddətin və zorakılığın üstündən xətt çəkən rejissor bu dəfə “hardcore” seks səhnələri ilə tamaşaçıya unuda bilməyəcəyi bir sevgi hekayəsi təqdim edir. Filmdə özünün adı verildiyi uşağın doğumundan sonra filmin mərkəzindəki personajların məhəbbətinin sona çatmağı ilə başlayan film sonda özünü xəyali olaraq xoşbəxt sonluğa verir. Öz ənənəsinə sadiq qalaraq Noe filmdə yenə flashbacklərə geriyə gedən təhkiyə vasitəsindən istifadə edir. Noenin 2015-ci ildə ekrana çıxan filmi “Love” hələlik son filmidir. Yəqin ki, Noenin yeni filmini 2020-ci ildə görmək mümkün olacaq.