Shahram Mokri |
Shahram Mokri ilə müsahibəni təqdim edirik:
(İngiliscədən tərcümə edən Mənzər İsmayılova)
Bu film qorxu
və komediya janrının qarışığıdır: gülməli anlar bəzən qorxuludur, qorxuducu
anlar də bəzən gülüş doğurur. Bundan əlavə filmdə başqa detallarla yanaşı
sosial varlıq olan insana toxunulub. Bu cür balansı qorumaq çətin idi?
Mən sehir ilə zaman anlayışını kinoya gətirmək istədim
və təbii ki vaxt anlayışını öz fikrimlə çatdırdım. Eshcerin əsərlərinə yaxın
bir şey yaratmaq istədim. Kinoda
tamaşaçı bilinməyən birinin nəql etməsi ilə qarşılaşdığı zaman onu
beynində daha aydın məntiqə uyğunlaşdırmağa çalışır. Bu filmimdə zaman eyni məkana
bağlanıb və ondan kənara çıxmır, elə onların özləri də öz çevrələrində ilişib
qalıblar və ordan kənara çıxmaq, azad olmaq artıq qeyri mümkündür. Filmdə hadisələr
davam etdikcə sən də gələcəyə doğru gedirsən, gedirsən amma bir müddətdən sonra
başlanğıca qayıdırsan və filmdəki bütün aktyorlar eyni hekayəyə daxildir. Zaman
onları gələcəyə aparmır əksinə onları başlanıc nöqtəsinə geri gətirir. Filmdə
üç zaman çevrəsi var və onların da özlüyündə ayrı-ayrı zamanları. Hadisələr də
demək olar ki, bir hadisədən əvvəl başlayır və yenə eynisi davam edir ancaq fərqli
bucaqda və filmə sona yaxınlaşdıqca hər zaman dairəsi artıq getdikcə daralmağa
başlayır.
Sizin
filminiz qismən də olsa olmuş hadisəyə əsaslanır. Filmin hansı hissələri həqiqətən
restoranda baş vermiş hadisələrə söykənir? Restoran sahibləri sizin öz təsəvvürünüzdən
qaynaqlanıb yoxsa həqiqətən elə adamlar olub? Onların necə bu qədər qəribə və təhlükəli
olduqları çox maraqlıdır.
Mən cavan olanda qəzetlərin birində qeyri-adi dadı
olan ətdən kabablar hazırlayan restoran haqqında oxumuşdum, onlar mal əti əvəzinə
eşşək ətindən istifadə etdiklərinə görə restoran bağlandı. Bir neçə gün sonra
baş aşbaz törətdiyi cinayətə görə həbs edildi. Daha sonra da insanlar öz
aralarında danışırdılar ki, onlar insanları öldürür və onların ətlərini
bişirirdilər. Insanlar deyirdilər ki, restoranda bişən kabablar qurbanların ətləridir.
Heç kim bilmir ki, bu hekayə həqiqətən düzdür ya səhv. Amma illər sonra mən bu
hekayənin konseptinə uyğun “Fish and Cat” filmini çəkdim.
Aktyorların
çoxluğu və onların danışıqları ilə biryerdə iki saatlıq bir film var
qarşımızda, sizin qarşılaşdığınız çətinliklər aktyorlarla oldu ya texniki
problemlərlə?
Filmi bir dəfə çəkdikdən sonra, iki ay sonra olduğu
kimi yenə təkrar çəkdik. Bunu etməyin ən yaxşı variantı isə aktyorların teatral
şəkildə təkrarları idi. Gün ərzində iki dəfə filmi başdan-ayağa təkrar
edirdik. Final performansına qədər
aktyorlar ağır şəraitdə işlədilər, aktyorlardan biri işini yaxşı eləməkdə tərəddüd
çəkdiyi zaman filmi yenə başdan alırdıq çəkməyə. Filmdəki bütün aktyorların
teatrlə bağlı keçmişləri olub deyə işimiz daha asan alındı.
İranda qorxu
kinolarının vəziyyəti nə yerdədi? Bu
haqda nə qədər kinolar çəkilib və hansıları göstərilib?
Biz İranda qorxu haqqında çox filmlər çəkmirik amma
ola bilsin ki çoxu qorxu hekayələrinə əsaslanan filmlər çəkiblər. Bizim xalqa
aid olan çoxlu qorxuducu hekayələrimiz var amma onların heç biri kinoda göstərilməyib.
Bəlkə də İrana aid olan qorxu hekayələrinin çoxusu paranormal hekayələrdir və də
dinlə çox yaxından bağlıdır, din iran
rejissorlarına filmdə çox limitlər, sərhədlər qoyduğu üçün bizim kinoda bu cür
hekayələr yer almayıb. Başqa tərəfdən açıqlasaq, qorxu filmləri çəkmək kino
biliyi tələb edir və hal hazırda İran da bu sarıdan yoxsundur. Amma İranda
yapon və amerikan qorxu kinolarının pirat diskləri xalq tərəfindən daha çox
baxılan filmlər sırasındadır.
“Fish and
Cat” filmində sizin İran, onun mədəniyyəti, kinosu haqqında elə bir şey var mı
ki, amerikanlar bu film vasitəsilə onu başa düşə bilələr?
Film İranın şimalında Saghalegsar adlanan yerdə çəkilib.
İranın şimal hissəsi meşələri və gölləri ilə gözəl yerdi. Biz filmi qışda,
yaşıllıqdan əsər-əlamət olmayan bir vaxtda çəkdik. Yarpaqların qətl olunduğu
bir vaxtda və abu-havanın filmə uyğun gəldiyi bir zamanı seçdik. Filmdəki məkan
bizim üçün çox vacib idi, oradakı hər hansısa bir dəyişiklik bizim işimizə təsir
göstərə bilərdi. İranda “Fish and Cat” in ekranlaşdırılmasında çox çətinlik çəkdik,
çünki həmin vaxtda İran-İraq müharibəsi var idi, bu da hökümətin işini çətinləşdirirdi.
Bundan əlavə, filmin başlanğıcında göstərilən tarix islam ölkəsi olan İranda
baş verən cinayətlərlə eyni vaxtda olan tarixlə üst-üstə düşür, hansı ki, həmin
dövrdə də İran cəmiyyətinin savadlı
adamları, yazıçıları öldürülmüşdü.
Amma Əhməd Nejat hakimiyyəti gedəndən
sonra bizim filmi ekranlaşdırmaq problemimiz ortadan qalxdı. Film amerikan əhvali-ruhiyyəsi
bağışlasa da bugünkü İran cəmiyyəti haqqında da danışır. Hekayə elə bir cəmiyyəti
bizə təqdim edir ki, ordakı insanlar nəsə qorxunc bir şeyin baş verməsini gözləyir
sanki. Mənim bu filmdə göstərmək istədiyim şey bütün bir zaman ərzində dominant
olan qorxunu vermək idi. Məncə bu situasiya hələ də İranda davam edir. “Fish
and Cat” filmində Gus Van Santın “Elephant”, Bela Tarrın və az da olsa amerikan
kinolarının təsiri var. Bu cür qəribə kombinasiyaya görə elə bu filmimi izləməyə
dəyər.