Danimarkalı rejissor Lars von Trierin müsahibəsini təqdim edirik:
(İngiliscədən tərcümə edən Mənzər İsmayılova)
Antichrist -
qorxu filmi üçün çox gözəl başlıqdır.
Mən həmişə fikirləşmişəm ki, bu çox mükəmməl addır.
Bu nə qorxu, nə də dini filmdir. Film üçün gözəl başlıq olduğunu deyə bilmərəm
amma təklikdə ad çox yaxşıdır.
Siz təxmin
edirdiniz ki, “Antichrist” bu cür mübahisələrə səbəb olacaq?
Yox, açığı. Kanndakı insanların filmi bəyənib bəyənməyəcəklərini
artıq əvvəlcədən bilirdim. Ancaq çox az ölkə qadağa qoydu filmə. Avropadan tək
Almaniya filmə qadağa qoydu. Amerikanı isə dəqiq bilmirəm. Bu mənim üçün böyük
problem deyil.
Willem
Dafoeni necə razı sala bildiniz filmdə çəkilməyə?
Əslində, biz daha gənc insanlarla işləməyi nəzərdə
tutmuşduq. Amma Willem mesaj yazdı ki, mənə uyğun bir filiminiz varsa oynamaq
istəyirəm. Mən də razılaşdım.
Bu doğrudur
ki, Eva Green qadın rolunda oynamaq istəyib?
Qadın aktrisa tapmağa çox vaxt sərf etdik. Bəli,
Eva Green bu rolu istəmişdi. Çox müzakirələrdən sonra onun menecerləri bu işi
istəmədiyini dedilər. 2 ayımız boşa getdi. Dəli olmuşdum.
Charlotte necə
ağlınıza gəldi bəs?
Charlotta özü gəldi və dedi ki, mənim üçün nə rol
olduğu fərq etməz, təki sizin filminizdə oynayım. Mən fikirləşdim ki, o artıq qərarını
verib. Beləliklə də ortada heç bir problem qalmadı.
O, çılpaq səhnələr
və filmdəki şiddətə görə heç bir narazılıq etmədi?
Ssenarini oxuduqdan və mənimlə olan müzakirələrdən
sonra filmi necə çəkəcəyimi biləndən sonra onun beynində heç bir şübhə yeri
qalmadı. Bu fantastik bir şey idi. O, Kannda ən yaxşı aktrisa mükafatına layiq
görüləndə çox sevindim. Çox cəsarətli rol idi utancaq Charlotte üçün.
Seks səhnələri
üçün nə deyə bilərsiniz?
Porno aktyorlardan istifadə etdik. Gülməli idi.
Onun masturbasiya etdirdiyi sənhnədə qanın gəlməsi zamanı yenə davam edirdilər.
Heçnə anlamırdım. Sonra mənə dedilər ki,
porno filmlərdə rejissor sizə dayan deməyincəyə kimi siz dayana bilməzsiniz
Tamaşaçının
filmdəki şiddətə qarşı fikirləri sizi narahat edirdi?
Bəli, əlbəttə ki. Amma sizin gördüyünüz ən xırda
addımlar belə real həyatdan idi. Siz nəyisə edirsinizə bunu xoşlayıraq
edirsiniz. Amma bunu yazıya köçəndə məhdudiyyətlər yaranır. Çox qəribə bir
şeydir.
Siz uzun müddət
depressiyadan əziyyət çəkmisiniz. Bu filmlərinizə nə dərəcədə təsir göstərib?
Mən film çəkməyə çalışan, aktyorlar və filmin sayəsində
həyatda qalan qocaya bənzəyirəm. Əlimdən gələnin ən yaxşısını etmişəm deyə bilmərəm.
Mən eyni anda iki iş görə bilmirdim. Mental tutumum buna icazə vermirdi. Bir
neçə illər terapiya aldım.
İnsanlar sizi
qadın düşməni olaraq günahlanırırlar. Siz
arvadınızdan film haqqında nə fikirləşir deyə soruşmusunuz?
Demək olar ki, yox. Ona inanmıram. əvvəllər o mənə
deyirdi ki sən niyə depressiyaya düşürsən? Ən yaxşı filmi sən çəkmisən. Mən
deyirdim ki, sən hələ filmi görməmisən bu cür nəticəyə necə gələ bilərsən? O isə
bilirəm, bilirəm deyir. Mən ona necə inana bilərəm. Mənim elədiyim hər şeyə o
pozitiv yanaşır. Mən arvadımı çox sevirəm. O, məni hərzaman hər işimdə dəstəkləyir.
Mən ona yalnız bayaq dediyim şeyə görə inanmıram.
Sizin
filminizə nifrət edəcəklər deyə bir narahatlıq keçirdiniz?
Mən özümü bir tamaşaçı kimi hiss edirəm. Nə cür bir
film görmək istəyərəm? Təhrik edilməyi hansı formada xoşlayaram? Bəziləri mənim
fikirlərimlə razılaşır, bəziləri isə yox. Təşəkkürlər, tanrım, bəziləri mənimlə
eyni fikirdə olduğu üçün. Hollywood geniş bir kütlə üçün film çəkir və bu
hamını güldürür. Eyni şey mənə aid deyil. Mümkünsüzdür.
Kanndakı film
kritiklərin tülkünün danışmağına görə gülüşdükləri sizə pis təsir etdi?
Məncə gülüşdən gülüşə fərq var. Kim ki əvvəlcədən mən
buna nifrət edəcəm deyirsə onun gülüşü tamam ayrıdır.
Tülkü zarafat
idi?
Yox, bu mənim şaman səyahətlərimdən gəlir. Bu təyyarəyə
minməyə bənzəmir. Düzdü hələ də qorxuram təyyarədən. Nağara səsləri eşidirsən və
transa keçirsən hansı ki, səni paralel dünyaya aparır. Orada mən o tülkü ilə
danışdım və o informasiya tələb elədi məndən.
O başqa nəsə
dedi?
Belə, ilk tanış olduğum tülkü qırmızı rəngdə idi. O,
özünü hissələrə böldü. Və daha sonra bir çox tülkü ilə qarşılaşdım. Balaları
olan gümüş tülkülər, onlar mənə dedilər ki, birinci tanış olduğun tülküyə
inanma. Maraqlı idi.
Bu film də
şamanik səyahət idi?
Əla olardı, lakin şamanik səyahət şəxsi məsələdir.
Orada dinə aid heç bir şey yoxdu.
Sizin şamanik
heyvanınız hanısıdır?
Su samuru. Bu sizin qərar verəcəyiniz bir şey
deyil. Anidən olan bir şeydir.
Siz indi nə
ilə məşğulsunuz?
Bilmirəm, həqiqətən bilmirəm. Başqa bir film çəkmək haqqında belə fikirləşmirəm. Bağbanlıqla məşğulam.
Bağda otururam hüzurverici təsir bağışlayır. Bacardıqca vaxtımı təbiətdə
keçirdirəm. Orada özümü yaxşı hiss edirəm.
0 Şərh:
Yorum Gönder