“Belle de Jour” Joseph Kesselin romanından Luis Bunuelin ekrana köçürdüyü
filmdir. Filmdə soyuq bir ev qadının həftə içində gönortadan sonra fahişəlik
etməyi mövzu edilir. Ssenarisini Luis Bunuel və Jean-Claude Carrierenin ortaq
yazdığı filmdə baş rolu isə Catherine Deneuve ifa edib. Luis Bunuel kinoda
sürrealizmin atası olaraq tanınır. Madriddə oxuduğu illərdə yaxın dostları
arasında Salvador Dali və Federico Garcia Lorca da var idi. Rejissor “Belle de
Jour” filmindən sonra çəkdiyi hər filmin sonuncu olacağını desə də ancaq bu istəyini
1977-ci ildə lentə aldığı “Cet obscur objet du désir” filmindən sonra reallaşdırmışdı.
![]() |
Luis Bunuel |
Həyata baxış tərzi
və məqsədlərinin tənqidi tərəfləri olsa da Bunuelin baxış tərzi və fikirlərini
heçə saymaq asan məsələ deyil. Nəyə görə film çəkdiyini Bunueldən soruşanda o "dünyanın yaxşı yer olmadığını göstərmək üçün" demişdi. Həmçinin Bunuel özü ilə
Goyanı tez-tez müqayisə edənlərə bu müqayisənin axmaqlıq olduğunu deyirdi. Müasir
mədəniyyətin iqtisadi və hərbi gücdən ayrılmadığını vurğulayan Bunuel, bu səbəbdən
də idarəçi dövlətin öz mədəniyyətini kütləyə yeritdiyini diqqətə çatdırırdı. Bunuelin
filmləri ilə yanaşa fikirləri də əsas maraq obyektinə çevrilməyi bacarırdı:
“Etik olaraq heç
bir şey Oscar qazanmaq qədər nifrətimə səbəb ola bilməz.”
“Din olmadan seks
duzsuz yumurta bişirməyə bənzəyir, günah arzu üçün daha çox fürsət yaradır.”
“Yazıçı ya da rəssam
dünyanı dəyişdirə bilməz. Amma bunu qəbul etməyərək qarşı çıxmağı ciddi bir şəkildə
canlı saxlaya bilərlər.”
Filmə gəldikdə isə rejissor köməkçisi
Pierre Lary, filmdə Deneuvenün obraza baxışı ilə hekayədəki Severine arasında
böyük bir fərq olduğunu və bunun çəkiliş bitənədək davam etdiyini deyirdi. Bir
tərəfdə Bunuelin qrupu, digər tərəfdə də Catherine Deneuve vardı. Çəkiliş günlərinin sonlarında xam materiallara baxıldığında
Deneuvenün ifası hamını narahat edirdi. Ancaq ani bir möcüzə baş verir, Bunuel
həmişə olduğu kimi bu dəfə də filmin montajını bir neçə günə tamamlayır. Ümumən,
Bunuel filmi elə lentə alırdı ki, dəyişdirməyə çox şey olmurdu və montaj 2-3
gün çəkirdi, bir səhnə digərini izləyirdi. Bunuellə birlikdə filmi əvvəldən
sonadək işləyənlər montajdan sonra filmi izlədiklərində təəccüblənir. Çəkilişlər
zamanı personaj haqqında heç nə anlamadığını düşündükləri Catherine Deneuvenün öz ifası
ilə möcüzə yaratdığını görürlər.
Bunuelin aktyroları
idarəetmə yöntəmi də fərqli idi. Onlardan filmin təhkiyəsinə təsir edəcək bədən
hərəkətləri, jestlər istəyirdi. Əsla personajın psixoloji yanlarının tərif etməz,
necə danışmaq lazım olduğunu deməzdi. Yalnız aktoyların hərəkətlərinə istiqamət
verirdi. Məsələn, “Bu replikada stəkanı götürürsən. Bu replikada içinə su
tökürsən, bu replikadan sonra da içirsən”
Ssenarist
Jean-Claude filmin istehsalında Bunuelin çox yaxınında olduğu üçün film haqqında
detallı açıqlama vermişdi:
“Bu dırnaq arası
bir erotik filmdir. Amma məmə ucu belə göstərməyən bir erotik film. Çox şey
deyilir, heç bir şey göstərilmir. Məmələrini göstərmir amma çılpaq belini və
çiyinlərini görürük. Filmdə üstü bağlı erotika var. Catherine digər filmlərində
bədənini daha çox göstərib.”
Deneuve isə mövzunun
“Belle de Jour” filminə gəlməyən reportajları olmadığını dilə gətirir. Film
Catherinenin imicinin formalaşmasında və kariyerasında böyük rol oynayıb. Filmin
stilisti Bunuelin də dəstəyi ilə çox qısa geyinməməyi üçün Deneuvunu razı salır.
Filmin gələcək modaya uyğun olmağı üçün aktrisanın geyimlərini uzadırlar. Lakin
sonrakı illərdə bu elə də diqqəti cəlb etmir.
Bunuel aktyorlara
personajın psixoloji vəziyyətini izah etməyi xoşlamırdı. “Sənin obrazın bunu bu
səbəbdən deyir” tipli ifadələr setdə işlətmirdi. Ssenarini yazanda belə
improvizə hissələri qorumağa çalışırdı. Buna görə filmi bir-birlərinə tamamilə
izah etmirdilər. Bunuel də bunu aktyor heyətinə deməmişdi. Ancaq hərkətləri çox
açıq şəkildə tərif edirdi. Geyimlərin seçimində yaxından iştirak etmiş və
işığın yerləşdirilməsini diqqətlə izləmişdi. Görüntüdə qaranlıqdan doğan sirrli
vizuallıqdan qaçmışdı. Çəkiliş vaxtı spontanlığı qorumağa çalışırdı.
Jean-Cluade bunun köhnəldiyini desə də “sürrealist spontanlıq” şəklində
adlandırırdı. Ssenari yazılarkən setdə baş verəcək ani dəyişikliklər üçün
boşluq saxlanılırdı.
Ssenarist çətinliklə
görülə bilən detalların diqqətlə filmə qoyulduğunu,
gerçəklə xəyalın bərabər dərəcədə işlənildiyini deyir. “Bir tərəfdə gerçəklər və
günlük həyat, digər tərəfdə yaşamaq istədiyimiz xəyali həyat. Bu filmdə hər
ikisini birləşdirməyə çalışdıq”. Həmçinin ssenarist filmin sonunda deməyə
çalışdıqları tapmacanın açması hekayənin gerçək və xəyali yönlərini birləşdirməklə
ortaya çıxdığını da deyir. Kino tarixində az görülən bir film çəkdiklərin,
Freydin “qaranlıq qitə” dediyi qadın erotizminin kəşfinə cəhd etdiklərini diqqətə
çatdırır.
“Belle de Jour” bir
çox cəhətdən yenilikləri özündə birləşdirən, müstəqil filmdir. Konteks etibarı
ilə filmin psixoloji dərinliyə sahib olmağı, gerçəyin içinə fantastik fikir
qatmağı, Severine adlı qadının mazoxist biri olaraq uğurla göstərilməyi filmin
diqqət çəkən tərəfidir. Bu detallar, hər səhnəsi diqqətlə çəklimiş bir şahəsərin
fonunda olan səbəblərdən bəziləridir.
Filmin zəif nöqtəsi
kimi bəlkə də qadının erotik fentezilərini mövzu edən psixoloji ağırlıqlı filmə
2 kişinin quruluş verməyi sayıla bilər. Ssenarist Jean-Claude Carrier Severinelə
qadın istəklərini inkişaf etdirərək təhkiyəyə yeni bir baxış bucağı gətirməyə
çalışdıqlarını deyir. Bütün cəhdlərinə baxmayaraq burada yanlış və əksik yanlar
ola bilərmi? Bu sualın cavabı isə qadınlara qalsın.
0 Şərh:
Yorum Gönder