Agnieszka Hollandın
1990-cı ildə lentə aldığı “Europa Europa” filmi müharibə haqqında çəkilmiş
filmlərdəndir. Filmin bəzi səhnələri var ki, metaforaları ilə diqqəti cəlb
edir. Həmin səhnələrdən biri də Hitler və Stalinin kilsədə əl-ələ rəqs etdiyi səhnədir.
Polşanı öz aralarında böləndən sonra Hitlerin paktı pozub SSRİ-yə hücum
etməyi bu səhnədə satirik təsvirini tapır. Filmin əsas mövzusu isə Solomon adlı
bir gənc yəhudinin həyatda qalmaq üçün apardığı tragikomik mübarizədir.
0 Şərh:
Yorum Gönder