David Lynch
Die Tageszeitung: Sirrlərə və şüuraltına marağınız
var.
David Lynch: Dəqiqliklə! Sirrləri xoşlayıram; nələrin
olub-olmadığını bilmədiyim üçün qaranlıq mühitləri də... Xarici görünüşün
altında saxlanılan sirrlərdən xoşum gəlir və hesab edirəm ki, insanlar bilmədikləri
bir şeyi və ya daha əvvəl heç olmadıqları bir yeri seyr etməyi sevirlər.
DT: Bu avtobioqrafik bir filmdirmi?
DL: Demək də olar, deməmək də.
DT: Halbuki, gənc Jeffreyni canlandıran baş rol
oyunçunuz Kyle MacLachlan sizi çox xatırladır.
DL: Bəli, filmdə mənə bənzəməyə çalışdığını söyləyir.
DT: Bəs siz özünüzü onun filmdəki xarakteri kimi
görürsünüz?
DL: Yəni gündəlik həyatımda onun kimi hərəkət edirəm?
Xeyr. Bu cür şeylər daha çox beynimdə meydana gəlir, həyatımda yox.
DT: "Blue Velvet"in hər sadizm səhnəsindən
əvvəl qaranlıqda kiçik bir alov görünür, bu bir simvoldu?
DL: Xeyr, alov hadisənin bir hissəsidir. Hər şeyin
daha da qaranlıq olacağını göstərir və elə bir ruh halı yaradır.
DT: Yəni sadizmin istiqamətini ifadə etmək üçün
istifadə etməmisiz.
DL: Xeyr. Bu filmin ərsəyə gəlmə səbəbi yalnız
ağlıma belə bir şeyin gəlmiş olmağıdır. Bu qaranlıq şeylər haqqında bir hekayədir.
Biri çıxıb "istismar edirsən" deyəcək deyə seksdən qaça bilməzsiniz,
bunu etsəniz insan təbiətinə aid bir şeyə maneə törətmiş olarsınız.
DT: Bu film olduqca qarışıq inkişaf edən qeyri-adi
bir eşq hekayəsidir.
DL: Bəli amma reallaşır. Əgər filmin əvvəlindən
etibarən bir-birinə aşiq olan iki insanın hekayəsini izah edirsizsə və iki saat
boyunca da bu eşq macərası davam edirsə böyük ehtimalla insanlar kinonu tərk edəcəklər.
DT: Bu cür hekayələr ağılınıza haradan gəlir? Gəzişərkən
yoxsa bir anda?
DL: Bəli. Bəzən gəzişərkən, bəzən oturarkən. Əksər
hallarda da kafelərdə ... Bu etibarlı yerlərdə özümü məkandan uzaqlaşdıraraq hər
istiqamətdə düşünə bilirəm və əgər vəziyyət pisləşərsə təkrar kafe mühitinə
geri dönə bilirəm. Eynilə kinoda olduğu kimi. Orada ən qorxunc şeyləri izləyə bilərsiniz,
amma eyni zamanda da özünüzü kino kimi təhlükəsiz bir mühitdə hiss eliyərsiniz.
DT: "Blue Velvet"də olduqca marjinal səhnələr
mövcuddur. Məsələn başlanğıcda bir bağban infarkt keçirdikdən sonra çəmənliyə
yıxılır sonra kamera sürünərək, yaxınlaşdırıldığı üçün iri planda görünən otlar
arasından keçib qaranlığa doğru ondan uzaqlaşır. İzləyici otların arasından hər
an bir canavar çıxa biləcəyini düşünüb qorxur.
DL: Bəli kamera birdən qaranlığa tuşlanır, gizli
qaranlıq sahəyə, eynilə filmin özü kimi. Qaranlıqda qaldıqda düşüncələrinizi axtarıb
üzə çıxarmağa başlayırsınız. Əgər qorxularınız sizi ələ alarsa, bir elm adamı
belə ola bilərsiniz.
DT: Eyni yolla kamera bütün hekayəni başladan
qoparılmış bir qulağa yönləndirilir.
DL: Niyə hər şeyi bir qulaqla başlatdığımı bilmirəm.
Hesab edirəm ki, qulağın tamaşaçını içinə çəkə bilən bir dərinliyi var, eynilə
Jeffreyni də çəkdiyi kimi ... Bunda bir paralellik var.
DT: Qulaq, səma, məxmər, ot; hamısı təbiətə aid ünsürlərdir.
Bulardan bir nəticəyə gələ bilərikmi?
DL: Şüurlu olaraq edilmiş bir şey deyil. Hamısı
bir-birinin ardınca reallaşdı. "Blue Velvet"də hadisələrəin cərəyan
elədiyi yer olan Lumbertonı götürək. Bura ağaclarla əhatə olunan kiçik bir qəsəbə
idi. Amma bu xarici görünüşünün yalnız bir hissəsi idi. Əvvəldən bir adı yox
idi və filmi istehsalı edən şirkətin nümayəndəsi bura mövcud bir qəsəbənin
adını verməyi təklif etdi. Beləcə avtomobil nömrəsi kimi şeyləri asanlıqla tapa
biləcəkdik. Sonra "LUMBERTON" adı gözümə dəydi və bir anda bu ada
vuruldum.
DT: "Blue Velvet" bir Amerikan filmidir?
Amerikanı necə təqdim edə bilərsiniz?
DL: Məncə bir Amerikan filmidir. Xarakterlər də Amerikalı tiplərdir. Dünyanın keçmişi haqqında
çox şey bilmirəm.. Amerikada da digər ölkələrdə olduğu kimi, həyatı və
insanları müəyyən bir anlamaq metodu var. Bu özlüyündə bir çox qəribə şeyləri saxlayır,
təbii gözəl şeyləri bəzən isə ziyanlı şeyləri də ... Bu yalnız LUMBERTON üçün belə
deyil başqa bütün yerlər üçün isə keçərlidir.
DT: Amma siz Amerikanın bu yönünü sevirsiniz. Amma "Blue
Velvet"dəki xarakterlər sanki Diane Arbusun fotokamerasından çıxmış
kimidilər.
DL: Diane Arbusu bəyənirəm. O da mənim kimi
Amerikanın bu qəribə tərəfinin heyranıdır. Fərqli olan hər şey diqqət çəkər və
sizi maraqlandırar. "Digər" lərinin necə belə görünə bildiyini
düşündürdüyü üçün insanlar onun fotoşəkillərinə heyran qalırlar.
DT: Bu Amerikanın tənqididir?
DL: Xeyr qətiyyən deyil. Bu sadəcə bir hipnozetmədir.
|
0 Şərh:
Yorum Gönder