![]() |
Peter Strickland |
İngilis rejissor Peter Stricklandın müsahibəsini təqdim edirik:
Filmdə
bütün oyunçular qadındı. Bununla yanaşı bütün fentezilər də qadınlara aiddi.
İki risk birdən etmisiniz. Belə bir film çəkmək hardan ağlınıza gəldi?
Əvvəlcə Jesus Franconun “Lorna the Exorcist” (Les Possedees du Diable, 1974)
filminin rimeykini çəkmək istədik. Sonra həmin filmi təkrar çəkməkdənsə 70-ci illərin erotik filmlərinə yeni bir baxış bucağı gətirmək haqqında
düşündük. Kino tarixinin görülməzdən gəlinən guşələrindən biri olan bu zaman çərçivəsində
əslində çox maraqlı mövzular var. Bu filmlər heteroseksual kişilər tərəfindən
heteroseksual tamaşaçı kütləsi üçün lentə alınan və lezbiyan qadın personajları
nəql edən filmlərdir. Yəni ikiüzlülük var bu filmlərdə. Amma bir yandan da
müasir zamanda elə də dəyər verilmir bu filmlərə. Bizim etdiyimiz şey isə bu
filmləri daha da etibarlı bir hala gətirməkdən yana idi.
Belə filmlərə fərqli bir şəkildə
yanaşmaq ya da janra bir növ poetiklik qazandırmaq doğru tərif ola bilər?
Əlbəttə, hamı fərqli yanaşa bilər. Mən istismara yönəlməyən bir kino dili
yaratmaq üçün çox çalışdım. Bir kişi olaraq iki qadın personajla çılpaqlıq
ehtiva edən bir film çəkmək, mənim üçün incə bir xətt üstündə tarazlığı qorumaq
kimi idi.Yaşlı qadınları da filmə daxil edərək istismardan uzaqlaşmağa
çalışdım. Məsələn, bir səhnədə küçədə iki yaşlı qadının əl-ələ yeridyini görmək
mümkündür. Əgər yeriyənlər gənc və gözəl qadınlar olsaydı, məncə burada səhvlik olardı. Çox heteroseksual və kişiyə xas bir hiss yaradardı həmin səhnə. Onu
da deməliyəm ki, bu film personajların eynicinsliliyi ilə əlaqədar deyil. Çünki
bu mövzuda onlara müdaxilə edən yoxdu, personajların bu mənada kiminsə fikrinə
ehtiyacları yoxdu.
Bəlkə qonşu obrazının məsələyə
qarışdığını deyə bilərik.
O sadəcə deyimi uyğundusa “aravuranlıq edir”. 70-ci illərin erotik filmlərindən
çıxmış kimi görünən personajdır. Hansı ki 23 Jesus Franco filmində rol almış
bir aktrisa olan Monica Swinn tərəfindən canlandırılıb. Monica həyatda tanıdığım
ən azad qadınlardan biridir. Mövzuya qayıtsaq, çəkdiyimiz film həmin dövrün
kinosundakı qadın aşiqlər və mazoxizm kimi klişelərə başqa bir prizmadan yenidən
baxmağa cəhd göstərmək idi. Bu kinematoqrafik klişeləri gerçək həyatdan ünsürlərlə
qarışdırdıq. Məsələn, birini yatağa bağladığınızı və otaqda milçək olduğunu
fikirləşin. Nəticədə həyatda bu cür axmaq şeylər baş verir, niyə filmdə də
olmasın?
Hər gördüyüm işdə bir məntiq axtarmağa çalışıram. İlk filmim “Katalin Varga” (2009) qisas filmi idi,
qadın personaj ona təcavüz edən adamlardan birini öldürür. Çox tipik bir mənfi
obraz idi bu. Deyək ki, bu adamı öldürdük və əzab çəkdirdiyi bütün insanları
xilas etdik. Bəs sonra nə olur? Ümumilikdə filmlər bu tip suallarla maraqlanmır.
Həmin mənfi obrazın uşaqları var və onlar məsumdur, həmçinin arvadı da var və o da
məsumdur. Bəs onlara nə olacaq? Mən bu tip suallarla maraqlanıram. Bu filmdə də
sual bu idi: Oyunlarınızdan bezən bir insanla oynamağa davam etsəniz nə olar?
Cynthia zorakı personaj deyil. Lakin o cür davranmaq məcburiyyətindədir. Bəs
rolunu yaxşı oynamırsa? Ya replikalarında kiçik xətalara yol verərsə? Belə olan
halda Evelyni də qane edə bilməz. Demək istədiyim şey is bu idi: Dövrün
mazoxist erotik filmlərinin klişeləri, bu kimi gündəlik həyat ünsürləri ilə
qarışdıranda nə olur? Yeri gəlmişkən, mazoxistlər və film rejissorları arasında
bir çox paralellər olduğunu düşünürəm. Burada paradoks var. Mazoxistlər əslində
hər şeyə nəzarət edirlər. Sandığın içinə salındığında belə bu münasibətin idarəsi Evelynin əlindədir. Bu qeyri-adi bir şeydir.
“The Duke of Burgundy” təkcə
mazoxist ya da oxşar cinsi axtarışlarla bağlı bir film deyil. Münasibətlərə
dair bir metaforalı tərəfi də var. Münasibətlərdə tərəflərin göstərdiyi fədakarlıqlara
və uyğunlaşa bilmə ehtimallarını da diqqətə çatdırır.
Əlbəttə. Zorakılıq faktoru da var filmdə. Qarşı tərəfin
etmək istəmədiyi şeyləri ona elətdirə bilmək üçün personajlar zorakılıq da tətbiq
edir. Mövzunun sadəcə cinsəllik olmağı da vacib deyil. Biri uşaq istəyə bilər,
digəri isə yox. Biri ilə münasibət qurmağa qərar verirsiniz. Lakin sonra onun
istədiklərinin əksini istəyə bilərsiniz, istər cinsəllik mövzusunda, istər
kariyera mövzusunda ya da başqa bir mövzuda. Digər tərəfdən də mən personajları
mühakimə etmədim. Onsuz da bu gün lazımi qədər mühakimə edilir insanların cinsi
həyatı. İnsanlar rüşvətə dözə bilir amma məhrəmliyə dözə bilmirlər. Mən əgər
qarşı tərəf razıdısa insanların istədikləri hər şeyi etməkdə azad olduqlarını
düşünürəm, başqasına xətər yetirməmək şərti ilə. Mənim üçün sentimental bir səyahət
idi filmi çəkmək, bu tip suallara cavab vermirdim filmi çəkərkən sadəcə müşahidə
aparırdım. Bir məsələ də var ki, otuz beş yaşdan yuxarı qadınların cinsəlliyi,
kinoda daha çox göz ardı edilir. Lakin Fassbinder (Reiner Warner Fassbinder,
alman rejissor) onlar haqda filmlər çəkirdi. İstər qırx, istər əlli yaşında ol
yenə də cinsəl bir varlıqsan və arzu edə bilərsən, bunu göstərmək isə qəribə bir şeydir. Lakin bu da paranoyaklığı da özü ilə bərabər gətirir. Sevgilindən yaşca
böyük ola bilər və onun tərəfindən arzulana bilərsən ama zehnində özünü o yerdə
görməmək mümkündür. Yəni, inamsızlıq. Hər kəs özünə inamsızlıq hiss edə bilər
lakin yaş artdıqca inamsızlıq da artır.
Üst-üstə qoyulmuş kölgələr,
bulanıq planlar kimi estetik seçimləri necə etmisniz?
Bu tip şeylərin bəziləri setdə baş vermişdi. Məsələn,
bir səhnədə operatorumuz Nick Nolan güzgünün kənarından qoparılmış iki şüşə parçanı
obyektivin qarşısına qoymuşdu və onun yaratdığını çox bəyəndik. Bu əslində təsadüfi
bir kəşf idi, daha doğrusu Nick Nolanın kəşfi idi.
70-ci illərin açıqcalarına
oxşayır.
Elədi, lakin mənim xoşuma gəldi bu görüntü. Evelynin
Cynthianın cinsəl sehrinə qapıldığı səhnələrdə istfadə etdik. Hər şeyi kamerada
həll etmək çox gözəl idi, işi post-prodakşından əvvəl həll edirdik bu səhnələrdə.
Bir rejissor olaraq mən yuxu kimi filmləri
xoşlayıram, bir filmə baxdıqda gerçəklikdən qaçmaq istəyirəm. Hisslərimin fərqində
olmalıyam amma qaça bilməliyəm də eyni zamanda. Bu mənim zövqümdü. Kinonun sehirli bir aləmə malik olduğunu
düşünürəm.
Personajların adları olan
Cynthia və Evelynin xüsusi bir mənası var?
Ekzotik adlar seçməli idik. Sıradan olmayan və eyni
zamanda hər hansı bir millətə aid olmayan adlar tapmalıydıq. Başqa cür desək,
bir ingilisə də, macara da, fransıza da uyğun adlar olmalı idi. Evelynin adını “The
Night Evelyn Came Out of the Grave” (La Notte che Evelyn usci Dalla Tomba,
1971) filmindən götürdük. Bruno Nicolainin lentə aldığı qeyri-adı musiqilərlə zəngin
bir filmdir. Cynthia isə “painted lady” kəpənəyinin elmi adıdır. Doktor Viridana
deyə bir personaj da var. Onun adı da bir kəpənək növündəndir. Bunuelin “Viridiana”
(1961) filmindən bir hərflə fərqlənməyi xoşuma gəlir. Cynthianın adının günah
kimi qavrayışlarla əlaqəsinin olub olmadığını soruşanlar da olub. Yox, heç bir əlaqəsi
yoxdur. Heç filmdə günah anlayışı da yoxdur. Cynthianı Chabrolun (Claudio
Chabrol, fransız rejissor) “Les Biches” (1968) filmindəki Stephane Audrana baxaraq yaratdıq. “Les Biches” filminin də bizim filmə təsiri böyükdür.
Bu cür qarşılıqlı təsirlər sizin
üçün nə qədər vacibdir?
Mən də bunun haqqında düşünürəm. Bunuelin kino
tarixində ən çox sevdiyim rejissor olduğunu deyə bilərəm. Eyni anda həm bu qədər
iynələyib, həm də sakit qalmağı bacarmağı qeyri-adidir. Heç bir vaxt tamaşaçını
cəzb eləmək üçün çox böyük cəhdlər etmir, həddən artıq rahat və sakitdir. Mənə
görə Bunuelin yolundan getdikdə çatacağımız yer Haneke kinematoqrafiyasıdır.
Filmlərinin texnikasının Bunuelə yaxınlığı olduğundan deyirəm bunu. Bunuel çox
məsafəli, qatı və özünü göstərməkdən imtina edən bir rejissordur. Dövrümüzdə
sürətli qurmacanın cazibəsi altında olan çox film mövcuddur.
Filmin məkanını necə
tapdınız?
Filmin ilk versiyasını yazanda hadisələr şəhərdə
cərəyan edirdi. Kişilər də vardı, insanlar işə gedib-gəlirdi və s. Sonra şəhərin
diqqəti dağıdacağına dair fikrə qapıldım. Bəlli bir məkana diqqət kəsilmək istədim
və filmi bir nağıl kimi qurmağa qərar verdim. Böcəkləri analizetmə hobbisi də
bunu unutdura bilərdi. Tamaşaçıya nağılvarı bir üslub təqdim etmək üçün bu
dünyanı mümkün qədər absurd və nağılvari bir şəkildə qurmalıydım. Əslində, elə
də böyük qərarlar deyildi bunlar. Bu kimi şeyləri yazan vaxt qərar verirsən.
Hekayəyə uyğun olan atmosferin bu olduğu açıq idi. Xüsusilə, filmin bağlanış səhnəsinə
qədər qotik havasını qorumaq istəyirdim.
Bəs yaxşı film şəhərdə keçsəydi
yaratdığınız atmosferi yenidən qura bilərdiniz?
Məncə qura bilməzdim. Çünki hədəfim tamaşaçıya öz həyatından
tamamilə fərqli bir şey göstərmək idi. Personajlardakı kimi cinsi həyat
yaşayanlar ola bilər. Amma əminəm ki, həyat tərzləri onlarınkı kimi deyil.
Tamaşaçının böyük qismi filmdə gördüklərini ekzotika adlandırcaq, bəlkə cinsəlliyi,
bəlkə həyat tərzini. Tamaşaçı özünkündən “başqa” bir dünyayla qarşılaşmalıydı.
Mənim üçün maraqlı olan tamaşaçının özünə fərqli olan bu dünyanın içində, yenə
özünə xitab edən nələrisə axtarmağı idi. Tamaşaçını məmnun etməyə çalışmıram,
sadəcə onlarla danışmağa çalışıram. Məncə film izləmək təcrübəsində ən təsirli
ünsürlərdən biri, filmin dünyasında özünə aid nəyisə kəşf etməkdir. Hansı ki
başqa insanlarla aranızdakı əlaqələrə bənzəyir. Mən bu hissi tamaşaçıya tamamilə
fərqli bir hekayəyə söykənərək yaşatmağa çalışdım. Bir şeyi həqiqi olmayan bir
şəkildə göstərsəniz bəzən daha həqiqi belə görünə bilər. Həmçinin kinoda həyatın
orijinal təsvirini cızmaq qeyri-mümkündür.
0 Şərh:
Yorum Gönder