George Ovashvilinin lentə aldığı “Corn İsland” gürcü
kinosunun son illərdə inkişafda olduğunun göstəricisidir. Aktyor heyətində türkiyəli
İlyas Salmanın da yer aldığı film bir çox kino festivalların əsas mükafatına
nominant göstərilib. Geroge Ovashvili bu film ilə sanki mistik bir şeir deyir.
Film bir adacığın əmələ gəlməyi səhnəsi ilə açılır. Hər il bahar fəslində qarların əriməyə başlamağı ilə daşan
İnguri çayının gətirdiyi allüviallar uyğun bir yerdə yığılaraq adacıqlar əmələ
gətirir. Yaşlı bir təsərrüfatçı öz qayığı ilə bu çayın əmələ gətirdiyi adacığa
gəlir və bura mənimdir deyərək öz bayrağını sancır. Yaşlı kişi burada əkinçiliyin
uyğun olub-olmadığını anlamaq üçün torpağı eşələyərkən bir siqaret müştüyü
tapır. Onu təmizləyib döş cibinə qoyur. Film boyunca “zaman” ilə əlaqəli
narahatlığı başladığında müştüyü cibindən çıxarıb əlində o tərəfə, bu tərəfə çevirir və xəyala
dalır...
Qoca qayığı ilə gətirdiyi materiallarla qarğıdalı əkdiyi adada özünə bir
barak düzəldir. “Baba bu ada kimindir?” sualı ilə hekayənin ən kəskin cümləsini
quran nəvəsi qucağındakı parçadan kukla ilə adaya babasının köməyinə gəlir. Uşaqlıqdan
yeniyetməliyə keçən qız, həyatı, sevgini, çoxalmağı, həyatsevərliyi, məsumiyyəti
təmsil edir. Döşləri hələ yenicə böyüməyə başlayan qızcığaz, çayın digər tərəfində
bir-birlərinə güllə atan əsgərlərin diqqətini çəkir. Baba öz silahı ilə
quzğunlara göz dağı verir lakin vuruşmada yaralanan bir əsgər gecə gizlicə
adaya sığınır. Baba yaralı əsgəri digərlərindən qorumaq məcburiyyətində qalır.
Üstəlik əsgərin onlardan biri olmadığına baxmayaraq ona kömək edir. Nəticədə əsgər
və nəvəsinin arasında yaxınlaşma yaranır. Baba buna qarşı orağını havaya
qaldırıb araya sədd çəkir.
Silah səsləri, gecə nəzarəti, qaçan əsgərin digərlərindən qorunmağa
çalışmağı kimi hadisələr filmin dinamikləşməyinə və tamaşaçının diqqətini dik
saxlamağına səbəb olsa da filmin demək istədiyi bunlar deyil. Vaxt sürətlə keçməkdədir.
Qarğıdalılar yetişməkdəykən iqlim dəyişir, sərtləşir. Sel gəldiyində isə əldə
olunan hər şey heç olacaq qorxusu ilə baba və nəvə erkən məhsul yığımına başlayır.
Lakin təbiət cığırından çıxır və sular qabarmağa başlayır...
Və yenidən qarğıdalı əkini üçün mövsüm gəlib çatır. Başqa bir təsərrüfatçı
suların çəkilməyə başlamağı ilə eyni yerdə yenidən əmələ gələn allüvial adacığa
çıxır və bura öz bayrağını sancır. Təsərrüfatçı torpağın potensialını yoxlamaq üçün
adacıqda qazıntı apararkən qızın oyuncaq kuklasını tapır. Beləliklə, iki təsərrüfatçının
torpağı eşələyərkən tapdıqları və özlərindən sonrakılara qalan nəsnələr sayəsində
filmin mistik qavrayaşı dəstəklənir. Beləcə rejissor şərq ədəbiyyatının təməl məcazlarından
sayılan dünyanın qum üzərində tikildiyi məcazını kiçik işarələr vasitəsi ilə kinoya
daşıyır.
0 Şərh:
Yorum Gönder