31 Ocak 2016

Jan Svankmajer ilə müsahibə - "Tamaşaçını daha yaxşı bir insana çevirmək kimi niyyətim yoxdur"




Jan Svankmajer ilə müsahibəni təqdim edirik:


(İngiliscədən tərcümə edən Mənzər İsmayılova)


Nəyə görə filminizdə Çexiya xalq nağılından istifadə etmisiniz?

Xalq nağılları dəfələrlə təkrarlanan qədim mifologiyalardır. “Little Otik” filmində bu cür miflərdən ancaq biri haqqında danışmışam. İnsanın təbiətə qarşı üsyanı və bu üsyandakı tragik fərqlilik. Bu mənim diqqətimi çəkən mövzu idi. Fausta yaxın bir azadlıq mövzusu idi.

Sizin filmlərinizdəki dialoqların çoxu uşaqlığınızla əlaqəlidir. “Little Otik” filmində də siz öz uşaqlığınızdakı mövzulara toxunmusunuz?

Filmdə olan dialoqlar uşaqlığımdan bəri beynimdə qalan şeylər idi və onları üzə çıxarmamağım qeyri mümkün idi. Motivlər də həmçinin, onlara aid ikisinin adın çəkə bilərəm zirzəmi və yemək. Bunlar mənim mental inkişafıma gələcəkdə təsiri olanlardır.

“Little Otik” filmində olan zirzəmi və pedofiliya mövzusuna “Down to the cellar” adlı qısa filminizdə də müraciət etmisiniz amma formaca bir-birlərindən fərqlənirdilər. Bu qorxunc motivlərə qayıtmaq səbəbiniz nədir?

Zirzəmi uşaq vaxtı mənə qorxunc gələn şeylərdən biri idi. Həmişə anam mənə oradan kartof və kömür gətirməyi istəyəndə ayaqlarım qorxudan əsə-əsə ora gedirdim. Qorxmaq hissi keçmək əvəzinə daha da qorxuducu olurdu. Bu bir növ uşaqların pedofiliya haqqında düşüncələrinə yaxındır. Valideynləri onlara bu barədə xəbərdarlıq etsə də onlara tam nəyin təhlükəli olduğunu deyə bilmirlər amma uşaq özü bunu hiss edə bilir. O öz valideynlərinin emosional keçmişində baş verənləri bilir.

Sizin filmlərinizdə yemək yeməyin rolu nədir?

Yemək də mənim uşaqlığımla əlaqəli bir mövzudur. Mən iştahsızlıqdan əziyyət çəkən bir uşaq olmuşam. İştahımı artırmaq üçün çaxır içizdirirdilər guya mənim iştahımı düzəldəcək.

Sizin filmlərinizi öz qorxularınızla üzləşmək kimi hesab etmək olar?

Filmlərim didiaktik deyil, həmçinin tamaşaçını daha yaxşı bir insana çevirmək kimi niyyətim də yoxdur.  Əvvəl dediyim kimi kreativ iş xüsusilə də filmə sərbəstlik verməlidir, azadlıq gətirməlidir. Kreativ işlərimi həmişə özümü müalicə üsulu kimi görmüşəm.

Bu film sizin valideynlik təcrübələrinizlə bağlıdır?

Birmənalı şəkildə, hə. “Little Otik” ilk olaraq sürreal filmdir, realizmə bu filmdə yer yoxdur. Psixologiya sosial münasibətləri dərindən araşdırır.


Bu filminiz klonlaşmağa bir reaksiyadır?

“Little Otik” poetikdir, metafora, simvolika ilə doludur. Bir motivin həmişə həddindən artıq mənaları ola bilər, sözdən fərqli olaraq. O özündə çevrilməni ehtiva edir və çevrilmə də çox güclü olur. Sürreal film xüsusi bir vaxt üçün aktual olan filmlər deyil, “Little Otik”də də olduğu kimi. Film 1980-ci illərdə klonlaşmanın ancaq elmi fantastik əsərlərdə göründüyü vaxtlarda çəkilib. Amma indi müasir məsələlərə reaksiya kimi qəbul olunur. Bu sürreal əsərlərin üstünlüyüdür. Bu cür işlər həmişə müxtəlif qatları və fikirləri özündə birləşdirir.

Komputer animasiyasına olan marağınız necədir?

Komputer animasiyasına qarşı mühafizəkar mövqedəyəm. Mənə realist təsir bağışlamırlar. Demək istədiyim odur ki, virtual görüntülər heç bir emosiyanın içindən doğulmur, heç bir realist hissəcik belə hiss olunmur. Nəticədə də onlar ölü olurlar. Onlar bu dünyadan deyillər sadəcə özlərini elə göstərirlər.

Siz demişdiniz ki, “Otesanek” adı tərcümə edilməməlidir amma filmdəki dialoqlarda uşağın real adı Otik kimi gedir, xalq nağılında isə o obrazın adı Otesanekdir.

“Otesanek” sözünün mənası balta ilə vuraraq kəsmək deməkdir, uşaqlara daha çox deyilir bu söz. Çexiyada bu söz ancaq yeməkdən çox digər şeyləri yeyən insanları xarakterizə etmək üçün işlədilir.

Xalq nağıllarında daha çox uşaqlar qulyabanilər və vəhşilər tərəfindən qorxuya qapılırlar. Amma bu filminzdə uşaq bir qulyabaniyə çevrilir. Bu çevrilmədəki niyyətiniz nədən ibarətdir?

Niyyətlə iş görmürəm. Əgər elə olsaydı filmimdəki təsəvvür azadlığı yoxa çıxardı. “Otesanek”də uşaq valideynlərini yeyir. Otik onların arzularının məhsulu idi, onların təbiətə qarşı üsyanının nişanəsi idi. Bu real anlamda uşaq deyil, arzu və üsyanın uşaq şəklini almasıdır. İnsanın da bu hisslərsiz yaşamğı isə mümkünsüz bir şeydir.

Erbenin orijinal nağılı filmdə balaca qız tərəfindən oxunur. Burada kitabı göstərməkdə məqsədiniz nə idi?

Alzbetka tərəfindən oxunan Erbenin nağılının filmdə çox böyük rolu var. Orijinal mif haqqında aydın təəssürat yaratmağa imkan verir amma yenə də bu müasir dövrümüzdə bir çox deformasiyaya uğrayır. Erbenin nağılının isə çox az dəyişikliklər edilərək Alzbetka tərəfindən oxunması isə film içində film yaradır.

Digər rejissorlardan fərqli olaraq siz yuxulara filmlərinizdə çox yer vermisiniz. Bunu insanları real həyatdan qoparmaq üçün edilmiş bir cəhd kimi anlamaq olar?

Axırıncı filmimdə Lichtenberg və Novalisdən misal gətirmişdim ki, yuxu və həqiqət ancaq bir yerdə insan həyatı yaratmağa qadirdilər. Bunu sənətin bütün növlərinə aid edə bilərik. Kreativ işdə yuxunun arzunun önəmi əvəzolunmazdır.

“Surviving Life” filmində bizə çatdırılmaq istənilən fikir odur ki, biz öz keçmiş təcrübələrimizin məhsulundan başqa bir şey deyilik. Həqiqətən biz həyatımızda baş verənlərin divara əks olunan kölgəsiyik?

Platon mənim filosofum deyil, onun fəlsəfəsi həmişə totalitar təsir bağışlayıb. Amma sizinlə və Freydlə razıyam, bəli, biz öz keçmiş təcrübələrimizin qalıntılarıyıq.


Hansı sənətkarlardan təsirlənmisiniz və nəyə görə sürrealizmin hal-hazırda da populyar cərəyan olduğunu fikirləşirsiniz?

Bu “Guru”ların siyahısı uzundur. Belə: İngilis qotik hekayələri, alman hekayələri, Breton, Bunuel, Fellini, David Lynch və başqaları. Mən sürrealizmi populyar sənət cərəyanı adlandırmazdım, doğrusu. Hər hansısa sənət tarixçisindən soruşsanız onlar sizə sürrealizmin artıq 70 ildir ki ölü olduğunu deyəcəklər. Amma bir fakt da var ki, sürrealizm hələ də bir neçə qrup gənci öz təsiri altında saxlamağı bacarır.

Geriyə baxsaq “Alice” filmində bir yadlaşma, tənhəlaşma var. Siz necə fikirləşirsiniz biz bütün insanlar çox tənhayıq?

Çox təəssüf ki bu axmaq sivilizasiya individualizmə olduqca heyran olmuş kimi yanaşır. Müasir dövrümüzdə hər şey hətta insan münasibətlərinin dəyəri belə pulun miqdarına görə ölçülür.

Çexoslovakiyadakı kommunizm dövründə olan senzura haqqında danışa bilərsiniz?

Mən film çəkməyə 1960cı illərin ortasında başlamışam, o vaxtlar siyasi rejim çox güclü idi. Siyasi vəziyyət ancaq siyasətə yox sənətə də öz təsirini göstərmişdi. O dövrdə başlayan “Çexiya Yeni Dalğası”na da böyük təsiri toxunmuşdu. Həmin dövr ərzində biz ancaq kreativ azadlıqdan danışa bilərdik çünki film sənayesi hökümət tərəfindən dəstəklənirdi, hökümətin film monopoliyası yox idi. Biz yaşadığımız o dövrü “qızıl 60lar” adlandırırq.

Siz o dövrdə Çexoslovakiyada olan sürrealist qrupa qoşulmuşdunuz.

Arvadım Eva və mən 1970-ci ildə sürrealist qrupa qoşulduq. Bu qrupda biz 60-cı illərdən sonra bir az nəfəs almış kimi olduq, underground janra geri qayıtdıq. Amma bir şeyi də qeyd etmək istərdim ki o sürrealist qrup əvvəllər də mövcud idi və sözlərini açıq-aşkar deyə bilirdilər. Hətta bir qrup çex və slovak sürrealistləri bugünə kimi fəaliyyət göstərirlər. 1970 və 80-ci illərdə sürrealistlər olaraq biz müxtəlif və bizə maraqlı gələn mövzuları ələ alırdıq. Erotika, yuxular, qorxu, çevrilmələr. Hər mövzunun da özülüyündə readaktoru və şəxsi işçiləri olurdu bu da açıq diskussiya yaradırdı və biz də başlayırdıq onları müzakirə etməyə. Hətta biz bu işlərimizi kitab halında cəmləşdirdik və “The Open Play” və “The Opposite Mirror” adlı kitablarımızı çap etdirdik.

Sürrealizmin nümayəndələri onu ikinci dünya müharibəsinin sonunda və Andre Bretonun öldüyü vaxtda yaranan sənət cərəyanı kimi qəbul edirlər.


Mən bu qrupa Vratislav Effenbergerə görə daxil olmuşdum. O sürrealist qrupun lideri idi. O, 1970-80 ci illərin super eqosu sayılırdı. Bu cərəyan mənə görə dünyaya və yaşadığımız həyat qarşı bir üsyanın göstərişi idi.

0 Şərh:

Yorum Gönder