This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

The Lobster etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
The Lobster etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

25 Aralık 2015

İctimai qaydaları alt-üst edən film "The Lobster" - Yorgos Lanthimos (2015)


"The Lobster" yunan rejissor Yorgos Lanthimosun Yunanıstandan kənarda ekran həyatı verdiyi ilk filmidir. Rejissor filmdə Hollywood ulduzlarını bir yerə yığıb, tamaşaçıya distopik bir dünyanın qapılarını açaraq modern dünyanın ictimai qaydalarına qarşı ironik təhkiyə üsulu ilə kəskin etirazını bildirib. Lanthimos filmin ssenarisini də özü yazıb və arzuladığı dünya modelini, müasir dünyanın axmaq evlilik qaydalarını var gücü ilə kəskin tənqid edib. Colin Farrell, Rachel Weisz, Ben Whishaw, Jessica Barden, Olivia Colman, Ashley Jensen, Ariane Labad kimi güclü aktyor heyətiylə diqqətləri üzərinə çəkən filmin hamımıza izah edəcəyi bir mövzusu var: Dünyanın "monoton" insan yaratma cəhdinə ironik şəkildə etiraz etmək! Qeyd edək ki, rejissor daha əvvəl eyni məntiqə əsaslanan "Doogtooth" və "Alps" filmlərini də çəkib.


Filmin süjeti həm distopik, həm təhkiyəvi, həm də sürrealist quruluşdadır. Yalnızlığın qeyri-qanuni, cinayət olduğu bir dünyada insanlar özlərinə uyğun bir yoldaş seçmək üçün qorxunc bir otelə yerləşdirilirlər və bununla da filmin macərası başlayır. Filmin qəhrəmanı David də subay qaldığı üçün özünə uyğun yoldaş tapmaq arzusuyla itə çevrilən böyük qardaşı ilə bir otelə gəlir. Otelin içində isə cəmiyyətin hansı hala gəldiyinə şahidlik edir. 45 gün verilən vaxt ərzində insanlar əgər öz partnyorlarını tapa bilməsələr özlərinin seçdikləri bir heyvana çevrilirlər. Həmçinin bu oteldə qalanlar müəyyən fasilələrlə əllərində keyləşdirici silahlarla meşəyə aparılır və burada "subay insan" ovlayırlar. Nə qədər çox "subay insan" ovlayıb gətirsələr oteldə qalma müddətinə bir gün əlavə olunur. Davidin heyvana çevrilməmək üçün yalanla özünə seçdiyi qadınla yaşadığı macəra və yalanı ortaya çıxdıqdan sonra oteldən qaçaraq subay insanlara qoşulduğu səhnələr ironik təhkiyənin kulminasiya nöqtəsidir. Meşədə bir qadınla tanış olan Davidin əsl hekayəsi isə yalnızlığı seçməsiylə başlayır.


Yorgos Lanthimos rejissor kürsüsündə əyləşdiyi və ssenarisini yazdığı "The Lobster"də qəlibləşmiş dünyanın axmaqlıqlarını çox sərt bir şəkildə tənqid edib. Məsələn, oteldə özünə uyğun partnyor seçən fərdlər əgər aralarında bir problem yaşasalar dərhal o cütlüyə bir uşaq verilir. Uşağın cütlüklər arasındakı problemləri həll etdiyi məntiqini izləyicisinə təqdim edən rejissor, başqa bir səhnədə isə "İnsanlar niyə evlənməlidir?" sualının cavabını axtarıb. Eyni şəkildə qayda-qanunlara etiraz edərək meşəlikdə subay yaşamağı seçənləri də tənqid edən yunan rejissor, burada da yalnızlığı həyat fəlsəfəsinə çevirənlərə kəskin etirazını bildirib. Subaylar heç vaxt bir başqasıyla rəqs etməməlidir. Subay insanlar heç vaxt öpüşməməli, sekslə məşğul olmamalıdırlar. Yalnız evlilər hər zaman birlikdə yaşamalı, eyni yastığa baş qoymalıdırlar. Evlilər birlikdə rəqs etməli, birlikdə yemək yeməli, birlikdə mahnı oxumalı, birlikdə gəzməlidirlər... Bu uzandıqca uzanan qaydalar filmdə qara yumoru doğuran ən böyük faktorlardır.


Lanthimos cəmiyyəti tənqid edərkən elə təsirli səhnələr çəkib ki, insan öz halına acıyaraq ekranda baş verən hadisələrə yüksək səslə gülə bilir. Təbii ki, tamaşaçının bunları yaşamasında David rolunda Colin Farrellin möhtəşəm aktyorluğu da öz sözünü deyib. Rachel Weisz isə "Short sighted Woman" obrazında meşə səhnələri ilə (əslində içində yaşadığımız dünyaya lağ edilən səhnələr) filmə öz damğasını vurmağı bacarıb.

Son olaraq  Yorgos Lanthimosun distopik dünyasına daxil olarkən bütün bildiyiniz qəlibləşmiş qaydaları kinonun qapısı arxasında qoyun. Filmi izləyərkən bu dünyanın sizi saxta qaydalarla sıxışdırıb yaşamağa məcbur etdiyini çox aydın şəkildə anlayacaqsınız. Evlisinizsə hazırda içində olduğunuz məcburedici qaydaları; subaysınızsa niyə inadkarlıqla yalnızlığa doğru getdiyinizi aydınlaşdıracaqsınız. Son səhnədə isə sevginin göylərə qaldırılması "The Lobster"in əsas mesajıdır.


Film 2015 Avropa Film Mükafatlarında 2 nominasiyada qalib olub. Ən Yaxşı Ssenari və Ən Yaxşı Kostyum Dizaynı.


15 Aralık 2015

28-ci Avropa Film Mükafatları (EFA) sahiblərinə təqdim olunub


Berlində baş tutan tədbirə İtaliyalı rejissor Paolo Sorrentinonun "Youth" filmi damğasını vurub. Film "Ən yaxşı film", "Ən yaxşı rejissor" və "Ən yaxşı aktyor" nominasiyalarında rəqiblərini üstələyib. Bir başqa səs gətirən film "The Lobster" isə iki nominasiyada qalib olub. Türkiyəli Deniz Gamze Ergüvenin rejissoru olduğu "Mustang" filmi isə Beynəlxalq Kino Tənqidiçiləri Federasiyasının (FIPRESCI) "Kəşf Mükafatı"nın sahibi olub.

Ən Yaxşı Film: "Youth"

Ən Yaxşı Rejissor: Paolo Sorrentino - "Youth"

Ən Yaxşı Ssenari: Yorgos Lanthimos & Efthimis Filippou - "The Lobster"

Ən Yaxşı Kişi Oyunçu: Michael Caine - "Youth"

Ən Yaxşı Qadın Oyunçu: Charlotte Rampling - "45 Years"

Ən Yaxşı Komedi Filmi: "A Pigeon Sat On A Branch Reflecting On Existence"

Ən Yaxşı Sənədli Film: "Amy"

Kəşf Mükafatı: "Mustang"

Ən Yaxşı Animasiya: "Song of the Sea"

Ən Yaxşı Görüntü Rejissoru: Martin Gschlacht - "Goodnight Mommy"

Ən Yaxşı Fantastik Film: Jacek Droslo - "Body"

Tamaşaçı (Xalqın Seçimi) Mükafatı: "Marshland"

Ən Yaxşı Dizayn: Sylvie Olive - "The Brand New Testament"

Ən Yaxşı Kostyum Dizaynı: Sarah Blenkinshop - "The Lobster"

Ən Yaxşı Musiqi: Cat s Eyes - "The Duke of Burgundy"

Ən yaxşı səs qurğusu: Vasco Pimentel & Miguel Martins - "Arabian Nights"

Həyat Boyu Müvəffəqiyyət Mükafatı: Charlotte Rampling

Həyat Boyu Müvəffəqiyyət Mükafatı: Michael Caine

Dünya Kinosunda Müvəffəqiyyət Mükafatı: Christoph Waltz

Youth (Michael Caine, Harvey Keitel)