This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

29 Aralık 2015

Shahram Mokri ilə "Fish and Cat" filmi haqqında müsahibə


Shahram Mokri

Shahram Mokri ilə müsahibəni təqdim edirik:


(İngiliscədən tərcümə edən Mənzər İsmayılova)


Bu film qorxu və komediya janrının qarışığıdır: gülməli anlar bəzən qorxuludur, qorxuducu anlar də bəzən gülüş doğurur. Bundan əlavə filmdə başqa detallarla yanaşı sosial varlıq olan insana toxunulub. Bu cür balansı qorumaq çətin idi?

Mən sehir ilə zaman anlayışını kinoya gətirmək istədim və təbii ki vaxt anlayışını öz fikrimlə çatdırdım. Eshcerin əsərlərinə yaxın bir şey yaratmaq istədim. Kinoda  tamaşaçı bilinməyən birinin nəql etməsi ilə qarşılaşdığı zaman onu beynində daha aydın məntiqə uyğunlaşdırmağa çalışır. Bu filmimdə zaman eyni məkana bağlanıb və ondan kənara çıxmır, elə onların özləri də öz çevrələrində ilişib qalıblar və ordan kənara çıxmaq, azad olmaq artıq qeyri mümkündür. Filmdə hadisələr davam etdikcə sən də gələcəyə doğru gedirsən, gedirsən amma bir müddətdən sonra başlanğıca qayıdırsan və filmdəki bütün aktyorlar eyni hekayəyə daxildir. Zaman onları gələcəyə aparmır əksinə onları başlanıc nöqtəsinə geri gətirir. Filmdə üç zaman çevrəsi var və onların da özlüyündə ayrı-ayrı zamanları. Hadisələr də demək olar ki, bir hadisədən əvvəl başlayır və yenə eynisi davam edir ancaq fərqli bucaqda və filmə sona yaxınlaşdıqca hər zaman dairəsi artıq getdikcə daralmağa başlayır.


Sizin filminiz qismən də olsa olmuş hadisəyə əsaslanır. Filmin hansı hissələri həqiqətən restoranda baş vermiş hadisələrə söykənir? Restoran sahibləri sizin öz təsəvvürünüzdən qaynaqlanıb yoxsa həqiqətən elə adamlar olub? Onların necə bu qədər qəribə və təhlükəli olduqları çox maraqlıdır.

Mən cavan olanda qəzetlərin birində qeyri-adi dadı olan ətdən kabablar hazırlayan restoran haqqında oxumuşdum, onlar mal əti əvəzinə eşşək ətindən istifadə etdiklərinə görə restoran bağlandı. Bir neçə gün sonra baş aşbaz törətdiyi cinayətə görə həbs edildi. Daha sonra da insanlar öz aralarında danışırdılar ki, onlar insanları öldürür və onların ətlərini bişirirdilər. Insanlar deyirdilər ki, restoranda bişən kabablar qurbanların ətləridir. Heç kim bilmir ki, bu hekayə həqiqətən düzdür ya səhv. Amma illər sonra mən bu hekayənin konseptinə uyğun “Fish and Cat” filmini çəkdim.

Aktyorların çoxluğu və onların danışıqları ilə biryerdə iki saatlıq bir film var qarşımızda, sizin qarşılaşdığınız çətinliklər aktyorlarla oldu ya texniki problemlərlə?

Filmi bir dəfə çəkdikdən sonra, iki ay sonra olduğu kimi yenə təkrar çəkdik. Bunu etməyin ən yaxşı variantı isə aktyorların teatral şəkildə təkrarları idi. Gün ərzində iki dəfə filmi başdan-ayağa təkrar edirdik.  Final performansına qədər aktyorlar ağır şəraitdə işlədilər, aktyorlardan biri işini yaxşı eləməkdə tərəddüd çəkdiyi zaman filmi yenə başdan alırdıq çəkməyə. Filmdəki bütün aktyorların teatrlə bağlı keçmişləri olub deyə işimiz daha asan alındı.

İranda qorxu kinolarının vəziyyəti nə yerdədi?  Bu haqda nə qədər kinolar çəkilib və hansıları göstərilib?

Biz İranda qorxu haqqında çox filmlər çəkmirik amma ola bilsin ki çoxu qorxu hekayələrinə əsaslanan filmlər çəkiblər. Bizim xalqa aid olan çoxlu qorxuducu hekayələrimiz var amma onların heç biri kinoda göstərilməyib. Bəlkə də İrana aid olan qorxu hekayələrinin çoxusu paranormal hekayələrdir və də dinlə çox yaxından bağlıdır,  din iran rejissorlarına filmdə çox limitlər, sərhədlər qoyduğu üçün bizim kinoda bu cür hekayələr yer almayıb. Başqa tərəfdən açıqlasaq, qorxu filmləri çəkmək kino biliyi tələb edir və hal hazırda İran da bu sarıdan yoxsundur. Amma İranda yapon və amerikan qorxu kinolarının pirat diskləri xalq tərəfindən daha çox baxılan filmlər sırasındadır.


“Fish and Cat” filmində sizin İran, onun mədəniyyəti, kinosu haqqında elə bir şey var mı ki, amerikanlar bu film vasitəsilə onu başa düşə bilələr?

Film İranın şimalında Saghalegsar adlanan yerdə çəkilib. İranın şimal hissəsi meşələri və gölləri ilə gözəl yerdi. Biz filmi qışda, yaşıllıqdan əsər-əlamət olmayan bir vaxtda çəkdik. Yarpaqların qətl olunduğu bir vaxtda və abu-havanın filmə uyğun gəldiyi bir zamanı seçdik. Filmdəki məkan bizim üçün çox vacib idi, oradakı hər hansısa bir dəyişiklik bizim işimizə təsir göstərə bilərdi. İranda “Fish and Cat” in ekranlaşdırılmasında çox çətinlik çəkdik, çünki həmin vaxtda İran-İraq müharibəsi var idi, bu da hökümətin işini çətinləşdirirdi. Bundan əlavə, filmin başlanğıcında göstərilən tarix islam ölkəsi olan İranda baş verən cinayətlərlə eyni vaxtda olan tarixlə üst-üstə düşür, hansı ki, həmin dövrdə də İran cəmiyyətinin  savadlı adamları, yazıçıları öldürülmüşdü.  Amma  Əhməd Nejat hakimiyyəti gedəndən sonra bizim filmi ekranlaşdırmaq problemimiz ortadan qalxdı. Film amerikan əhvali-ruhiyyəsi bağışlasa da bugünkü İran cəmiyyəti haqqında da danışır. Hekayə elə bir cəmiyyəti bizə təqdim edir ki, ordakı insanlar nəsə qorxunc bir şeyin baş verməsini gözləyir sanki. Mənim bu filmdə göstərmək istədiyim şey bütün bir zaman ərzində dominant olan qorxunu vermək idi. Məncə bu situasiya hələ də İranda davam edir. “Fish and Cat” filmində Gus Van Santın “Elephant”, Bela Tarrın və az da olsa amerikan kinolarının təsiri var. Bu cür qəribə kombinasiyaya görə elə bu filmimi izləməyə dəyər.

"Fish and Cat" - Shahram Mokri (2013)



İran kinosunda son vaxtlar çəkilən “Fish and Cat” filmi ənənəvi İran mövzusundan uzaq, lokal münasibətlərə toxunmayan fimlərdən biridir. 2013-cü ildə Venesiya film festivalında göstərilən film diqqətdən kənarda qalmır. Həmçinin “Fish and Cat” filminə “Sənət və Təcrübə” şəklində izah vermək olar. Çünki qarşımızda bir plan ardıcıllığı ilə çəkilən 134 dəqiqəlik sənət əsəri var.

Filmin əsas mövzusu bir zaman İran mətbuatını işğal edən insan əti verən restoran haqqındadır. “Fish and Cat” saralmış ağacların yüksəldiyi meşəlik ərazinin kənarında, kiçik bir daxmanın qarşısında öz gündəlik işlərini görən iki şəxsin görüntüsü ilə açılır. Bir maşın gəlib daxmanın qarşısında dayanır, gənclərdən biri yaxınlaşıb ünvan soruşur və ünvanın yazıldığı kağızı onlardan birinə verir. Lakin onlar mənasız suallar verərək söhbəti yubadır, ünvanın yazıldığı kağıza tüpürür hətta, gəncdən şəxsiyyət vəsiqəsi istəyərək vəziyyəti daha da gərginləşdirir. Lakin onlar üçün təhlükəli vəziyyətin olmadığı anlayan iki şəxs ünvanın izahını verdikdən sonra meşəyə üz tutur. Filmin əvvəlində kamera bu iki şəxsin ətrafında dövrə cızır, daha sonra onların ardınca meşəyə qoyulur. Onlardan birinin əlində benzin bidonu, digərinin əlində isə dibinə qan çökmüş ağ torba var. Meşənin içində ata və oğula rastlayırlar, ünsiyyətdən sonra kamera oğlun arxasınca düşməyə başlayır və gəlib çıxırıq ənənəvi çərpələng festivalı üçün ərazidə çadır quran gənclərin yanına. Beləcə kamera tamaşaçını sanki labirintdəymiş kimi təkrarlanan hadisələrin girdabına salır.


Shahram Mokri kamera ilə hər dəfə bir personajı izləməyi hadisələr labirintindəki gərginliyi də artırır. Bunu bir plan ardıcıllığı ilə etdiyi üçün zaman anlayışını filmdən uzaqlaşdırır. Beləcə hər personajın kəsişdiyi anda bir hadisəni iki və üç dəfə izləyirik. Shahram Mokrinin bizə göstərmək istədiyi isə bu hadisələr silsiləsinin fonunda baş verən cinayətdir. Hər dəfə kameranın izlədiyi personajın hara apardığı marağa səbəb olsa da hadisələr sonda tamaşaçını gözləmədiyi bir cinayətə gətirir çıxarır və üstəlik Mokri bu cür çətin mövzunu bir plan ardıcıllığı ilə təqdim edir. Qurbanın adının Maral olmağı isə onun ov olacağına işarə edir. Tamaşaçı cinayəti görmür və əvəzində isə qurbanın ən çox sevdiyi musiqinin fonunda titrləri izləyir.



Shahram Mokrinin lentə aldığı bu film kino tarixinin bir plan ardıcıllığı ilə çəkilən ikinci ən uzun filmidir. Mokrinin kamerası kinonun ucsuz-bucaqsız kainatında tamaşaçıya yeni bir təcrübə yaşadır. Bir plan ardıcıllığı ilə çəkilən ən yaxşı filmlərdən biri də Sokurovun lentə aldığı “Russian Ark” filmi olsa da Mokrinin  filmi də bu yöndən geri qalmır. Bu cür estetik filmlər kino tarixində iz qoymağı bacarır.

26 Aralık 2015

"Seul Contre Tous" - Gaspar Noe (1998)



Kinonun dekonstruktiv rejisorlarından Gaspar Noenin ilk tammetraj filmi “Seul Contre Tous” filmidir. Noe öz filmləri arasında bağlılıq qurmağı xoşlayan rejissordur. 1991-ci ildə lentə aldığı ortametraj “Carne” filminin əsas personajı olan “Qəssab”ın hekayəsi 1998-ci ildə lentə aldığı “Seul Contre Tous”da uzun metraja yansıyır.

Rejissorun ən çox səs-küyə səbəb olan “İrreversible” filmində olduğu kimi bu filmində də hadisələrə sondan başlayırıq. Film barda oturan 3 nəfərin əxlaq və ədalət haqda dialoqları ilə başlayır, sonra 4 dəqiqə müddətinə qəssabın bütün həyatı və başına gələnlər qısa şəkildə göstərilir (Bu qısa fraqmentallıq, rejissorun 1991-ci ildə çəkdiyi “Carne” filmində, 40 dəqiqəik bir müddətə ətraflı şəkildə təhkiyə edilir). Nəticədə tamaşaçı filmə, qəssabın həyatına birbaşa daxil olur. Səhnə keçidləri və dinamizm istər istəməz Jean-Luc Godard kinosunu xatırladır. Film əvvəlindən sonunadək tamaşaçını fransız mədəniyyətinin və tarixinin içində yoğurur. Fransız yazıçıları, filosofları, kino adamları və tarixi sanki filmdə parad keçirir. Qəssabın daxili monoloqları fransız ədəbiyyatının bir çox obrazı ilə yaxınlıq qurur. Monoloqlara sanki bir az Markiz de Sad, bir az Alber Kamyu səpilib.


1980-ci illərin Fransasında tənhalığın, heçliyin və daima dəyişən-əslində isə heç dəyişməyən dünyanın pəncəsində qəssab ölkənin, cəmiyyətin, dolayısı ilə də özünün keçmiş taleyi və tarixi ilə hesablaşır və bəzən də meydan oxuyur. Filmin bir səhnəsində qəssab qızını və özünü tərk edən qadın ilə bir dəfə sekslə məşğul olduğu və sonradan dünyaya gələcək qızının toxumlarını səpdiyi otel otağında təkcə oturub iç monoloqları və aclığı ilə mübarizə apararkən otağın pəncərəsini açır və çöl mənzərəyə baxaraq deyir: “Ölkəmi sevirəm. Fransa. Zavallı Fransa, dünyanın bütün ağrıları burada toplanıb.”

Buna baxmayaraq qəssab Fransaya qarşı nifrətlə doludur. Nəticədə Fransanın tarixi öz tarixidir. Qəssab hamıdan qisas almaq niyyətindədir, varlılardan, əxlaqçılardan, əxlaqsızlardan, homoseksuallardan, kommunist atasını öldürən nasistlərdən: “... Amma varlılar əsla həbs olunmur. 10  ildə bir və iki dəfə, olar ya olmaz. Həbsxanalar kasıblar üçündür. Qanunlar da varlılar üçündür. Kasıblar oğurlaya bilməz. Lakin ən əsas oğurladan, sikilən onlardır. Problem deyil, bəyaz yaxalılar pulumuzu, xoşbəxtliyimizi və şərəfimizi bizdən ala bilərlər. Hər gün bu hiyləgərlərin və onun əlaltılarının əlləri sənin ciblərində və götündədir. Sənin, arvadının, uşaqlarının... Hətta səni güldürə də bilirlər. Yaxşı, gülümsəyəcəm, lakin qisasımı alandan sonra.” Qəssabın bu cür monoloqları sistemə qarşı necə nifrət qusduğunun göstəricisidir. Həmçinin qəssabın gözündən varolma ətlə əlaqədardır. Onun zehnində hər yer ətlə örtülüdür, yuxusunda belə ət görür: At əti, donuz əti, qadın əti. Ən qiymət verdiyi ət isə at və qızının ətidir. “Carne” filmində bunu dilə gətirir: “Dərisinin altında mənim qanım hərəkət edir. Yaxın zamanda canlı-qanlı qadın olacaq-mənim ətimdən və qanımdan ibarət olan bir qadın.”

Qəssab porno filmlərin göstərildiyi kinoteatra gedib kresloda oturanda varolma səbəbi yenə onu sorğuya çəkir: “Həyat böyük bir boşluqdur. Bu həmişə beləydi və həmişə belə olacaq.” deyə başlayan monoloqu yenə ətlə bir bağlılıq qurur: “Porno filmlər çəkmək istəyirəm, həyata yenidən başlamalıyam. Hər şey aydındı, bu filmləri çəkənlər insanlığı kəşf etmiş insanlardır”. Bütün bu düşüncələrı ağlından keçirərkən kresloya söykənib öz həyatının, bəlkə də bütün həyatların xülasəsini izləyir.


Gaspar Noe fərdin çürümüş iç dünyasını diqqətə gətirir, filmin məkanı qəssabın daxili aləmidir. Qəssabın monoloqlarında bir az eksperimentallıq, bir az roman amma ən çox şeir var. Filmin son səhnəsində kamera otel otağının balkonunda bir-birini qucaqlayan və bir-birini tumarlayan qəssab və qızından uzaqlaşaraq ağrıların cəmləşdiyi Fransanı, küçəni göstərir. Kadrda boş bir küçə var, qəssabın sözləri isə bir növ bu boş çərçivəni doldurur: “Nə etsək də, etməsək də insanlıq dəyişməyəcək. Amma etdiklərimiz sənin üçün və mənim üçün tamamilə dəyişmək deməkdir. İnsanlar azad olduqlarını düşünürlər. Azadlıq deyilən bir şey yoxdur. İnsanların özlərini qorumaq və məni və kədərimi ört-basdır etmək üçün inşa etdikləri qanunlar var. Bu qanunlardan biri mənim səni sevə bilməyəcəyimi deyir. Niyə? Çünki sən mənim qızımsan. Mərc gələk, bunu səhv olduğu üçün deyil, çox güclü bir şey olduğu üçün qadağan ediblər. Bizim vəziyyətimizdə başqa çıxış yolu yoxdur. Səni sevirəm. Vəssəlam.”


25 Aralık 2015

İctimai qaydaları alt-üst edən film "The Lobster" - Yorgos Lanthimos (2015)


"The Lobster" yunan rejissor Yorgos Lanthimosun Yunanıstandan kənarda ekran həyatı verdiyi ilk filmidir. Rejissor filmdə Hollywood ulduzlarını bir yerə yığıb, tamaşaçıya distopik bir dünyanın qapılarını açaraq modern dünyanın ictimai qaydalarına qarşı ironik təhkiyə üsulu ilə kəskin etirazını bildirib. Lanthimos filmin ssenarisini də özü yazıb və arzuladığı dünya modelini, müasir dünyanın axmaq evlilik qaydalarını var gücü ilə kəskin tənqid edib. Colin Farrell, Rachel Weisz, Ben Whishaw, Jessica Barden, Olivia Colman, Ashley Jensen, Ariane Labad kimi güclü aktyor heyətiylə diqqətləri üzərinə çəkən filmin hamımıza izah edəcəyi bir mövzusu var: Dünyanın "monoton" insan yaratma cəhdinə ironik şəkildə etiraz etmək! Qeyd edək ki, rejissor daha əvvəl eyni məntiqə əsaslanan "Doogtooth" və "Alps" filmlərini də çəkib.


Filmin süjeti həm distopik, həm təhkiyəvi, həm də sürrealist quruluşdadır. Yalnızlığın qeyri-qanuni, cinayət olduğu bir dünyada insanlar özlərinə uyğun bir yoldaş seçmək üçün qorxunc bir otelə yerləşdirilirlər və bununla da filmin macərası başlayır. Filmin qəhrəmanı David də subay qaldığı üçün özünə uyğun yoldaş tapmaq arzusuyla itə çevrilən böyük qardaşı ilə bir otelə gəlir. Otelin içində isə cəmiyyətin hansı hala gəldiyinə şahidlik edir. 45 gün verilən vaxt ərzində insanlar əgər öz partnyorlarını tapa bilməsələr özlərinin seçdikləri bir heyvana çevrilirlər. Həmçinin bu oteldə qalanlar müəyyən fasilələrlə əllərində keyləşdirici silahlarla meşəyə aparılır və burada "subay insan" ovlayırlar. Nə qədər çox "subay insan" ovlayıb gətirsələr oteldə qalma müddətinə bir gün əlavə olunur. Davidin heyvana çevrilməmək üçün yalanla özünə seçdiyi qadınla yaşadığı macəra və yalanı ortaya çıxdıqdan sonra oteldən qaçaraq subay insanlara qoşulduğu səhnələr ironik təhkiyənin kulminasiya nöqtəsidir. Meşədə bir qadınla tanış olan Davidin əsl hekayəsi isə yalnızlığı seçməsiylə başlayır.


Yorgos Lanthimos rejissor kürsüsündə əyləşdiyi və ssenarisini yazdığı "The Lobster"də qəlibləşmiş dünyanın axmaqlıqlarını çox sərt bir şəkildə tənqid edib. Məsələn, oteldə özünə uyğun partnyor seçən fərdlər əgər aralarında bir problem yaşasalar dərhal o cütlüyə bir uşaq verilir. Uşağın cütlüklər arasındakı problemləri həll etdiyi məntiqini izləyicisinə təqdim edən rejissor, başqa bir səhnədə isə "İnsanlar niyə evlənməlidir?" sualının cavabını axtarıb. Eyni şəkildə qayda-qanunlara etiraz edərək meşəlikdə subay yaşamağı seçənləri də tənqid edən yunan rejissor, burada da yalnızlığı həyat fəlsəfəsinə çevirənlərə kəskin etirazını bildirib. Subaylar heç vaxt bir başqasıyla rəqs etməməlidir. Subay insanlar heç vaxt öpüşməməli, sekslə məşğul olmamalıdırlar. Yalnız evlilər hər zaman birlikdə yaşamalı, eyni yastığa baş qoymalıdırlar. Evlilər birlikdə rəqs etməli, birlikdə yemək yeməli, birlikdə mahnı oxumalı, birlikdə gəzməlidirlər... Bu uzandıqca uzanan qaydalar filmdə qara yumoru doğuran ən böyük faktorlardır.


Lanthimos cəmiyyəti tənqid edərkən elə təsirli səhnələr çəkib ki, insan öz halına acıyaraq ekranda baş verən hadisələrə yüksək səslə gülə bilir. Təbii ki, tamaşaçının bunları yaşamasında David rolunda Colin Farrellin möhtəşəm aktyorluğu da öz sözünü deyib. Rachel Weisz isə "Short sighted Woman" obrazında meşə səhnələri ilə (əslində içində yaşadığımız dünyaya lağ edilən səhnələr) filmə öz damğasını vurmağı bacarıb.

Son olaraq  Yorgos Lanthimosun distopik dünyasına daxil olarkən bütün bildiyiniz qəlibləşmiş qaydaları kinonun qapısı arxasında qoyun. Filmi izləyərkən bu dünyanın sizi saxta qaydalarla sıxışdırıb yaşamağa məcbur etdiyini çox aydın şəkildə anlayacaqsınız. Evlisinizsə hazırda içində olduğunuz məcburedici qaydaları; subaysınızsa niyə inadkarlıqla yalnızlığa doğru getdiyinizi aydınlaşdıracaqsınız. Son səhnədə isə sevginin göylərə qaldırılması "The Lobster"in əsas mesajıdır.


Film 2015 Avropa Film Mükafatlarında 2 nominasiyada qalib olub. Ən Yaxşı Ssenari və Ən Yaxşı Kostyum Dizaynı.


24 Aralık 2015

"Detachment" - Tony Kaye (2011)



Neo-Nasist dram filmi American History X”, abort mövzusuna 2 fərqli cəbhədən yanaşan “Lake of Fire” sənədli filmi və “Black Water Transit” filmi ilə xatırlanan rejissor Tony Kayenin son işi “Detachment” filmidir. Filmdə Adrien Brody, Christina Hendricks, Lucy Lui, Marcia Gay Harden və James Caan kimi məşhur isimlərlə yanaşı, rejissorun qızı Betty Kaye və Sam Gayle kimi gənc aktrisalar da çəkilib. Tony Kayenin bu cür heyətə malik təsirli filmi Brodynin canlandırdığı əvəzedici müəllim Henry Bearthesin məktəbdə şagirdlər və digər müəllimlərlə yaratdığı mənəvi bağı mövzu edir. Həmçinin film Henrynin keçmişi ilə üzləşməyinə səbəb olan qocalar evində yaşayan babası və küçədə tanış olduğu fahişə Erica ilə münasibətlərini diqqətə çatdırır. Bir yandan Henrynin öz varolma problemlərini göstərən film, digər yandan təhsil sistemini ciddi şəkildə tənqid edir.

Adrien Brody & Tony Kaye
Film Kamyunun “Həyatımda heç bu qədər özümdən qopmuş və eyni zamanda özümdə hiss etməmişdim” cümləsi ilə açılır və davamında müəllimlərin niyə müəllimlik etdiyinə dair qısa reportajları təqdim olunur. Brodynin həyat verdiyi Henry personajının da bu reportaja qatılmağı “qırılma”nın müəllimlər, şagirdlər və məktəb çərçivəsində necə baş verdiyinə dair hekayəsi filmdə təhkiyə edilməyə başlayır. Henry tənha biridir, onu keçmişinə bağlayan babası, gündəlikləri və anasının xatırladıqlarıdır. Gündüzlər müəllimlik etdiyi məktəbdə, gecələr isə küçələrdə öz varlığını sorğuya çəkir. Filmdəki digər personajlar kimi dərin və ağrılı xatirələrinin və indiki həyatının içində həbs olub. Məktəbdə Meredith adlı şagird ilə, küçədə isə Erica adlı fahişə ilə yaxın və mənəvi bağ qurur. Henrydən başqa məktəbdə digər müəllimlər məktəb və təhsil sisteminin yaratdığı boşluqda şagirdlər ilə birlikdə itkin düşmüş, gənclərlə birlikdə nə edəcəklərinə dair fikirləri yoxdur. Müəllimlər şagirdlərə həqiqəti deyərkən öz həyatlarının əzabları da ortaya çıxır və bulanıq sistemdən çıxış yolu axtararkən öz əzablarının arasında ilişib qalırlar. Bütün bunların içində film təhsil sisteminin səbəb olduğu gənclərin depressiv və böhranlı vəziyyəti ilə yanaşı müəllimlərin də depressiyasını diqqətə çatdırır. Filmin digər tərəfi də Henrynin həyatına kilidləndiyimizdə meydana çıxır. Belə ki, Henry üçün babasının ölümü gözləməyi ilə anasının xatirələri birləşir. Uşaqlığını xatırlayır və anasının ən pis xatirəsinin verdiyi ağrını yenidən hiss edir. Digər yandan da Erica və Meredith ilə qurduğu mənəvi yaxınlıq ona ağırlıq edir. Erica və Meredith filmdə gənclərin təmsil olunduğu personajlardır. Ümidsiz iki gənc qız sistemdən qaçış yolu axtarmağa çalışırlar. Xüsusilə, Meredith obrazı film boyunca şəkil çəkərək insanların həyatından qopardığı anlarla onlar haqqında hiss etdiklərini birləşdirdiyi kollajlar yaradır. Bu da onun axtarışlarının nəticəsi kimi göstərilə bilər.


Kaye filmi adı kimi depressiv, ağır və əzabla dolu bir atmosferlə tamaşaçıya təqdim edir, təhkiyəsindəki xaotiklik “qırılma”nı hiss etdirə bilir. “The Pianist” filmi ilə Oscar qazanan Brodynin prodüsser kimi dəstəklədiyi filmə və həm də yaratdığı personaja nə qədər etibar etdiyi filmin məxsusi tərəflərindən biridir. Həmçinin filmdə Lucy Luinin canlandırdığı obrazın şagirdə atdığı şillə, James Caanın həyat verdiyi Mr. Seaboldt personajının ona söyən tələbənin söyüşünü poetik hesab edərək təkrar etməyi və filmin görünməz müəllimi Tim Nelsonun obrazı Mr. Wiattın Henry tərəfindən görüldüyü zaman verdiyi reaksiya filmin güclü tərəflərindəndir.


Həm rejissorluğunu, həm də operatorluğunu Tony Kayenin etdiyi filmin ssenarisi Carl Lunda məxsusdur. Film açılış səhnəsindən sonuna kimi animasiyaya xas planları, köhnəldilmiş görüntüləri, əvvəldə gerçək müəllimlərdən alınan ağ-qara sənədli film reportajları, Kamyu və Ponun əsərlərindən sitatlarla fərqli bir təhkiyə üsulunu ehtiva edir. Kayenin seçdiyi bu qarışıq lakin təsiredici təhkiyə üsulu hekayənin sentimentallığını və dərinliyini artırır və artırmaqla yanaşı qırılma-qopma psixologiyasını da hiss etdirə bilir.

23 Aralık 2015

Baxılması vacib 10 Yapon filmi



1. Still the Water – Naomi Kawase (2014)








3. Nobody Knows – Hirokazu Koreeda (2004)







5. My Neighbor Totoro – Hayao Miyazaki (1988)




6. Tokio Story – Yosijuro Ozu (1953)




7. Zatoichi – Takashi Kitano (2003)




8. Woman in the Dunes – Hiroshi Teshigahara  (1964)




9. The Ballad of Narayama – Shohie Imamura (1983)




10. Harakiri – Masaki Kobayashi (1962)




22 Aralık 2015

"Audition" - Takashi Miike (1999)



Takashi Miike yapon kinosunda tamaşaçıya ekrandan çətin anlar yaşatmaq üzrə master pilləsidir. Filmlərində hekayələrdən daha çox insanın içinin çəkildiyi səhnələrlə yadda qalan rejissordur. Sevdiyi işgəncələr arasında ayaq və dil kəsmə xüsusi yer tutur. “Audition” və “İchi The Killer” (2001) filmlərində hər iki işgəncəyə lazımi qədər yer verilir. Daha fərqli işgəncələr görmək istəyirsinizsə “İmprint” (2006) filminə baxmaq lazımdır; baş barmaq dırnağının arxasından sümüyə doğru yeridilən uzun bir iynə səhnəsi diqqətinizi çəkə bilər.

Miike bu cür səhnələr çəkməyi xoşlayır. Hadisələri insan bədəni və ağrı üstündə qurmaq onun təhkiyə üslubudur. Hekayənin böyük bir qismində ağrı çəkən insanı ön plana çıxarmaq, tamaşaçı ilə əzab çəkən şəxs arasında yaxınlıq yaratmağa çalışmağı onun əsas istəklərindəndir. Bunu edərkən əsəbləri tarıma çəkir, bol qanlı hadisələr silsiləsinə qonaq edir. Miike özünün narahat olduğu mövzuları təqdim edərkən tamaşaçının da narahat olmağını istəyir, tamaşaçı ilə ətdən-sümükdən ibarət bir əlaqə yaradır.

Takashi Miike
“Audition” isə rejissorun sayca 10-cu filmidir. Film başlanğıcda yumşaq, nə ilə qarşılaşacağını bilməyən tamaşaçı üçün bir sevgi hekayəsi kimi davam edir. Müasir Yaponiya kapitalizmi ilə harmoniyada olan orta yaşlı bir kişinin arvadının ölümündən 7 il sonra təkrar evlənməyə qərar verməyi və yuxularındakı qızı tapmağı və yaxud tapdığını sanmağı filmin əsas mövzusudur.

“Audition” sadəcə mələk kimi görünən qızın dünyanın ən psixoz insanı çıxmağı mövzusundan ibarət deyil. Həmçinin digər filmlərində olduğu kimi Miikeni narahat edən həqiqətləri özündə ehtiva edən sistem tənqididir. Filmdə pullu bir kişi evlənmək istədiyi üçün serial seçimləri adı ilə qarşısına bir xeyli qadın çıxarır. Qadınlar seçilə bilmək üçün müxtəlif yöndən özlərini göstərməyə çalışarkən, iki nəfər ortayaşlı kişi niyyətlərini bildirmədən onlara soyuq gözlərlə baxırlar. Həmçinin onlar qadınlardan birini seçib “Bu gözəldir, yeməyə dəvət etmək olar” deyə bilir. Lakin qadının gözəlliyi heç də mələk olacağına dair qaranti vermir. Hamının özünə aid xüsusiyyətləri var. Aoyama seçdiyi mələklə bir neçə günlük ünsiyyətdən sonra həyatının qadının tapdığına əmin olur və ona evlənmək üçün təklif niyyətindədir. Evlənmək təklifi üçün də ən yaxşı vaxt həftə sonudur. Lakin həftə sonu qeybə çəkilən mələk qadın Asami bir neçə gün sonra Aoyamanın evinin ortasında peyda olur. Beləcə saatın Aoyamının əleyhinə işləyən dəqiqələri, saniyələri başlayır. Mələk yoxsa Şeytan? Aoyamanın dilinə enjektə olunan keyləşdirici iynədən sonra seçilmiş mələyin məqsədi tamamilə bəlli olur. Miikenin uzun iynələri yenə səhnəni bəzəyir, Aoyamanın bədəninə-qarnına, göz qapaqlarının altına bir-bir yeridilir. İynələri batırarkən Asami böyük bir zövqlə “krikrikri” deyir, yaponcadan tərcümədə “dərinə” mənasını verir. Aoyamanın mələyi təsəvvür etdiyi kimi seks zamanı ondan “dərinə” girməyini istəmir, o özü dərinə girir, akupunktur iynələri ilə onun dərisinin altında dərin bir yer açır.


Miikeni belə bir film çəkdiyi üçün tənqid edən çox olmuşdu. Zahirən gözəllər gözəli bir qızın şeytani işgəncələr edən bir məxluqa çevrilməyi “qadın şeytandır” mənasına gəldiyini deyirdilər. Qadını şeytan kimi təqdim etdiyinə dair film tənqidlərə məruz qalır. Lakin filmdə ənənəvi kişi hegemonluğuna olduqca post-modern bir üsyan var. Kişinin daima seçən, qadının isə seçilən olmağı açıq şəkildə göz önünə gətirilir və Miike bu mövzuya akupunktur iynələri batırır. Aoyama seçdiyi qadının bir müddət sonra qüsurlarını aşkarlayıb, ondan uzaqlaşmaq üçün bəhanələr axtaracaqdı, nəticədə seçimi həmişə o etməlidir. Miike də buna gülür. Əslində mələk Aoyamının seçdiyi qadın deyil, əslində seçilən özüdür. Asami də gözəlliyin ziddinə gedərək ayaq kəsməyi, qan çıxartmağı xoşlayan qadındır. Gözəl bir qadın o qədər də gözəl deyilmiş, akupunktur iynələrini dərinə batırıb zövq alan məxluq imiş. Beləcə Asami qüsursuz və gözəl qadın axtaran kişilərə öz iynəsini sancır.

21 Aralık 2015

"Nifrət" trilogiyası - Shion Sono


Shion Sono
Yapon kinosunun özünəxas rejissorlarından biri də Shion Sonodur. O həm rejissor, həm aktyor, eyni zamanda şairdir. Kariyerası boyunca ssenarisini yazdığı və rejissorluğunu etdiyi bir çox film var. Shion Sononun “Suicide Club” filminə baxanlar onun necə qana aşina rejissor olduğunu bilir. “Suicide Club”da bir neçə qız şagirdin eyni anda metro relsinə özlərini tullamağı və qanın tamaşaçının üzünə sıçramağı onun filmoqrafiyasındakı şiddət və zorakılıq anlayışının göstəricisidir.



Bu yazıda isə rejissorun “Nifrət” trilogiyasından bəhs edəcəyik. Trilogiyanın hər üç filmi nifrət temasına işləsə də, əslində filmin alt qatı sevgiylə yoğrulub. Filmin hər 3 əsas personajı sakit, məsum hətta mülayim olsalar da zaman keçdikcə bu 3 personaj dəyişməyə başlayır. Ən sonda hər biri ağla gəlməz xarakterə bürünür: Ağlını itirən kim, qatil olan kim. Personajların bu cür dəyişilməyinin təbii səbəbi digər insanlardır. Günlük həyatımızda bu cür deyilmi? Dincliyi pozulan personajların nifrət damarlarına yayılır və onların orqanizminin ən vacib hərəkətverici detalına çevrilir.


Love Exposure (2008)


Filmdə Yu adlı gənc əsas personajdır və hadisələr onun ətrafında cərəyan edir. Onun 3 nəfərlik aiəsi var. Lakin anasının ölümündən sonra ətrafında bir çox personajlar peyda olur və hadisələr silsiləsinə təkan verir. Atası anasının ölümündən sonra din adamı olur və özünü kilsəyə verir. Yunun öz anasına verdiyi bir söz var: O öz Mariyasını tapıb evlənməlidir. Hadisələrin qopma nöqtəsi atasının ehtiraslı bir qadınla tanış olmağından sonra başlayır. Hadisələr tam mənada dəyişir. Artıq onun atası normal keşiş deyil və qadınla cinsi yaxınlıq qurmağa başlayır. Lakin bir müddət kilsədən bunu gizlətsə də sonda kilsədən uzaqlaşır. Bu aralıqda Yunun anasına söz verdiyi Mariya ilə tanışlığı baş tutur, lakin bir çox şeyin asan olmadığı kimi Mariyanı öz həyatına qatmağı da asan deyil. Zaman keçdikcə isə Yu ağlını itirməyə başlayır. Buna səbəb atasına özünü qəbul elətdirməyə çalışmağıdır. Qarışqaya belə zərər verə biləcək gücdə olmayan Yunun müddət keçdikdən sonra dəliliyə doğru yolu açılır. Onun qısa geyimli qızların alt paltarını çəkməyi də öz Mariyasını tapmaq yolunda cəhdləri idi. Təkcə qızın gözəlliyi ilə kifayətlənmir, həm də təhrikedici xüsusiyyətlərinin olmağına da fikir verir.


Film olduqca qarışıq, təəccübləndiricidir və hər anı bir mövzunu diqqətə çatdırır. Filmin xronometrajı 237 dəqiqədir, hətta film kəsilməmişdən qabaq 6 saat uzunluğundaymış. Xronometrajının uzunluğuna baxmayaraq yorucu deyil, içində hərəkətlilik, sevgi, Uzaq Şərq estetikası və erotikası kimi mövzulara yer verir. Çoxyünlü komediya, dram və sevgi janrlarını özündə birləşdirib. Həmçinin filmin əvvəlindən sonuna Katolikliyə tənqidi yanaşdığını görmək mümkündür. Din adamının cinsi istəklərinə görə keşişlikdən istefa verməyi, Yu öz Mariyasını (Bakirə Məryəm) axtararkən onu alt paltarının təhrikediciliyinə görə diqqət verməyi, “0 kilsəsi” və beyini yuyulan insanlar. “Love Exposure”nin animasiyanı xatırladan tərəfi də var. Animasiya filmlərinin çəkilişləri çətin olan filmlərin animasiya olaraq ekranlaşdırıldığını düşünmək olar. “Love Exposure” də məhz bu cür estetik çətinliyin öhdəsindən gəlir, filmin böyük bir əzmlə çəkilib başa çatdırılmağı Shion Sononun rejissorluq keyfiyyətlətinin yüksək olduğunun göstəricisidir. Filmdə Yunun nifrəti isə Mariya ilə birliyinə mane olan “0 kilsə”sinədir.


Cold Fish (2010)


Trilogiyanın ikinci filmi “Cold Fish” gerçək hadisələrdən götürülüb. Nifrətin ikinci hissəsi olan bu filmdə yenə xoşniyyətli və sevgi dolu bir adam qarşımıza çıxır. İkinci arvadı və gənc qızı ilə yaşayan, xudmani və kiçik bir akvarium mağazasının sahibi Nobuyuki balıq kimi sakit və həlim personajdır. Hər şey öz qaydasında olduğu kimi görünsə də Nobuyukinin sosiopat qızı marketdən oğurluq etdiyi zaman tutulur və onların durğun həyatı bir anda istiqamət dəyişdirir. Bu xoşagəlməz hadisə nəticəsində Nobuyuki və ailəsi böyük bir akvarium şirkətinə sahib olan Murata ilə tanış olur. Bir müddət sonra Murata ailəyə hökm etməyə başlayır və burada da ən vacib məsələ puldur.


Qan, dilimlənmiş insanlar və erotika ilə harmoniya təşkil edən filmin atmosferində sədaqətsizlik və qəddarlıq ön plandadır. Nobuyukinin də Muratanın cinayətlərinə şahid olmağı onun dəyişilməyini gecikdirmir. Beləcə Nobuyukini də ağuşuna olan hadisələr silsiləsindəki vəhşilik və şiddət tamaşaçıya şok anlar yaşadır. Tərk edilmiş evdə insanların dilim-dilim doğranılmağı cinayəti necə ört basdır eləmək olar mövzusunda tamaşaçıya master keçir. Filmin əsas mövzusu isə deyildiyi kimi real həyat hadisələrinə əsaslanır. Mövzu 90-cı illərdə arvadı Kazama ilə birlikdə öldürdüyü insanlarrın cəsədlərini məhv edən Gen Sekinenin həyatından götürülüb. Həyatını məhv olan, arvadı və qızı əlindən alınan Nobuyukinin nifrəti Muratayadır.


Guilty of Romance (2011)


Trilogiyanın qaranlıq mövzuya malik son filmi, 1997-ci ildə baş verən Yasuko Watanabe cinayətindən təsirlənərək entə alınıb. Elə ilk səhnədən insanın nəfəsini kəsən cinayət səhnəsi filmin sərt üzünü göstərir. Polis maşınları qaranlıq və tərk edilmiş bir binanın qarşısında dayanıb. Bəllidi ki, buna səbəb cinayətdir. Növbəti səhnədə qan donduran cəsədlərə şahid oluruq. Cəsədlər manikenlərə bağlanılıb, yəni mankenin yarısına cəsədin yarısı bitişdirilib. Filmin növbəti hissələrində mövzu istiqamət dəyişdirir. Erotik səhnələrin artmağı, mövzuya fərqli nüansların daxil olmağı filmin marağını artırır.


Filmin hər səhnəsi demək olar klassik musiqinin fonunda cərəyan edir. Giriş səhnəsindəki yarı ölü, yar maniken cəsədlərin olduğu boş bina filmin əsas personajı Mitsuko tərəfindən Kafkanın “Qəsr”inə bənzədilir. Rejissor bu filmdə qadınları seks köləsi və qulluqçu kimi görən kişilərə tənqidi aspektdən yanaşıb. Ev qadını da olsan, universitetdə müəllim olsan da kişilərin əksəriyyətinin qadına yanaşma tərzi seksual istəkləri ehtiva edir. Filmdə İzuminin nifrəti onun qadınlığını unutduran bütün hadisələr silsiləsinədir.