"Antichrist" haqqında Lars von Trier ilə müsahibə
Knud
Romeri Trierin 1998-ci ildə çəkilən “The İdiots” filmində
görmüşdük. Aprelin əvvəli “Antichrist”i bitirməyə yaxın film haqqında Lars von
Trierdən müsahibə almışdı.
(İngiliscədən tərcümə edən Mənzər İsmayılova)
Siz özünüzü əngəlləyən
bir çox konseptual filmlər çəkmisiniz. İndi isə, gələcəyə aid beynində yeni
motivlər olan Trier qayıtdı. Niyə geri döndünüz?
Hər şey mənə motiv kimi
görünürdü hətta döşəmədəki təbaşir cizgiləri belə. Amma mən (tərəddüd edir)
özümü yaxşı hiss etmirdim, depressiyadaydım. Həqiqətən də ən dibə vurmuşdum,
şübhələnirdim ki, bir də heç vaxt film çəkə bilməyəcəm. Amma cavanlığıma aid olan bir neçə materialla
geri qayıtdım. Mən Strindbergi (August
Strindberg, İsveç dramaturqu) çox sevirdim, geri dönməyimə səbəb o oldu, bir
insan kimi xüsusilə çox möhtəşəm idi. Sonra film çəkməyə qərar verdim. Mən əvvəl
bu haqda heç danışmamışdım. Sözlə ifadə etmək mənə çətin gəlir, səbəbləri suda
batırmalı idim.
Xaos hökm sürür.
Bəli (gülür). Bir yerə
toplamağa çalışdığım motivlər çox idi. Həmçinin sadəcə iki obraz haqqında film
çəkmək mənə maraqlı gəldi.
Evlilik həyatından səhnələr... (İngmar Bergmanın
“Scenes from a Marriage” filmi nəzərdə tutulur)
Hə, evlilik həyatından səhnələr amma başqa formada. O
film xoşuma gəlmişdi. Möhtəşəm idi.
Ancaq bu evlilik Strindbergsayağı idi nəinki
Berqmansayağı.
Hə, onlar Strindbergdə daha hündür pilləkəndən aşağı
itələndilər.
Sizin filminizin qadına baxışı Bergmandan daha çox
Strindbergdən irəli gəlir.
Bəli, deyəsən bu sual mənə yenidən verilir; mənim
qadınlara baxışım. Mənim həmişə cütlüklər arasında olan döyüşə romantik bir
nöqteyi nəzərim var hansı ki, Strindberg də həmişə bu haqda yazıb.
İndi siz janr filmləri çəkirsiniz - çox böyük dırnaq
içində. Eyni hekayəni deməyə davam edirsiniz, başqa yolla, başqa bucaq altında,
digər başqa rejissorların etdiyi kimi. Janrlara qarşı münasibətiniz necədir?
“Breaking the Waves” melodramdır, “Dancer in the Dark” isə musiqili
janrdadır. “Antichrist” isə qorxu
janrında. Nə deyə bilərsiniz sizin janrlara qarşı münasibətiniz romantikdir ya
oynayırsınız janrlarla?
Janrlar ilham mənbəyidir. Mənim hekayəm demək olar ki,
həmişə eyni olub. İndi bunun fərqinə daha çox varıram. Mən yəqin ki, heç vaxt
eyni janrda davam eliyə bilməyəcəm. Çünki fikirləşirəm ki, onlara nəisə əlavə
etmək lazımdır. Mən aşbaz olsaydım, öz üslubumda klassik qızardılmış donuz əti
eliyərdim.
![]() |
Knud Romer |
Beləliklə, siz özünüzə bu cür kömək edirsiniz,
beyninizdə yaratığınız oyuncaq dünyasını tamamilə real həyata köçürdürsünüz.
Mən universitetdə “Film Dərsi” fakültəsində oxumuşam.
Üslub filmlərə xüsusi marağım olub. “The Asphalt Jungle!” film noir janrında,
bildiyin kimi möhtəşəm idi.
Ancaq sizin filmlərinizə baxan tənbəl biri də mövcud olan bütün
üslubları, janrları orada görə bilər.
Bəli, hamısı eyni filmdə (gülür). Amma mənim
müxtəlif üslublara qarşı xüsusi bir sadiqliyim yoxdur. Mən onları
bir-birilərinə bir az sürtünəndə daha çox xoşlayıram.
Bəziləri deyir ki, siz həddindən artıq günahkar həzzə
bütün filmlərinizdə bir tabu olaraq yanaşırsınız - pornoqrafiya.
Belə, mən bir az o janrdan istifadə etmişəm, xüsusilə
“The İdiots”da. Cinsəllik və qorxu bir yolla bir-biri ilə əlaqəlidir.
Pornoqrafiyaya gəlincə, əmin deyiləm. Bu pornoqrafiyadır ki? Bəlkə də.
Pornoqrafiya həmişə mənim ürəyimi sıxıb. Porno filmlər qazanc üçün çəkilmiş
şeylərdir. Onlar dəhşətli dərəcədə kobud görsənirlər.
Qorxu və porno filmləri ikisi də tamaşaçını bir növ
həyəcana salır. Qorxulu filmdə bu qorxudur. Pornoda isə şəhvətdir. Və bu ikisi
dəhşətverici həyəcanda birləşərək hansının passiv ağrı çəkmək, hansının aktiv
şəhvət olduğunu müəyyənləşdirməkdə çətinlik yaradır.
Çox gözəl dedin. Bu cür ifadə edə bilməzdim mən heç
vaxt.
Pozitiv təcrübədən keçən şey arzudursa, neqativ
şəkildə təcrübədən keçirilən şey isə qorxudur. Sizin filmləriniz tamaşaçıda
oxşar effekt yaradır. Bu sizin şüurlu şəkildə mübarizə apardığınız bir şeydir
ya şəxsi emosional ifadə tərzinizdir?
Çətin sual soruşdunuz. Amma əlbəttə ki, əsas fikir
olduqca maraqlıdır. Mən tamaşaçının emosiyalarına təsir edəcək filmlər
çəkməyə çalışmışam. Ancaq bunu özüm üçün bir motiv yaradaraq başlamışam. Bir az
yalan kimi görünsə də demək istəyirəm ki, film çəkərkən tamaşaçını öz şüurundan
uzaq tutmaq istəmişəm. Əsas olaraq yaratdığım motivlərdə özümü qane etməyə
üstünlük verirəm. Həmçinin mən inkar edə bilmərəm ki, onlar sırf hansısa
duyğunu yaratmaq üçün çəkilib.
Bu film dəhşətli dərəcədə mənə qorxulu təsir
bağışlayır. Səhnələr ağlımdan çıxmır, məni silkələyirdi. Əgər o motivləri
beynimdə yaratsaydım onların emosional dəhşətləri ilə üz-üzə qalardım, nəticədə
də əsəb və depressiyadan əziyyət çəkərdim.
Kino reallığın solğun güzgüsüdür. Siz kinoteatrda
oturub ağlayırsınız, bu da real həyatda yaşadığınız emosional hisslərin
əksidir. Əgər biri qorxu hiss edirsə demək bu hiss mövcuddur və o bunu yaşayıb
nə vaxtsa və filmə baxarkən də həmin hissləri yenidən oyanır. Amma filmin
hissləri oyatmaqdan əlavə daha başqa kefiyyətləri də var. Munchun “The Scream”
tablosunu götürək, mənim oğlum da o rəsmi çəkmişdi. Hayqırış, emosiya ilə bağlı
bir şeydir amma insanlar muzeydə onu görəndə qışqırmırlar.
Sizin filmləriniz bir növ hayqırışdır?
Hə. “Antichrist” qışqırığa daha çox yaxınlaşıb. Mən
özümü pis hiss edən bir anda bu film ortaya çıxdı. İlham sizin öz
qorxularınızdan, öz hisslərinizdən yaranan bir şeydir. Bütün hər şeyin
başlanğıc nöqtəsidir amma o hisslər sonra tamam başqa forma alır. Bu rejissorla
tamaşaçı arasında telepatiya yaratmaq kimi bir şey də deyil əslində. Niyə məhz
qorxu janrı-heç özüm də əmin deyiləm bunun nə olduğuna- ancaq özümə də
maraqlıdır ki, müxtəlif şeyləri bir yerə yığa bilmişəm.
Məni sizin yenidən
romantik, katolikliyin qalıqları da olan simvolik bir tərzdə görmək rahatlatdı.
Bəli elədir. Analiz
edə bilməsəm də görüntü olaraq biz demək olar ki, romantik üslubdayıq.
Siz deyirsiniz ki,
film həyatın solğun güzgüsüdür. Qorxu filmlərindəki həqiqət-həyatdakı paranoyak
təcrübədir. Ətrafınızda baş verən hər cür depressiv şeylər sizi passiv bir
tamaşaçıya çevirir. Bu bir növ qaranlıqdakı qorxuya bənzəyir hansı ki, sizin
filmlərinizdə təkrar-təkrar göstərilir. Protoqonist yanır ancaq yenə də qorxu
içində sağ qalmağı bacarır.
Unutma, Mən Edgar
Allan Poe-nu oxumuşam, bilirsən o özü də romantk olub.
Bu gözəl bir şeydir
ki, sizin filmləriniz qaranlıqdakı qorxunu ifadə edir. Tamaşaçı sizin
filmlərinizə baxarkən tez hisslərə qapıla bilər, incinə bilər.
Bir dəfə teatrla
işləmək ağlıma gəlmişdi çünki teatrda o qorxunu daha çox yaşayırsan nəinki
kinoda. Mən “The Exorcist”in yeni versiyasını çəkmək isəyirdim, kinoda olarkən
özümü xəstə kimi hiss edirdim amma bu teatrda daha da artırdı, çünki teatr
canlıdır. Teatra getmək mənə canlı qorxulu ssenari təsiri bağışlayır. Biz indi
tamaşaçını müzakirə ediriksə onu deyə bilərəm ki, bu yalnız filmin bir
hissəsidir. Filmdə yaratmağa çalışdığım motivlərlə özümü rahat hiss edirəm.
Eyni şeyi “The İdiots”da və başqa filmlərimdə də etmişəm. Amma sırf bu film
mənim gəncliyimlə əlaqəli olan hadisələrdir.
Siz ilk səhnədə uşaqla
tanışlığı verdiniz, hələ heç bir şeyi bacara bilməyən körpə, valideynlərinin
seksual münasibətləri ona gizli qalır. Uşaq nə baş verdiyindən xəbərsizdir.
Amma siz yenə də bu səhnəyə baxarkən iki hisslə qarşı qarşıya qalırsınız. Qorxu
və şəhvət (arzu). Freydə görə hər şeyin ilkində ana dayanır və bütün qorxuların
sonluğunda da.
Aha, qulaq asıram.
Yaxşı, ən pis suala
gəlsək, bu film bir növ terapiyadır.Ancaq filmdəki terapist terapist kimi görünmür. O daha çox sadist təsiri bağışlayır. Elədir?
Mənim terapiya ilə bağlı bir çox təcrübələrim var, əgər sənin qayadan yıxılmaq kimi bir qorxun varsa, onlar səni itələyirlər və bu da qorxunun sonu deməkdir. Görünüşdə bu uğurlu terapiyadır. Əlbəttə, bu qayanın hündürlüyünə görə də dəyişə bilər. Filmlərimdəki kişi protoqonistlər bir növ idiotdurlar. Heç bir pox anlamırlar. “Antichrist”də də həmçinin hər şeyi pox edir. Qorxuya gəlincə isə o bir başqadır həqiqət isə tamam başqa. Qorxu dünyanı dəyişə bilər? Məncə hə, dəyişir də.
Filmdəki obrazlar tamamilə iflic halındadırlar. Bir yerə sıxışıb qalmış, imkanları məhdud və reallığı dəyişmək şansları çox azdır. Katoliklik filmin içərisinə necə daxil ola bilib? Filmdə katolikliyə aid çox şey var.
Bu suala cavab verə bilməyəcəm. Mən çox pis katolikəm
və getdikcə ateist olmağa başlayıram.
Amma hələ də inancı olmayanlar üçün ən sevimli dindir
çünki ifadə tərzi sarıdan boldur. Nəyisə ifadə etmək üçün ən gözəl və rahat yol
katoliklikdən istifadədir.
Bəli, elədir ki, var. Onlar insanları cəzb edirlər,
elə məni də. Amma ümümilikdə din lazımsız şeydir, dəqiq bilirəm elədir.
Bütün bu dinin əlamətlərini “Breaking the Waves” və
“Antichrist”də görə bilərik.
Mən Nitşenin “Antichrist”in 12 yaşımdan bəri yatağımın
yanındakı stoldan ayırmıram. O, xristianlıqla bağlı çox şeyi göstərib orda.
Aha, siz “The Exorcist”i filmə köçürməkdən danışdınız.
Siz dua oxuyaraq öz şeytanlarınızı yox edirsiniz? Bu dua etməyin bir yoludur?
Amma bu şeytan adlandırdıqlarınız mənim dostlarımdır.
Bəlkə də film çəkmək üçün ən böyük üstünlükdür. Siz onunla qarşılaşarkən ağrı
çəkirsiniz amma bu filmdə tamam başqa rola bürünür. Siz onu filmdə verəndə o
sizin dostunuz kimi görünməyə başlayır. Yəqin ki, Munch bu hissi “The Scream”da
daha yaxşı bilir. Munch sağalmaq üçün Danimarkaya Dr. Jacobsonun yanına gəlir.
O iki böyük sənətkarı sağaltmış biridir, Strindberg və Munch. Onlar tamamilə
dəyişdilər. Munch daha da pisləşdi, o Danimarkaya gəlməzdən əvvəl daha çox
maraqa sahib idisə o hiss sonradan yoxa çıxdı. Düzü, çox maraqlıdır, əgər
dedikləri doğrudursa, dəlilik azalmağa başayanda gördüyün işin dəyəri də
azalır.
Sizcə bu dəyərli bir şeydir?
Demirəm bu çox qiymətli bir hissdir. Özümü təkrar
etmək istəmirəm amma mən özümü həqiqətən çox pis hiss edirəm.
Paranoyaya qayıdaq. Hisslərdə əziyyət
çəkmək-qorxu hissi də an başda yer alır və nəzarəti əldə saxlayır.
Başqaları tərəfindən qorxu hissindən əziyyət çəkməkdənsə siz özünüzü əsas yerə
qoyub başqalarını idarə edirsiniz? Siz ona görə film çəkərkən sakit və razı
görkəmdə olursunuz?
Mən həmişə eyni olmuşam amma bu səfər yox. Film
çəkmək kimi bir qorxum yoxdu. Mən deyəcəyim bir şeyə görə sonrakı
mühakimələrdən də çəkinmirəm. Bu səfər orda olmaqdan qorxuram amma. Bu dağdakı
böyük bir klaustrofobiya təsiri bağışlayır və mən də mərkəzdəyəm. Filmi
bitirdiyimizə görə rahatlamışam artıq. Mənim başqa filmlərim daha çox oyuna
oxşayır. Rejissor nəyi harda necə edəcəyini deyir, vəssalam.
Belə deyə bilərəmmi ki, siz möhtəşəm bir sənət əsəri ilə geri dondünüz?
Bayaq dedim ki, cavanlığıma aid bir çox şeyi özümlə bir yerdə gətirdim, hansılar ki, işıqlandırmağa çalışdığım mövzular olub, utanverici olsalar da. İndiki vəziyyətimdə mən xoşbəxt deyiləm.
Bunun yaşlanmaqla bir əlaqəsi var?
Hə, mən də belə fikirləşirəm.
Neçə yaşınız var?
53 olacaq!
Birgə işlədiyiniz
aktyorlar haqqında danışmaq istəyirəm.Onlarla işləmək necə bir hissdir? Hər şeydən əvvəl siz onlardan çox şey
tələb edirsiniz.
Mən Willemlə “Manderlay”da da işləmişdim. O çox yaxşı insandır.
Yenidən onunla işləmək qərarına gələndə o tərəddüd etmədi. Bədənini
göstərməkdən çəkinmirdi. Bir çox aktrisa ilə əlaqə saxladıq, Şarlotta onlardan
ən yaxşısı idi deyə bilərəm. Ssenarini oxuyanda onun beynində heç bir şübhə
yeri qalmadı. Onlar ikisi möhtəşəm bir işi bacardılar.
Nikol Kidman bir dəfə soruşmuşdu ki, siz qadınlara
qarşı niyə bu qədər düşmənsiniz? Mən bilirəm ki, siz əslində qadınlara nifrət
etmirsiniz. Qadın cinsəlliyi günahdır. Cənnətdəki ilana bənzəyir, cəzanı haqq
eliyir. Bunların hamısı romantik bir oyundur?
Bir dəfə ifritə ovlamaq adlı bir sənədli filmə
baxmışdım. Nə deyirsiniz deyin bu cəhənnəmin hekayəsi idi. Mən fikirləşmirəm
ki, qadınların və yaxud da onların cinsəllik münasibətləri günah olsun amma bu
qorxuducudur. Film çəkərkən özünüzü sərbəst aparmaq vacib məsələdir. Kimin
vecinədir ki mən nə fikirləşirəm? Müəyyən motivləri, konseptləri müxtəlif
yollarla bir araya gətirdim. Onların hamısı insan qəlbini, hərəkətlərini
göstərir, maraqlı olan da budur.
0 Şərh:
Yorum Gönder