This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Blue Velvet etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Blue Velvet etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

15 Aralık 2015

"Blue Velvet" - David Lynch (1986)



David Lynch filmoqrafiyası qarışıq üslubu ilə kinosevərlər üçün fərqli bir təcrübədir. Kabuslarla dolu atmosferi, Lynchin qeyri-adi təhkiyə üslubu ilə çıxdığı ilin filmləri arasında fərqlənən “Blue Velvet” Lynchin bütün məziyyətlərinin dil açdığı filmlərdən biridir. Lynch “Bue Velvet” filmində çaşdırıcı obrazlaşdırmanı xoşniyyətli kimi görünən mövzuya da tətbiq edə biləcəyini göstərir. Yəni şəhər kənarında xoşbəxt Amerika atmosferinin (xoşniyyətli kimi görünən mövzu) içinə yerləşdirilmiş Lynch toxunuşları.

Film 50-ci illərin populyar musiqisi “Blue Velvet” səsləndirilərkən dalğalanan mavi məxmər (velvet) pərdələrin görüntüsü ilə başlayır. Sonra pərdələrin mavi rəngi göy üzünə çevrilir və bu hüzurverici musiqinin müşaəti ilə sakit və xoşbəxt qəsəbədən görüntülərə şahid oluruq. Bu görüntülər pərdə önündəki dekorasiyadır. Pərdə arxasındakı dünyaya keçid isə filmin baş qəhrəmanı Jeffreyin çəmənlikdə gəzərkən kəsik bir qulaq tapmağı ilə başlayır. Çürümüş, üstünə qarışqalar yığışmış qulağın qaranlıq deşiyində Jeffrey ilə bərabər biz də itbat oluruq və beləcə qaranlığa doğru eniş başlayır. Kabus bitdikdən sonra da bu dəfə çəhrayı və sağlam bir qulaqdan - öz baxçasında şezlonqda yatmaqda olan Jeffreyin qulaq dəliyindən çölə çıxırıq: Hüzurverici Amerika yuxusu yenidən bərpa olunur. Filmin əvvəlindəki hüzurverici qəsəbə görüntüləri “Blue Velvet” musiqisinin müşaəti ilə təkrarlanır, kamera mavi göy üzünə yüksəlir və mavi məxmər pərdələr yenidən örtülür.


Filmdə mavi məxmər qazanılan pulu, başqa mənada isə göy üzünü simvolizə edir. Filmin başlanğıc və son səhnəsindəki göy üzünün göstərilməyi bu səbəbdəndir. Filmdə pilləkən cinsi arzunun zirvəsini təmsil edir. Bu səbəbdən də Lynch, qadının evinə gedən pilləkən səhnələrini uzun verir. Frank Booth qadının ayaqlarının arasına baxarkən ana bətninə geri qayıtmağı düşünürdü. Mavi parçanı həm öz, həm də qadının ağzına qoyur, bu da ana ilə uşaq arasındakı göbəkbağının təsviridir. “Mama Loves You” musiqisi isə onun bu arzusunu, yəni qadının anası olmağı istəyini  möhkəmləndirir. Burada Oedipus kompleksinə işarə edilir. Bir digər işarə isə kəsik qulaq ilə Van Qoqadır. Frank Booth isə Amerika prezidenti Abraham Lincolna suiqəsd edən şəxsin adıdır və filmdə hadisələr də Lincoln küçəsində baş verir. Abraham Lincoln Amerikanın ən vacib simvollarından biridir. Lincolnun adını daşıyan küçə həmin simvolun Lynchin yaratdığı dünyada biçimləndirimiş halıdır və bu danyanın da suiqəsdçisi də Frank Boothdur. Filmin əvvələrindəki maşın səhnəsində  kamera Sandy və Jeffreyi eyni aspektdən göstərirdi. Həmin səhnədən sonra onlar ayrı-ayrı göstərilməyə başlayır. Çünki onların dünyasında qopma baş verir. Jeffrey döyüldükdən sonra palçığa bulaşmış halda kirli dünyadan çıxmaq istəyir. Qadının da çılpaq şəkildə Jeffreyin qapısında peyda olmağı onun yenidən doğuşu olacaqdır. Qollarını yana tarım şəkildə açıb çarmıxa çəkilmiş kimi edir. Çarmıxa çəkildikdən sonrakı addım isə yenidən doğuşdur.

Lynch filmlərində Amerikan yuxusuna işarələr edilir. “Blue Velvet” filminin əvvəllərində qəsəbə təqdim edilir: bir baxçanın önündəki çiçəklər, yanğısöndürənlərin əl edərək keçməkləri. Bu səhnələrdə xoşbəxtlik və dinclik o qədər şişirdilib ki, Lynch bu görüntülərlə nağıllar aləminin portretini cızır. Şiddət isə əvvəldə yalnız televizorda qarşımıza çıxır. Lynchin hiperreallığında nağıl, həqiqətin simvolik təmsilçisi deyil; nağılın olduğu yerdə həqiqət ola bilməz (filmdə yaxşının dünyası); həqiqətin olduğu yerdə də nağıla yer yoxdur (pisin dünyası). Başqa bir deyimlə, nağıl və həqiqət bir-birinə bağlıdırlar. Belə olan halda həm 50-ci illərdəyik (yaxşının, nağılın dünyası və vaxtı), həm də 80-ci illərdə (pisin, həqiqətin dünyası və vaxtı).


Lynch bu filmdə Amerikan yuxusuna - filmlərdə izlədiyimiz o dinc, sabit qəsəbəciklərin əslində necə də süni səmimiyyətə malik olduğuna və necə təhlükələr yarada biləcəyinə işarə edir. Lakin qəribə tərəfi odur ki, film gözəl bir gün, xoşbəxt bir ailə tablosu ilə sona çatır. Sanki Lynch “Bilirəm hamısı saxta və narahatedicidir. Lakin yenə də belə daha gözəldir” deyir. Xoşbəxtlik saxta olsa da hamının xoşuna gəlir.

Lynch filmlərində psixopatların, paranoyakların dünyası hakimdir. Personajları melanxoliya, ziddiyyət, qeyri-müəyyənlik içindədirlər. Onlar paranoyalarını günahları ilə sakitləşdirir, daha sonra geriyə dönüb baxmırlar. Unutmaq bir terrordusa, Lynch qəhrəmanları ən qəddar terroristdirlər. Həmçinin, Lynch kinosu kapitalizmin özünü maskaladığı və insanların düşüncələrini bulandırıraq öz dinamikasını tənzimləyən bir axım kimi deyil, tərsinə, kapitalizmi ifşa edən, onun iyrəncliyini açığa çıxaran bir yöntəmlə tamaşaçıya çatdırılır. Onun filmləri kapitalizmə vurulan ən ağır zərbələrdir.



14 Aralık 2015

David Lynchin "Blue Velvet" filmi haqqında müsahibəsi


David Lynch


Die Tageszeitung: Sirrlərə və şüuraltına marağınız var.

David Lynch: Dəqiqliklə! Sirrləri xoşlayıram; nələrin olub-olmadığını bilmədiyim üçün qaranlıq mühitləri də... Xarici görünüşün altında saxlanılan sirrlərdən xoşum gəlir və hesab edirəm ki, insanlar bilmədikləri bir şeyi və ya daha əvvəl heç olmadıqları bir yeri seyr etməyi sevirlər.

DT: Bu avtobioqrafik bir filmdirmi?

DL: Demək də olar, deməmək də.

DT: Halbuki, gənc Jeffreyni canlandıran baş rol oyunçunuz Kyle MacLachlan sizi çox xatırladır.

DL: Bəli, filmdə mənə bənzəməyə çalışdığını söyləyir.


DT: Bəs siz özünüzü onun filmdəki xarakteri kimi görürsünüz?

DL: Yəni gündəlik həyatımda onun kimi hərəkət edirəm? Xeyr. Bu cür şeylər daha çox beynimdə meydana gəlir, həyatımda yox.

DT: "Blue Velvet"in hər sadizm səhnəsindən əvvəl qaranlıqda kiçik bir alov görünür, bu bir simvoldu?

DL: Xeyr, alov hadisənin bir hissəsidir. Hər şeyin daha da qaranlıq olacağını göstərir və elə bir ruh halı yaradır.

DT: Yəni sadizmin istiqamətini ifadə etmək üçün istifadə etməmisiz.

DL: Xeyr. Bu filmin ərsəyə gəlmə səbəbi yalnız ağlıma belə bir şeyin gəlmiş olmağıdır. Bu qaranlıq şeylər haqqında bir hekayədir. Biri çıxıb "istismar edirsən" deyəcək deyə seksdən qaça bilməzsiniz, bunu etsəniz insan təbiətinə aid bir şeyə maneə törətmiş olarsınız.

DT: Bu film olduqca qarışıq inkişaf edən qeyri-adi bir eşq hekayəsidir.

DL: Bəli amma reallaşır. Əgər filmin əvvəlindən etibarən bir-birinə aşiq olan iki insanın hekayəsini izah edirsizsə və iki saat boyunca da bu eşq macərası davam edirsə böyük ehtimalla insanlar kinonu tərk edəcəklər.

DT: Bu cür hekayələr ağılınıza haradan gəlir? Gəzişərkən yoxsa bir anda?

DL: Bəli. Bəzən gəzişərkən, bəzən oturarkən. Əksər hallarda da kafelərdə ... Bu etibarlı yerlərdə özümü məkandan uzaqlaşdıraraq hər istiqamətdə düşünə bilirəm və əgər vəziyyət pisləşərsə təkrar kafe mühitinə geri dönə bilirəm. Eynilə kinoda olduğu kimi. Orada ən qorxunc şeyləri izləyə bilərsiniz, amma eyni zamanda da özünüzü kino kimi təhlükəsiz bir mühitdə hiss eliyərsiniz.

DT: "Blue Velvet"də olduqca marjinal səhnələr mövcuddur. Məsələn başlanğıcda bir bağban infarkt keçirdikdən sonra çəmənliyə yıxılır sonra kamera sürünərək, yaxınlaşdırıldığı üçün iri planda görünən otlar arasından keçib qaranlığa doğru ondan uzaqlaşır. İzləyici otların arasından hər an bir canavar çıxa biləcəyini düşünüb qorxur.

DL: Bəli kamera birdən qaranlığa tuşlanır, gizli qaranlıq sahəyə, eynilə filmin özü kimi. Qaranlıqda qaldıqda düşüncələrinizi axtarıb üzə çıxarmağa başlayırsınız. Əgər qorxularınız sizi ələ alarsa, bir elm adamı belə ola bilərsiniz.

DT: Eyni yolla kamera bütün hekayəni başladan qoparılmış bir qulağa yönləndirilir.

DL: Niyə hər şeyi bir qulaqla başlatdığımı bilmirəm. Hesab edirəm ki, qulağın tamaşaçını içinə çəkə bilən bir dərinliyi var, eynilə Jeffreyni də çəkdiyi kimi ... Bunda bir paralellik var.


DT: Qulaq, səma, məxmər, ot; hamısı təbiətə aid ünsürlərdir. Bulardan bir nəticəyə gələ bilərikmi?

DL: Şüurlu olaraq edilmiş bir şey deyil. Hamısı bir-birinin ardınca reallaşdı. "Blue Velvet"də hadisələrəin cərəyan elədiyi yer olan Lumbertonı götürək. Bura ağaclarla əhatə olunan kiçik bir qəsəbə idi. Amma bu xarici görünüşünün yalnız bir hissəsi idi. Əvvəldən bir adı yox idi və filmi istehsalı edən şirkətin nümayəndəsi bura mövcud bir qəsəbənin adını verməyi təklif etdi. Beləcə avtomobil nömrəsi kimi şeyləri asanlıqla tapa biləcəkdik. Sonra "LUMBERTON" adı gözümə dəydi və bir anda bu ada vuruldum.

DT: "Blue Velvet" bir Amerikan filmidir? Amerikanı necə təqdim edə bilərsiniz?

DL: Məncə bir Amerikan filmidir. Xarakterlər də  Amerikalı tiplərdir. Dünyanın keçmişi haqqında çox şey bilmirəm.. Amerikada da digər ölkələrdə olduğu kimi, həyatı və insanları müəyyən bir anlamaq metodu var. Bu özlüyündə bir çox qəribə şeyləri saxlayır, təbii gözəl şeyləri bəzən isə ziyanlı şeyləri də ... Bu yalnız LUMBERTON üçün belə deyil başqa bütün yerlər üçün isə keçərlidir.

DT: Amma siz Amerikanın bu yönünü sevirsiniz. Amma "Blue Velvet"dəki xarakterlər sanki Diane Arbusun fotokamerasından çıxmış kimidilər.

DL: Diane Arbusu bəyənirəm. O da mənim kimi Amerikanın bu qəribə tərəfinin heyranıdır. Fərqli olan hər şey diqqət çəkər və sizi maraqlandırar. "Digər" lərinin necə belə görünə bildiyini düşündürdüyü üçün insanlar onun fotoşəkillərinə heyran qalırlar.

DT: Bu Amerikanın tənqididir?

DL: Xeyr qətiyyən deyil. Bu sadəcə bir hipnozetmədir.