10 Şubat 2016

Keçmişin dilemması "45 Years" - Andrew Haigh (2015)


Andrew Haigh'in üçüncü uzun metrajlı filmi olan "45 Years" rejissorun 2011-ci ildə ekranlara çıxan "Weekend"i ilə yaxınlıq təşkil edir. Film evliliklərinin qırx beşinci ilini yaddaqalan bir parti ilə qeyd etmək istəyən yaşlı bir cütlüyün evə gələn bir məktubun ardından düşdükləri vəziyyəti izləyicilərə çatdırır. "45 Years" Haigh'in həm ssenarist, həm də rejissor kimi artıq daha diqqətəlayiq işlər ortaya qoyduğunun bariz nümunəsi kimi göstərilə bilər.

"Weekend"də olduğu kimi "45 Years"da da rejissor iki insanın həyatlarından bir neçə gün seçərək, seyircisinin əlindən tutub maraqla gözlənilən finala doğru aparır. Filmin əvvəlində Kate (Charlotte Rampling) və Geoff'un (Tom Courtenay) çöllük bir ərazidə öz həyatlarını yaşadığına şahidlik edirik. Yaşlı cütlük sakit bir həyat sürür. Damarlarından axan zadəgan İngilis qanının haqqını verərək günlərini kitab oxuyaraq, sənədli film izləyərək, itlərini gəzintiyə çıxararaq keçirirlər. Yaşlı cütlüyün hörmətli bir həyat yaşadıqları aydın olur; yaxşı ya da pis, hər halda "bir-birlərinə qarşı olan münasibətləri 45 illik evliliyin gətirdiyi hörmət çərçivəsində formalaşıb" dediyimiz bir anda Kate evə gəlir və Geoff'i stolda əlində bir kağız parçasıyla oturduğunu görür. "Onu tapıblar," deyir Geoff. Kimdən bəhs edildiyini anlamayan Kate, sonrakı cavabın nə olacağını təxmin etmədən, hazırlıqsız bir şəkildə kim olduğunu soruşur. "Katyamı". Kate'in ərinin nədən bəhs etdiyini anlamağı yalnız bir saniyə davam edir, o bir saniyəlik müddətdə isə üzündəki mənalı dəyişmə filmin heyranlıq oyandıran həqiqi quruluşunu izləyicisinə çatdırır. Üstəlik rejissor, o səhnədə kamerasını Kate də tuşlamır. Filmin sonuna qədər qaçdığı yaxın çəkiliş planından istifadə edir. Buna baxmayaraq tamaşaçı Rampling'i hiss edə bilir; onun beynindən o qısa müddətdə keçən hər şeyi, bütün məlumat axınını, canlanan bütün xatirələri bir anda hiss etmək mümkün olur.


Katya, Geoff'un Kate'lə evlənmədən əvvəlki, hələ gənc ikən birlikdə olduğu qızdır. Birlikdə Alp dağlarında xizək sürdükləri vaxt Katya uçurumdan düşür və cəsədi tapılmır. Aradan keçən uzun illərdən sonra isə Geoff'a gələn məktubda buzlaqların içindən Katyanın cəsədinin tapılmağına dair bir şeylər yazılır. O andan etibarən Kate'in 45 illik yoldaşına olan hörmət və sevgisində geriləmə başlayır. Tamaşaçı təxminən doxsan dəqiqə boyunca Kate'in hiss etdiyi hər şeyi rahatlıqla anlaya bilir.

Filmi şəkilləndirən başqa bir şey də var ki bu da 45-ci il partisidi. Əslində cütlük evliliklərinin 40-cı illini qeyd etməyi planlayır ancaq Geoff'un keçirdiyi bir əməliyyata görə bu əhəmiyyətli hadisəni beş il təxirə salmalı olurlar. Kate məktub məsələsi ortaya çıxdıqdan sonra yenə də bir müddət parti üçün həyəcanını qoruyur. Lakin  bu mövzunun ərinin başını qarışdırdığının fərqinə varan Kate'in həyəcanı  da getdikcə azalır və özünü ifadə etməsi xeyli çətin olan hisslərə buraxır.


Andrew Haigh hekayəni gözəl bir şəkildə izləyicisinə nəql eləməyi bacarır. "Weekend"də iki kişi arasında uzun dialoqlar quraraq homoseksual kinonun şah əsərlərindən birini yaratmağı bacaran rejissor "45 Years"da da eyni üsuldan istifadə edib. Film demək olar ki, başdan sona cütlüyün dialoqları üzərində qurulub. Bu dialoqlar təsadüf kimi görünsə də əslində elə deyil. Bütün dialoqların hamısı sonda bir şəkildə Katya məsələsi ilə əlaqələnir. Kate bir müddət  sonra özü öz iradəsiylə Katya haqqında daha çox şey öyrənmək istəyir. Əslində getdikcə artan bu təzyiq heç bir zaman bir partlama nöqtəsinə çata bilmir.


"45 Years" filmi Charlotte Rampling'in  inanılmaz performansı və Haigh'in heyranedici rejissorluq bacarığıyla mütləq baxılması vacib bir əsərdir. Mike Leigh'in "Another Year"ında tutduğu yol ilə Richard Linklater'ın "Before" seriyasındakı dialoq zənginliyindən ortaq qarışıq bir ləzzət yaratmaq istəyirsinizsə "45 Years"dan daha yaxşısını tapa bilməzsiniz.

1 Şərh:

  1. Casino Bonus Codes (2021) - JTGHub
    JTG 과천 출장안마 Casino 용인 출장안마 Bonus Codes. Get the 원주 출장샵 latest JTG Casino bonus codes at 광주광역 출장마사지 JTG.com ✓ New players only ✓ 24/7 customer support. 영천 출장샵

    YanıtlaSil