23 Ekim 2015

"Adam's Apples"– Anders Thomas Jensen (2005)


"Hamımız məntiqlə hərəkət etsəydik, dünya qaranlıq bir yer olardı"

İslah işləri ilə cəzalandırılan bir neo-faşistin gəldiyi kilsədə yaşananların hekayəsi.
Ziyarətçiləri olmayan bir kilsə, qəribə bir rahib, yenə günahkar keçmişləri olan bir Pakistanlı və bir köhnə tennis oyunçusu, hamiləliyi ilə əlaqədar problem yaşayan bir qadın və qəribə bir həkim. Bütün bu xarakterlərin bir araya gəldiyi və alleqoriyalarla dolu bu film həm də qara yumorun (mizah) yer aldığı, əyləncəli, çaşdırıcı, klişelərdən istifadə edir kimi göstərib əslində onlarla zarafat edən, onları lağa qoyan bir filmdir.

Anders Thomas Jensen
Filmdəki bütün absurd görünən səhnələr əslində bir şeydən qaynaqlanır; rahibin sərhədsiz inancı və ya qeyri-məhdud bir inanca sahib olduğuna özünü inandırması. Amma əslində bu rahibin gerçəkləri qəbul edə bilməməsi və ya gerçəkləri ona deyərkən çəkdiyi ağrıdan ötəri seçdiyi bir yol da ola bilər, ətrafını həqiqətən o şəkildə qəbul etməsindən də.Rahibin döyüldüyü səhnədə kilsənin içində İsanı çarmıxa çəkilmiş olaraq göstərən bütün əsərlərdəki kimi uzanaraq yatması, bir yanağına sillə atıldığında digərini çevirməsi (və ya ən azından reaksiya verməməsi), ətrafında olan bitən bütün pislikləri şeytanın əməlləri kimi görməsi və oyunçunun fiziki bənzərliyi onun  İsa rolunda olduğunun açıq göstəriciləridir. Bu müasir amma bir tərəfdən də tarazlığını itirmiş və çaşmış rahib filmdəki ən əyləncəli səhnələrin də mərkəzində yer alır. Məsələn, hamilə qadının rahib ilə danışması, alma ağacı ilə bağlı olan  bütün səhnələr, filmin əvvəlində və sonunda yeni günahkarları qarşılama səhnəsi və s. Avtomobildə yol gedərkən maşında Bee Gees qrupunun "How Deep Is Your Love" mahnısının səsləndirildirilməsi, xüsusilə də  mahnının sözlərinin (ən dərin qaranlıqdakı işığım, yıxıldığımda məni qurtaran adam və xüsusilə sevginin nə qədər dərin olduğunun sorğulanması və s.) rahibin inancı üzərindən düşünəndə ssenariyə çox uyğun olduğunu və filmə xüsusi  bir komediya atmosferi qatdığını demək olar.

Film həmçinin vizuallığı da əyləncəli şəkildə istifadə edərək izləyicilərin marağını oyada bilir. Qurd düşən almalar, tipik bir gərginlik yaratma klişesi olan fırtına və bir-birinə dəyən qapılar və yerə düşən kitabın həmişə eyni səhifəsinin açılması kimi səhnələr rejissorun izləyicisini əyləndirmək niyyətində olduğunun  açıq sübutudur.
Bütün heyət öz canlandırdığı obrazın rolunu çox  müvəffəqiyyətlə oynayır bu filmdə. Bu da ciddi bir uğur sayılır əslində çünki zaman-zaman karikaturaya çevrilən bir rolu oyunçunun özünün bir karikaturaya çevrilmədən canlandırması olduqca çətin olsa gərək.


Son olaraq film haqqında onu deyə bilərəm ki, 2005-ci ildə danimarkalı rejissor Anders Thomas Jensen tərəfindən çəkilən "Adəmin almaları" eyni zamanda Danimarkanın Ən Yaxşı Xarici Film kateqoriyasındakı Oscar namizədi olub. Film həmçinin qatıldığı Avropa kino festivallarından 18 mükafat qazana bilib. Filmin baş rollarında Ulrich Thomsen və Mads Mikkelsen kimi ulduzlar yer alıb. 


0 Şərh:

Yorum Gönder