This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

11 Kasım 2015

"Four nights with Anna" - Jerzy Skolimowski (2008)



İnsanlar arasında məhrəmlik ciddi anlayışdır. Dövrümüzdə insanların məhrəmiyyətinə və şəxsi həyatına birbaşa və ya dolayısı ilə edilən müdaxilələr getdikcə artır. Xüsusi ilə texnologiya əsrində sürətli inkişaf məhrəmiyyətin pozulmasını asanlaşdırır, fərdlərin gizli saxlamaq istədikləri məlumatları su üzünə çıxarır. Bəs yaxşı məhrəmliyinizi pozan şəxsin sizə zərər verməkdən çox, öz sevgisini göstərmək olduğunu öyrəndiyinizdə nə hiss edərdiniz? Ona qarşı mərhəmətli davranıb bu kortəbii hərəkətlərinə haqq qazandırardınız? Yoxsa bu zorakı aktdan dolayı narahat olardınız? 17 illik fasilədən sonra yenidən kamerasını işə salan polyak rejissor Jerzy Skolimowski triller janrında lentə aldığı “Four nights with Anna” filmində bu sualları məhrəmliyi pozulan Annaya yox, tamaşaçıya ünvanlayır.

"Martyrs" - Pascal Laugier (2008)



Fransız rejissor Pascal Laugierin quruluş verdiyi "Martyrs" filmi dinamik ssenarisi ilə tamaşaçıya gözünü ekrandan çəkməyə imkan vermir. Qorxu janrı kinosevərlərin az-az müraciət etdiyi bir janr olsa da "Martrys" şiddət və işgəncə mövzusunu sonacan səlis şəkildə işləməyi bacarır. Həmçinin tamaşaçını qorxutmaqla yetinməyib əksinə sərt üzünü göstərmək üçün zorakılıq ünsürünü bəlli bir məntiq ardıcıllığına uyğunlaşdırmaqla işinin öhdəsindən artıqlaması ilə gələ bilir. Eyniylə Gaspar Noenin "İrreversible" və Lars von Trierin "Antichrist" filmlərində olduğu kimi.

Martyrs latın dilindən tərcümədə şahid olmaq və eyni zamanda işgəncəyə məruz qalaraq müqəddəs bir döyüş uğrunda “şəhid olmaq” mənasının verir. İlk etapda filmin adının niyə “Martyrs” olduğunu anlamaq mümkün deyil. Ancaq ssenari mütəmadi olaraq yolunu dəyişib ağılagəlməz istiqamətlərə yönəldikcə adın filmə mükəmməl şəkildə oturduğunu anlayırıq.

Film qana bulaşmış bir qızın-Lusinin qışqırıqlar ilə köhnə bir binadan çıxaraq qaçması ilə başlayır. Ardınca filmin titrləri yazılan əsnada Lusinin bir psixi xəstəxənada müalicə gördüyünə dair bir sıra kadrajlar görürük. Onun burada başqa bir xəstə olan həmyaşıdı Anna ilə dostluq qurduğunu, Annanın Lusiyə kömək etdiyini, daima yanında olduğunu başa düşürük və bu detalın altından xətt çəkirik. Filmin sandığındakı gizlədiyi pambığı ortaya çıxarması ilə illər sonra, səhər yeməyi masasında günlük məsələlərdən bəhs edən 4 nəfərlik modern bir ailə ilə qarşımıza çıxır. Ailə yeməkdə ikən Lusi birdən-birə evə daxil olur və sözügedən ailənin bütün üzvlərini tüfənglə öldürür. 

Béla Tarr ilə müsahibə

Béla Tarr

Macarıstanlı  kinorejissor, prodüser və ssenarist Bela Tarrın müsahibəsini təqdim edirik: 

(İngiliscədən tərcümə edən Mənzər İsmayılova)


Siz 70-ci illərdə bir həvəskar rejissor kimi nələri öyrəndiniz?

İlk olaraq mən çox sadə şeyləri - insanların həyatına və şərəfinə hörmət etməyi öyrənməklə başladım. Mən bunu yetkinlik dövründən dərk edirdim. İlk kino təcrübələrimdən bu yana və indi də Sarayevo Film Akademiyasında o mənə yol göstərir.

Sizin fikrinizə görə “həvəskar”la “professional” arasındakı fərq nədən ibarətdir?

Mənim fikrimcə onların arasında heç bir fərq yoxdur. Bir film çəkmək üçün sənin kino üzrə diplomunun olması və ya hər hansı professional sertfikata ehtiyacın yoxdur, bu dəqiq belədir.

10 Kasım 2015

"Tramway" - Krzysztof Kieslowski (1966)


"Tramvay" Kristof Kiezlovskinin 1966-cı ildə hələ Lodz Kino Məktəbində oxuyarkən çəkdiyi ilk səssiz qısa filmidir.

Film 5 dəqiqəlik xronometraja malikdir və gənc bir oğlanın tramvayda qarşılaşdığı gözəl bir qız ilə olan utancaq baxışmalarından bəhs edir. Filmin mövzusu o qədər realdır ki, hər halda bu tərəddüdü, utancaqlığı və dilemmanı həyatında heç olmasa bircə dəfə də olsun yaşamayan insan yoxdur. Kim bilir tramvaylarda, avtobuslarda və metrolarda neçə dəfə insanlar bir-birilərinə aşiq olub və neçə dəfə də ayrılıq acısı yaşayıblar.

Filmdə həmçinin Kiezlovski, gələcəkdə kinomatoqrafiyasında tez-tez rastlaşacağımız həqiqət və təsadüflərə olan marağının ilk toxumlarını səpib.



6 Kasım 2015

"Repulsion" - Roman Polanski (1965)



Bu dəfəki süjetimiz Roman Polanskinin 1965-ci ildə rejissorluğunu etdiyi və "Apartment" trilogiyasının ilk filmi olan "Repulsion" haqqındadır. Bu film həmçinin Polanskinin Polşadan kənarda ekran həyatı verdiyi ilk filmidir.



   

5 Kasım 2015

8½ - Federico Fellini (1963)



İtaliya kinosunda "Yeni Dalğa" cərəyanının ən böyük fiqurlarından biri olan Federico Fellininin 1963-cü ildə ekranlaşdırdığı "8 yarım" (8½) filmi haqqında süjetimizi təqdim edirik:




4 Kasım 2015

Qadın hisslərinin mürəkkəbliyini mövzu edən 20 film


1. The Double Life Of Véronique (Krzysztof Kieślowski, 1991) 


2. Persona (Ingmar Bergman, 1967) 






5. The Bitter Tears of Petra von Kant (Rainer Werner Fassbinder, 1972)


6. All About My Mother (Pedro Almodóvar, 1999)


 7. The Passion of Joan of Arc (Carl Th. Dreyer, 1928) 


8. Inland Empire (David Lynch, 2006)




10. Center Stage (Stanley Kwan, 1992)


11. Mulholland Drive (David Lynch, 2001)


12. The Piano (Jane Campion, 1993) 


13. Cries and Whispers (Ingmar Bergman, 1972) 


14. Belle De Jour (Luis Buñuel, 1967)


15. A Woman Is A Woman (Jean Luc Godard, 1961)



16. Jeanne Dielman, 23, quai du Commerce, 1080 Bruxelles (Chantal Akerman, 1976)


17. Before Sunrise/ Before Sunset/ Before Midnight (Richard Linklater, 1995, 2004, 2013)


18. Cleo From 5 To 7 (Agnès Varda, 1962)


19. Rosetta (Jean-Pierre & Luc Dardenne, 1999)


20. A Woman Under The Influence (John Cassavetes, 1974)




3 Kasım 2015

Aki Kaurismaki və onun "Cinayət və Cəza"sı


Finlandiyalı ssenarist və rejissor Aki Kaurismaki daha çox 2002-ci ildə ekran həyatı verdiyi "The Man Without a Past " filmi ilə tanınır. Film 2002-ci ildə "Xarici Dildə Ən Yaxşı Film" nominasiyasında Oskara  namizəd göstərilmiş və həmin ildə də  Kann Film Festivalında Qran Pri mükafatını qazanmışdır.
Kaurismaki kariyerasına böyük qardaşı Mika Kaurismaki ilə birlikdə rejissorluq etməklə başlayıb. Müstəqil bir rejissor olaraq isə ilk filmi 1983-cü ildə  Dostoyevskinin "Cinayət və Cəza" (Crime and Punishment) romanının motivləri əsasında çəkdiyi eyniadlı filmidir. 1989-cu ildə ekranlaşdırdığı "Leninqrad Cowboys Go America" filmi isə Kaurismakinin dünya səviyyəsində tanınmasında böyük rol oynayıb.


Kaurismaki filmlərindəki mesajları izləyicisinə çatdırmaq üçün sadə kino dilindən istifadə etməyi üstün tutur. Bu da onun  daha çox Jean-Pierre Melville və Robert Bresson kimi rejissorlardan təsirləndiyini göstərir. Kinotənqidçilər isə onun Rainer Werner Fassbinderdən təsirləndiyini desələr də,  Kaurismaki Fassbinderin heç bir  filminə baxmadığını bildirmişdir.

Cəfər Pənahi (Jafar Panahi) haqqında süjet

Jafar Panahi


İran kinorejissoru və ssenaristi, İran kinematoqrafiyasınının  "Yeni dalğa"  nümayəndələri arasında ən tanınmış şəxslərdən biri olan Cəfər Pənahi haqqında hazırladığımız süjeti təqdim edirik:




2 Kasım 2015

"The Bothersome Man" - Jens Lien (2006)



"Nə yeyilən yeməklərin dadı var burada, nə isti şokoladın nə də sevişmələrin"

Jens Lienin rejissorluğunu etdiyi "The Bothersome Man" filmi maraqlı mövzusu və xüsusi quruluşu ilə diqqət çəkir. Postmodern bir kino dilinə sahib olan hekayənin ən əhəmiyyətli xüsusiyyəti utopik bir dünyanın təsvir edilməsidir. Filmdə "Hər şeyə sahib olan insan həyatda başqa nədən zövq ala bilər?" kimi bir sual üzərindən cəmiyyətin dinclik anlayışı və fərdin maraqları fərqli bir dillə izah edilir.


Qəhrəmanımız Andreasın (Trond Fausa) timsalında içində yaşadığımız cəmiyyətə uyğunlaşa bilməyən bir adamın tragikomik hadisələrin yaşandığı bir məkana səfərinə şahidlik edirik. Elə bir dünya düşünün ki, orada  insanların yedikləri və içdiklərinin artıq heç bir dadı qalmamışdır. Sevginin mənasının da dəyişdiyi bu dünyada müsbət və mənfi olan hər şeyin aradan qalxdığını görürük. Neytral bir süjet xətti ilə irəliləyən hekayənin atmosferi nihilist bir anlayışa sahibdir. Filmdə insanın təkliyi, müasir cəmiyyətin çətinliyi və insanlığın hissizliyi üzərinə qara bir yumor yaradılmışdır.