![]() |
Krzysztof Kieslowski |
"Tramvay" Kristof Kiezlovskinin 1966-cı
ildə hələ Lodz Kino Məktəbində oxuyarkən çəkdiyi ilk səssiz qısa filmidir.
Film 5 dəqiqəlik xronometraja malikdir və gənc bir
oğlanın tramvayda qarşılaşdığı gözəl bir qız ilə olan utancaq baxışmalarından bəhs
edir. Filmin mövzusu o qədər realdır ki, hər halda bu tərəddüdü, utancaqlığı və
dilemmanı həyatında heç olmasa bircə dəfə də olsun yaşamayan insan yoxdur. Kim bilir
tramvaylarda, avtobuslarda və metrolarda neçə dəfə insanlar bir-birilərinə aşiq
olub və neçə dəfə də ayrılıq acısı yaşayıblar.
Filmdə həmçinin Kiezlovski, gələcəkdə kinomatoqrafiyasında
tez-tez rastlaşacağımız həqiqət və təsadüflərə olan marağının ilk toxumlarını səpib.
0 Şərh:
Yorum Gönder