Nobel laureatı, avstriyalı, feminist romançı Elfriede Jelinekin “Piano
Teacher” adlı əsərindən ekranlaşdırılan film, Schubert və Schumanın
toranlığından ruhlara süzülən bir şahəsərdir. 2001-ci ildə Michael Hanekenin ekran həyatı verdiyi filmin baş rol ifaçısı isə
İsabelle Huppertdir.
Filmin qəhrəmanı piano müəlliməsi Erika Kohut ikili həyat yaşayır. Cəmiyyət
içində həddən artıq mükəmməliyyətçi, tələbkar bir konservatoriya professorudur.
Həm tələbələrinə dərs verir, həm də evlərdə solo konsertlərdə virtuozluq edir. Pianoya
dair hər şeydə həddən artıq mükəmməliyyətçiliyə varır, ən çox da Schubert və
Schuman mövzusunda hər notun ritminə, duyğusuna həssaslıq nümayiş
etdirir. Diqqətəlayiq, sənət romantizmi ilə yüklü həyatı ilə yanaşı heç kimin
bilmədiyi qaranlıq həyat tərzi də var. Bu həyatı tək və gizli şəkildə yaşayır.
Ta ki ona aşiq olan tələbəsinə özünü bütünlüklə açanadək. Erikanın şəxsiyyət
pozulmasının, ruh xəstəliyinin kökləri isə dərindədir. Həddən artıq dominant,
heç bir şeydən razı qalmayan, kişiləri sadəcə döllənmə vasitəsi hesab edən, yəni
Erikanın atası tərəfindən təmin olunmayan ana; ağlını itirərək psixi xəstəxanada
ölən ata. Erikanın şəxsiyyət pozulmasına səbəb olmağı üçün münbit bir ailə şəraiti.
Problemli ana-qız münasibəti və arxasında dəli olmaq təhlükəsinin izini qoyaraq
ölmüş bir ata.
Erikanın anasının işi qızını qısqanmaqdır: konservatoriyada professorluğa qədər
yüksəlmiş qızını uşaq olaraq görür, hər əlinə imkan düşdükcə ona öz istədiyini
elətdirmək üçün zorakılıq tətbiq etməkdən çəkinmir. Erika əslində anasının baş
qarovulçu olduğu həbsxananın toranlığında , gündüzlər pianosu ilə, gecələr isə
gizli yaşam tərzi ilə həyata tutunmağa
çalışır. Nə sevgini, nə də sevilməyi bilir. Həyatı boyunca anası tərəfindən həm
mənəvi, həm fiziki zorakılığa məruz qaldığı üçün sevgi onun fikrində döyülmək
lazım gəldiyi zaman aktivləşir və ya bu şəkildə fikirləri təhrifə məruz qalır. Bu
konteksdən Yunqun ana arxeotipi içindəki ana kompleksinin nəticəsi olaraq Erika
anası ilə bərbərləşdirilmiş və dişilik xüsusiyyətləri iflic olmuşdur. Analığı,
şəxsi münasibətləri və erotik arzuları xatırladan hər şey onda ikrah hissi
oyadır. Qızın istəməyərək heyran olduğu ana obrazı, onun əvəzinə yaşaya biləcəyi
hər şeyi əvvəlcədən yaşayıb sərf edir.
Qız isə özünü fəda etməklə anasına sığınmaqla yetinir, bir yandan da
şüursuzca ananın tiran mövqeyini qəbul edir. Lakin bunu sədaqət və boyunduruq
maskası altında həyata keçirir. Anası tərəfindən qanı somurulur və davamlı qan
transfuziyası ilə anasının həyatını uzadan qız kölgə kimi yaşayır.
Ana-qız kompleksi
Filmin əvvəlində anası Erikanın aldığı paltarın havayı xərc olduğunu deyir
və onun paltarını parça-parça edir. Mənəvi və fiziki şiddəti özündə ehtiva edən
mübahisə nəticəsində Erikanın başının yarılmağı və sonda anasını qucaqlayaraq
barışmağı, ananın heç vaxt Erikanı təqdir etməməyi, hətta konsert zamanı “qızınızla
qururlanırsınız” soruşan valideyinə “bu sadəcə bir konsertdir” deməyi, hər gecə
anası ilə eyni yataqda yatmağı və aralarında yaşanan tragik yataq səhnəsi bu
kompleksin təsirlərinin göstəricisidir.
Erikanın cinsi həyatı
Bu komplekslər toplusu ən çox özünü Erikanın cinsi həyatında göstərir. Erika
duyğu dolu cinsi təması ikrah hissi ilə qarşılayır. Onun üçün cinsi münasibət
duyğu və hisslərdən yoxsul, pornoqrafiya şəklində olmalı ya da ona fiziki əzab
verməlidi. Buna görə də yoxladığı yöntəmlər də sevgi anlayışı kimi tragikdir. Porno
filmlərin göstərildiyi xüsusi video otaqlarına gedir, burada qadının təhqiredici və passiv bir zövqverici kimi göstərən filmləri böyük
bir həzzlə izləyir, hətta ondan qabaq otağı istifadə edən adamların zibil
qabındakı spermalı salfetkalarını iyləməklə doyuma çatır.
Hamamda ülgüclə etdiyi masturbasiya cəhdi, yenə cinsi həzzi təhqir olunma
və əzab çəkmə tipli hisslərdən almağa çalışır ki, bu da onun içindəki kompleksiv
basqıdan qaynaqlanır. Cinsi əlaqə üçün icazə verdiyi tələbəsi Walterlə cinsi aktı bitirmədən qusmağa başlayır hətta son gecə sadomazoxist ssenari tətbiq
edildiyində belə Walterlə cinsi akt zamanı ölü kimi yatır.
Nəticə olaraq piano müəllimi, ailəsi və keçmişi ucbatından psixi pozulma
yaşayan və bu xəstəliyi 2 fərqli həyatla kompensasiya etməyə çalışan Erika
Kohutun tragik hekayəsidir. Dəlilik sevgi üçün vacib ola bilər. Ancaq psixi xəstələr
üçün müalicə olunmadıqda sevgi onlar üçün ölümcül bir silaha çevrilə bilər.
0 Şərh:
Yorum Gönder