Fransız rejissor Leos Caraxın 13 illik fasilədən sonra 2012-ci ildə lentə
aldığı “Holy Motors” filmi göstərildiyi il Kann festivalında haqqında ən çox bəhs
olunan filmlərdən biri idi. Lakin haqqında çox danışılan film festivalda
mükafat qazana bilməmişdi. Buna baxmayaraq “Holy Motors” son illər lentə alınan
filmlər arasında öz təsvir dili ilə fərqlənən kino tarixinin öncül ekran əsərlərindən
bəlkə də birincisidir. Carax “triller”, “dram”, “fentezi”, “muzikl”, “qara
satira” kimi ənənəvi “janr filmi” qəliblərini özünə xas neon işıqlar vasitəsilə
birləşdirərək “Holy Motors” filmini kinematoqrafik şahəsərə çevirməyi bacarır.
![]() |
Leos Carax |
Səhər-səhər ev əhi ilə sağollaşıb, işə getmək üçün bir limuzinə minən Mr.
Oscar (Denis Lavant) adında şəxs filmin əvvəlindən sonunadək tamaşaçıya yoldaşlıq
edir. Lakin bu yoldaşlıq ənənəviliyi özündə daşımır və onunla yaxınlıq qurduqda
bizi fərqli-fərqli dünyalara səyahətə apardığına şahid oluruq. Çünki onun 1 gündə
görməli olduğu 9 tapşırığı var. Bu tapşırıqlar isə ona sürücüsü Celine (Edith
Scob) tərəfindən deyilir. Mr. Oscar 1 gün içində bu tapşırıqları yerinə yetirmək
üçün 9 fərqli insan qılığına girmək məcburiyyətindədir. Beləliklə, Müsyö Oscar
“dilənçi qadın”, “vəhşi”, “ailə rəhbəri”, “CGİ modeli”, “sui-qəsdçi”, “ölüm
yatağındakı qoca”, “bank işçisi”, “qatil”, “sevgili” kimi personajlara bürünərək
“sürrealist həyat” içində 9 fərqli səyahətə çıxır.
"Holy Motors"da rejissor təkcə kino tarixindəki filmlərə deyil, öz
filmoqrafiyasındakı filmlərə də müraciət edir. Xüsusilə, 9 obrazdan biri Caraxın,
Michel Gondry və Joon-ho Bong ilə birgə çəkdiyi “Tokyo!” (2008) filmindəki
“Merde” personajının eynisi olmağı tamaşaçıdan Carax filmoqrafiyasına da bələd
olmağı tələb edir. Caraxın özünün də yer aldığı açılış səhnəsi kino tarixinə öz
damğasını vurur. Başlanğıcda uşaq qədər məsum görünən Hollywoodun “kinonun rəqəmsallaşması”
ilə bərabər həqiqət anlayışını da göz ardı edən bir vəhşi məxluqa çevrilməyi
metaforalar vasitəsilə bu açılış səhnəsində diqqətə çatdırılır. Bu məzmunda
Lavantın büründüyü “CGİ modeli” obrazındakı rəqs hissəsi yenə filmin saxtalaşan
Hollywooda öz tənqidini əsirgəmədiyi güclü kinematoqrafik səhnələrindən biridi.
Dillər əzbəri olan “akkordion səhnəsi”nin isə kino tarixində silinməz iz buraxdığı
şübhəsizdir.
Hollywood və kapitalizm tənqidi məzmununda bol-bol istifadə olunan limuzinlər, David
Cronenbergin “Cosmopolis” (2012) filmi ilə də yaxınlaşdırır. Hətta “Cosmopolis”
filmini “Holy Motors”un olduqca sürrealist və tənqidkar final səhnəsinin davamı
kimi də görmək mümkündür. Filmi həm də məzmunca Yorgos Lanthimosun “Alpeis”
(2011) filmi ilə də əlaqələndirmək mümkündür. “Alpeis” filmində ölən insanları
müəyyən bir məbləğ qarşılığında əvəz edən və onlar kimi davaranaraq “saxta həyat”
yaşayan bir şirkətin yerini, “Holy Motors”da yenə müəyyən bir məbləğ
qarşılığında “saxta həyat” qılığına girib “şirkət” tərəfindən ona verilən
tapşırıqları yerinə yetirən tək bir adam alır. (Çox qarışıq məsələdir).
9 fərqli qılığa bürünüb hamısını mükəmməl bir şəkildə canlandıran Mr. Oscar
rolunun ifaçısı Denis Lavanta isə xüsusi alqış düşür. Lavant canlandırdığı hər
personaja fərqli bədən dilləri və mimikalarla həyat verərək bəlkə də kinoda ən çətin olanı edir. Eva
Mendes və Kylie Minogue`un Leos Carax filmində oynayacağı açıqlananda isə
yaranan təəccübə Carax, yanlış kimi görünən aktyor və aktrisaları belə düzgün
projedə necə istifadə edə bildiyini bu filmdə sübut edir.
- leos caraxın əsl adı alexandre oscar dupontdur
YanıtlaSil- morts sözü fransızcadan ölülər deməkdir. (müqəddəs ölülər)
- oscar mükafatına göndərmə olaraq saymaq olar. ( hollywood yoxsa holly motors).
filmdə keçən "ı am alone, and they are everybody" replikasını leo karaks 2013cü ildə verdiyi intervyuların birində demişdi :
- fransız sineması’nın sizin sinema anlayışınıza mesafeli durmasına ne diyorsunuz?
- benim onların anlayışına tarafsız olduğum kadar onlar bana tarafsız olmadı. ben yalnızım, onlarsa herkes.