Reallığın
manipulə edilməsi filmdə tez-tez istifadə olunan üsullardan biridir. Lakin
ortada real həyat hekayəsi olduqda, həm də ki, söhbət ədalətdən gedirsə
fantaziyanın yerinə gerçəyin özü keçməlidir. Errol Morris çəkdiyi sənədli film
“The Thin Blue Line” da, gündəlik həyat tərzinə siraət etmiş qanunsuzluğu,
cinayətin manipulyasiyasını, ədalət anlayışının saxta təzahürünü göz önünə gətirir. Bununla yanaşı rejissor baş verən hadisədə
bütün şahidlərin və ədalət sisteminin vasitəsi ilə reallıq haqda tamaşaçını düşünməyə vadar
edir. Rejissor özünəxas şəkildə quruluş verdiyi filmdə juri kreslosunda
tamaşaçının vicdanını oturdur. Filmdə diqqəti cəlb edən nüans cinayətin törədilməyi
deyil. Ədalətin təzyiqlər qarşısında yeni bir cinayətkar yaratmağı, şübhəli
şahidlərə inanıb onların ifadələrindəki ziddiyyətləri görməzdən gəlməyidir.
Filmdə Robert Wood adlı polis, Dallasda avtomobil yolunda maşınını
saxlatdığı sürücü tərəfindən güllələnir. Cinayət yerində öldürülən polislə eyni
maşında olan digər polis öldürüb qaçan maşını görür, ancaq maşını qaçıran şəxsin
David Harris olduğu aylar sonra öyrənilir.
16 yaşlı David Harris maşında olduğunu qəbul edir amma qatilin o yox, yenicə
tanış olduğu Randall Adams olduğunu deyir. Günahsız olduğunu iddia edən Randall
Adams isə edama məhkum olunur.
![]() |
Errol Morris |
Akira Kurosawa təsiredici “Rashomon” filmində təhkiyəni 3 əsas qəhrəman və onlara şahid olan
bir odun yığan vasitəsilə qurur. Bir-biri ilə zidd olan fikirlər toplusunun
flasbacklərlə aydınlıq tapdığı film, bir cinayətin sirrini açmaqdan çox hadisəni
danışanların öz mənafeləri üçün gerçəyi gizlətməyi ya da manipülə etməyi ilə məşğul
olur. Ortada böyük bir cinayət var ancaq cinayətlə əlaqəsi olanların ifadəsi
bir-biri ilə tutuşmur. Erol Morris isə bu səpkidə tamaşaçıya yeni bir təcrübə təqdim
edir. Eyni ilə Kurosawa kimi, Morris də filmdəki qəhrəmanların ifadələrindəki
uyuşmazlığı diqqətə çatdırır. Hər ifadə, sonrakı ifadə tərəfindən bütünlüklə
çürüdülmür və bu sual doğurur. Bu isə sənədli film təcrübəsində fərqlilik
yaradır, onun müşahidəçi olmağı ilə yanaşı hadisələrə müdaxilə edə biləcəyini də
göstərir.
Sənədli film bitərəf müşahidəçi olmaq ya da tamaşaçıya sübutlar təqdim etməkdən
daha artığını edə bilir. Onun diqqət çəkən tərəfi izlənməkdən alınan zövq
deyil, cəmiyyətdə bəlli bir qüvvəyə sahib olmaqla özünü göstərməkdir. Necə? Əlbəttə “The Thin Blue Line” filminin etdiyi kimi:
Günahsız biri bu sənədli film nəticəsində edam cəzasından xilas olur, ədalət
sistemindəki boşluq bir daha aşkara çıxarılır. Beləliklə, film bir insanı yenidən
cəmiyyətə qaytarır və onun haqsız ölümünə icazə vermir.
0 Şərh:
Yorum Gönder