12 Kasım 2015

Real həyat hadisələrinə əsaslanan 10 film



1. " King of Devil's Island" - Marius Holst (2010)

Yaşanmış bir həyat hekayəsindən uyğunlaşdırılan film Norveçin Bostoy adasındakı islah evində cərəyan edir. Yeniyetmə gənclərin tutularaq sadomozaxist işgəncələrə məruz qoyulduğu  bu ada 1900-1953-cü illərdə fəaliyyət göstərib. Filmdə 17 yaşlı Erlingin adadakı məhrumiyyətlərə qarşı mübarizəsi və şiddətə qarşı gənc məhkumlar arasında qaldırdığı üsyan öz əksini tapıb.



2. "The Life Of David Gale" - Alan Parker (2003)

Alan Parkerin rejissor kürsüsündə əyləşdiyi və Kevin Spacey, Kate Winslet kimi məşhurların rol aldığı film edam cəzasına məhkum edilən bir adamın 3 gün ərzində bir jurnalistlə olan reportajı haqqındadır. 



3. "In The Name Of The Father" - Jim Sheridan (1993)

Film Daniel Day Lewisin baş rolunu ifa etdiyi, irlandiyalı Gerry Conlonun və ailəsinin başına gələnləri təsirli şəkildə ekranlara daşıyan  bir şahəsəridir.




 4. "Blow" - Ted Demme  (2001)

Film maddi çətinliklər içərisində böyüyən, sonrasında isə həyatını narkotik sataraq qazanmağa çalışan və pulun gətirdiyi "xoşbəxtlik"lə həyatı daha da çətinləşən Corc Gungun real həyat hekayəsidir.



5. "The Boy In The Striped Pyjamas" - Mark Herman (2008)

Film II Dünya Müharibəsi illərində nasist zabitinin 8 yaşlı oğlu və Auschwitzdəki əsir düşərgəsində saxlanılan bir yəhudi uşağın dostluğundan bəhs edir.


6. "Hunger" - Steve McQueen  (2008)

"Hunger" 1981-ci ildə Bobby Sansın və yoldaşlarının dövrün həbsxana şəraitində yaşadıqları çətinliklər və məhrumiyyətlərdən bəh edir. Rejissor Steve Mcqueenin ilk uzunmetrajlı filmi olan "Hunger" iştirak etdiyi bütün festivallardan mükafatla dönməyi də bacarıb.


7. "Red Like the Sky" -  Cristiano Bortone (2006)

Keçirdiyi bir qəza nəticəsində görmə qabiliyyətini itirən Mirco, getdiyi məktəbdə yaratdığı dünya ilə hər kəsi çaşdırır və böyük bir fərqlilik yaradır.


8. "Into Te Wild" - Sean Penn (2007)

Sean Pennin rejissorluğunu etdiyi film Christopher Mccandlessin həyatını necə tamamilə təbiətin qoynuna atdığını və bu yolda başına gələn macəraları təsirli şəkildə bizlərə göstərir.


9. " Veronica Guerin" - Joel Schumacher (2003)

Filmdə irlandiyalı araşdırmaçı jurnalist Veronica Guerinin Dublində fəaliyyət göstərən narkotik ticarətçiləri şəbəkəsini yox etməyə yönələn səyləri və sonda həyatı bahasına başa gələn bir həyat hekayəsi mövzu edilir. 



10. "Midnight Express" - Alan Parker (1978)

"Midnight Express" 1978-ci ildə Alan Parkerin rejissorluğunu etdiyi İngiltərə və Amerika ortaq istehsalı olan bir filmdir. Filmdə 1970-ci ildə Türkiyədə tutularaq həbsə atılan Billy Hayesin real həyat hekayəsindən bəhs edilir. 


0 Şərh:

Yorum Gönder