This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

4 Aralık 2015

Lars von Trier ilə müsahibə (II hissə) - "Kino həyatın solğun güzgüsüdür"



"Antichrist" haqqında Lars von Trier ilə müsahibə

Knud Romeri Trierin 1998-ci ildə çəkilən “The İdiots” filmində görmüşdük. Aprelin əvvəli “Antichrist”i bitirməyə yaxın film haqqında Lars von Trierdən müsahibə almışdı.

(İngiliscədən tərcümə edən Mənzər İsmayılova)

Siz özünüzü əngəlləyən bir çox konseptual filmlər çəkmisiniz. İndi isə, gələcəyə aid beynində yeni motivlər olan Trier qayıtdı. Niyə geri döndünüz?

Hər şey mənə motiv kimi görünürdü hətta döşəmədəki təbaşir cizgiləri belə. Amma mən (tərəddüd edir) özümü yaxşı hiss etmirdim, depressiyadaydım. Həqiqətən də ən dibə vurmuşdum, şübhələnirdim ki, bir də heç vaxt film çəkə bilməyəcəm.  Amma cavanlığıma aid olan bir neçə materialla geri qayıtdım.  Mən Strindbergi (August Strindberg, İsveç dramaturqu) çox sevirdim, geri dönməyimə səbəb o oldu, bir insan kimi xüsusilə çox möhtəşəm idi. Sonra film çəkməyə qərar verdim. Mən əvvəl bu haqda heç danışmamışdım. Sözlə ifadə etmək mənə çətin gəlir, səbəbləri suda batırmalı idim.

Xaos hökm sürür.

Bəli (gülür). Bir yerə toplamağa çalışdığım motivlər çox idi. Həmçinin sadəcə iki obraz haqqında film çəkmək mənə maraqlı gəldi.


Evlilik həyatından səhnələr... (İngmar Bergmanın “Scenes from a Marriage” filmi nəzərdə tutulur)

Hə, evlilik həyatından səhnələr amma başqa formada. O film xoşuma gəlmişdi. Möhtəşəm idi.

Ancaq bu evlilik Strindbergsayağı idi nəinki Berqmansayağı.

Hə, onlar Strindbergdə daha hündür pilləkəndən aşağı itələndilər.

Sizin filminizin qadına baxışı Bergmandan daha çox Strindbergdən irəli gəlir.

Bəli, deyəsən bu sual mənə yenidən verilir; mənim qadınlara baxışım. Mənim həmişə cütlüklər arasında olan döyüşə romantik bir nöqteyi nəzərim var hansı ki, Strindberg də həmişə bu haqda yazıb.

İndi siz janr filmləri çəkirsiniz - çox böyük dırnaq içində. Eyni hekayəni deməyə davam edirsiniz, başqa yolla, başqa bucaq altında, digər başqa rejissorların etdiyi kimi. Janrlara qarşı münasibətiniz necədir? “Breaking the Waves” melodramdır, “Dancer in the Dark” isə musiqili janrdadır.  “Antichrist” isə qorxu janrında. Nə deyə bilərsiniz sizin janrlara qarşı münasibətiniz romantikdir ya oynayırsınız janrlarla?


Janrlar ilham mənbəyidir. Mənim hekayəm demək olar ki, həmişə eyni olub. İndi bunun fərqinə daha çox varıram. Mən yəqin ki, heç vaxt eyni janrda davam eliyə bilməyəcəm. Çünki fikirləşirəm ki, onlara nəisə əlavə etmək lazımdır. Mən aşbaz olsaydım, öz üslubumda klassik qızardılmış donuz əti eliyərdim.

Knud Romer

Beləliklə, siz özünüzə bu cür kömək edirsiniz, beyninizdə yaratığınız oyuncaq dünyasını tamamilə real həyata köçürdürsünüz.

Mən universitetdə “Film Dərsi” fakültəsində oxumuşam. Üslub filmlərə xüsusi marağım olub. “The Asphalt Jungle!” film noir janrında, bildiyin kimi möhtəşəm idi.

Ancaq sizin filmlərinizə baxan tənbəl biri də mövcud olan bütün üslubları, janrları orada görə bilər.

Bəli, hamısı eyni filmdə (gülür).  Amma mənim müxtəlif üslublara qarşı  xüsusi bir sadiqliyim yoxdur. Mən onları bir-birilərinə bir az sürtünəndə daha çox xoşlayıram.

Bəziləri deyir ki, siz həddindən artıq günahkar həzzə bütün filmlərinizdə bir tabu olaraq yanaşırsınız - pornoqrafiya.

Belə, mən bir az o janrdan istifadə etmişəm, xüsusilə “The İdiots”da. Cinsəllik və qorxu bir yolla bir-biri ilə əlaqəlidir. Pornoqrafiyaya gəlincə, əmin deyiləm. Bu pornoqrafiyadır ki? Bəlkə də. Pornoqrafiya həmişə mənim ürəyimi sıxıb. Porno filmlər qazanc üçün çəkilmiş şeylərdir. Onlar dəhşətli dərəcədə kobud görsənirlər.

Qorxu və porno filmləri ikisi də tamaşaçını bir növ həyəcana salır. Qorxulu filmdə bu qorxudur. Pornoda isə şəhvətdir. Və bu ikisi dəhşətverici həyəcanda birləşərək hansının passiv ağrı çəkmək, hansının aktiv şəhvət olduğunu müəyyənləşdirməkdə çətinlik yaradır.

Çox gözəl dedin. Bu cür ifadə edə bilməzdim mən heç vaxt.

Pozitiv təcrübədən keçən şey arzudursa, neqativ şəkildə təcrübədən keçirilən şey isə qorxudur. Sizin filmləriniz tamaşaçıda oxşar effekt yaradır. Bu sizin şüurlu şəkildə mübarizə apardığınız bir şeydir ya şəxsi emosional ifadə tərzinizdir?

Çətin sual soruşdunuz. Amma əlbəttə ki, əsas fikir olduqca maraqlıdır.  Mən tamaşaçının emosiyalarına təsir edəcək filmlər çəkməyə çalışmışam. Ancaq bunu özüm üçün bir motiv yaradaraq başlamışam. Bir az yalan kimi görünsə də demək istəyirəm ki, film çəkərkən tamaşaçını öz şüurundan uzaq tutmaq istəmişəm. Əsas olaraq yaratdığım motivlərdə özümü qane etməyə üstünlük verirəm. Həmçinin mən inkar edə bilmərəm ki, onlar sırf hansısa duyğunu yaratmaq üçün çəkilib.

Bu film dəhşətli dərəcədə mənə qorxulu təsir bağışlayır. Səhnələr ağlımdan çıxmır, məni silkələyirdi. Əgər o motivləri beynimdə yaratsaydım onların emosional dəhşətləri ilə üz-üzə qalardım, nəticədə də əsəb və depressiyadan əziyyət çəkərdim.

Kino reallığın solğun güzgüsüdür. Siz kinoteatrda oturub ağlayırsınız, bu da real həyatda yaşadığınız emosional hisslərin əksidir. Əgər biri qorxu hiss edirsə demək bu hiss mövcuddur və o bunu yaşayıb nə vaxtsa və filmə baxarkən də həmin hissləri yenidən oyanır. Amma filmin hissləri oyatmaqdan əlavə daha başqa kefiyyətləri də var. Munchun “The Scream” tablosunu götürək, mənim oğlum da o rəsmi çəkmişdi. Hayqırış, emosiya ilə bağlı bir şeydir amma insanlar muzeydə onu görəndə qışqırmırlar.

Sizin filmləriniz bir  növ hayqırışdır?

Hə. “Antichrist” qışqırığa daha çox yaxınlaşıb. Mən özümü pis hiss edən bir anda bu film ortaya çıxdı. İlham sizin öz qorxularınızdan, öz hisslərinizdən yaranan bir şeydir. Bütün hər şeyin başlanğıc nöqtəsidir amma o hisslər sonra tamam başqa forma alır. Bu rejissorla tamaşaçı arasında telepatiya yaratmaq kimi bir şey də deyil əslində. Niyə məhz qorxu janrı-heç özüm də əmin deyiləm bunun nə olduğuna- ancaq özümə də maraqlıdır ki, müxtəlif şeyləri bir yerə yığa bilmişəm.


Məni sizin yenidən romantik, katolikliyin qalıqları da olan simvolik bir tərzdə görmək rahatlatdı.

Bəli elədir. Analiz edə bilməsəm də görüntü olaraq biz demək olar ki, romantik üslubdayıq.

Siz deyirsiniz ki, film həyatın solğun güzgüsüdür. Qorxu filmlərindəki həqiqət-həyatdakı paranoyak təcrübədir. Ətrafınızda baş verən hər cür depressiv şeylər sizi passiv bir tamaşaçıya çevirir. Bu bir növ qaranlıqdakı qorxuya bənzəyir hansı ki, sizin filmlərinizdə təkrar-təkrar göstərilir. Protoqonist yanır ancaq yenə də qorxu içində sağ qalmağı bacarır.

Unutma, Mən Edgar Allan Poe-nu oxumuşam, bilirsən o özü də romantk olub.

Bu gözəl bir şeydir ki, sizin filmləriniz qaranlıqdakı qorxunu ifadə edir. Tamaşaçı sizin filmlərinizə baxarkən tez hisslərə qapıla bilər, incinə bilər.

Bir dəfə teatrla işləmək ağlıma gəlmişdi çünki teatrda o qorxunu daha çox yaşayırsan nəinki kinoda. Mən “The Exorcist”in yeni versiyasını çəkmək isəyirdim, kinoda olarkən özümü xəstə kimi hiss edirdim amma bu teatrda daha da artırdı, çünki teatr canlıdır. Teatra getmək mənə canlı qorxulu ssenari təsiri bağışlayır. Biz indi tamaşaçını müzakirə ediriksə onu deyə bilərəm ki, bu yalnız filmin bir hissəsidir. Filmdə yaratmağa çalışdığım motivlərlə özümü rahat hiss edirəm. Eyni şeyi “The İdiots”da və başqa filmlərimdə də etmişəm. Amma sırf bu film mənim gəncliyimlə əlaqəli olan hadisələrdir.

Siz ilk səhnədə uşaqla tanışlığı verdiniz, hələ heç bir şeyi bacara bilməyən körpə, valideynlərinin seksual münasibətləri ona gizli qalır. Uşaq nə baş verdiyindən xəbərsizdir. Amma siz yenə də bu səhnəyə baxarkən iki hisslə qarşı qarşıya qalırsınız. Qorxu və şəhvət (arzu). Freydə görə hər şeyin ilkində ana dayanır və bütün qorxuların sonluğunda da.

Aha, qulaq asıram.

Yaxşı, ən pis suala gəlsək, bu film bir növ terapiyadır.Ancaq filmdəki terapist terapist kimi görünmür. O daha çox sadist təsiri bağışlayır. Elədir?

Mənim terapiya ilə bağlı bir çox təcrübələrim var, əgər sənin qayadan yıxılmaq kimi bir qorxun varsa, onlar səni itələyirlər və bu da qorxunun sonu deməkdir. Görünüşdə bu uğurlu terapiyadır. Əlbəttə, bu qayanın hündürlüyünə görə də dəyişə bilər. Filmlərimdəki kişi protoqonistlər bir növ idiotdurlar. Heç bir pox anlamırlar. “Antichristdə də həmçinin hər şeyi pox edir. Qorxuya gəlincə isə o bir başqadır həqiqət isə tamam başqa. Qorxu dünyanı dəyişə bilər? Məncə hə, dəyişir də.

Filmdəki obrazlar tamamilə iflic halındadırlar. Bir yerə sıxışıb qalmış, imkanları məhdud və reallığı dəyişmək şansları çox azdır. Katoliklik filmin içərisinə necə daxil ola bilib? Filmdə katolikliyə aid çox şey var.

Bu suala cavab verə bilməyəcəm. Mən çox pis katolikəm və getdikcə ateist olmağa başlayıram.

Amma hələ də inancı olmayanlar üçün ən sevimli dindir çünki ifadə tərzi sarıdan boldur. Nəyisə ifadə etmək üçün ən gözəl və rahat yol katoliklikdən istifadədir.

Bəli, elədir ki, var. Onlar insanları cəzb edirlər, elə məni də. Amma ümümilikdə din lazımsız şeydir, dəqiq bilirəm elədir.

Bütün bu dinin əlamətlərini “Breaking the Waves” və “Antichrist”də görə bilərik.

Mən Nitşenin “Antichrist”in 12 yaşımdan bəri yatağımın yanındakı stoldan ayırmıram. O, xristianlıqla bağlı çox şeyi göstərib orda.

Aha, siz “The Exorcist”i filmə köçürməkdən danışdınız. Siz dua oxuyaraq öz şeytanlarınızı yox edirsiniz? Bu dua etməyin bir yoludur?

Amma bu şeytan adlandırdıqlarınız mənim dostlarımdır. Bəlkə də film çəkmək üçün ən böyük üstünlükdür. Siz onunla qarşılaşarkən ağrı çəkirsiniz amma bu filmdə tamam başqa rola bürünür. Siz onu filmdə verəndə o sizin dostunuz kimi görünməyə başlayır. Yəqin ki, Munch bu hissi “The Scream”da daha yaxşı bilir. Munch sağalmaq üçün Danimarkaya Dr. Jacobsonun yanına gəlir. O iki böyük sənətkarı sağaltmış biridir, Strindberg və Munch. Onlar tamamilə dəyişdilər. Munch daha da pisləşdi, o Danimarkaya gəlməzdən əvvəl daha çox maraqa sahib idisə o hiss sonradan yoxa çıxdı.  Düzü, çox maraqlıdır, əgər dedikləri doğrudursa, dəlilik azalmağa başayanda gördüyün işin dəyəri də azalır.

Sizcə bu dəyərli bir şeydir?

Demirəm bu çox qiymətli bir hissdir. Özümü təkrar etmək istəmirəm amma mən özümü həqiqətən çox pis hiss edirəm.

Paranoyaya qayıdaq. Hisslərdə əziyyət çəkmək-qorxu  hissi də an başda yer alır və nəzarəti əldə saxlayır. Başqaları tərəfindən qorxu hissindən əziyyət çəkməkdənsə siz özünüzü əsas yerə qoyub başqalarını idarə edirsiniz? Siz ona görə film çəkərkən sakit və razı görkəmdə olursunuz?

Mən həmişə eyni olmuşam amma bu səfər yox. Film çəkmək kimi bir qorxum yoxdu. Mən deyəcəyim bir şeyə görə sonrakı mühakimələrdən də çəkinmirəm. Bu səfər orda olmaqdan qorxuram amma. Bu dağdakı böyük bir klaustrofobiya təsiri bağışlayır və mən də mərkəzdəyəm. Filmi bitirdiyimizə görə rahatlamışam artıq. Mənim başqa filmlərim daha çox oyuna oxşayır. Rejissor nəyi harda necə edəcəyini deyir, vəssalam.

Belə deyə bilərəmmi ki, siz möhtəşəm bir sənət əsəri ilə geri dondünüz?

Bayaq dedim ki, cavanlığıma aid bir çox şeyi özümlə bir yerdə gətirdim, hansılar ki, işıqlandırmağa çalışdığım mövzular olub, utanverici olsalar da. İndiki vəziyyətimdə mən xoşbəxt deyiləm.

Bunun yaşlanmaqla bir əlaqəsi var?

Hə, mən də belə fikirləşirəm.

Neçə yaşınız var?

53 olacaq!



Birgə işlədiyiniz aktyorlar haqqında danışmaq istəyirəm.Onlarla işləmək necə bir hissdir? Hər şeydən əvvəl siz onlardan çox şey tələb edirsiniz.

Mən Willemlə “Manderlay”da da işləmişdim. O çox yaxşı insandır. Yenidən onunla işləmək qərarına gələndə o tərəddüd etmədi. Bədənini göstərməkdən çəkinmirdi. Bir çox aktrisa ilə əlaqə saxladıq, Şarlotta onlardan ən yaxşısı idi deyə bilərəm. Ssenarini oxuyanda onun beynində heç bir şübhə yeri qalmadı. Onlar ikisi möhtəşəm bir işi bacardılar.

Nikol Kidman bir dəfə soruşmuşdu ki, siz qadınlara qarşı niyə bu qədər düşmənsiniz? Mən bilirəm ki, siz əslində qadınlara nifrət etmirsiniz. Qadın cinsəlliyi günahdır. Cənnətdəki ilana bənzəyir, cəzanı haqq eliyir. Bunların hamısı romantik bir oyundur?

Bir dəfə ifritə ovlamaq adlı bir sənədli filmə baxmışdım. Nə deyirsiniz deyin bu cəhənnəmin hekayəsi idi. Mən fikirləşmirəm ki, qadınların və yaxud da onların cinsəllik münasibətləri günah olsun amma bu qorxuducudur. Film çəkərkən özünüzü sərbəst aparmaq vacib məsələdir. Kimin vecinədir ki mən nə fikirləşirəm? Müəyyən motivləri, konseptləri müxtəlif yollarla bir araya gətirdim. Onların hamısı insan qəlbini, hərəkətlərini göstərir, maraqlı olan da budur. 


Qadın rejissorların lentə aldığı 10 film (II hissə)



1. Apple - Samira Makhmalbaf (1998)



2. Shiza - Gulshat Omarova (2004)



3. In a Better World - Susanna Bier (2010)




4. The Ascent - Larisa Shepitko (1977)



5. Bright Star - Jane Campion (2009)



6. The Asthenic Syndrome - Kira Muratova (1990)



7. The Night Porter - Liliana Cavani (1974)



8. At Land - Maya Deren (1944)



9. Beau Travail - Claire Denis (1999) 



10. The Milk of Sorrow - Claudia Llosa (2009)





Lars von Trier ilə "Antichrist" filmi haqqında müsahibə



Danimarkalı rejissor Lars von Trierin müsahibəsini təqdim edirik:

(İngiliscədən tərcümə edən Mənzər İsmayılova)



Antichrist - qorxu filmi üçün çox gözəl başlıqdır.

Mən həmişə fikirləşmişəm ki, bu çox mükəmməl addır. Bu nə qorxu, nə də dini filmdir. Film üçün gözəl başlıq olduğunu deyə bilmərəm amma təklikdə ad çox yaxşıdır.

Siz təxmin edirdiniz ki, “Antichrist” bu cür mübahisələrə səbəb olacaq?

Yox, açığı. Kanndakı insanların filmi bəyənib bəyənməyəcəklərini artıq əvvəlcədən bilirdim. Ancaq çox az ölkə qadağa qoydu filmə. Avropadan tək Almaniya filmə qadağa qoydu. Amerikanı isə dəqiq bilmirəm. Bu mənim üçün böyük problem deyil.

Willem Dafoeni necə razı sala bildiniz filmdə çəkilməyə?

Əslində, biz daha gənc insanlarla işləməyi nəzərdə tutmuşduq. Amma Willem mesaj yazdı ki, mənə uyğun bir filiminiz varsa oynamaq istəyirəm. Mən də razılaşdım.

Bu doğrudur ki, Eva Green qadın rolunda oynamaq istəyib?

Qadın aktrisa tapmağa çox vaxt sərf etdik. Bəli, Eva Green bu rolu istəmişdi. Çox müzakirələrdən sonra onun menecerləri bu işi istəmədiyini dedilər. 2 ayımız boşa getdi. Dəli olmuşdum.


Charlotte necə ağlınıza gəldi bəs?

Charlotta özü gəldi və dedi ki, mənim üçün nə rol olduğu fərq etməz, təki sizin filminizdə oynayım. Mən fikirləşdim ki, o artıq qərarını verib. Beləliklə də ortada heç bir problem qalmadı.

O, çılpaq səhnələr və filmdəki şiddətə görə heç bir narazılıq etmədi?

Ssenarini oxuduqdan və mənimlə olan müzakirələrdən sonra filmi necə çəkəcəyimi biləndən sonra onun beynində heç bir şübhə yeri qalmadı. Bu fantastik bir şey idi. O, Kannda ən yaxşı aktrisa mükafatına layiq görüləndə çox sevindim. Çox cəsarətli rol idi utancaq Charlotte üçün.

Seks səhnələri üçün nə deyə bilərsiniz?

Porno aktyorlardan istifadə etdik. Gülməli idi. Onun masturbasiya etdirdiyi sənhnədə qanın gəlməsi zamanı yenə davam edirdilər. Heçnə anlamırdım.  Sonra mənə dedilər ki, porno filmlərdə rejissor sizə dayan deməyincəyə kimi siz dayana bilməzsiniz


Tamaşaçının filmdəki şiddətə qarşı fikirləri sizi narahat edirdi?

Bəli, əlbəttə ki. Amma sizin gördüyünüz ən xırda addımlar belə real həyatdan idi. Siz nəyisə edirsinizə bunu xoşlayıraq edirsiniz. Amma bunu yazıya köçəndə məhdudiyyətlər yaranır. Çox qəribə bir şeydir.

Siz uzun müddət depressiyadan əziyyət çəkmisiniz. Bu filmlərinizə nə dərəcədə təsir göstərib?

Mən film çəkməyə çalışan, aktyorlar və filmin sayəsində həyatda qalan qocaya bənzəyirəm. Əlimdən gələnin ən yaxşısını etmişəm deyə bilmərəm. Mən eyni anda iki iş görə bilmirdim. Mental tutumum buna icazə vermirdi. Bir neçə illər terapiya aldım.

İnsanlar sizi qadın düşməni olaraq günahlanırırlar.  Siz arvadınızdan film haqqında nə fikirləşir deyə soruşmusunuz?

Demək olar ki, yox. Ona inanmıram. əvvəllər o mənə deyirdi ki sən niyə depressiyaya düşürsən? Ən yaxşı filmi sən çəkmisən. Mən deyirdim ki, sən hələ filmi görməmisən bu cür nəticəyə necə gələ bilərsən? O isə bilirəm, bilirəm deyir. Mən ona necə inana bilərəm. Mənim elədiyim hər şeyə o pozitiv yanaşır. Mən arvadımı çox sevirəm. O, məni hərzaman hər işimdə dəstəkləyir. Mən ona yalnız bayaq dediyim şeyə görə inanmıram.

Sizin filminizə nifrət edəcəklər deyə bir narahatlıq keçirdiniz?

Mən özümü bir tamaşaçı kimi hiss edirəm. Nə cür bir film görmək istəyərəm? Təhrik edilməyi hansı formada xoşlayaram? Bəziləri mənim fikirlərimlə razılaşır, bəziləri isə yox. Təşəkkürlər, tanrım, bəziləri mənimlə eyni fikirdə olduğu üçün. Hollywood geniş bir kütlə üçün film çəkir və bu hamını güldürür. Eyni şey mənə aid deyil. Mümkünsüzdür.

Kanndakı film kritiklərin tülkünün danışmağına görə gülüşdükləri sizə pis təsir etdi?

Məncə gülüşdən gülüşə fərq var. Kim ki əvvəlcədən mən buna nifrət edəcəm deyirsə onun gülüşü tamam ayrıdır. 


Tülkü zarafat idi?

Yox, bu mənim şaman səyahətlərimdən gəlir. Bu təyyarəyə minməyə bənzəmir. Düzdü hələ də qorxuram təyyarədən. Nağara səsləri eşidirsən və transa keçirsən hansı ki, səni paralel dünyaya aparır. Orada mən o tülkü ilə danışdım və o informasiya tələb elədi məndən.

O başqa nəsə dedi?

Belə, ilk tanış olduğum tülkü qırmızı rəngdə idi. O, özünü hissələrə böldü. Və daha sonra bir çox tülkü ilə qarşılaşdım. Balaları olan gümüş tülkülər, onlar mənə dedilər ki, birinci tanış olduğun tülküyə inanma. Maraqlı idi.

Bu film də şamanik səyahət idi?

Əla olardı, lakin şamanik səyahət şəxsi məsələdir. Orada dinə aid heç bir şey yoxdu.

Sizin şamanik heyvanınız hanısıdır?

Su samuru. Bu sizin qərar verəcəyiniz bir şey deyil. Anidən olan bir şeydir.

Siz indi nə ilə məşğulsunuz?

Bilmirəm, həqiqətən bilmirəm. Başqa bir film çəkmək  haqqında belə fikirləşmirəm. Bağbanlıqla məşğulam. Bağda otururam hüzurverici təsir bağışlayır. Bacardıqca vaxtımı təbiətdə keçirdirəm. Orada özümü yaxşı hiss edirəm.


"Antichrist" - Lars von Trier (2009)



Antichrist filmi Lars von Trierin ən sərt filmlərindən biri kimi qiymətləndirilir. 2009-cu ildə Kann Film Festivalında təqdim olunduğunda bu film tamaşaçıların bir qismi tərəfindən protest edilmişdi. Bir qisim tənqidçilər Trieri qadın düşməni kimi ittiham etmiş, filmin fəlsəfi mesajlarla dolu yönünə qiymət verən bir qisim intellektual isə filmi şahəsər elan etmişdi. Rejissorun qadın düşməni olduğunu irəli ürən tənqidçilər filmdə Dəccalın qadın olduğunu demişdilər, lakin belə bir yanılma var ki, bu film Nitşenin “Dəccal” kitabından təsirlənərək lentə alınıb və Nitşe fəlsəfəsində Dəccal vacib anlayışdır.

 Lars von Trier
Giriş

Film, alman bəstəkar George Frideric Handelin məşhur “Lascia ch`io pianga” (İcazə ver ağlayım) ariasının müşayəti ilə bir cütlüyün sevişdiyi səhnə ilə açılır. Cütlük sevişdikləri əsnada ailənin yeriməyə yeni başlayan kiçik uşağı pəncərədən özünü aşağı tullayır. Film rejissorun “The İdiots” və “Antichrist”dən sonra çəkdiyi “Melancholia” ilə bitirdiyi tematik trilogiyanın ikinci filmidir. Hər 3 filmdə də rejissor tamaşaçıdan sadə bir sual soruşur: Modern insan ölüm qarşısında nə etməlidir? “The İdiots” filmində ölüm qarşısında modern insan özünü dəli kimi aparır. “Melancholia”da isə modern insan  qiyamətin çatdığı anda burjua ailəsindən uzaqlaşaraq intihar edir. Filmin əsas personajlarından biri olan Claire nə edəcəyini bilmir və filmin melanxolik personajı Justine ölüm qarşısında nə etmək lazım olduğunu bilən tək obrazdır (Markez de Sadın “Justine” adlı bir romanı var və romanda dindar qız başına gələn ən əxlaqsız və dözülməz hadisələr qarşısında səbirlə dözüb tanrıya şükür etməyi mövzu edilir). Film modern insanın əxlaq anlayışını ciddi şəkildə tənqid edir. Bəs yaxşı tematik trilogiyanın ikinci filmi olan “Antichrist”də uşağı ölən ailə nə edəcək?


Uşaq tullanmazdan əvvəl stolun üstünə çıxanda stolda 3 dənə trinket görünür. Uşaq əli ilə yerə atdığı bu trinketlərin üstünə “grief/ istirab”, “pain/ ağrı” və “despair/ümidsizlik” yazılıb. Əsgərlərə oxşayan və əllərini dua edirmiş kimi yuxarı qaldıran bu trinketlər filmin hissələrinə verilmiş adları vurğulayır və film boyunca 3 dilənçi olaraq qarşımıza çıxır.


Antichrist xristianlığın tənqidin yönündə filmdir. Xüsusilə vuğulamaq lazımdır ki, filmdəki qadın obrazı xristianlığı təmsil edir. Qadın antologiyası Nitşeyə görə xristianlığın antologiyası ilə eynidir. Filmdə qadının istiqaməti açıqdı lakin kişinin mövqeyi olduqca qarışıqdır. Bəzi tənqidçilərə görə kişi ”ruhani” olaraq  dəyərləndirilsə də, əslində kişi modern insanı təmsil edir. Yəni xristianlığın davamını, kölə əxlaqını...


İstirab

Filmin istirab hissəsində qadının bu travmadan çıxa bilmədiyi və müalicə dövrü diqqətə çatdırılır. Psixoterapevt olan kişi arvadının müalicəsini öz üzərinə götürür və qadının əvvəl qaldığı meşə içindəki bir evə aparır. Meşənin adının “Eden” olmağı rejissorun ironiyasıdır. Rejissorun ironiyasını: “Sizin cənnət hesab etdiyiniz dünya əslində qəddar və xaotik bir yerdir” şəklində izah etmək mümkündür. Lakin istirab adlanan ilk hissədə əsas mövzu qadının davamlı olaraq uşağın ölümündən özünü günahkar bilməyidir. Film boyunca kişinin heç vaxt öyrənə bilməyəcəyi həqiqəti tamaşaçı filmin sonuna yaxın bir flashbacklə görür: Qadının uşağı yıxılan zaman görməyi və onu xilas etmək əvəzinə sevişməyi seçməyi. Filmdə qadının, xüsusən xristianlığın, ümumən insanın içinə düşdüyü istirabın əsas qaynağı budur. Rejissor həzz ilə günah arasında sıxılıb qalan insanın istirabını diqqətə çatdırır. Kişinin davranışı isə təkəbbürlü və qürurludur. Hər imkan düşdükcə qadına kişinin çox ağıllı, qürurlu olduğunu dedirdən rejissor kişinin mövqeyi haqda məlumatlar verməyə başlayır. Gücünü itirən və yenidən qazana bilməyən qadın sadəcə özünü deyil əvvəlcə ərini sonra da uşağını günahlandırır. Filmin sonunda isə bütün təbiəti günahlandıran qadın, ən sonda isə öz cinsiyyətini günahlandırır.


Edənə gedərkən, kişi qatarda ilk terapiyanı tətbiq etməyə başlayır. Qadının təbiət ilə bütünləşməyini istəyən kişi qadını zehnində təbiət ilə bütünləşdirməyi bacarır. Lakin həqiqət həm kişi, həm də qadın üçün başqadır. Zehində gerçəkləşənin əksinə həqiqət tam fərqlidir, onun illuziyasıdır. Hər hissənin sonunda bir dilənçi ilə qarşılaşan kişi, 3 dilənçidən birinci ceyran ilə rastlaşır. Ceyran Tanrını xarakterizə edir və onun bətnindən çıxan döl isə insanlığın təsviridir. Hissənin sonunda isə rejissor daha bir problemi qabardır. Ölüm qarşısında modern insanın nə edəcəyi sualından, günahkar olduğu bir ölüm qarşısında-üstəlik öz həzzi üçün/üstəlik ən yaxını üçün-nə edəcəyini soruşur, həm də Tanrının qəddar olduğu bu kainatda.


Ağrı

Təbiətin qəddarlığı və əsas güc mənbəyinin başlanğıcı olduğu, ağacdan düşən ölü bir quş balasının yırtıcı bir quş tərəfindən parçalanmağı səhnəsi ilə diqqətə çatdırırlır. Üstəlik zehində gerçəkləşən qadın-təbiət bütünləşməsi Edenə çatanda gerçəkləşmir. Bu hissədə qadın möcüzəvi şəkildə yaxşılaşır və sağaldığını deyir. Lakin tamaşaçının beynini məşğul edən bir aforizmi dilə gətirir: “Təbiət şeytanın kilsəsidir”. Filmdə Trier daha bir məsələni diqqətə gətirir. Onun “Antichrist”i Təbiət ilə Tanrının amansızca vuruşduğu bir məkanda mövcud olur yəni qadın cinsəlliyi üzərində. Təbiət şeytanın məbədi, qadın isə şeytanın bədənidir. Qadın cinsəlliyi xristianlıqda ilk günahdan bəri Şeytanın varolduğu yerdir, təbiətdir. Qadının sağalmağı isə böyük bir yalandır. Xəstə yaxşılaşmır, əksinə qisas taxtına oturur. Kölə öz çəkdiyi ağrılardan təkəbbürlənməyi öyrənmiş ziddiyətli bir məxluqdur və təkəbbür ağrını, ağrı təkəbbürü bəsləyir və işlər çıxılmaza girir. Hissənin sonunda ikinci dilənçi olan tülkü ortaya çıxır və “Xaos hökm edir” deyir. Kölənin ziddiyyətli xarakteri bir xaosa səbəb olur və ətrafındakı sağalma təmayüllü nə varsa hamısını məhv etməyə yönəlir.


Ümidsizlik

Hissənin əvvəlində kişi evin tavanını kəşf edir və qadının keçən yay tezisi üçün burada apardığı işləri və yazdıqlarını tapır. Qadın orta əsrlərdə qadın qətliamları haqda bir tezisi hazırlamış lakin kişi aravadının qeydlərindən bu qətliama qarşı çıxacağını gözləyərkən əksinə bu qətliamı dəstəklədiyini anlayır. Sonra qadından “dişinin təbiəti” haqda fikirlərini öyrənir. Qadın “Qadın öz bədənini idarə edə bilmir, təbiət idarə edir. İnsan təbiəti pis olduğu üçün qadınlar da pisdir” deyərək qadın qətliamını dəstəkləyir.


Final

Filmin ən çətin hissəsi isə son qismidir. Yəni üçüncü dilənçinin-qarğanın zühurundan sonra baş verən hadisələr silsiləsi. Artıq hər şey sona çatıb, qadın kişinin və öz cinsiyyətini cəzalandıraraq qisasını alır. Sonra kişi qadını öldürür və meşədən uzaqlaşır. Filmin diqqət çəkən yanlarından biri də buradır. Kişi arvadını öldürüb meşədən uzaqlaşarkən məzardan durmuş kimi görünən qadınlar kişinin ardınca gedir. Əgər kişini ağıl, düşüncə olaraq qəbul etsək, qadınları ehtirasları ölmüş modern insanlar olaraq başa düşmək mümkündür. Üstəlik üzləri də görünmür yeni insanların, güc qaynağını təbiətinin xaricindəki ağıla təslim etmiş bir kölə halındadır yeni insan.

Filmdə cavablandırmalı olduğumuz son sual Dəccalın kim olduğudur. Nitşe “Dəccal” kitabını yazdığında Dəccal adı ilə imzalamışdı. Burada Dəccal xristianlıq əxlaqını yerlə bir edən adamdır. Filmdə isə Dəccal Lars von Trierin özüdür.


2 Aralık 2015

Pier Paolo Pasolini

Pier Paolo Pasolini 
Sənətin daxilində müxaliflik yatır. Sənət hamının gördüyü lakin heç kimin fərqinə varmadığı gerçəkləri görür və sənətçi  isə həmin gerçəkləri dilə gətirir. Ona görə də sənətçi digər insanlardan fərqlənir və sevilir. Bəzən bu səbəbdən dolayı mühakimə edilir, hətta həbs olunur. İtaliyan kinosunun əfsanəvi adlarından Pier Paolo Pasolini də belə bir sənət adamı idi. O, hər zaman haqsızlıqların, təzyiqlərin, faşizmin, imperiyalist sistemin, mədəniyyətdən sui-istifadənin qarşısında dayandı. Gənclik illərindən kommunizmi mənimsədi, lakin onu tənqid etməkdən belə çəkinmədi. Homoseksuallıq onun ən təbii seçimi idi və bunu heç vaxt gizlətmirdi. Dini inancı yox idi, ancaq dinin insanlara təsiri onun əsas maraq obyekti idi. Filmlərində Allahı təhqir etdiyi üçün mühakimə edildi, din propaqandası apardığına görə məhkəməyə verildi. Pasolini seksullığı və zorakılığı filmlərinin vacib elementi olaraq istifadə etməyi daima başını bəlalar gətirdi. 


"Kino mənim üçün xəyaldır. Estetizmin növbənöv elementləri ilə ayıq olarkən gördüyüm xəyal"

Pier Paolo Pasolini, 5 mart 1922-ci ildə İtaliyanın Bolonya şəhərində dünyaya göz açıb. Atası hərbiçi, anası müəllim olan ailənin birinci uşağı idi. Uşaqlıq illəri davakar atasının təzyiqi və anasının qutarmaq bilməyən mübahisələri ilə keçib. İlk şeirlərini hələ 7 yaşında yazmağa başlayan Pasolini, ilk şeir kitabı - “Casarca Şeirləri”ni 20 yaşında çap elətdirir. Ədəbiyyata şeirlə başlayan Pasolini roman yazmaqla işinə davam elədi. İtaliyanın bir çox nüfuzlu ədəbiyyat mükafatlarını sıraladı. Lakin Pasolini ədəbiyyatla kifayətlənmək niyyətində deyildi. Düşüncələrinin təkcə italyanların deyil, bütün dünyanın başa düşə biləcəyi ortaq bir dil ilə anlatmaq istəyi, onu kino ilə qarşılaşdırdı. Kinoya ssenari yazmaqla başlayır və 1954-cü ildə ilk ssenarisi olan “La Donna di Fiume” Mario Soldati tərəfindən lentə alınır. Həmin dövrdə İtaliya kinosunun digər bir ismi Fellini ilə yolları kəsişən Pasolini, “La Notti di Cabiria” və “La Dolce Vita” ilə ssenari qabilliyyətinin pik həddinə çatır. Digər tərəfdən də kino dili haqqında düşünür və bu mövzuda yazılar yazırdı. Nəhayət 1961-ci ildə lentə aldığı “Accattone” filmi ilə böyük kinoda ilk rejissorluq işinə imza atır.


"Mənim dini filmlər çəkməyim əslində, dindən istifadə edən bir cəmiyyətə qarşı protestdir. Mən din propaqandası aparmadığım kimi, Marksizmin də propaqandasını aprmıram. Sənət adamı heç bir zaman propaqanda aparmır, aparmamalıdır"

Beləliklə, Pasolini kinoda bir-birinin ardınca mükəmməl filmlər lentə almağa başlayır. Seksuallığın tabuya çevrildiyi ikiüzlü əxlaq təmsilçisi olan burjua cəmiyyətinə Pasolini kinolarının hücumu qarşısında tək müdafiə refleksi, qadağalar və senzura olur. Filmoqrafiyasının ən sərt, ən dözülməz ekran işi olan “Salo o le 120 giornote di Sodoma” Pasolinin son filmi olur. Yüzilliyin intellektuallarından biri kimi göstərilən Pasolini, filmin təqdimatından bir neçə gün sonra 1975-ci ilin noyabrında Cireceo adlanan yerdə faciəvi şəkildə öldürülür. Cinsi orqanı və anusu parçalanan, başının üstündən maşınla keçilən sənətçi filmləri ilə ölməz iz qoyur. Fürsət tapdıqca onu qaralamaq üçün əlindən gələni edən mühafizəkarlar, onun bəsit bir sevgi cinayətinə qurban getdiyini deyirdi. Kommunist partiyası rejissorun qətli qarşısında susaraq cavab verir. Pasolinin yaxından tanıyan dostları isə cinayətin arxasında siyasi səbəblər olduğunu dilə gətirdilər.


"Bir mənada hamı zəifdir. Çünki hər kəs  qurbandır və hər kəs də buna görə günahkardır. Bu səbəbdən insanlar öldürməkdən ibarət oyuna hazırdır. Çünki alınan təhsil “sahib olmaq, əlində saxlamaq və məhv etmək”dən ibarətdir" 

Pasolini XX əsrin ən böyük intellektuallarından, ən vurucu sənətçilərindən biri idi. Şair, yazıçı, tənqidçi və rejissor olaraq yaratdığı əsərlərində, xristianlıqdan Marksizmə, cinsi azadlıqdan Freydə qədər bir çox fikirləri birləşdirirək insan ruhunun dərinliyinə enməyə çalışırdı. Faciəvi şəkildə ödürüləndə cəmi 53 yaşı var idi və əlbəttə daha deməli olduğu çox sözü var idi. Özünün də dediyi kimi gerçək sənət adamını yalnız anlaşmazlıq öldürə bilərdi. 


"Europa Europa"- Agnieszka Holland (1990)

Agnieszka Holland
Agnieszka Hollandın 1990-cı ildə lentə aldığı “Europa Europa” filmi müharibə haqqında çəkilmiş filmlərdəndir. Filmin bəzi səhnələri var ki, metaforaları ilə diqqəti cəlb edir. Həmin səhnələrdən biri də Hitler və Stalinin kilsədə əl-ələ rəqs etdiyi səhnədir. Polşanı öz aralarında böləndən sonra Hitlerin paktı pozub  SSRİ-yə hücum etməyi bu səhnədə satirik təsvirini tapır. Filmin əsas mövzusu isə Solomon adlı bir gənc yəhudinin həyatda qalmaq üçün apardığı tragikomik mübarizədir.






1 Aralık 2015

"Belle de Jour" - Luis Bunuel (1967)


“Belle de Jour” Joseph Kesselin romanından Luis Bunuelin ekrana köçürdüyü filmdir. Filmdə soyuq bir ev qadının həftə içində gönortadan sonra fahişəlik etməyi mövzu edilir. Ssenarisini Luis Bunuel və Jean-Claude Carrierenin ortaq yazdığı filmdə baş rolu isə Catherine Deneuve ifa edib. Luis Bunuel kinoda sürrealizmin atası olaraq tanınır. Madriddə oxuduğu illərdə yaxın dostları arasında Salvador Dali və Federico Garcia Lorca da var idi. Rejissor “Belle de Jour” filmindən sonra çəkdiyi hər filmin sonuncu olacağını desə də ancaq bu istəyini 1977-ci ildə lentə aldığı “Cet obscur objet du désir” filmindən sonra reallaşdırmışdı.

Luis Bunuel
Həyata baxış tərzi və məqsədlərinin tənqidi tərəfləri olsa da Bunuelin baxış tərzi və fikirlərini heçə saymaq asan məsələ deyil. Nəyə görə film çəkdiyini Bunueldən soruşanda o "dünyanın yaxşı yer olmadığını göstərmək üçün" demişdi. Həmçinin Bunuel özü ilə Goyanı tez-tez müqayisə edənlərə bu müqayisənin axmaqlıq olduğunu deyirdi. Müasir mədəniyyətin iqtisadi və hərbi gücdən ayrılmadığını vurğulayan Bunuel, bu səbəbdən də idarəçi dövlətin öz mədəniyyətini kütləyə yeritdiyini diqqətə çatdırırdı. Bunuelin filmləri ilə yanaşa fikirləri də əsas maraq obyektinə çevrilməyi bacarırdı:

“Etik olaraq heç bir şey Oscar qazanmaq qədər nifrətimə səbəb ola bilməz.”

“Din olmadan seks duzsuz yumurta bişirməyə bənzəyir, günah arzu üçün daha çox fürsət yaradır.”

“Yazıçı ya da rəssam dünyanı dəyişdirə bilməz. Amma bunu qəbul etməyərək qarşı çıxmağı ciddi bir şəkildə canlı saxlaya bilərlər.”


Filmə gəldikdə isə rejissor köməkçisi Pierre Lary, filmdə Deneuvenün obraza baxışı ilə hekayədəki Severine arasında böyük bir fərq olduğunu və bunun çəkiliş bitənədək davam etdiyini deyirdi. Bir tərəfdə Bunuelin qrupu, digər tərəfdə də Catherine Deneuve vardı. Çəkiliş günlərinin sonlarında xam materiallara baxıldığında Deneuvenün ifası hamını narahat edirdi. Ancaq ani bir möcüzə baş verir, Bunuel həmişə olduğu kimi bu dəfə də filmin montajını bir neçə günə tamamlayır. Ümumən, Bunuel filmi elə lentə alırdı ki, dəyişdirməyə çox şey olmurdu və montaj 2-3 gün çəkirdi, bir səhnə digərini izləyirdi. Bunuellə birlikdə filmi əvvəldən sonadək işləyənlər montajdan sonra filmi izlədiklərində təəccüblənir. Çəkilişlər zamanı personaj haqqında heç nə anlamadığını düşündükləri Catherine Deneuvenün öz ifası ilə möcüzə yaratdığını görürlər.

Bunuelin aktyroları idarəetmə yöntəmi də fərqli idi. Onlardan filmin təhkiyəsinə təsir edəcək bədən hərəkətləri, jestlər istəyirdi. Əsla personajın psixoloji yanlarının tərif etməz, necə danışmaq lazım olduğunu deməzdi. Yalnız aktoyların hərəkətlərinə istiqamət verirdi. Məsələn, “Bu replikada stəkanı götürürsən. Bu replikada içinə su tökürsən, bu replikadan sonra da içirsən”

Ssenarist Jean-Claude filmin istehsalında Bunuelin çox yaxınında olduğu üçün film haqqında detallı açıqlama vermişdi:

“Bu dırnaq arası bir erotik filmdir. Amma məmə ucu belə göstərməyən bir erotik film. Çox şey deyilir, heç bir şey göstərilmir. Məmələrini göstərmir amma çılpaq belini və çiyinlərini görürük. Filmdə üstü bağlı erotika var. Catherine digər filmlərində bədənini daha çox göstərib.”


Deneuve isə mövzunun “Belle de Jour” filminə gəlməyən reportajları olmadığını dilə gətirir. Film Catherinenin imicinin formalaşmasında və kariyerasında böyük rol oynayıb. Filmin stilisti Bunuelin də dəstəyi ilə çox qısa geyinməməyi üçün Deneuvunu razı salır. Filmin gələcək modaya uyğun olmağı üçün aktrisanın geyimlərini uzadırlar. Lakin sonrakı illərdə bu elə də diqqəti cəlb etmir.

Bunuel aktyorlara personajın psixoloji vəziyyətini izah etməyi xoşlamırdı. “Sənin obrazın bunu bu səbəbdən deyir” tipli ifadələr setdə işlətmirdi. Ssenarini yazanda belə improvizə hissələri qorumağa çalışırdı. Buna görə filmi bir-birlərinə tamamilə izah etmirdilər. Bunuel də bunu aktyor heyətinə deməmişdi. Ancaq hərkətləri çox açıq şəkildə tərif edirdi. Geyimlərin seçimində yaxından iştirak etmiş və işığın yerləşdirilməsini diqqətlə izləmişdi. Görüntüdə qaranlıqdan doğan sirrli vizuallıqdan qaçmışdı. Çəkiliş vaxtı spontanlığı qorumağa çalışırdı. Jean-Cluade bunun köhnəldiyini desə də “sürrealist spontanlıq” şəklində adlandırırdı. Ssenari yazılarkən setdə baş verəcək ani dəyişikliklər üçün boşluq saxlanılırdı.

Ssenarist çətinliklə görülə bilən detalların diqqətlə  filmə qoyulduğunu, gerçəklə xəyalın bərabər dərəcədə işlənildiyini deyir. “Bir tərəfdə gerçəklər və günlük həyat, digər tərəfdə yaşamaq istədiyimiz xəyali həyat. Bu filmdə hər ikisini birləşdirməyə çalışdıq”. Həmçinin ssenarist filmin sonunda deməyə çalışdıqları tapmacanın açması hekayənin gerçək və xəyali yönlərini birləşdirməklə ortaya çıxdığını da deyir. Kino tarixində az görülən bir film çəkdiklərin, Freydin “qaranlıq qitə” dediyi qadın erotizminin kəşfinə cəhd etdiklərini diqqətə çatdırır.


“Belle de Jour” bir çox cəhətdən yenilikləri özündə birləşdirən, müstəqil filmdir. Konteks etibarı ilə filmin psixoloji dərinliyə sahib olmağı, gerçəyin içinə fantastik fikir qatmağı, Severine adlı qadının mazoxist biri olaraq uğurla göstərilməyi filmin diqqət çəkən tərəfidir. Bu detallar, hər səhnəsi diqqətlə çəklimiş bir şahəsərin fonunda olan səbəblərdən bəziləridir.

Filmin zəif nöqtəsi kimi bəlkə də qadının erotik fentezilərini mövzu edən psixoloji ağırlıqlı filmə 2 kişinin quruluş verməyi sayıla bilər. Ssenarist Jean-Claude Carrier Severinelə qadın istəklərini inkişaf etdirərək təhkiyəyə yeni bir baxış bucağı gətirməyə çalışdıqlarını deyir. Bütün cəhdlərinə baxmayaraq burada yanlış və əksik yanlar ola bilərmi? Bu sualın cavabı isə qadınlara qalsın.



Baxılması Vacib 10 İran Filmi


1979-cu ildəki İslam İnqilabından sonra özünəməxsus üslubunu inkişaf etdirərək dünya kinosuna bir çox sənət əsəri bəxş edən İran Kinosu xüsusilə 1990-cı illərdə böyük yüksəliş əldə etmişdir. İran Kinosu dünya kinosuna Abbas Kiarostami, Muhsin Makhmalbaf, Məcid Məcidi, Cəfər Pənahi, Asghar Farhadi kimi şəxsiyyətləri qazandırmaqla yanaşı beynəlxalq arenada da mükafatlar qazanaraq özünü tanıtmağı bacardı. Simvolik təhkiyənin arxa planında xalq həyatının dramatik və real bir üslubla əks etdirilməsi, uşaqların filmlərin mərkəzində səmimi bir şəkildə yer alması İran Kinosunun ən diqqətəlayiq xüsusiyyətləri olaraq qiymətləndirilir.

Bu siyahıda isə sizə bizə görə izlənilməsi vacib olan 10 İran filmini təqdim edirik:


1. Children of Heaven - Majid Majidi (1997) 


2. Taste of Cherry - Abbas Kiarostami (1997)


3. A Separation - Asghar Farhadi (2011)


4. The Color of Paradise - Majid Majidi (1999) 


5. Turtles Can Fly - Bahman Ghobadi (2004)


6. Offside - Jafar Panahi (2006)


7. Kandahar - Mohsen Makhmalbaf (2001)


8. A Time for Drunken Horses - Bahman Ghobadi (2000)


9. Le Passé - Asghar Farhadi (2013)


10. The White Ballon - Jafar Panahi (1995)