Reallığın
manipulə edilməsi filmdə tez-tez istifadə olunan üsullardan biridir. Lakin
ortada real həyat hekayəsi olduqda, həm də ki, söhbət ədalətdən gedirsə
fantaziyanın yerinə gerçəyin özü keçməlidir. Errol Morris çəkdiyi sənədli film
“The Thin Blue Line” da, gündəlik həyat tərzinə siraət etmiş qanunsuzluğu,
cinayətin manipulyasiyasını, ədalət anlayışının saxta təzahürünü göz önünə gətirir. Bununla yanaşı rejissor baş verən hadisədə
bütün şahidlərin və ədalət sisteminin vasitəsi ilə reallıq haqda tamaşaçını düşünməyə vadar
edir. Rejissor özünəxas şəkildə quruluş verdiyi filmdə juri kreslosunda
tamaşaçının vicdanını oturdur. Filmdə diqqəti cəlb edən nüans cinayətin törədilməyi
deyil. Ədalətin təzyiqlər qarşısında yeni bir cinayətkar yaratmağı, şübhəli
şahidlərə inanıb onların ifadələrindəki ziddiyyətləri görməzdən gəlməyidir.
18 Kasım 2015
"3 Women" - Robert Altman (1977)
16:05
3 Women, Cennes Film Festival, Janice Rule, Robert Altman, Robert Fortier, Roger Ebert, Shelley Duvall, Sissy Spacek, Stanley Kubrick, The Shining
No comments
"3 Women" 1977-ci
il ABŞ istehsalı olan psixoloji dram filmidir. Robert Altmanın rejissorluğunu
etdiyi film ilk dəfə 25 May 1977-ci ildə Kann Film Festivalında göstərilib.
Filmin baş rollarında Stenley Kubrickin "The Shining"indən də
yaxşı tanıdığımız Shelley Duvall, Sissy Spacek, Janice Rule və Robert Fortier
oynayıblar. Shelley Duvall
isə filmdəki Millie roluna görə Kann
Film Festivalında "Ən Yaxşı Aktrisa" mükafatını qazanıb.
![]() |
| Robert Altman |
Rejissorluğa sənədli
film çəkərək başlayan Robert Altman hadisələrin Kaliforniyanın çöllük bölgəsində
yaşlılara xidmət göstərən bir kurort müalicə mərkəzində cərəyan edən bu filmində
üç qadının dərin psixoloji portretini cızıb. Qadın dünyasının mürəkkəb xarakterindən
bəhs edən filmin mərkəz nöqtəsində eyni iş yerində çalışan iki gənc qadın və onların
kirayə qaldıqları ev sahibinin arvadı dayanır. Film ilk baxışdan ABŞ-ın digər
bölgələrinə çox da bənzəməyən Kaliforniya həyat tərzinin fərqliliklərini də izləyicisinə
çatdırır.
Texasdan iş dalıyca gələn
Pink Rose (Sissy Spacek) Cənubi Kaliforniyanın isti suları ilə zəngin olan bir
qəsəbəsindəki müalicə mərkəzində işə başlayır. Burda isə işi öyrənmək üçün onu
yenə özü kimi Texaslı olan və uzun müddətdir ki, burada çalışan Millie
Lammoreauxa (Shelley Duvall) tapşırırlar. İki əsas personaj (Shelley Duvall və Sissy Spacek) tədricən bir-biriləri ilə yaxınlaşırlar və sosial mövqelərini birləşdirərək bir yerdə yaşamağa başlayırlar.
Pinky bu qızı bir
ideal olaraq görür və ona güvənib onun kimi davranmağa başlayır. Halbuki Millie
bilmədiyimiz bir səbəbdən ətrafında çox
sevilən bir insan deyil. İş yerində və qaldığı binada yaşayan insanlara verdiyi
salamlar belə qarşılıqsız qalır. Yoldaşları və qonşuları onunla əlaqə yaratmaq
istəmir, ondan uzaq durmağa çalışır, hətta arxasınca dedi-qodu eliyirlər.
Millie evində parti vermək istəyir lakin dəvət etdiyi qonaqlar belə bir bəhanəylə aradan çıxırlar.
Millieye isti münasibət
göstərən tək insan isə Edgardır (Robert
Fortier). Edgar və hamilə həyat yoldaşı Willie (Janice Rule) həm də Millienin kirayə
qaldığı evin sahibləridir. Heç kimlə bir kəlmə belə kəsməyən Willie otel tipində
təşkil edilmiş mənzillərindəki hovuzun və işlətdikləri barın divarlarına sürrealist
üslubda qəribə erotik şəkillər çəkməklə məşğuldur. (Rəsmləri
real həyatda rəssam Bodhi Wind çəkib). Arvadıyla maraqlanmayan
Edgarın isə tək hobbisi spirt, silahlar və motosikletlərdir.
Özünə bənzətdiyi
Pinkynin hər davranışını təqlid etməyə çalışan Millie daha sonra onun həddindən
artıq uşaq hərəkətlərindən sıxılmağa başlayır və mübahisə zəminində bir gün onu
evdən qovmaq istəyir. Bundan təsirlənən Pinky balkondan hovuza tullanaraq
intihar etmək qərarını verir. Lakin intihar uğursuz alınır, o həyatda qalmağı bacarır və xəstəxanaya aparılır. Yaddaşın
itirən Pinky Texasda onun yanına gələn yaşlı ana və atasını belə tanımır. Bütün
bu olanlardan sonar vicdan əzabı çəkən Millie Pinkyə qarşı yaxşı davranmağa
başlayır. Belə olan halda hər iki qadının rolları da dəyişir. Üçüncü bir
qadının (Janice Rule) da aralarına qatılmasıyla qadınların şəxsiyyətləri əvvəl
qarmaqarışıq bir hal alır, daha sonra isə fərqliləşərək və yer dəyişdirərək
bir-birinə qarışır. Sonda isə bəlkə də tək bir şəxsiyyət halına gəlir. Film
bu baxımdan İsveçli rejissor Ingmar Bergmanın "şəxsiyyət dəyişməsi"ni
mövzu edən psixoloji filmi "Persona" (1966) ilə bənzərlik təşkil
edir.
P.S Robert Altman
kinotənqidçi Roger Ebertə filmin bütün hekayəsini yuxusunda gördüyünü və
ssenarini də bu yuxudan ilhamlanaraq yazdığını söyləmişdir.
17 Kasım 2015
"Caravaggio" - Derek Jarman (1986)
19:34
Bakirə Məryəm, Caravaggio, Concert, Derek Jarman, Dexter Fletcher, Michelangelo Merisi, Nigel Terry, Noam Almaz, Tilda Swinton
No comments
Rəssam,
yazıçı ya da şairlərin həyatı haqda film çəkmək çətin məsələdir. Çəkilən
film həmin insanın başına gələn hadisələrə ekran həyatı verməkdir. Bu ekran
işində ön plana çıxarılan, haqqında film çəkilən sənətçinin kino vasitəsi ilə
yenidən yüksəldilməyi ya da sadəcə bəsit şəkildə həyatını bilməyənlərə məlumat
xarakterli informasiya ötürməkdir. Unudulan isə kinonun da bir sənət vasitəsi
olmağıdır. Rəssam və ya ədəbiyyatçıların eləcə də digər peşə sahələrində iz
qoyan insanların həyatını hekayələşdirmək rejissordan çox bioqrafiya
yazıçısının işidir. Həmin bioqrafiyanı vizual şəkildə ekrana köçürmək
bəsitlikdən başqa bir şey deyil. Bunun səbəbi kinematoqraf olmağı bacara
bilməyən rejissorların sadəliyə qaçmağıdır.
16 Kasım 2015
"Ashik Kerib"- Sergei Parajanov (1988)
![]() |
| Sergei Parajanov |
"Aşıq Qərib"
gürcüstan əsilli erməni rejissor Sergey Paracanovun Mixail Yuryeviç Lermontovun eyni
adlı qısa hekayəsi əsasında 1988-ci ildə ekranlaşdırdığı filmdir. Bakıda çəkilən film Azərbaycan və Gürcü dillərindədir. Filmdə həmçinin Cavanşir Quliyevin musiqilərindən istifadə olunub. Aktyor heyəti isə tamamilə gürcülərdən ibarətdir.
Zəngin bir tacirin qızına aşiq olan Aşıq Qərib tacir tərəfindən rədd edilir və dünyanı min bir gecə ərzində səyahət etməyə çıxır. Qız onu gözləyəcəyinə dair söz verir və Aşıq Qərib çətin bir macəraya atılır. Qızı almaq üçün kifayət qədər pul yığdıqdan sora isə dönüb sevdiyi ilə evlənir.
Zəngin bir tacirin qızına aşiq olan Aşıq Qərib tacir tərəfindən rədd edilir və dünyanı min bir gecə ərzində səyahət etməyə çıxır. Qız onu gözləyəcəyinə dair söz verir və Aşıq Qərib çətin bir macəraya atılır. Qızı almaq üçün kifayət qədər pul yığdıqdan sora isə dönüb sevdiyi ilə evlənir.
Rəssamlar və rəsm sənətiylə bağlı 20 film
14:28
Edvard Munch, Goya in Bordeaux, Goya's Ghosts, Kino Siyahı, La belle noiseuse, Little Ashes, Picasso, Pollock, Rembrandt fecit, Renoir, Surviving, Vincent & Theo
No comments
2. Lust for Life - Vincente Minnelli (1956)
3. Modigliani - Mick Davis (2004)
4. Andrei Rublev - Andrey Tarkovskiy (1966)
15 Kasım 2015
"The Voyager" - Volker Schlöndorff (1991)
23:20
Athens, Julie Delpy, Max Frisch, Oedipus, Sam Shepard, The Voyager, Volker Schlöndorff
No comments
“The Voyager” Max Frischin “Homo Faber” romanından
Volker Schlöndörfün 1991-ci ildə ekranlaşdırdığı filmdir. Filmdə Frisch və
Schlöndorffün avtobioqrafiyasının təsirləri özünü göstərməkdədir. Baş rollarda
Sam Shepard və Julie Delpy yer alıb.
Filmin əsas qəhrəmanı
Faber elmi işçi olmağına baxmayaraq, başına gələn hadisələr daha çox sənət
və mifologiya konteksindədir. Onun soyuqqanlı bir şəkildə dünyanı idarə etmək
istəyinə qarşı, tale ya da əvvəlcədən hesablanmış təsirini bağışlayan bir sıra
hadisələr salamlayır. Bu minvalla Faber bir oyanış yaşayır, o
avtomatlaşdırılmış bir dövrün insanı ikən Orta Amerikada ölümlə qarşı-qarşıya gəlir.
Bu qarşılaşma onu yuxudan oyadır, dirilməyi üçün öz “ölü”sünü görür.
Filmdə ziddiyyətlər
əsas gücə sahibdi. İbtidai meşə həyatına qarşı Nyu-Yorkdakı rahat mənzil;
elmin yeni dünyası və texnoloji inkişafa qarşı muzeylərin köhnə atmosferi,
operalar, köhnə dövrlərin qalıqları; ən əsası atanın roluna qarşı aşiqin rolu
kimi kəsişən mövzular diqqəti cəb edir. Filmin mövzusu ağıl/ehtiras, texnologiya/sənət,
robot/bədən, təcrübə/gənclik, təsadüf/tale, şimal/cənub və Amerika/Avropa
ziddiyətləri ilə tamaşaçını düşünməyə sövq edir. Lakin “The Voyager”in Amerika
filmi olmağı onu fərqliləşdirir və ya “bəsitləşdirir”. Faber filmdə
üçüncü dünya ölkələrinin primitivliyinə və Avropanın estetik və fəlsəfi adətlərinə
əks olaraq Amerikanıın texnoloji inkişafının və sosioetik həyatının təmsilçisinə
çevrilir. Filmin strukturu iki paralel səyahəti özündə ehtiva edir,
bu hər iki səyahətin hər birində də ikili qarşıdurmanı birləşdirir. Henckeni
görmək üçün etdiyi səyahət və Sabeth ilə birgə Afinaya etdiyi səyahət. Hər iki
səyahət şimal və cənubu, keçmiş və indini, idarə olunan bilən və idarə oluna
bilməyəni birləşdirən bir xüsusiyyətə malikdir. Hər iki səyahət texnologiya
dünyasından ibtidai quruluşa malik bir dunayaya edilmiş səyahətdir. Faberin
Joachimin ölümü ilə rastlaşması yazının əvvəlində deyildiyi kimi öz ölümü ilə
rastlaşmağının metaforik təsviridir. Beləliklə, bu ölüm rastlaşması onu bir növ
orta yaş böhranının səbəb olduğu ölümünün fərqinə varacaq və onu yenidən
oyadacaq.
Faber’in Sabethlə qurduğu əlaqə ikinci bir doğuşa, ikinci
bir həyata səbəb olur. Beləliklə, film bir növ sevgi hekayəsinə çevrilir. Amma
necə bir sevgi hekayəsinə. Cəmiyyətin dəstəkləmədiyi və əxlaqi dəyərlərin əl
vermədiyi bir sevgi hekayəsi. Schlöndorf əsərə nisbətən hörgünü daha da genişlədir.
Rejissor İvy və stüardesa personajlarını filmə qoyur. Faber və Sabethin ətrafındakı amerikalılar süni qəhrəmanlardır və bu səbəbdən Sabeth ilə əksdir. Schlöndorff,
yazıçının ziddiyyətlərinə daha birini əlavə edir: Süni Amerika Qadını və Təbii
Avropa Qadını. Birinci ötəri münasibət, ikinci isə ciddi münasibət şəklində
filmdə öz əksini tapır. Stüardessa Faberi ölümə aparan (təyyarə qəzası), Sabeth
isə onu həyata qaytarandır.
Film eyni zamanda təsadüf və tale ilə əlaqəli fəlsəfi sualları da göz önünə
gətirir. Mifoloji işarələrlə Sabeth və Faberin ətrafı əhatələnsə də film Faberin
vəziyyətinin daha yaxşı izah edə biləcəyinə
dair nəticəni cavabsız qoyur. Schlöndorff
audio-vizual referanslarla Oedipiusun korluğunu diqqətə çatdırır
(Faberin skmayada oturarkən Sabethin arxadan gəlib onun gözlərini əlləri ilə
qapamağı, gecə maşın sürərkən rolu
Sabethin idarə etməyi və son səhnədəki kor eynəyi ilə oturmağı. Filmin
sonundakı monoloqu isə bu korluğun göstəricisidir).
Baxmaq və görmək filmin əsas motivlərindən biridir. Faber və Sabethin
sevgisi onların qarşılıqlı baxışlarında yatır. İlk görüşdə Faber Sabethə baxır,
daha sonra mübahisə səhnəsində Sabeth Faberə baxır, bu isə baxışmaların artıq fərqli
olduğunu özü ilə birgə gətirir. Bu baxış şəkli filmin irəliləyən dəqiqələrində
paralel olaraq birindən digərinə ötürülür. Sonda isə bu Faberin təsliminə gətirib
çıxarır, çünki o həm baxan, həm də simmetrik bir münasibətdə baxılan vəziyyətdədir.
Ata ilə qız arasında münasibət gəmidə başlayır. İlk olaraq Faber və Sabeth
yığıncağı tərk edir və Faber onunla evlənmək istədiyini deyir. O həm ciddi, həm
də xəyalpərəstdir. Ata qismi ilə, sevgili qismi ziddiyyət təşkil edir. Bəzi səhnələrdə
isə Faberin atalıq qayğıları ön plana çıxarılır. Lakin talenin oyunundan xəbərsiz
Faberin bu qayğıkeşliyi onu öz qızına aşiq edir. Çünki hər iki tərəf bu məsələdən
xəbərsizdir. Həmçinin film bir atanın öz qızına göstərdiyi qayğı və ya doğmalıq əlaqələri olmadıqda cinsi qayğıkeşliyi də özündə ehtiva edən münasibətə
çevrilə biləcəyini göz önünə gətirir.
Səyahətin şirin yerində ünsiyyət zamanı Faberə artıq hər şey aydın olur. Artıq
onun sevgili qayğıkeşliyini atalıq duyğusu əvəzləyir. O artıq bir sevgili yox,
atadır. Nəticədə münasibət soyumağa başlayır. Bu soyuqluq isə özü ilə faciəni gətirir.
Sabethi ilan vurur və başının daşa çırpılmağına səbəb olur. Burada ilanın vurmağı
təsadüf və onun başının daşa çırpılmağı
isə bu təsadüfün nəticəsidir. Simvolik olaraq ilan penisi təmsil edir, ilan vurmağı
ilə ata ilə seksual münaibəti eyniləşdirilir və Sabeth bu təsadüfün səbəb
olduğu ölümə düçar olur.
Film bunlarla
yanaşı daha bir köklü paradoksu ortaya qoyur: Sevginin ən mükəmməli cəmiyyət tərəfindən
qəbul olunmayanıdır. Sevginin gücü onun mümkünsüzlüyü ilə düz mütənasibdir.
Oğul üçün bəlkə də ən çox arzuladığı şey ananın sevgisidirsə, qız üçün bu ata
sevgisidir. Filmdə isə əsas mövzu tərs
bir Oedipus kompleksidir - atanın öz qızına aşiq olmağı, saf sevginin bir növ özünü büruzə etməyidir.
Filmin quruluşunda da bu bir “dövrə” şəklində özünü göstərir. Bu fırlanan dövrə
Afinada başlayır, əslində filmin sonu əvvəlidir, əvvəli isə sonudur və yenə həmin
yerdə Afinada bir aeroportda sona çatır.
13 Kasım 2015
"Cargo 200" - Aleksey Balabanov (2007)
20:26
Agniya Kuznetsova, Aleksey Balabanov, Aleksey Poluyan, Brat, Brat 2, Cargo 200, Leonid Gromov, Russia, Sovet İttifaqı, Soviet Union
No comments
Aleksey Balabanov öz dəsti-xətti ilə seçilən, rus kinosunda özünəməxsus yeri olan bir rejissordur.
O, filmləri ilə bilərəkdən Sovet ittifaqının son dövrlərinə
qayıdır, SSRİ-yə pozitiv yanaşan və geriyə həsədlə baxanlara öz sərt üzünü göstərir.
Rejissorun bu niyyəti “Cargo 200” filmində pik həddə çatır. 1980-ci illərin
Sovet İttifaqının dəhşətli bir yer olduğunu, o bu filmdə mükəmməl bir şəkildə
tamaşaçıya göstərir. Sovet ittifaqını tənqid etməklə yanaşı rus mafiyasından bəhs
edən “Brat”(1997) və onun davam filmi olan “Brat-2”(2000) (hər ikisində də əsas
rolda Sergey Bodrov iştirak etmişdi), çeçen müharibəsindən bəhs edən “Voyna”(2002)
kimi filmləri ilə Rusiya Federasiyasının
da çarəsizliyini ön plana çıxarmışdı.
12 Kasım 2015
Real həyat hadisələrinə əsaslanan 10 film
14:30
12 Years a Slave, Camino, Into Te Wild, Kino Siyahı, Midnight Express, My Left Foo, Red Like the Sky, The Boy In The Striped Pyjamas
No comments
1. " King of Devil's Island" - Marius
Holst (2010)
Yaşanmış bir həyat hekayəsindən uyğunlaşdırılan
film Norveçin Bostoy adasındakı islah evində cərəyan edir. Yeniyetmə gənclərin
tutularaq sadomozaxist işgəncələrə məruz qoyulduğu bu ada 1900-1953-cü illərdə fəaliyyət göstərib.
Filmdə 17 yaşlı Erlingin adadakı məhrumiyyətlərə qarşı mübarizəsi və şiddətə
qarşı gənc məhkumlar arasında qaldırdığı üsyan öz əksini tapıb.
2.
"The Life Of David Gale" - Alan Parker (2003)
Alan Parkerin rejissor kürsüsündə əyləşdiyi və Kevin
Spacey, Kate Winslet kimi məşhurların rol aldığı film edam cəzasına məhkum edilən
bir adamın 3 gün ərzində bir jurnalistlə olan reportajı haqqındadır.
3. "In The
Name Of The Father" - Jim Sheridan (1993)
Film Daniel Day Lewisin baş rolunu ifa etdiyi, irlandiyalı Gerry
Conlonun və ailəsinin başına gələnləri təsirli şəkildə ekranlara daşıyan
bir şahəsəridir.
"Tangerines" - Zaza Urushadze (2013)
10:04
Elmo Nüganen, Giorgi Nakashidze, Lembit Ulfsak, Mandariinid, Tangerines, Zaza Urushadze
No comments
İnsanoğlunun
yaradılışından və yer üzərinə yayılmağa başlamasından bəri davam edən müharibələr
gətirdiyi dağıntılarla bərabər insanlığın və mədəniyyət adlandırılan məfhumun da təməlini qoymuşdur. Lakin insanlıq, əsrlər sonra mifoloji mənbələrdən
öyrəndikləri bu amansız dağıntıların eyni səbəblərlə bu gün də davam etdiyinə şahid
olmaqdadır. Bir digər tərəfdən ülvi dinlər də cinayət və günah üzərinə qurulan
mədəniyyətlərin qarşısında, insanlığın qütbləşmədən xilas olub təsəvvüf və Buddizm səviyyəsində
bir üst insan olma yolunda yaxşılıqlara yönəlməsini məsləhət verir. İpə-sapa
yatmayan və yaramaz insan daima özbaşına hərəkət edərək coğrafi, mədəni, irqi və
dini gerçəkliklərini özünə görə meydana gətirib ilk günahların və dağıntıların
arxasınca getmişdir. Mədəniyyət və inanc fərqli sözlər olsalar da günahın cinayət,
cinayətin isə günah olduğu bir dövrdə ortaya çıxmışdır. Xəyyamın günah olduqda inancın
nəyə yaradığını soruşduğu kimi,
Şekspir də cinayət olmadan inancın mənasız
olduğuna
Hamlet əsərində Xəyyamdan illər sonra təkrar cavab axtarmışdır.
Habil və Qabil ilə
başlayan müharibələr, Xəyyam yaşayarkən də, Şekspirin zamanında da, sənaye
inqilabının sonrasında da davam etmiş və hal-hazırda da davam etməkdədir. Fərqli
ssenari və məqsədlərlə ortaya çıxan müharibələrin təməlində isə güc əldə etmə
arzusunun olduğu danılmaz bir reallıqdır. Haqqında bəhs edəcəyimiz
"Tanngerines" (2013) filminin də əsas mövzusu 1992-ci ildə alovlanan
Gürcüstan - Abxaziya müharibəsi və müharibədən təsirlənən insanların qısa həyat
hekayəsi haqqındadır. Bu günə qədər müharibə mövzusundan bəhs edən bir çox filmlər izlədik. Müharibələrin acı həqiqətlərini
və insanlar üzərində buraxdığı dərin izlərin şahidi olduq. Bu filmdə isə tək bir döyüş
səhnəsi olmamasına baxmayaraq, müharibənin
ən
dərin ağrı-acılarına, çarəsizliyinə, insanlarda yaratdığı boşluğuna və heçliyinə
şahid oluruq.
Filmin əsas personajı
dülgər İvo (Lembit Urfsak) müharibədən
sonra evini tərk etməmiş, ailəsinin arxasınca getməyib doğulduğu torpaqlarda
qalmışdır. Kəndi tərk etməyən və qalıb mandarin yetişdirən yaxın dostu Marqusa
(Elmo Nüganen) kömək edərək onun işinə
ortaq olmuşdur. Film bir gün bir-birilərinə düşmən olan iki əsgərin İvonun həyatını qurtarmasıyla yüksəlmə
nöqtəsinə qalxır.
Filmin düyün nöqtəsində
olan çeçen əsgər Əhməd və gürcü Niko bir-birlərinin düşməni olduqları qədər də
fərqli fikirlərə sahib olan tamamilə zidd personajlardır. Hər nə qədər əsas
personaj İvo olaraq görünsə də, əslində rejissorun mətnaltı antaqonist və protaqonist xarakterləri Əhməd və
Nikodur. Tamamilə köhnə adət- ənənələrə təslim olmuş, başqalarına qarşı
son dərəcə kobud olan Əhməd düşməni Nikonun əksinə olaraq ağlından çox ürəyinin
ona hiss etdirdiyi nifrət hissi ilə hərəkət edir. Niko isə aralarında keçən
dialoqlarda Əhmədə dediyi ''Ağılla fikirləşmirsən. Tarixi bilmirsən'' sözləriylə
zehinini daha çox işlədən bir obraz olduğunu göstərir. Lakin filmin rejissoru
Zaza Urushadze hər iki fərdin "yoxsul" olduğunu və ikisinin kəsişmə
nöqtəsində İvonun dayandığını tamaşaçılara çox böyük ustalıqla çatdırır. İvonun
həm ağlı, həm də ürəyiylə hərəkət etməsi və bunun müharibə şəraitində edilə biləcək
ən gözəl şey olduğu filmdə açıq-aşkar göstərilir. Evində gözəl nəvəsinin fotoşəkilini
saxlamağı və ona baxan hər kəsin diqqətini
çəkməsi də İvonun əslində gözəlliyin mərkəzində olduğuna bir işarə deyilmi?
Əhməd ürəyinin ona diktə etdiyi hisslərlə hərəkət
etməkdədir. Hər nə qədər tolerant olduğunu söyləsə də özü kimi olmayanlara
dözümü yoxdur əslində. Amma insan özünə bənzətmək istədəyi insanların dünyanı
yaşana biləcək bir məkana çevirməsinə və ona yaxşılıqlar etməsinə nə qədər əmin
ola bilər ki? Çeçenlərin, İvonun evinə gəldikləri səhnədə öz tərəfdaşlarının
Əhmədin ölüm əmrini verməsinə qarşı Nikonun düşməni üçün həyatını riskə atması
xarakterlərin aydınlanması anlamına gəlmirmi?
Rejissor filmin düyün nöqtələrini tez-tez Əhməd personajı üzərindən göstərməyə çalışır. Marqusun evinin bombalanması səhnəsində
Əhmədin Marqusa pul uzadıb Estoniyaya - ailəsinin yanına getməyini istəyəndə,
ilk təəssüratda tamaşaçı artıq bu obrazın paklanması yolunda çox az maneə
qaldığını hiss edir. Lakin rejissorun iki personaj arasında qurduğu gərginliyi
aradan qaldırılması ilə tamaşaçı yenidən
əvvəlki hisslərinə qayıdır. Əhməd dediyinə görə muzdlu əsgərdir və bu pul,
qanlı pul deyil, öz əməyinin qarşılığında aldığı maaşıdır. Bu səhnədə Gürcülərin
öz torpaqlarını işğal etdiyini iddia edən Əhməd həqiqətənmi milliyyətçi bir hisslə
hərəkət edir?
Gürcü rejissor Zaza Urushadze bu filmdə dünya
siyasi tarixindən və baş vermiş real hadisələrdən bir hissəni təqdim edərək
insanın ''insan'' olduğunda əslində hər şeyin daha gözəl və aydın olduğuna işarə vurmuşdur. "Tangerines" ya da orijinal
adıyla "Mandariinid" filmi haqq etdiyi kimi 2015-ci ildə 87-ci Oskar
Mükafatına "Ən Yaxşı Xarici Film" nominasiyasında namizəd olmuşdur. Bununla da
film Estonyanın Oskara namizəd olan ilk uzunmetrajlı filmi ünvanını əldə
etmişdir. Varşava və Seattle Film Festivallarından mükafatla dönən film,
insanın içində olan balaca bir gözəlliyi göstərərək, sülh mühitinin insanlığın
adına əslində nə qədər də yaraşdığını gözəl bir ssenari üzərindən müvəffəqiyyətlə
göstərir.
11 Kasım 2015
"The Piano Teacher" - Michael Haneke (2001)
20:58
Annie Girardot, Benoît Magimel, Elfriede Jelinek, İsabelle Huppert, Michael Haneke, Schubert, Schuman, The Piano Teacher
No comments
Nobel laureatı, avstriyalı, feminist romançı Elfriede Jelinekin “Piano
Teacher” adlı əsərindən ekranlaşdırılan film, Schubert və Schumanın
toranlığından ruhlara süzülən bir şahəsərdir. 2001-ci ildə Michael Hanekenin ekran həyatı verdiyi filmin baş rol ifaçısı isə
İsabelle Huppertdir.
Filmin qəhrəmanı piano müəlliməsi Erika Kohut ikili həyat yaşayır. Cəmiyyət
içində həddən artıq mükəmməliyyətçi, tələbkar bir konservatoriya professorudur.
Həm tələbələrinə dərs verir, həm də evlərdə solo konsertlərdə virtuozluq edir. Pianoya
dair hər şeydə həddən artıq mükəmməliyyətçiliyə varır, ən çox da Schubert və
Schuman mövzusunda hər notun ritminə, duyğusuna həssaslıq nümayiş
etdirir. Diqqətəlayiq, sənət romantizmi ilə yüklü həyatı ilə yanaşı heç kimin
bilmədiyi qaranlıq həyat tərzi də var. Bu həyatı tək və gizli şəkildə yaşayır.
Ta ki ona aşiq olan tələbəsinə özünü bütünlüklə açanadək. Erikanın şəxsiyyət
pozulmasının, ruh xəstəliyinin kökləri isə dərindədir. Həddən artıq dominant,
heç bir şeydən razı qalmayan, kişiləri sadəcə döllənmə vasitəsi hesab edən, yəni
Erikanın atası tərəfindən təmin olunmayan ana; ağlını itirərək psixi xəstəxanada
ölən ata. Erikanın şəxsiyyət pozulmasına səbəb olmağı üçün münbit bir ailə şəraiti.
Problemli ana-qız münasibəti və arxasında dəli olmaq təhlükəsinin izini qoyaraq
ölmüş bir ata.
Erikanın anasının işi qızını qısqanmaqdır: konservatoriyada professorluğa qədər
yüksəlmiş qızını uşaq olaraq görür, hər əlinə imkan düşdükcə ona öz istədiyini
elətdirmək üçün zorakılıq tətbiq etməkdən çəkinmir. Erika əslində anasının baş
qarovulçu olduğu həbsxananın toranlığında , gündüzlər pianosu ilə, gecələr isə
gizli yaşam tərzi ilə həyata tutunmağa
çalışır. Nə sevgini, nə də sevilməyi bilir. Həyatı boyunca anası tərəfindən həm
mənəvi, həm fiziki zorakılığa məruz qaldığı üçün sevgi onun fikrində döyülmək
lazım gəldiyi zaman aktivləşir və ya bu şəkildə fikirləri təhrifə məruz qalır. Bu
konteksdən Yunqun ana arxeotipi içindəki ana kompleksinin nəticəsi olaraq Erika
anası ilə bərbərləşdirilmiş və dişilik xüsusiyyətləri iflic olmuşdur. Analığı,
şəxsi münasibətləri və erotik arzuları xatırladan hər şey onda ikrah hissi
oyadır. Qızın istəməyərək heyran olduğu ana obrazı, onun əvəzinə yaşaya biləcəyi
hər şeyi əvvəlcədən yaşayıb sərf edir.
Qız isə özünü fəda etməklə anasına sığınmaqla yetinir, bir yandan da
şüursuzca ananın tiran mövqeyini qəbul edir. Lakin bunu sədaqət və boyunduruq
maskası altında həyata keçirir. Anası tərəfindən qanı somurulur və davamlı qan
transfuziyası ilə anasının həyatını uzadan qız kölgə kimi yaşayır.
Ana-qız kompleksi
Filmin əvvəlində anası Erikanın aldığı paltarın havayı xərc olduğunu deyir
və onun paltarını parça-parça edir. Mənəvi və fiziki şiddəti özündə ehtiva edən
mübahisə nəticəsində Erikanın başının yarılmağı və sonda anasını qucaqlayaraq
barışmağı, ananın heç vaxt Erikanı təqdir etməməyi, hətta konsert zamanı “qızınızla
qururlanırsınız” soruşan valideyinə “bu sadəcə bir konsertdir” deməyi, hər gecə
anası ilə eyni yataqda yatmağı və aralarında yaşanan tragik yataq səhnəsi bu
kompleksin təsirlərinin göstəricisidir.
Erikanın cinsi həyatı
Bu komplekslər toplusu ən çox özünü Erikanın cinsi həyatında göstərir. Erika
duyğu dolu cinsi təması ikrah hissi ilə qarşılayır. Onun üçün cinsi münasibət
duyğu və hisslərdən yoxsul, pornoqrafiya şəklində olmalı ya da ona fiziki əzab
verməlidi. Buna görə də yoxladığı yöntəmlər də sevgi anlayışı kimi tragikdir. Porno
filmlərin göstərildiyi xüsusi video otaqlarına gedir, burada qadının təhqiredici və passiv bir zövqverici kimi göstərən filmləri böyük
bir həzzlə izləyir, hətta ondan qabaq otağı istifadə edən adamların zibil
qabındakı spermalı salfetkalarını iyləməklə doyuma çatır.
Hamamda ülgüclə etdiyi masturbasiya cəhdi, yenə cinsi həzzi təhqir olunma
və əzab çəkmə tipli hisslərdən almağa çalışır ki, bu da onun içindəki kompleksiv
basqıdan qaynaqlanır. Cinsi əlaqə üçün icazə verdiyi tələbəsi Walterlə cinsi aktı bitirmədən qusmağa başlayır hətta son gecə sadomazoxist ssenari tətbiq
edildiyində belə Walterlə cinsi akt zamanı ölü kimi yatır.
Nəticə olaraq piano müəllimi, ailəsi və keçmişi ucbatından psixi pozulma
yaşayan və bu xəstəliyi 2 fərqli həyatla kompensasiya etməyə çalışan Erika
Kohutun tragik hekayəsidir. Dəlilik sevgi üçün vacib ola bilər. Ancaq psixi xəstələr
üçün müalicə olunmadıqda sevgi onlar üçün ölümcül bir silaha çevrilə bilər.









































