This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

31 Ocak 2016

"Chungking Express" - Kar Wai Wong (1994)

Kar Wai Wong pop-art estetikasında özünəməxsus yol açan rejissorlardan biri hesab olunur. Pop-art axımının imkanlarından yararlansa da heç vaxt tamaşaçının anlayışına görə hərəkət etmir və filmlərini özünəxas üslubla lentə alır. Filmləri Godardın sənət rejissurasına uyğun gələn cizgilərə malikdir və rejissorun filmlərindən söhbət açılanda ağla gələn elementlərdən birincisi “sehirli qayçı” yəni montaj üslubu, ikincisi isə kadrları müşaiət...

Baxılması vacib 10 Çexiya filmi

1. Losely Watched Train – Jiri Menzel (1966) 2. Ear – Karel Kachyna (1990) 3. Fruit of  Paradise – Vera Chytilova (1970) 4. Alice – Jan Svankmajer (1988) 5. Marketa Lazarova – Frantisek Vlacil (1967) 6. The Elementary School – Jan Sverak (1991) 7. The Firemen’s Ball – Milos Forman (1967) 8. Cremator – Juraj Herz (1969) 9. Valerie And Her Week Of Wonders – Jaromil Jires (1967) 10....

Jan Svankmajer ilə müsahibə - "Tamaşaçını daha yaxşı bir insana çevirmək kimi niyyətim yoxdur"

Jan Svankmajer ilə müsahibəni təqdim edirik: (İngiliscədən tərcümə edən Mənzər İsmayılova) Nəyə görə filminizdə Çexiya xalq nağılından istifadə etmisiniz? Xalq nağılları dəfələrlə təkrarlanan qədim mifologiyalardır. “Little Otik” filmində bu cür miflərdən ancaq biri haqqında danışmışam. İnsanın təbiətə qarşı üsyanı və bu üsyandakı tragik fərqlilik. Bu mənim diqqətimi çəkən mövzu idi. Fausta yaxın bir azadlıq mövzusu idi. Sizin...

30 Ocak 2016

60-ci illərdə kino - Çex Yeni Dalğası (II Hissə)

Əvvəli (Bax: I hissə) Geniş aspektən baxdıqda rejissuraya gətirdikləri tənqidi fikirlər səbəbi ilə sosialist senzuraya məruz qalan filmlər, əslində tənqid dozasını heç vaxt sosializmin rəddinə qədər qaldırmır. Forman bu apolitik günahlandırılmaya görə “Bizim filmlərimizin həyat boyu sadəcə ideallarını gerçəkləşdirənlər tərəfindən tənqid olunmağını başa düşürəm. Lakin biz atalarımızı nədənsə ötrü müharibə edən, vuruşan görməmişik. Biz bizim...

60-ci illərdə kino - Çex Yeni Dalğası (I Hissə)

Çex Yeni Dalğası Fransız Yeni Dalğası və İtaliyan Neorealizmi ilə birlikdə 1960-cı illərin qurğu sarıdan ən zəngin kino axımlarından bir kimi qəbul edilir. Buna baxmayaraq, həmin illərdəki qəfəsə salınmış kiçik bir Şərqi Avropa ölkəsində formalaşmağındanmı yoxsa qurğu sarıdan yoxsul hesab olunmağınmı ki, bu da dəqiq bilinmir, dövrümüzdə digər axımlar qədər diqqət görmür. Xüsusilə, sonraki illərdə senzuranın təzyiqi altında ölkə xaricinə getmək...

28 Ocak 2016

Vera Chytilova - Ölməyən kino ehtirası

Vera Chytilova 1929-cu ildə Çexoslovakiyada Ostrava adlı şəhərcikdə anadan olub. 1960-cı illərdə Çexoslavakiyaya hakim olan azad atmosfer Fransa Yeni Dalğası və İtaliya Neorealizmindən bəslənən bir kino axımına təkan verəcəyinə dair şərait yaradırdı. Beləliklə 60-cı illərdə çəkilən ard-arda filmlər Çex Yeni Dalğasının formalaşdığını artıq dilə gətirirdi. Vera Chytilova oyuna gec qoşulsa da qısa zaman kəsiyində Çex Yeni Dalğasının mihəng daşlarından...

26 Ocak 2016

"Kafka" - Steven Soderbergh (1991)

Steven Soderberghin 1991-ci ildə lentə aldığı və baş rolu Jeremy İronsun canlandırdığı “Kafka” filmi dünyaca məşhur yazıçı Frans Kafkanın həyatına və əsərlərinə əsaslanan, ağ-qara formatda və kafkaesk üslubda olan ekran işidir. Hələ sağ ikən atasının istəyi ilə hüquq təhsili almış, Praqada bir sığorta şirkəti işçisi və adı bilinməyən yazıçı; ölümündən sonra isə dünyaca məşhurluq qazanan, yazdığı kitablarla yanaşı onun haqda yazılan tənqidlərlə...

17 Ocak 2016

Alejandro Jodorowsky ilə müsahibə

Alejandro Jodorowsky Alejandro Jodorowsky ilə müsahibəni təqdim edirik (İngiliscədən tərcümə edən Mənzər İsmayılova) Beyin simvolikası “The Holy Mountain” və “El Topo” filmlərində mühüm rol oynayır. Universitet illərimin ilk 2 və 3 illiyində beynin sol tərəfi ilə fikirləşərək rasional olmağın dilini öyrəndim. Amma beynimizin sağ tərəfi hisslər və təsəvvürdən ibarətdir. Sözlər həqiqəti əks etdirmir. Onlar sadəcə gediləcək yola...