This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

25 Kasım 2015

"Spring, Summer, Fall, Winter ... and Spring" - Kim Ki Duk (2003)



Gölün ortasında bir məbəd... Yaşlı və gənc keşiş arasındakı öyrətmə və öyrənmə əlaqəsi, məhdud bir məkan üzərindən bütün kainata dair bir hekayə ... Filmin adından da görülən mövsümi axıcılıq insanın həyatındakı ağrıları, xoşbəxtlikləri, günahlar və təcrübələri simvollarla bizə göstərir. Kim-Ki Duk sənətinin zirvəsi kimi qiymətləndirilən film, sakit bir atmosferdə insan həyatının bütün yaşantılarını müvəffəqiyyətlə əks etdirir. Cənubi Koreya xaricindəki festivallarda da bir çox mükafat alan film həmçinin ovsunlayıcı mənzərələri və rənglərin harmoniyasında tamaşaçısına təsir etməyi bacarır.


Film mövsümlərin adlarından ibarət olan 5 hissədən ibarətdir. Bu insan ömrünün uşaqlıq, gənclik, yetkinlik və qocalıq kimi mərhələlərini mövsümlərlə əlaqələndirilmiş şəkildə təsviridir. Filmdə hadisələr Cənubi Koreya dağlarının arasında qalan kimsəsiz bir gölün ortasındakı Buddist məbədində cərəyan edir. "Spring, Summer, Fall, Winter ... and Spring" mənlik, yetkinlik, mənəviyyat, nəfs, təmizlənmək kimi mövzular üzərindən kinomatoqrafiya zirvələrini fəth etmiş tək-tük filmlərdəndir.

Mövsümlərin sıralanması və dəyərləndirilməsinə keçməzdən əvvəl onlara bütünlük qazandıran məkandan söz etsək yerinə düşər. Çöl və içərisini ətrafında divarları olmayan qapılar üzərindən əks etdirən Buddist məbədi insanın bir inanca sığınmasının metaforası kimi qəbul edilə bilər. Özünü təbiətdən ayırmayan, üzərində olduğu gölün ritmiylə hərəkət edən məbəd eyni zamanda simvolik qapılarıyla özünü mühafizə edir. Məbədin təbiətlə qurduğu əlaqə, onu mənliyi ilə bütövləşdirən keşişdə də görünür. İnancına sığındığı və özünü qoruduğu bu məbəd, keşiş üçün bir mülkiyyətdən daha böyük məna daşıyır.


Filmdə yazın başlamağı ilə insanlar arasındakı əlaqələrin yenilənməyi, bir-birlərini kəşf etməyi, öyrənməyi və tanımağı, bir sözlə yenidən doğuşu təsvir olunur. Yaz personaj olaraq özünü uşaqda tapır. Burada diqqət çəkən digər məsələ, şiddətin ilk olaraq uşaqlığa söykənən şüursuzluqla eynişləşdirilməsidir. Bu balaca şagirdin heyvanlara işgəncə verməyi, onlara gücünün çata bilməyində öz əksini tapır. Yetkinlik dövründə yenidən rastlaşdığımız şiddət, toxumlarını səpdiyi uşaqlıqdan fərqli olaraq şüurlu şəkildə qarşımıza çıxır və bu da insanın varolma səbəblərinə aid bir xüsusiyyət kimi göstərilir. Beləliklə, rejissorun demək olar ki, bütün filmlərində cızdığı şiddət və varolma əlaqəsinin ilk addımlarını "Spring, Summer, Fall, Winter ... and Spring"də atdığına şahid oluruq.

Yazın ardından gələn yay fəsliylə birlikdə uşaqlıqdan gəncliyə keçid reallaşır. Yayda isə daha çox eşq, cinsəllik, bağlanma  kimi hisslər ön plana çıxır. Rejissorun bir çox filmindəki kimi kişilərin ön planda olduğu "Spring, Summer, Fall, Winter ... and Spring" filmində qadın, eşq və cinsəllik mövzusu ilə əlaqəli olaraq hekayəyə daxil edilir. Filmdə qadının, heyvanların cütləşməsi görüntülərinin ardından göstərilməsi də  buna bir daha sübutdur. Mülkiyyət olaraq da əsas vurğunu qadına sahiblənmə üzərində göstərən bu bölüm, keşişin şagirdinə "Sahiblənmə istəyi, öldürmə arzusu yaradır" sözüylə daha da təəccüblü bir hal alır.


Artıq 20 yaşlarına çatdığını gördüyümüz şagirdin sahib olmaq istəyindən doğan qəzəb və nifrəti yerini payızla birlikdə gələn ölüm, intiqam, əzab və silaha verir. Bütün baş verənləri isə rejissor keşişin gənc şagirdinə dediyi "Kişilərin dünyasını bu vaxta qədər başa düşmədinmi?" ifadəsiylə nöqtələyir. Bununla bir çox filmində saflığın, dürüstlüyün, yaxşılığın, mərhəmətin simvolu olaraq verdiyi qadın obrazına işarə edir. 

İnsan və təbiət əlaqəsi üzərinə qurulan ssenarisi ilə "Spring, Summer, Fall, Winter ... and Spring" filmi bütün mikrobların, epidemiyaların üstünü örtən qarın təmizliyi ilə, xüsusilə də yayda başlayan və payızda daha da şiddətlənən insanın psixoloji gərginliyinin aşmasını təsvir edir. Kim Ki-duk bu bölümdə qışla birlikdə hər şeyi yenidən başlamağa çalışan və artıq 30 yaşlarına gələn şagirdin yetkinlik mərhələsinin portretini cızıb. Sonda yekun hissəsi olaraq qarşımıza çıxan "and Spring..." bölümü periodik təsvir kimi verilir, yəni insan ömrü bir tərəfdən yeni bir mərhələyə qədəm qoyarkən digər tərəfdən tamamlanır.


Tamaşaçısını dərindən düşündürən "Spring, Summer, Fall, Winter ... and Spring" insanın doğumdan ölümə yaşadığı həyatın tamlığını gözlər önünə sərən bir şah əsəridir. Filmdə həyatın mövsümlərin və təbiətin periodik təsviri ilə verilməsi, əslində insanın təbiətdən qopduğunu təsirli bir dillə bizlərə çadırır. 


24 Kasım 2015

"Frozen Land" - Aku Louhimies (2005)



Finlandiya istehsalı “Frozen Land” Aku Louhimiesin 2005-ci ildə buz bağlamış insanlar haqda lentə aldığı filmdir. Rejissor bu filmi ilə Tolstoyun “Saxta kupon” adlı hekayəsindən yola çıxaraq modern insanın laqeydliyi və soyuqluğu ilə yanaşı, modern cəmiyyətin tənqidi təsvirini yaradır.  Filmin orijinal adı “Paha Maa” şəklindədir, "paha" sözü isə pis, yaramaz, ziyanverici mənasını verir. Lakin mövzuya nəzər yetirdikdə filmin ingiliscə “Frozen Land” adlandırılmağı  elə filmin mövzusu ilə uyğunluq təşkil edir. Çünki Finlandiyanın paytaxtı Helsinkidə baş verən hadisələr silsiləsi məhz elə qarlı, insanı bıçaq kimi kəsən soyuq atmosferdə cərəyan edir.


Filmdə hadisələr Niko adlı gəncin dostunun kompüterindən çıxardığı saxta 500 avroya alkoqolik atasının satdığı maqnitofonu yenidən almağı ilə başlayır. İstifadə olunmuş əşyalar satan dükandan öz maqnitofonunu alan Niko, həm də satıcıya verdiyi 500 avronun qalığında gerçək pul alır. Nikonun zəfər sevinci dükandan çıxdıqdan sonra bitir və satıcı qarının dramı başlayır. Ondan sonra aşiq olduğu rəqqas qızı bahalı axşam yeməyinə çıxarmaq üçün televizorunu satmağa çalışan yaşlı kişinin məğlubiyyəti. Ondan sonra bir maşın alverçisi, bir tozsoran satıcısı, bir fahişə, bir polis, ailələr, dostlar, yaxınlar... Kiçik və üstəlik saxta bir kağız parçasının səbəb olduğu hadisələr zənciri, illərlə davam edən bədbəxtliklə hasarlanmış insanların hekayəsi.


Finlandiya cəmiyyətindəki cinayət, narkotik, seks, qəzəb, qorxu kimi mövzulara müraciət edən film bir-birini tanımayan insanların elə bir-birlərinnə qarşı necə təhlükələr yaratdığını diqqətə çatdırır. Baş verən hadisələr zəncirinin çatmaq istədiyi əsas nöqtə filmin 128 dəqiqəlik xronometrajı boyunca həllini tapır. Göstərilən insanların həyatına oxşar bədbəxtliklərin gerçək həyatda ətrafımızda yaşayan insanların da başına tez-tez gəlməyi  fikri film boyunca tamaşaçının yaxasından yapışıb silkələyir.

Bir çox beynəlxalq festivallarda qalib olmağa bacaran film ssenarisi və quruluş tərzi ilə diqqəti cəlb edir. Üstəlik mövzu etibarı ilə aşağı və orta təbəqə insanlarının çətinliklərlə və cinayətlə dolu həyatını göz önünə gətirir. Saxta pulun səbəb olduğu hadisələr zəncirini göstərməklə rejissor pulun insan taleyini həll edən əsas faktor olduğunu tənqidi şəkildə göstərir-saxta pul, saxta insanlar, baş verən faciələr isə gerçək.


23 Kasım 2015

"Black Swan" - Darren Aronofsky (2010)



Darren Aronofsky 1998-ci ildə 60 minlik büdcə ilə lentə aldığı ilk filmi “Pi” ilə adını tanıtmağı bacarmışdı. Modern klassik hesab olunan “Requim for a Dream” isə onun məşhurluğunu ikiyə vurmuşdu. 2010-cu ildə ekranlaşdırdığı “Black Swan” filmi də onun uğurlu işlərindən hesab olunur. Ssenarisi Andres Heinzə məxsus olan “Black Swan”, “Qu Gölü” baletində müxtəlif rəqslərin səbəb olduğu vizual gözəlliklə təhkiyə edilir.

Filmin əsas personajı Nina (Natalie Portman) milyonlarla insanın yaşadığı New Yorkda baletə həddən artıq diqqət göstərən gənc qızdır. Bir vaxtlar özü kimi balet rəqsi ilə məşğul olan anası ilə bir evdə yaşayır. Balet rəhbəri Leroy (Vincent Cassel) yeni mövsümdə səhnələşdirəcəyi “Qu Gölü” baleti üçün yeni balerina axtradığını öz qrupunun diqqətinə çatdırır, lakin öz beynində ikili rol üçün Ninanı seçir. Nina isə bu ikili rolun ağır yükünü daşıyarkən bir başqa balerin Lilynin (Mila Kunis) onun roluna göz dikdiyinin fərqinə varır. Ancaq onun mübarizə apardığı tək problem Lily deyil həm də öz psixoloji vəziyyətidir.

"Rashomon" - Akira Kurosawa (1950)



Bu dəfəki yazımız Uzaq Şərq kino sənətinin ustası Akira Kurosawanın 1950-ci ildə çəkmiş olduğu və  dahi rejissora Venesiya Film Festivalında baş mükafatı (Qızıl Aslan) qazandıran filmi "Rashomon" haqqındadır.

 Akira Kurosawa
Kurasawa filmi Yapon hekayə janrının atası sayılan Ryunosuke Akutagawanın 1915-ci ildə yazmış olduğu iki ayrı hekayəsi əsasında ekranlaşdırıb. Film azsaylı aktyor heyəti, zamanını aşan texniki imkanları və böyük bir hissəsinin cəmi üç məkanda çəkilməsinə rəğmən bu gün də Kurosawa kinosunun zirvə nöqtələrindən biri olaraq qiymətləndirilir. Həmçinin "Rashomon" kameranın günəşə tərəf yönləndirildiyi ilk film olaraq da kino tarixinə düşmüşdür. "Rashomon" Akira Kurosawanı beynəlxalq arenada məşhurlaşmasına səbəb olan və Yapon kinosunu dünyaya tanıdan film olaraq xarakterizə edilməkdədir.

Yağmur, günəş kimi təbiət hadisələrinin filmdəki istifadəsi, şahidlər dindirilərkən varlığı bizə məlum olmayan hakim və insanlığa olan ümidi təmsil edən rahib obrazları kinoalleqoriyanın ən müvəffəqiyyətli nümunələrindən biri sayılır.


"İnsan zəif məxluqdur. Buna görə də yalan danışır. Hətta özünə belə!"

Qaçaq Tajomaru meşəlik ərazidən keçərkən qarşı yoldan atın üzərində gözəl bir qadın və ona yoldaşlıq edən gənc bir adamın gəldiyini görür. Qadınlara qarşı həssas olan Tajomaru yanındakı gəncə zərər vermədən qadını əldə etmək üçün bir plan quraraq ər-arvad olduqlarını təxmin etdiyi cütlüyə yaxınlaşır. Yaxınlarda bir qılınc və güzgü tapdığını deyən Tajomaru əşyaları münasib bir qiymətə onlara sata biləcəyini söyləyərək cütlüyü aldadır. Daha sonra oğlanı iplə bağlayıb təsirsiz hala gətirən Tajomaru əsl məqsədini reallaşdıraraq gənc qadına zor gücünə sahib olur.


Məhkəmədə buraya qədər bütün şahidlərin ifadəsi üst-üstə düşür. Bundan sonrakı ifadələr isə bütünlüklə ziddiyyət təşkil edir... Ortadakı tək konkret gerçək isə arvadına gözləri qarşısında təcavüz edilən adamın cansız bədənidir. Bu hadisəni qarmaqarışıq hala gətirən məsələ, hadisənin hər üç qəhrəmanın da qurbanın qatili olaraq özünü göstərməyidir. Tajomaru adamı duelə dəvət edərək şərəfli bir şəkildə öldürdüyünü, qadın hadisənin ardından isterik böhran keçirərək yoldaşını öldürdüyünü, bir medyum vasitəsilə danışan qurbanın özü isə öldürülməsinə razı olan həyat yoldaşından duyduğu utanc üzündən öz canına qəsd etdiyini iddia edir. Rahibin də dediyi kimi böyük yalanlar ancaq zəiflikləri gizlətmək üçün deyilə bilər. Ancaq necə bir zəifliyi gizlətmək? Elə bir zəiflik ki, hətta bir insanı başqa bir insanın canına qəsd etmək kimi böyük bir günahı öz boynuna götürməyə razı salır.


Şiddətli yağan yağışın fonunda sığındıqları uçuq-sökük bir daxmada yağışın kəsilməyini gözləyən bir odunçu  ilə bir rahib kəndlərində reallaşan bu cinayətin üç qəhrəmanının üst-üstə düşməyən hekayələrindəki həqiqətin əslində nə olduğunu tapmağa çalışırlar. Ancaq odunçu və rahib üçün əsas məsələ cinayəti kimin işlədiyi deyil. Burada Kurosawanın etmək istədiyi şey Hitchcock filmlərinə xas olan ssenarini sürpriz şəkildə sona çatdırıb tamaşaçını çaşdırmaq deyil, təfəkkürün ən dərin qatlarına enib, cinayət işləməyi belə yüngül bir cinayət səviyyəsinə endirən insanın zəif tərəflərini  tamaşaçıya çatdırmaqdır.


Filmin sonlarına doğru ortaya çıxan sürpriz bir dördüncü şahid hadisənin əsl təfərrüatını böyük ölçüdə tamaşaçıya çatdırsa da, əvvəlki ifadəsindəki xəncər detalı tam olaraq onun da yalan söylədiyini üzə çıxardır. Çünkü həqiqət Kurosawanın film boyunca ağac yarpaqları arasından tez-tez kamerasını tuşladığı günəş kimidir. 
Filmin sonunda isə odunçunun qucağında körpə uşaqla uzaqlaşarkən yağışın birdən-birə kəsilməyi və havanın açılmağı, hər şeyə baxmayaraq insanlığa olan inancın və ümidin ölmədiyinin simvoludur. 


21 Kasım 2015

"Dogtooth" - Yorgos Lanthimos (2009)



Son illərdə inkişaf edən və bir-birindən maraqlı filmlər çəkən yunan rejissorlar Avropa kinosunda xüsusi yerə malikdir. Yorgos Lanthimosun 2009-cu idə lentə aldığı “Dogtooth” filmi yunan yeni dalğasının ən yaxşı filmərindən hesab edilir. Rejissorun sayca ikinci filmi olan “Dogtooth” isə Lanthimosun tanınmasında əsas pay sahibidir.
Yorgos Lanthimos
Film bir ailə və ya dövlət haqqındadır. Rejissor sistemin yaratdığı qayda-qanun toplusunu tənqid edir və bunu cızdığı qaranlıq bir ailə portreti vasitəsilə diqqətə çatdırır. Elə ilk səhnədən ünsiyyət qaydaları ailə tərəfindən manipulə edilir, tamaşaçıya normal şüur anlayışının kənarında qalmış 2 bacı və 1 qardaş təqdim olunur. Onlar üçün təyyarələr oyuncaq, zombilər isə balaca sarı güllərdir. Beş nəfərlik ailə - ata, ana və 3 uşaq şəhərdən aralı, ətrafı hasarlarla bağlanmış bir evdə yaşayırlar. Uşaqların evdən çölə çıxmağı qadağandır. Valideyinlərinin uyğun gördüyü təhsili alan hər 3 uşağın çöl dünya haqda ciddi məlumatı yoxdur. 3 uşaq atanın öyrətdiyi oyunları oynayıb mükafat qazanmağa çalışırlar. Oyunlar zamanı rəqabət anlayışının uşaqlar arasında mövcüdluğu atanın şüurlu bir şəxs olduğunu göstərir.

20 Kasım 2015

Zorakılıq və şiddətin baş rolda olduğu 10 film



1. À l’intérieur - Alexandre Bustillo & Julien Maury (2007)


2. Cannibal Holocaust - Ruggero Deodato (1980)


3. Irréversible - Gaspar Noé (2002)






6. Ôdishon - Takashi Miike (1999)




8. Angst - Gerald Kargl (1983)


9. Enter the Void - Gaspar Noé (2009)


10. Srpski Film - Srdan Spasojević (2010)



19 Kasım 2015

"Holy Motors" - Leos Carax (2012)



Fransız rejissor Leos Caraxın 13 illik fasilədən sonra 2012-ci ildə lentə aldığı “Holy Motors” filmi göstərildiyi il Kann festivalında haqqında ən çox bəhs olunan filmlərdən biri idi. Lakin haqqında çox danışılan film festivalda mükafat qazana bilməmişdi. Buna baxmayaraq “Holy Motors” son illər lentə alınan filmlər arasında öz təsvir dili ilə fərqlənən kino tarixinin öncül ekran əsərlərindən bəlkə də birincisidir. Carax “triller”, “dram”, “fentezi”, “muzikl”, “qara satira” kimi ənənəvi “janr filmi” qəliblərini özünə xas neon işıqlar vasitəsilə birləşdirərək “Holy Motors” filmini kinematoqrafik şahəsərə çevirməyi bacarır.

18 Kasım 2015

"The Thin Blue Line" - Errol Morris (1988)



Reallığın manipulə edilməsi filmdə tez-tez istifadə olunan üsullardan biridir. Lakin ortada real həyat hekayəsi olduqda, həm də ki, söhbət ədalətdən gedirsə fantaziyanın yerinə gerçəyin özü keçməlidir. Errol Morris çəkdiyi sənədli film “The Thin Blue Line” da, gündəlik həyat tərzinə siraət etmiş qanunsuzluğu, cinayətin manipulyasiyasını, ədalət anlayışının saxta təzahürünü göz önünə gətirir.  Bununla yanaşı rejissor baş verən hadisədə bütün şahidlərin və ədalət sisteminin vasitəsi ilə  reallıq haqda tamaşaçını düşünməyə vadar edir. Rejissor özünəxas şəkildə quruluş verdiyi filmdə juri kreslosunda tamaşaçının vicdanını oturdur. Filmdə diqqəti cəlb edən nüans cinayətin törədilməyi deyil. Ədalətin təzyiqlər qarşısında yeni bir cinayətkar yaratmağı, şübhəli şahidlərə inanıb onların ifadələrindəki ziddiyyətləri görməzdən gəlməyidir.

"3 Women" - Robert Altman (1977)



"3 Women" 1977-ci il ABŞ istehsalı olan psixoloji dram filmidir. Robert Altmanın rejissorluğunu etdiyi film ilk dəfə 25 May 1977-ci ildə Kann Film Festivalında göstərilib. Filmin baş rollarında Stenley Kubrickin "The Shining"indən də yaxşı tanıdığımız Shelley Duvall, Sissy Spacek, Janice Rule və Robert Fortier oynayıblar. Shelley Duvall isə filmdəki Millie roluna görə  Kann Film Festivalında "Ən Yaxşı Aktrisa" mükafatını qazanıb.

Robert Altman
Rejissorluğa sənədli film çəkərək başlayan Robert Altman hadisələrin Kaliforniyanın çöllük bölgəsində yaşlılara xidmət göstərən bir kurort müalicə mərkəzində cərəyan edən bu filmində üç qadının dərin psixoloji portretini cızıb. Qadın dünyasının mürəkkəb xarakterindən bəhs edən filmin mərkəz nöqtəsində eyni iş yerində çalışan iki gənc qadın və onların kirayə qaldıqları ev sahibinin arvadı dayanır. Film ilk baxışdan ABŞ-ın digər bölgələrinə çox da bənzəməyən Kaliforniya həyat tərzinin fərqliliklərini də izləyicisinə çatdırır.


Texasdan iş dalıyca gələn Pink Rose (Sissy Spacek) Cənubi Kaliforniyanın isti suları ilə zəngin olan bir qəsəbəsindəki müalicə mərkəzində işə başlayır. Burda isə işi öyrənmək üçün onu yenə özü kimi Texaslı olan və uzun müddətdir ki, burada çalışan Millie Lammoreauxa (Shelley Duvall) tapşırırlar.  İki əsas personaj (Shelley Duvall və Sissy Spacek) tədricən bir-biriləri ilə yaxınlaşırlar və sosial mövqelərini birləşdirərək bir yerdə yaşamağa başlayırlar.


Pinky bu qızı bir ideal olaraq görür və ona güvənib onun kimi davranmağa başlayır. Halbuki Millie bilmədiyimiz  bir səbəbdən ətrafında çox sevilən bir insan deyil. İş yerində və qaldığı binada yaşayan insanlara verdiyi salamlar belə qarşılıqsız qalır. Yoldaşları və qonşuları onunla əlaqə yaratmaq istəmir, ondan uzaq durmağa çalışır, hətta arxasınca dedi-qodu eliyirlər. Millie evində parti vermək istəyir lakin dəvət etdiyi qonaqlar belə  bir bəhanəylə aradan çıxırlar.

Millieye isti münasibət göstərən tək insan isə  Edgardır (Robert Fortier). Edgar və hamilə həyat yoldaşı Willie (Janice Rule) həm də Millienin kirayə qaldığı evin sahibləridir. Heç kimlə bir kəlmə belə kəsməyən Willie otel tipində təşkil edilmiş mənzillərindəki hovuzun və işlətdikləri barın divarlarına sürrealist üslubda   qəribə erotik şəkillər çəkməklə məşğuldur. (Rəsmləri real həyatda rəssam Bodhi Wind çəkib). Arvadıyla maraqlanmayan Edgarın isə tək hobbisi spirt, silahlar və motosikletlərdir.



Özünə bənzətdiyi Pinkynin hər davranışını təqlid etməyə çalışan Millie daha sonra onun həddindən artıq uşaq hərəkətlərindən sıxılmağa başlayır və mübahisə zəminində bir gün onu evdən qovmaq istəyir. Bundan təsirlənən Pinky balkondan hovuza tullanaraq intihar etmək qərarını verir. Lakin intihar uğursuz alınır, o həyatda qalmağı bacarır və xəstəxanaya aparılır. Yaddaşın itirən Pinky Texasda onun yanına gələn yaşlı ana və atasını belə tanımır. Bütün bu olanlardan sonar vicdan əzabı çəkən Millie Pinkyə qarşı yaxşı davranmağa başlayır. Belə olan halda hər iki qadının rolları da dəyişir. Üçüncü bir qadının (Janice Rule) da aralarına qatılmasıyla qadınların şəxsiyyətləri əvvəl qarmaqarışıq bir hal alır, daha sonra isə fərqliləşərək və yer dəyişdirərək bir-birinə qarışır. Sonda isə bəlkə də tək bir şəxsiyyət halına gəlir. Film bu baxımdan İsveçli rejissor Ingmar Bergmanın "şəxsiyyət dəyişməsi"ni mövzu edən psixoloji filmi "Persona" (1966) ilə bənzərlik təşkil edir.

P.S Robert Altman kinotənqidçi Roger Ebertə filmin bütün hekayəsini yuxusunda gördüyünü və ssenarini də bu yuxudan ilhamlanaraq yazdığını söyləmişdir.



17 Kasım 2015

"Caravaggio" - Derek Jarman (1986)

                                                                  

Rəssam, yazıçı ya da şairlərin həyatı haqda film çəkmək çətin məsələdir. Çəkilən film həmin insanın başına gələn hadisələrə ekran həyatı verməkdir. Bu ekran işində ön plana çıxarılan, haqqında film çəkilən sənətçinin kino vasitəsi ilə yenidən yüksəldilməyi ya da sadəcə bəsit şəkildə həyatını bilməyənlərə məlumat xarakterli informasiya ötürməkdir. Unudulan isə kinonun da bir sənət vasitəsi olmağıdır. Rəssam və ya ədəbiyyatçıların eləcə də digər peşə sahələrində iz qoyan insanların həyatını hekayələşdirmək rejissordan çox bioqrafiya yazıçısının işidir. Həmin bioqrafiyanı vizual şəkildə ekrana köçürmək bəsitlikdən başqa bir şey deyil. Bunun səbəbi kinematoqraf olmağı bacara bilməyən rejissorların sadəliyə qaçmağıdır.